Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
DİKLORAN
®
PLYUS xaricə istifadə üçün gel
DICLORAN
®
PLUS
Tərkibi
Təsiredici maddələr: 1 q gelin tərkibində 11,61 mq diklofenak dietilamin (10 mq natrium diklofenaka
ekvivalentdir), 30 mq kətan toxumu yağı, 50 mq levomentol, 100 mq metilsalisilat vardır.
Köməkçi maddələr: butilhidroksianizol, butilhidroksitoluol,
benzil spirti, dinatrium edetat, dietilamin, karbomer
980, limon turşusu monohidrat, makroqol qliserilhidroksistearat (kremofor RH-40), propilenqlikol, distillə suyu.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP).
Farmakoloji xüsusiyyətləri
Xaricə istifadə üçün qeyri-steroid iltihab əleyhinə preparatdır (QSİƏP). Yerli ağrıkəsici, iltihab əleyhinə və
antiekssudativ təsir göstərir. QSİƏP olan diklofenak natrium və metilsalisilatın təsir mexanizmi
prostoqlandinlərin sintezini ləngitməsi ilə əlaqədardır. Yerli istifadə zamanı oynaqlarda ağrını və iltihabı,
oynaqların səhər məhdudluğunu və şişkinliyini azaldır, hərəkət həcminin artmasına köməklik göstərir. Kətan
yağının əsas komponenti iltihab əleyhinə təsirə malik olan α-linolen turşusudur. Levomentol sinir uclarını
qıcıqlandırır, yerli yayındırıcı və yüngül ağrıkəsici təsir göstərir, preparatın tətbiq olunduğu nahiyədə sərinlik
hissi yaradır.
Farmakokinetikası
Yerli istifadə zamanı natrium diklofenak, metilsalisilat və kətan yağı sorularaq dərialtı birləşdirici toxumaya,
əzələ toxumasına və oynaq kapsulasına nüfuz edir.
İstifadəsinə göstərişlər
- dayaq-hərəkət aparatının xəstəlikləri (artrit, osteoartroz, sinir kökü sindromu ilə osteoxondroz, radikulit);
- yumşaq toxumaların revmatik zədələnmələri (tendovaginit, bursit);
- revmatik və qeyri-revmatik mənşəli əzələ ağrıları (eyni zamanda həddindən çox fiziki gərginlik nəticəsində
yaranan);
- yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı (dartılma, gərginlik və zədələnmə nəticəsində).
Əks göstərişlər
Diklofenaka, metilsalisilata və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq,
bronxial astma, burun və burunətrafı ciblərin selikli qişasının residivləşən polipozunun asetilsalisil turşusu və
ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dözümsüzlük ilə (həmçinin anamnezdə) tam və ya
natamam ahəngliyi, hamiləlik (III trimestr), laktasiya dövrü (ana südü ilə qidalandırma), 12 yaşa qədər
uşaqlar, dəri örtüklərinin tamlığının pozulması.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Diklofenak fotosensibilizasiya yaradan preparatların təsirini gücləndirə bilər. Digər dərman preparatları ilə
kliniki əhəmiyyətli qarşılıqlı təsir təsvir olunmamışdır.
Xüsusi göstərişlər
Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə
atmayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər ətraf mühiti qorumağa
kömək edəcək!
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləliyin III trimestrində əks göstərişdir. Preparatın hamiləliyin I və II trimestrlərində istifadə
məsələsi fərdi olaraq həll edilir. DİKLORAN
®
PLYUS-un laktasiya dövründə istifadə təcrübəsi haqqında
məlumat olmadığına görə preparatın bu dövrdə istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İstifadə qaydası və dozası
Xaricə.
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir
göstərmir.
12 yaşdan böyük uşaqlara və böyüklərə gündə 3-4 dəfə dəriyə çəkilir və yüngülcə sürtülür. Preparatın lazımı
miqdarı zədələnmiş sahənin ölçüsündən asılıdır. Preparatın birdəfəlik dozası - 2-4 q (tubun qapağının tam
açılması zamanı 4-8 sm).
Həkim məsləhəti olmadan müalicə müddəti 10 gündən artıq olmamalıdır.
Preparatın uzun müddətə istifadəsi haqqında mümkünlük məsələsini həkim fərdi olaraq həll edir.
Ehtiyat tədbirləri
Xaricə istifadə üçündür.
DİKLORAN
®
PLYUS-u yalnız zədələnməmiş dəri nahiyəsinə çəkmək lazımdır, açıq yaralara düşməsinə yol
verilməməlidir. Geli çəkdikdən sonra okklyuzion sarğı ilə sarımaq lazım deyil. Açıq sahələrə uzunmüddətli
çəkilməsi zamanı rezorbtiv təsiri nəticəsində sistem əlavə təsirlər yarana bilər. Preparatın gözlərə və selikli
qişalara düşməsinə yol verilməməlidir.
Preparatı qaraciyər və böyrək funksiyalarının ağır pozğunluqları, bronxial astma, hamiləliyin I və II
trimestrlərində, yaşlı xəstələrə
ehtiyatla
təyin etmək lazımdır.
Əlavə təsirləri
Yerli reaksiyalar: ekzema, fotosensibilizasiya, kontakt dermatit (işlənilmiş dəri sahəsində qaşınma, qızarma,
şişkinlik, papulalar, vezikulalar, qabıqlanma).
Sistem reaksiyalar: generalizəolumuş dəri səpgisi, allergik reaksiyalar (övrə,
angionevrotik ödem,
bronxospastik reaksiyalar).
Doza həddinin aşılması
Məsləhət görülən dozada xaricə istifadə zamanı preparatın aktiv komponentlərinin çox kiçik sistem
absorbsiyası praktiki olaraq doza həddinin aşılmasını qeyri-mümkün edir. Təsadüfən daxilə qəbul zamanı
sistem əlavə təsirlərin inkişafı mümkündür.
Daxilə düşməsi zamanı müalicə: mədənin yuyulması, qusmanın induksiyası, aktivləşmiş kömürün qəbulu,
məcburi diurez, simptomatik müalicə. Diklofenak qan plazması zülalları ilə yüksək dərəcədə birləşdiyindən
(99%-ə qədər) dializ qeyri-effektivdir.
Buraxılış forması
30q gel alüminium və ya plastik laminəolunmuş tubda buraxılır. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«Yunik Farmasyutikal Laboratoriz»
(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay - 400 030, Hindistan
İstehsal sahəsinin ünvanı
Sahə № 304-308, Q.İ.D.K. İndastrial Area, Panoli 394 116, Qucarat Ştatı, Hindistan.
İddiaları qəbul edən təşkilat
«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55
www.dicloranplus.ru