Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları



Yüklə 179,56 Kb.
səhifə1/4
tarix26.01.2020
ölçüsü179,56 Kb.
#30309
  1   2   3   4
D vl t Qullu una q bul zr M sahib suallar

Suallar: Dovlet qulluqcusunun mehdudiyyetleri, Melumat azadliginin prinsipleri, Etik davraniw qaydalari, Maraqlarin toqquwmasi nedi ve buna misal getirin, Dovlet qulluqcusunun elave tehsile celb olunmasi, dovlet qulluqcsunun fealiyyetinin qiymetlendirilm esi, Unitar, dunyevi sozunun menasi, Vetendawlarin vezifeleri, Fermanla serencamin ferqi, Serencam mahiyyetli senedler hansilardir? Qerarla Emrin ferqi,Derkenar haqqinda.,AXC dovrunde Parlamentin sedri,muavini kim olub? Nazirler kimler olub? herbi nazirler? Hansi general qubernatorluqlar var? Elektron dovlet, Elektron hokumet, Elektron imza. Turkiye Azerbaycan prezidentleri arasinda baglanmis protokollar? Hemserhəd oldugumuz olkeler?


Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları.

Sual:1. Prezidentin aktları.

Cavab: Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.



Sual:2. 20-ci əsrin yazıçı və şairləri.

Cavab: Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşviq, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Məhəmmədhüseyn Şəhriyar, İlyas Əfəndiyev, Süleyman Rüstəm və s.



Sual:3. Əkinçi qəzeti haqqında.

Cavab: "Əkinçi"  Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetdi.  1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdü. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.



Sual:4. AXC dövründə ilk baş nazir və o dövrdən qalan bayramlar.

Cavab: Fətəli xan Xoyski. Silahlı Qüvvələr günü, Respublika günü, Bayraq bayramı.



Sual: 5. Müstəqillik gününün tarixi və niyə o gün?

Cavab: XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Sual:6. Molla Nəsrəddin jurnalı haqqında.

Cavab: Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.Baş redaktoru C.Məmmədquluzadə idi.

Sual: 7. 1918-ci il 29 may tarixi haqqında.

Cavab: Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı.

Sual:8. TANAP nədir?.

Cavab: Trans Anadolu Qaz Boru Kəməri - təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ  TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. [1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

Sual:9. M.Ə.Rəsulzadə haqqında.

Cavab: Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı


texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil,bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri
də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olmuşdur. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 6 mart 1955 ci ildə Ankara vefat etmişdir.

Siyasi fəaliyyəti.1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP- nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat"Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar.



Sual: 10.Bayraq bayramı nə vaxtdır?

Cavab: Azərbaycan Respublikasının bayrağı 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.



Sual:11. 1918-ci il 28 may günü haqqında.

Cavab: Respublika günü və ya 28 May – Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

Sual:12. Qoşulmama hərəkatı haqqında.

Cavab: Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb.2011 de Azerbaycan da uzvu olub.

Sual:13. Madrid prinsipi haqqında.

Cavab: Madrid prinsipləri - Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan, sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon, Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.



Geri qaytarılması nəzərdə tutulan rayonlar. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon qeri qaytarılmalıdır. Qeri qaytarılması nəzərdə tutulan rayonlar, aşağıdakı şəkildə sıralanmışdır:

  • Ağdam

  • Füzuli

  • Cəbrayıl

  • Zəngilan

  • Qubadlı

  • Laçın rayonunun 13 kəndi.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Sual:14. Azərbaycan-Ermənistan atəşkəs sazişinin tarixi və yeri haqqında.

Cavab: Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında Bişkek şəhərində imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.

Sual:15. 2012-ci ildə Azərbaycanda yadda qalan hadisələr.

Cavab: 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edilib

1. İstanbul və Bakı şəhərlərində Xocalı faciəsinin 20 illiyi ilə bağlı tədbirlərin keçirilməsi

2. Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı sərəncam

3. Bakıda ilk dəfə olaraq “Eurovision” musiqi yarışmasının keçirilməsi

4. TANAP müqaviləsinin imzalanması

5. Azərbaycan idmançılarının London olimpiadasında 10 medal qazanmaları

6. Ramil Səfərovun azad edilməsi

7. Bakıda II Beynəlxalq Humanitar Forumun keçirilməsi

8. Xalq Artisti Yaşar Nurinin vəfatı

9. Azərbaycana 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını keçirmək hüququnun verilməsi.

Sual:16. 2015-ci ildə keçiriləcək Avropa Olimpiada oyunlarının Azərbaycan üçün hansı müsbət nəticələri oldu?

Cavab: Azərbaycanın beynəlxalq aləmdə daha da tanındı (turist axınına, xarici investisiyaların qoyulmasına və s.) və yüksək səviyyəli tədbirləri təşkil etmə və idarə etmə baxımından böyük təcrübəyə malik olduğunu sübut etdi.



Sual:17. Elektron imza, elektron hökümət nədir?

Cavab: Elektron imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

Elektron hökumət  — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir. Azərbaycanda "elektron hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.

Sual:18. Azərbaycan dünyəvi dövlətdir dedikdə nə başa düşürsünüz?

Cavab: Din dövlətdən ayrıdır. Dinin dövlətə və onun idarə edilməsinə təsiri və ya rolu yoxdur.



Sual:19. 1920-ci ilə qədər Azərbaycanın görkəmli qadınları.

Cavab: Azərbaycan qadının fəal rolu müxtəlif əsərlərdə öz əksini tapıb: "Avesta"da ilahə Anahit (e.ə. III minillik), "Dədə Qorqud"da Burla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), "İskəndərnamə"də Nüşabə; Koroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan kimi şairlər, xalq qəhramanı.Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndizadə, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya və başqaları.

Sual:20. Azərbaycan alimlərinin ixtiraları.

Cavab: Dünya elmində Azərbaycanın öz payı var.  Kəşfləri ilə dünya elminə töhfə vermiş müasir Azərbaycan alimlərinin ilk beşliyini aşağıdakılar teşkil edir:



Yusif Məmmədəliyev :Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.

Lütfi Zadə:Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır:  təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”.

Kərim Kərimov:Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

Xudu Məmmədov:Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır.

Rafiq Əliyev :Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb.

Sual:22. BMT-nin qətnamələri.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olmuşdur. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822 nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11 noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərdsiz çıxarılması tələbi qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yürd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85 -ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.



Sual:23.Xocalı aeroportu.

Cavab: Xocali aeroportu Azerbaycan Respublikasi terefinden Beynelxalq Mülki Aviasiya Teşkilati (İCAO) nezdinde Azerbaycana aid bir hava limani kimi qeyde alinib. ICAO-nun siyahisinda Xocali aeroportu “UBES” kodu ile keçir ki, “UB” ile başlayan bütün aeroport kodlari onun Azerbaycana aid oldugunu gösterir. Misal üçün Baki hava limani UBBB olaraq qeyd olunub.Ona göre huquq normalarina göre bura Azerbaycan aeroportu sayilir ve diger teyyareleri xeberdarliq etdikden sonra xeberdarliga ehemiyyet verilmezse vura biler.  25.02.1992-ci ildə Xocalı işğal olunarkən ələ keçirilmiş bu aeroportun illər sonra açılması təyyarə uçuşlarını tənzimləyən Çikaqo Konvensiyasına da ziddir.

Sual:24. Azərbaycanın tarixi torpaqları

Cavab: Şimali Azerbaycan torpaqlar (i$gal altìnda olan torpaqlar(Qarabag torpagì),Daha önce i$gal olunan torpaqlar Zengezur,Göyçe ve s),Qerbi Azerbaycan (indiki Ermenistan),Dagìstanìn cenub rayonlarì (Zencandan Derbende qeder),Gürcüstanìn Alazan (Qanìx) vadisi,Kür-Araz çaylarì arasìndakì torpaqlar,Azerbaycanìn cenub torpaqlarì,Erdebil, Təbriz və s.
Sual:25. 2013-cü il, 2012-ci illər nə illəri elan olunmuşdur?

Cavab: 2011 Turuzim ili, 2012-ci il İdman, 2013-cü il İKT, 2014 sənaye ili, 2015 K\T ili



Sual:26. AXC-də ilk parlament və onun sədri

Cavab: 1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.



Sual: 27.2-ci Dünya müharibəsi nə vaxt başlayıb və başa çatıb?

Cavab: 1939-45



Sual:28. Dünyada baş verən ən son hadisələr?

Cavab: İŞİD, Neftin qiymətinin ucuzlaşması,Paris hadisələri.



Sual: 29.31 mart soyqrımı.

Cavab: 1918-ci il 30 mart ve 3 aprel tarixleri arasinda Baki soveti ve daşnaq ermeni silahli desteleri azerbaycanlilara qarşi qirgin toretmişler. bolşevik-daşnaq birleşmeleri "Kaspi" metbeesini, " Aciq soz" qezetinin redaksiyasini, " Ismailiyye" binasini yandirmiş, "Tezepir" mescidinin minarelerini top ateşi ile zedelemişler. mart soyqirimi neticesinde tekce Bakida 12 minden cox azerbaycanli oldurulmuşdu. soyqirim tek Bakida deyil, Samaxi, Quba, Kurdemir, Salyan ve Lenkeranda da davam etdirilmişdi. umumilikde soyqirim zamani 50 mine yaxin azerbaycanli olduruldu. Soyqirim Azerbaycanin musteqilliyi ideyalarina zerbe vurmaq meqsedile teşkil olunmuşdur. lakin soyqirim akti Azerbaycan xalqi arasinda milli birlik ve musteqil dovletcilik ideyasini guclendirdi. Umumilli lider Heyder Eliyevin 26 mart 1998-ci il tarixli serencami ile 31 mart Azerbaycanlilarin soyqirim gunu elan olunmuşdur.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə cıxarmağı bacarsın.

Sual:30. Bu gün üçün ən son uğurumuz?

Cavab:


Sual:31. Dövlət rəmzləri və onların mənaları

Cavab: Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bayraq suverenliyin rəmzidir.1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.

Azərbaycanın dövlət gerbi -Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz,ulduzun mərkəzində alov təsviri vardır.Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın - türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir. Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının - Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur. 

Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin