Diqqət! 50 test Konstitusiya



Yüklə 17,09 Kb.
tarix02.01.2022
ölçüsü17,09 Kb.
#38650
50 test ARK


Diqqət! 50 test Konstitusiya

1. Hakimlər cinayət törətdikdə onların vəzifədən kənarlaşdırılması təşəbbüsünü kim Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər?


a) Konstitusiya Məhkəməsinin sədrləri
b) Prezident
c) Ali məhkəmənin hakimləri
d) Baş prokurorluq

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində:


a) dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir
b) imzalandığı gündən qüvvəyə minir
c) məcburi qüvvəyə malikdir
d) ən yüksək statuslu qərardır

3. Bələdiyyələr yaradılır:


a) qanunla
b) seçkilər əsasında
c) Konstitusiya ilə
d) konstitusiya qanunu ilə

4. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları nə vaxt qüvvəyə minir?


a) Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
b) 95 səs çoxluğu ilə
c) 83 səs çoxluğu ilə
d) Prezident tərəfindən 56 gün ərzində imzalandıqdan sonra

5. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların hüquqi qüvvəsinə görə ardıcıllığını müəyyən edin?


1.Konstitusiya
2. referendumla qəbul edilən aktlar
3. qanunlar
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
5. fərmanlar
6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
a) 1,3,4,5,2,6
b) 1,2,3,4,5,6
c) 1,2,3,5,4,6
d) 1,2,4,3,5,6

6. Bələdiyyələrin statusunun əsasları nə ilə müəyyən olunur?


a) qanunla
b) Konstitusiya ilə
c) Seçki Məcəlləsi ilə
d) Konstitusiya qanunu ilə

7. Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən edilir?


a) Konstitusiya qanunu ilə
b) Qanunla
c) qərarla
d) belə hal nəzərdə tutulmayıb

8. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?


a) müxtəlif mülkiyyət növlərinə
b) yalnız bələdiyyə və xüsusi mülkiyyət növlərinə
c) yalnız dövlət
d) heç biri

9. Aşağıda göstərilənlərdən hansı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalara aid deyil?


a) turizm
b) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri
c) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
d) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər

10. Azərbaycan Respublikasının qanunlarını kim şərh edir?


a) Məhkəmələr
b) Konstitusiya Məhkəməsi
c) Konstutsiya Məhkəməsi və Ali məhkəmə
d) Milli Məclis

11. Azərbaycan xalqının suveren hüququ nədir?


a) yalnız idarəetmə formasını müəyyən etmək
b) sərbəst və müstəqil öz müqəddəratını həll etmək və qanun qarşısında hamının bərabərliyi
c) yalnız öz müqəddəratını həll etmək
d) sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək

12.  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin edilməsi üçün aşağıdakılardan hansı tələb kimi qoyula bilməz?

a) seçkilərdə iştirak etmək hüququna malik olmalı və yaşı 25-dən aşağı olmamalı
b) dövlət orqanlarında işləyən və başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı olmalı
c) seçkilərdə iştirak etmək hüququna malik olmalı
d) yaşı 25-dən aşağı olmamalı

13.  Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə kim nəzarət edir?

a) Valideyinlər
b) Dövlət
c) Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi
d) Valideyinlər və dövlət

14.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istefası haqqında qərarı kim qəbul edir?

a) Milli Məclisin razılığı ilə Prezident
b) Konstitusiya Məhkəməsi
c) Milli Məclis 83 səs çoxluğu ilə
d) Prezident

15.   Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır:

a) Konstitusiya Məhkəməsinin qərarı ilə
b) Milli Məclisin qəbul etdiyi qanun ilə
c) Mill Məclis və Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar əsasında
d) heç biri

16.  Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunvericilik, icraedici hakimiyyəti və məhkəmə orqanları necə fəaliyyət göstərir?

a) qarşılıqlı fәaliyyәt göstərir və  Prezidentə tabedirlər
b) öz səlahiyyətləri çərçivəsində müstəqildirlər və bütün hallarda fəaliyyətlətləri məhdudlaşdırıla bilər
c) qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər
d) yalnız Prezident qarşısında məsuliyyət daşıyırlar

17.  Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikası ərazisinin tərkib hissəsinin daha düzgün cavabı hansı bənddə göstərilmişdir?

a) Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi
b) Azərbaycan Respublikasının daxili və xarici suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı
c) Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizi (gölü), Kür və Araz çayının Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı
d) Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı

18.  Hər kəsin toxunulmaz, ayrılmaz və pozulmaz hüquqları və azadlıqları var:

a) vətəndaşlıq aldıqdan sonra
b) doğulduğu andan
c) istənilən vaxt
d) qanunla nəzərdə tutulmuş yaşa çatdıqda

19.  Hansı halda  mülkiyyətdən məhrum olunmaq olar?

a) heç bir halda
b) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar olduqda
c) bütün hallarda
d) Məhkəmənin qanunla qüvvəyə minmiş qərarı olduqda

20. Kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilirmi?


a) yol verilmir
b) yol verilir
c) müvafiq göstəriş olduqda yol verilir
d) şəxsin razılığı olduqda yol verilir

21.  Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səslərin düzgün hesablanmadığı aşkar olunduqda:

a) yenidən səsvermə keçrilə bilməz
b) deputat səlahiyyətlərini itirir
c) məhkəməyə şikayət edilir
d) deputat mandatdan məhrum edilir 

22.  Azərbaycan Respublikasının Prezidenti hansı gündən başlayaraq öz səlahiyyətlərinin icrasına başlamış sayılır? 


a) 14 gündən sonra
b) And içdiyi gündən
c) Konstitusiya Məhkəməsi təsdiq etdikdən sonra
d) Seçkinin nəticələri elan olunduqdan 3 gün ərzində                                                    

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə qərarı hakimlərin neçə səs çoxluğu ilə qəbul edir?


a) 3
b) 7
c) 9
d) 6     

24. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdikdə hansı aktları qəbul edir?   


a) qərar və sərəncam
b) əmr
c) qərar va qanun
d) qərar

25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir? 


a) 9
b) 12
c) 18
d) 7

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair hansı aktları qəbul edir?


a) qanun və qərar
b) fərman və sərəncam
c) qərar va sərəncam
d) heç biri                        

27. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində statusu necə adlanır?


a) Muxtar Respublika
b) Naxçıvan Muxtar Respublikası
c) Muxtar Dövlət
d) Muxtar Vilayət

28. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının ərazisi :


a) yalnız toxunulmazdır
b) vahiddir, toxunulmazdır və bolünməzdir
c) hər kəsə  məxsusudur
d) yalnız Xəzər dənizindən və daxili sularından  ibarətdir
29. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət kim tərəfindən müdafiə olunur?
a) məhkəmələr
b) dövlət
c) qanunla qorunur
d) belə hal nəzərdə tutulmayıb

30. Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir:


a) səfirliklər və konsulluqlar
b) Prezident
c) Azərbaycan Respublikası
d) məhkəmələr

31. Aşağıdakı hallardan hansında Azərbaycan Respublikasının Milli Məclisinin deputatları mandatdan məhrum edilmir?

a) seçkilər zamanı səslərin düzgün hesablandığı aşkar olunduqda və ya nizam-intizam qaydaları pozduqda
b) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
c) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda
d) dövlət orqanlarında vəzifə tutduqda və ya din xadimi olduqda

32.  Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında:

a) Bütün hallarda vəzifəli şəxslər üçün konkret tapşırıqlar nəzərdə tutulur
b)  yerli özünüidarə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz
c) Məhkəmə və icraedici hakimiyyət üçün konkret tapşırıqlar nəzərdə tutula bilər
d) heç biri doğru deyil

33.  Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkilinə aid deyil?

a) öz iş qaydasını müəyyən edir
b) Milli Məclisin müvafiq orqanlarını yaradır
c) Hesablama Palatasını yaradır
d) İdarəetmə Şurasını yaradır

34.  Azərbaycan Respublikasının Milli Məclisi hansı məsələyə dair ümumi qaydalar müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul edir?

a) referenduma dair
b) prezident seçkilərinə dair
c) inzibati ərazi bölgüsünə dair
d) heç biri

35.  Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ mənsubdur:

a) Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikası Prokurorluğuna
b) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Prokurorluğuna
c) Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna
d) heç biri

36.  Qanunlar qəbul edildiyi gündən hansı müddətdə imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir?

a) 56 gün
b) 10 gün
c) 14 gün
d) heç biri

37.  Azərbaycan Respublikasının Milli Məclisinin deputatı hansı halda axtarışa məruz qala bilər?

a) cinayət başında yaxalandıqda
b) təqsirləndirildikdə
c) Baş prokurorluğun göstərişi ilə
d) heç biri

38.  Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına hansı qaydada xitam verilir?

a) yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin müvafiq göstərişi  ilə xitam verilə bilər
b) yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti xitam verə bilər
c) yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər
d) heç biri

39.  Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən etmir:

a) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
b) bələdiyyələrin statusu
c) bələdiyyələrə seçkilər
d) bələdiyyələrin hesabatlarının dinlənilməsi

40.  Aşağıda göstərilənlərdən hansı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil:

a) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir
b) əfv edir
c) vətəndaşlıq məsələlərini həll edir
d) müharibə elan edilməsinə razılıq verir

41.  Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin:

a) aşağı icra orqanıdır
b) ali  icra orqanıdır
c) yuxarı orqanıdır
d) yuxarı icra orqanıdır

42.  Azərbaycan Respublikasında icra hakimiyyəti kimə mənsubdur?

a) Dövlətə və Prezidentə
b) Yerlərdə icra hakimiyyətlərinə
c) Nazirlər Kabinetinə
d) Prezidentə

43. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələbdir:


a) Azərbaycan Respublikasının ərazisində və ondan kənarda 10 ildən artıq daimi yaşayan və başqa dövlətlər qarşısında öhdəliyi olmayan
b) ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasının ərazisində 5 ildən artıq daimi yaşayan
c) seçkilərdə iştirak etmək hüququna malik olan 5 ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşayan
d) ağır cinayətə görə məhkum olunmayan, seçkilərdə iştirak etmək hüququna malik olan

44. Hansı məsələ yalnız referendumla həll oluna bilər?


a) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və qanunlara dəyişikliklər edilməsi
b) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi və müharibəyə başlamaq
c) büdcənin qəbulu
d) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi

45. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində necə qəbul olunur?


a) 83  səs çoxluğu ilə qanunlar şəklində
b) 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində
c) Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
d) 83 səs çoxluğu ilə Milli Məclis qəbul etdikdə

46. Bələdiyyənin qəbul etdiyi aktın icrası kimlər üçün məcburidir?

a) ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün
b) ərazisində yaşayan əcnəbilər və onun ərazisində yerləşən hüquqi şəxslər üçün
c) yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün.        
d) bütün fiziki və hüquqi şəxslər üçün

47. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların hüquqi qüvvəsinə görə ardıcıllığı müəyyən edin:


1-Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
2 -Konstitusiya
3 -mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
4-referendumla qəbul edilmiş aktlar
5-qanunlar
6-fərmanlar

a) 1,2,3,4,5,6


b) 2,1,3,6,5,4
c) 2,4,5,6,1,3
d) 2,4,3,6,5,1

48. Bələdiyyənin iclasında baxılan məsələlərə dair qəbul edilir:


a) qanun və sərəncam
b) qanun
c) qərar
d) heç biri

49. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini kim təsdiq edir?


a) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
b) Azərbaycan Respublikasının Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
c) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti
d) Azərbaycan Respublikasının Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Baş naziri

50. Aşağıda göstərilənlərdən hansı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalara aiddir:


a) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad
b) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
c) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri
d) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili
--
Отправлено из Mail.Ru для Android
Yüklə 17,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin