Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix10.12.2016
ölçüsü2 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

konstriktorlar adlanır. 
Damarların  mənfəzini  genişləndirən  sinir  lifləri  parasimpatik 
sinir sisteminə aiddir və vazodilatatorlar adlanır. 
Simpatik  sinir  qan  damarlarının  mənfəzini  daraldır.  Ancaq 
skelet  əzələsinin,  ürəyin  və  beyinin  damarlarını  isə  genişləndirir. 
Qan  damarları  simpatik  sinirin  daim  daraldıcı  təsir  altında  olur. 
Parasimpatik sinir isə damarlara daim təsir göstərmir. 
Simpatik  sinir  kəsilsə,  onun  qan  damarlarına  daradıcı  təsiri 
aradan qalxır və nəticədə qan qadamarları genişlənir (Klod-Bernar 
təcürbəsi). 
Qan  damarlarının  mənfəzinin  tənzimi  mərkəzi  uzunsov  be-
yində yerləşir və vazomotor mərkəz adlanır (vazo- damar, motor 
–hərəkət etdirən). 
Vazomotor mərkəz iki şöbədən ibarətdir: 
1. Damar daraldan şöbə (pressor şöbə), daim oyanma halında 
olur. 
2. Damar genişləndirən şöbə (depressor şöbə), 
Qan  damarlarının  fəaliyyətinə  humoral  sistem  ilə  təsir 
göstərən maddələr üç qrupa ayrılır: 
1. Əsl (həqiqi) hormonlar - daxili sekresiya vəzilərində əmələ 
gəlir. Tənzimedici hormonlardır. Müəyyən məsafədən təsir edirlər 
və təsir yerinə qanla gətirilirlər. 
2.  Yerli  hormonlar  (mеdiаtоrlаr)  -  müəyyən  hüceyrələrdə  və 
sinir uclarında əmələ gəlir. Ən az dozalarda fəal olurlar. 
3. Maddələr mübadiləsinin son məhsulları. 
Birinci qrupa aid olan hormonlar bunlаrdır: 
Vazopressin  (ADH)  hipofizin  arxa  payinin  hormonudur  və 
damar sıxıcı təsirə malikdir. 

73 
Adrenalin - böyrəküstü vəzilərin beyin maddəsinin hormonu 
olmaqla,  qan  damarlarının  mənfəzini  daraldır.  Az  dozada  ürəyin, 
beyinin və skelet əzələlərinin damarlarını genişləndirir. 
Noradrenalin – böyrəküstü vəzin beyin maddəsinin hormonu 
və  simpatik  sinir  sisiteminin  mediatorudur.  Təsirinə  görə  adrena-
linə yaxındır. Ancaq qüvvətli və uzun müddətli damar sıxıcı təsi-
rinə malikdir. 
Renin-  böyrəklərdə  əmələ  gəlir,  qana  daxil  olur  və  plazma 
qlobulinini  aktivləşdirir  və  onu  damar  sıxıcı  maddəyə  (hiperten-
zinə) çevirir. 
Aldosteron-  böyrəküstü  vəzilərin  qabıq  maddəsinin  hormo-
nudur.  Mineralokortikoidlər  qrupuna  aiddir.  Bu  hormonun  təsi-
rindən  natrium  ionlarının  reabsorbsiyası  qüvvətlənir.  Na-ionları 
orqanizmdə  toplanır,  damarların  divarına  təsir  göstərərək,  adre-
nalinin  və  noradrenalinin  təsirinə  qan  damarlarının  həssaslığını 
artırır. Nəticədə damarların mənfəzi sıxılır. 
Ikinci  qrupa  aid  olan  yerli  hormonlar  (mеdiаtоrlаr)  -orqan-
larda  əmələ  gəlir  və  ən  əvvəl  həmin  orqanın  damarlarına  təsir 
göstərir. 
Histаmin- tosqun hüceyrələrdə əmələ gəlir. Ağciyərlərdə, də-
ridə,  mədə-bağırsaq  sistemində,  aortanın  divarında  çox  miqdardа 
olur.  Histamini  damar  daxilinə  yeritdikdə  ürəyin,  qaraciyərin, 
bağırsaqların damarları genişlənir və qan təzyiqi aşağı düşür. 
Serotonin-beyinin müxtəlif şöbələrində, tosqun hüceyrələrdə, 
bağırsaqların  selikli  qişasında  və  trombositlərdə  olur.  Az  dozada 
damar genəldici, çox dozada damardaraldıcı təsirə malikdir. 
Asetilxolin- mediatordur. Parasimpatik sinir liflərinin sonun-
da və simpatik sinir sisteminin bəzi postqanqlionar liflərində ifraz 
olunur. Damar genişlədirici təsirə malikdir. 
Bradkinin  –  qanın plazmasında  əmələ  gəlir.  Bəzi  orqanların 
ekstraktından  (şirəsindən)  ən  çox  mədəaltı  vəzdən  və  həmçinin 
sidikdən alınıb. Damar genişləndirən təsirə malikdir. Dərinin, ske-
let əzələlərinin, onurğa beyinin, baş beyinin, ağız suyu vəzilərinin, 
tər vəzilərinin, süd vəzilərinin və tac damarlarını genişləndirir. 

74 
Üçüncü  qrupa  maddələr  mübadiləsinin  son  məhsulları 
daxildir. 
Süd  və  piroüzüm  turĢusu-  yerli  damar  genişləndirici  təsirə 
malikdir. 
Adenozin - ürəyin damarlarını genişləndirir. 
Kalium  ionları  -  skelet  əzələlərinin  dəri  və  bağırsaqlarin 
damarlarının  reaksiyasının  həssaslığını  artırır.  Nəticədə  qan 
damarlarının mənfəzi sıxılır. 
Prostaqlandinlər, adenozintrifosfor turĢusu (ATF) və baş-
qa maddələr də  qan damarlarının mənfəzini genişləndirir. Prosta-
qlandinlər  bioloji  aktiv  maddələr  olmaqla  ilk  dəfə  insanın  və 
heyvanların  spermasından  alınıb.  Sonrakı  tədqiqatlar  nəticəsində 
müəyyən  olunub  ki,  prostaqlandinlər  heyvanların  bütün  toxuma-
larında əmələ gəlir və hüceyrələrə yerli təsir göstərir. 
Ümumiyyətlə,  qan  dövranı  sisteminin  sinir  və  humoral 
tənzimi bir-biri ilə sıx əlaqədardır. 
 
 
Lаbоrаtоriyа iĢi 30. Simpatik sinirin qan damarlarına 
təsiri. (Klod Bernar təcrübəsi). 
IĢ üçün lazımdır: dovşan, narkotik maddə, toxuma aralayan 
alətlər,  fizioloji  məhlul,  işıqlandırıcı,  induksion  cihaz  və  ya 
elektrostimulyator, tənzif, salfet. 
IĢin gediĢi: dovşan stolda təsbit edilərək, narkoz edilir. Dov-
şanın qulağı işıqlandırıcınını qarşısında yerləşdirilərək, damarların 
mənfəzinə diqqət yetirilir. 
Sonra boyun nahiyyəsində dəri kəsilərək bir tərəfdə simpatik 
sinir tapılır, sapla bağlanır və kəsilir. Dovşanın qulağına baxılaraq 
normal  qulaq  ilə  simpatik  siniri  kəsilmiş  (denervasiya  olunmuş) 
qulağın qan damarlarının mənfəzi müqayisə edilir (şəkil 22). 
Simpatik sinirin periferik ucu elektrostimulyator ilə qıcıqlan-
dırılaraq qan damarlarının mənfəzinin dəyişməsi  müşahidə  edilir. 
Nəticə dəftərə yazılır. 

75 
 
Şəkil 22. Dоvşаnın bоyun nаhiyyəsində simpаtik sinir kəsildikdən sоnrа 
оnun qulаğındа qаn dаmаrlаrının gеnişlənməsi: 1-nоrmаl qulаğın qаn 
dаmаrlаrı; 2-simpаtik sinir kəsilmiş qulаğın qаn dаmаrlаrı. 
 
 
Lаbоrаtоriyа iĢi 31.  
Qurbağanın damar sisteminə perfuziya. 
IĢ üçün lazımdır: qurbağa, preparat hazırlamaq üçün alətlər, 
büret,  şüşə  konyul,  ştativ,  rezin  boru,  mantar  lövhə,  sap,  şpris, 
inyeksiya  üçün  iynə,  soyuqqanlılar  üçün  Ringer  məhlulu, 
adrenalin  məhlulu  (1:1000),  histamin  məhlulu  (1:1000),  peano 
pinseti və ya vintli sıxıcı. 
IĢin  gediĢi.  Qurbağanın  üst  çənəsi  kəsilir  və  onurğa  beyni 
pozulur.  Qurbağa  arxası  üstə  mantar  lövhədə  təsbit  edilərək,  döş 
qəfəsi yarılıb ürəyin üzəri açılır. 
Aortanın  şaxəsinin  birinin  altından  sap  keçirilərək  ilgək 
salınır.  Aorta  çəpinə  çərtilir,  ona  ürəkdən  əks  istiqamətə  konyul 
yeridilir və hazırlanmış sapla bağlanır. Konyul Ringer məhlulu ilə 
doldurulur,  sonra  mantar  lövhə  qurbağa  ilə  birlikdə  ştativdə 
bərkidilir. 
Konyul rezin boru ilə (əvvəlcədən rezin boruya sıxıcı salınır) 
içərisində Ringer məhlulu olan büretə birləşdirilir. 

76 
Qurbağanın ürəyi təcrid olunur. Büreti konyul ilə birləşdirən 
rezin borudakı sıxıcı açılır. 
Qurbağanın damar sistemindən keçən məhlul ürəyin kəsilmiş 
venalarından  töküləcəkdir.  Venadan  axan  məhlulun  qarın  boşlu-
ğuna  yığılmaması  üçün  qarın  boşluğu  kəsilərək  geniş  açılır. 
Damarlardan  keçən  bütün  məhlul  qurbağanın  arxa  pəncələrindən 
(pəncələrin altına stəkan qoyulur) damcı-damcı axacaqdır. 
Damara məhlulun həmişə eyni təzyiq ilə daxil olmasını təmin 
etmək  üçün  büretə  müntəzəm  məhlul  əlavə  edilməlidir.  Axan 
məhluldan  qan  görünmədikdə,  1  dəqiqə  müddətində  damarlardan 
keçən məhlulun damcılarının miqdarı bir neçə dəfə sayılır. 
Sonra  konyula  birləşdirilən  rezin  boruya  şpris  ilə  0,5  ml 
adrenalin  məhlulu  yeridilir  və  yenə  damarlardan  keçən  məhlulun 
damcılarının  miqdarı  1  dəqiqədə  sayılır.  Damar  sisteminə  daxil 
olan Ringer məhluluna histamin yeridilməklə təcrübə təkrar edilir. 
Nəticə dəftərə qeyd olunur. 
 
 
TƏNƏFFÜS 
 
MÖVZU: XARĠCĠ TƏNƏFFÜS 
 
Orqanizm ilə xarici mühit arasında gedən qazlar mübadiləsinə 
tənəffüs deyilir. Tənəffüs prosesi iki fazadan ibarətdir: 
1. Nəfəsalma fazası 
2. Nəfəsvermə fazası  
Tənəffüs  sisteminin  fiziologiyasından  və  patologiyasından 
bəhs edən elm pulmonologiya adlanır. 
Orqanizmdə fasiləsiz olaraq oksidləşmə prosesi gedir. Bioloji 
reaksiyalar  nəticəsində  oksigen  istifadə  olunur  və  enerji  ayrılır, 
eləcə  də  karbon  qazı  və  digər  məhsullar  əmələ  gəlir.  Oksigenin 
daxil  olması  və  karbon  qazının  xaric  olunması  orqanizmin  tənəf-
füs  funksiyası  ilə  təmin  olunur.  Təkhüceyrəli  orqanizmlərdə 
qazlar  mübadiləsi  bədən  səthi  ilə  həyata  keçirilir.  Tənəffüsün  bu 

77 
növünə  diffuz  tənəffüs  deyilir.  Həlqəvi  qurdlarda  dəri  tənəffüsü 
100%  təşkil  edir.  Dəri  tənəffüsü  ilan  balığında  60%-ə  qədər, 
qurbağada  30%-ə  qədər,  kənd  təsərrüfatı  heyvanlarında  1-2%, 
(ağır iş zamanı atlarda 8%-ə qədər yüksəlir) təşkil edir.  
Balıqda  qəlsəmə  tənəffüsü  mövcuddur.  Həşaratların  tənəffüs 
orqanı kiçik nəfəs borularından ibarətdir (traxeya tənəffüsü), suda-
quruda yaşayan qurbağalarda tənəffüs ağciyərlər və dəri vasitəsilə 
həyata  keçirilir.  Insanda  sakit  halda  dəri  tənəffüsü  1,5-2%  olur. 
Dəri  tənəffüsü  dəri  örtüyünün  təmizliyindən,  qan  damarları  ilə 
təchiz  olunmasından,  dərinin  qalınlığından,  orqanizmin  və  xarici 
mühitin temperaturundan asılıdır. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Tənəffüs və onun orqanizm üçün əhəmiyyəti. 
2. Nəfəsalma və nəfəsvermə mexanizmi. 
3.  Pnevmoqrafiya  üsulu  və  tənəffüsün  fiziologiyasının  öyrə-
nilməsində onun əhəmiyyəti. 
4. Yuxari tənəffüs yollarının əhəmiyyəti. 
5. Ağciyərlərin həyat tutumu. 
6. Tənəffüsün sinir tənzimi. 
7. Tənəffüsün humoral tənzimi. 
8. Atmosfer havasının tərkibi. 
 
 
Lаbоrаtоriyа iĢi 32. Müxtəlif fiziоlоji vəziyyətlər  
zаmаnı tənəffüs hərəkətlərinin qrаfiki qеydi  
(pnеvmоqrаfiyа) 
IĢ üçün lazımdır: pnevmoqraf, rezin boru, sıxıcı, şüşə ucluq, 
Marey kapsulası, kimoqraf, müayinə olunan şəxs. 
IĢin  gediĢi.  Pnevmoqraf  döş  qəfəsinin  ən  hərəkətli  hissəsinə 
bağlanır.  Pnevmoqrafin  rezin  borusu  ucluğun  köməyi  ilə  Marey 
kapsulasına  birləşdirilir.  Yazı  üçün  olan  pero  Marey  kapsulasına 
bərkidilir və ucluq vasitəsilə sistemə rezin balon ilə bir qədər hava 
doldurulur (Marey kapsulasının rezin pərdəsi bir qədər qalxır). 

78 
Pero kimoqrafin səthinə yaxınlaşdırılıb tənəffüs hərəkətlərinin 
yazısı alınır: 
1. Sakit tənəffüs zamanı 
2. Fiziki yükdən sonra 
3. Tənəffüsü dayandırdıqdan sonra 
4. Bir neçə dəfə tez-tez dərin tənəffüs hərəkətlərindən sonra. 
5. Qida və su qəbulu zamanı. 
Bütün hallarda tənəffüs hərəkətlərinin miqdarına, dərinliyinə, 
nəfəsalma  və  nəfəsvermənin  davametmə  müddətinə  fikir  verilir. 
Təcrübəni  müxtəlif növ heyvanlar üzərində də  aparmaq  lazımdır. 
Insanlarda sakit nəfəsvermənin davam etmə müddəti, nəfəsalmaya 
nisbətən 10-20% çox olur. 
 
 
Lаbоrаtоriyа iĢi 33.  
Məməlilərin ağciyərlərinin hərəkətinin  
Dondres apratında nümayiĢ etdirilməsi. 
IĢ üçün lazımdır: Dodres aparatı, dovşan (pişik və ya it) döş 
boşluğunu açmaq üçün alətlər, tənzif, sap, fizioloji məhlul. 
IĢin  gediĢi.  Dovşan  təsbit  edilir,  döş  boşluğu  açılır  və 
ağciyərlər traxeya ilə birlikdə təcrid edilir. Traxeyaya şüşə konyul 
salınaraq sapla bağlanır. Əsası kəsilib  götürülmüş ağciyərlər  şüşə 
butulkaya ehtiyatla yerləşdirilir. 
Butulkanın  ağzı  iki  deşiyi  olan  tıxac  ilə  bağlanır.  Həmin  de-
şiklərin  birindən  traxeyaya  bağlanmış  şüşə  boru  keçirilir.  Ikinci 
deşikdən  isə  ağzı  tıxac  ilə  bağlanmış  digər  şüşə  boru  keçirilir. 
Butulkanının  aşağı  hissəsi  nazik  elastik  rezin  ilə  çəkilib  bağlanır 
(rezinin  mərkəzinə  qarmaq  qoyulur).  Diafraqmanın  xatırladan  bu 
rezin  membran  butulkanın  içərisinə  doğru  itələnir.  Sonra  qarmaq 
vasitəsilə  həmin  membran  geri  çəkilir.  Bunun  nəticəsində 
butulkanın içərisindəki hava seyrəkləşir. 
Bundan  sonra  butulkanın  həcminin  dəyişməsi  zamanı  ağci-
yərlərin vəziyyəti müşahidə edilir. 

79 
Lаbоrаtоriyа iĢi 34. 
Plevra boĢluğunda təzyiqin ölçülməsi. 
IĢ üçün lazımdır: it, manometr – V şəkilli rezin şlanqlı şüşə 
boru,  inyeksiya  üçün  iynə,  spirt,  yod  məhlulu,  0,5%-li  novokain 
məhlulu. 
IĢin  gediĢi.  It  dəzgaha  çıxаrılır.  Sağ  tərəfdə  4-5-ci  qabırğa-
arası  nahiyyədə  tük  qırxılır.  Dəri  yod  məhlulu  ilə  dezenfeksiya 
edılır  və  həmin  nahiyəyə  0,5%-li  novokain  məhlulu  yeridilir. 
Inyeksiya  iynəsi  rezin  boru  vasitəsilə,  hündürlüyünün  yarısına 
qədər  rənglənmiş  fizioloji  məhlul  doldurulmuş  manometr  ilə 
birləşdirilir.  Hazırlanmiş  qabırğaarası  nahiyədən  iynə  plevra 
boşluğuna yeridilir. 
Iynə  plevra  boşluğuna  düşən  kimi,  manometrdə  mayenin 
yerinin dəyişməsinə nəzarət edilir. Nəticə analiz edilir. 
 
 
Lаbоrаtоriyа iĢi 35.  
Ağciyərlərin həyat tutumunun təyini (insanda). 
IĢ üçün lazımdır: spirometr, spirt, pambıq, su. 
IĢin  gediĢi.  Spirometrin  rezin  borusunun  müştüyü  spirtli 
pambıqla  silinir  və  onun  daxili  slindri  «0»  vəziyyətinə  qoyulur 
(şəkil 23). 
Ağciyərlərin həyat tutumunu təyin etmək üçün dərindən nəfəs 
alınır  və  sapirometrə  dərin  nəfəs  verilir.  Spirometrin  göstərdiyi 
rəqəm  ağciyərlərin  həyat  tutumu  hеsаb  еdilir.  Аğciyərlərin  həyаt 
tutumu mübadilə, əlavə və ehtiyat havadan ibarətdir. 
Tənəffüs (mübadilə) havasını təyin etmək üçün spirometrə 4-
5 dəfə normal nəfəs verilir və orta rəqəm tapılır. 
Əlavə havanın təyini - spirometrin daxili silindiri 3000 ölçü-
sünə qədər qaldırılır. Atmosferdən sakit nəfəs alınır və sonra spi-
rometdən  dərin  nəfəs  alınır.  Nəfəsalmadan  əvvəl  və  sonra  spiro-
metrin şkalasının fərqi əlavə havanın həcmini göstərir. 

80 
Ehtiyat  havanı  təyin  etmək  üçün  atmosferə  sakit  nəfəs  ver-
dikdən sonra spirometrə dərin nəfəs verilir. Spirometrin şkalasının 
göstərdiyi rəqəm ehtiyat havadır. Normada ağciyərlərin həyat tu-
tumu  insanlarda-3-5  litr,  atlarda-25-30  litr,  iri  buynuzlu  heyvan-
larda - 30-35 litr təşkil еdir. 
 
 
 
 
 
 
Şəkil 23. Spirоmеtr:  
1-xаrici silindr; 2-dаxili silindr;  
3-pəncərə; 4-hаvа ilə dоldurulmuş 
üzücü nişаn; 5-mеtаl bоru; 6-rеzin 
bоru; 7-silindrin tıxаcı. 
 
 
 
 
 
Lаbоrаtоriyа iĢi 36.  
Tənəffüsün reflektor tənzimi. 
IĢ üçün lazımdır: dovşan, pnevmoqraf, kimoqraf, göz pipeti, 
naşatır  spirti  /ammonyakın  10%-li  məhlulu/,  novokain  məhlulu, 
pambıq, pinset. 
IĢin gediĢi. Dovşan arxası üstə təsbit edilir və tənəffüs hərə-
kətlərinin  yazısı  аlınır.  Sonra  dovşanın  burnuna  naşatır  spirti  ilə 
isladılmış  pambıq  yaxınlаşdırılır.  Bu  vaxt  tənəffüs  nəfəsvermə 
fazasında  15-20  saniyə  dayanır.  Təcrübə  bir  neçə  dəfə  təkrar 
edilir.  Sonra  dovşanın  burun  boşluğuna  5-10  damcı  2%-li  novo-
kain  məhlulu  tökülür.  Bir  neçə  dəqiqədən  sonra  təcrübə  naşatır 

81 
spirti  ilə  təkrar  olunur.  Bu  dəfə  tənəffüs  dayanmır.  Ona  görə  ki, 
novokain  dil-udlaq,  yuxarı  qırtlaq,  üçlü  və  qoxu  sinirlərinin  hissi 
uclarını  (reseptorları)  keyləşdirir.  Təcrübənin  nəticəsi  dəftərə 
yazılır. 
 
 
MÖVZU: AĞCĠYƏRLƏRDƏ VƏ TOXUMALARDA  
QAZLAR MÜBADĠLƏSĠ. 
 
Tənəffüsün bir neçə mərhələsi var:  
1.
 
Xarici tənəffüs 
2.
 
Alveolyar hava ilə qan arasında qazlar mübadiləsi 
3.
 
Qazların qan ilə daşınması 
4.
 
Qan ilə hüceyrə və toxumalar arasında qazlar mübadiləsi 
5.
 
Daxili  tənəffüs  (hüceyrənin  mitoxondirilərində  bioloji 
oksidləşmə). 
Atmosfer havanın təkibində oksigen  -  20,94%, karbon qazı - 
0,03%, azot -79,03% olur. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Nəfəsalma, nəfəsvermə və alveolyar havanın tərkibi. 
2. Alveolyar hava ilə qan arasında qazlar mübadiləsi. 
3. Qazların qanla daşınması 
4. Qan ilə toxumalar arasında qazlar mübadiləsi 
5. Tənəffüsün tənzimində karbon qazının əhəmiyyəti 
6. Parsial təzyiq nədir? 
Оksigеn  və  kаrbоn  qаzının  pаrsiаl  təzyiq  fərqi  аşаğıdаkı 
cədvəldə göstərilmişdir (cədvəl 10). 
Cədvəl 10.  
Оksigеnin və kаrbоn qаzının pаrsiаl təzyiqinin fərqi, 
mm.c.süt. ilə 
Qаz 
Аlvеоlyаr hаvаdа 
Vеnоz qаndа 
Fərq 
Оksigеn 
107 
40 
67 
Kаrbоn qаzı 
46 
40 

 

82 
Lаbоrаtоriyа iĢi 37.  
Alveolyar havada oksigenin (O
2
) və  
karbon qazının (CO
2
) fazilə miqdarının təyini. 
IĢ  üçün lazımdır: böyük diametrli  şüşə boru, pambıq, spirt, 
sıxıcı, qaz toplayıcı, Orsun qaz analizatoru. 
Iş iki mərhələdən ibarətdir: 
1.
 
Alveolyar hava nümunəsinin alınması. 
2.
 
Orsun qaz analizatorunda alveolyar havanın müayinəsi. 
IĢin  gediĢi.  Uzunluğu  1  metr  və  diametri  2-3  sm  olan  şüşə 
boru  ştativdə  horizotal  vəziyyətdə  bərkidilir.  Bоrunun  daralmış 
ucu  müştüklə  qurtarır.  Müştükdən  bir  qədər  aralı  kranla  təchiz 
edılmış aparıcı  boru bərkidilir. Bu kran qaz toplayıcıya alveolyar 
havadan nümunə götürmək üçün olub, rezin boru ilə birləşdirilmiş 
iki şüşə qabdan ibarətdir. 
Şüşə  qablardan  biri  hava  nümunəsinin  götürülməsi  üçündür 
və sıxıcı ilə təchiz olunub. Ikinci şüşə qab qaz toplayıcıdan hava-
nın çıxarılması üçün istifadə olunur. Bu şüşə qab rəngli su ilə dol-
durulur. Birinci şüşə qabda olan sıxıcı açılır, ikinci şüşə qab yuxa-
rı  qaldırılır  və  ondakı  maye  havanı  sıxışdıraraq  birinci  qaba 
keçirir. 
Birinci şüşə qab maye ilə  tam dolandan sonra sıxıcı  bağlanır 
və  qaz  toplayıcı  hava  nümunəsi  götürmək  üçün  artıq  hazır  hesab 
edilir. 
Müayinə  olunan  şəxs  sakit  vəziyyətdə  nəfəsalma  və 
nəfəsvermədən  sonra  maksimum  dərəcədə  dərindən  müştüyə 
nəfəs  verir.  Müştük  sıxıcı  ilə  bağlanır  və  həmin  dəqiqə  aparıcı 
boru qaz toplayıcının birinci şüşə qabı ilə birləşdirilir. 
Qaz  toplayıcının  və  aparıcı  borunun  sıxıcılаrı  açılır,  ikinci 
şüşə qab aşağı endirilərək alveolyar hava şüşə qaba sorulur. 
Nümunələr götürüldükdən sonra hər iki sıxıcı bağlanır. Hava 
nümunəsi Orsun qaz analizatoruna keçirilir. 
Qaz analizatoru ölçü büretindən iki uducu borudan və üç ədəd 
üçgedişli kranla təchiz edilmiş şüşə borudan ibarətdir. Bunlardan 
biri büreti xaricə hava və ya qaz toplayıcı ilə, digər ikici isə uducu 

83 
borulara birləşdirməyə imkan verir. Ölçü büreti 100 ml hava tutur. 
Büretin aşağı ucu rəngli su ilə doldurulmuş qaz toplayıcının ikinci 
şüşə qabı ilə birləşdirilmişdir. 
Qaz  qarışığının  temperaturunu  sabit  saxlamaq  üçün  büreti 
təcrübə zamanı su ilə doldurulmuş digər qabda saxlamaq lazımdır. 
Uducu  boruların  hər  biri  kimyəvi  cəhətdən  qazları  özünə 
birləşdirən məhlul ilə doldurulmuşdur. Karbon qazını udmaq üçün 
10-15 %-li KOH məhlulundan istifadə edilir. 
Oksigeni  udmaq  üçün  2%-li  KOH  məhlulunda  hazırlanmış 
kimyəvi  təmiz  15%-li  piroqallol  məhlulu  işlədilir.  Məhlulun 
analiz  olunan  hava  ilə  təmasda  olduğu  sahəni  böyütmək  üçün 
uducu borular şüşə borucuqlar ilə doldurulur. 
Cihazın  hazırlanması  və  hava  nümunəsinin  qaz  analizatora 
götürülməsi: 
Uducu  boruların  kapillyar  hissəsində  məhlulların  səviyyəsi 
nişаn  edilmiş  bölgülərə  qədər  çatdırılır.  Havanı  büretdən  çıxarıb 
onu  «0»  bölgüsünə  qədər  ikinci  şüşə  qabda  olan  rəngli  su  ilə 
doldururlar. 
Uducu  borularda  mayelərin  səviyyəsini  təyin  edərkən  aşağı-
dakıları  yadda  saxlamaq  vacibdir:  büreti  uducularla  birləşdirən 
kranı  açmazdan  əvvəl  büretdə  müsbət  təzyiq  yaratmaq  lazımdır. 
Bunun üçün ikinci şüşə qabı o qədər qaldırmaq lazımdır ki, ondakı 
mayenin  səviyyəsi  büretdə  olan  mayenin  səviyyəsidən  yüksək 
olsun. 
Atmosfer təzyiq altında Orsun qaz analizatoruna dəqiq olaraq 
100  ml  müayinə  olunan  hava  çəkilir.  Bu  aşağıdakı  qayda  üzrə 
edilir: 
1.Qaz  analizatorun  aparıcı  borusu  qaz  toplayıcı  ilə  birləş-
dirilir. 
2.  Qaz toplayıcının  ikinci  şüşə  qabı  yuxarı qaldırılaraq, onda 
müsbət təzyiq yaradılır . 
3. Büretdə mənfi təzyiq yaradılır bunun üçün qaz toplayıcının 
ikinci şüşə qabı stolun üstünə qoyulur 
4. Qaz toplayıcının sıxıcıları açılır. 

84 
5. Qaz analizatorunu qaz toplayıcı ilə birləşdirən kran açılır. 
6.Atmosfer təzyiq altında qaz  toplayıcının və  büretin borula-
rının  köməyi  ilə  büretə  dəqiq  100  ml  müayinə  erilən  qaz  qarışı-
ğından  götürülür.  (Analiz  etməzdən  əvvəl  büret  bir  neçə  dəfə 
müayinə olunan hava ilə təmizlənir). 
Xarici kran bağlanır və qaz toplayıcı, Ors cihazından aralаnır. 
Hava  nümünəsinin  analizi  karbon  qazının  udulmasından  başlanır 
(ona görə ki, oksigen uducusunun qələvi məhlulu, karbon turşusu-
nun  bir  hissəsini  özünə  birləşdirə  bilər).  Qaz  toplayıcının  ikinci 
şüşə  qabını  endirib-  qaldırmaq  yolu  ilə  ucundakı  mayeni  uducu 
məhlul  olan  borunun  «çiyinlərinin»  səviyyəsinin  1/3-dən  az  və 
çox olmаmaq şərti ilə aşağı salınır. 
Karbonat  turşusunun  tam  udulması  üçün  10-15  dəfə  havanı 
büretdən  uducuya  qovmaq  vacibdir.  Uducu  mayenin  səviyyəsi 
ilkin  nişana  çatdırılır.  Büretdə  qalmış  havanın  həcmi  atmosfer 
təzyiq altında ölçülür. Bunun üçün büretdə və şüşə qabda bərabər 
səviyyə yaradılır. Büretdə qalmış havanın həcmi təyin edilir. 
Hesablamaların  düzgünlüyünü,  yəni  CO
2
-nin  bütovlükdə 
udulmasını  təsdiq  etmək  üçün  əlavə  olaraq  hava  daha  3-5  dəfə 
qovulur və yenidən qalmış havanın həcmi təyin edilir. 
Qaz  qarışığında  olan  oksigenin  miqdarının  təyini  də  həmin 
üsul  ilə  aparılır,  lakin  bu  zaman  başqa  uducundan  istifadə  edilir. 
Oksigen  ləng  udulduğuna  görə  qaz  qarışığı  uducu  ilə  25  dəfə 
təmasda olmalıdır. 
Karbon  qazı  və  oksigenin  udulması  başa  çatdıqdan  sonra 
hesablamalar aparılır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə