Dövlət qulluqçularının etik davranış qaydaları haqqında



Yüklə 314,85 Kb.
Pdf görüntüsü
tarix24.04.2020
ölçüsü314,85 Kb.
#30963
ethic rules


Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və 

onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. 

 

Fəsil 1. 



 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Qanunun əhatə dairəsi  



 

1.1. Bu  qaydalar  dövlət  qulluqçusu  statusuna  malik  olan  bütün  şəxslərə  şamil 

edilir.  

1.2. Hər  bir  dövlət  qulluqçusu  qanunun  aliliyini,  insan  hüquqlarını,  demokratik 

prinsipləri  və  yüksək  etik  davranış  qaydalarını  rəhbər  tutaraq  bu  Qanunun 

müddəalarına əməl etməyə borcludur. 

 

Maddə 2. Qanunun məqsədləri  



 

2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:  

2.0.1.  dövlət  orqanlarının  və  dövlət  qulluğunun  nüfuzunun  artırılması, 

vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;  

2.0.2.  dövlət  orqanları  və  dövlət  qulluqçularının  fəaliyyətində  səmərəliliyin  və 

şəffaflığın artırılması; 

2.0.3.  dövlət  orqanlarında  korrupsiyanın  və  dövlət  qulluqçularının  fəaliyyətində 

maraqların toqquşmasının qarşısının alınması; 

2.0.4.  dövlət  qulluqçuları  tərəfindən  etik  davranış  qaydalarına   əməl  olunmasının 

təmin edilməsi; 

2.0.5.  dövlət  qulluqçularından  gözlənilən  davranış  barədə  vətəndaşların 

məlumatlandırılması; 

2.0.6. 

dövlət 


orqanlarının 

və 


dövlət 

qulluqçularının 

fəaliyyətinin 

qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi. 

 

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi 



 

3.1  Dövlət  qulluqçusunun  xidməti  davranışı  qanunvericiliklə  ona  verilmiş 

hüquqların  həyata  keçirilməsi  və  vəzifələrinin  yerinə  yetirilməsi  ilə  əlaqədar 

fəaliyyətidir.  Dövlət  qulluqçusunun  xidməti  davranışı  bu  Qanunla  müəyyən  edilmiş 

etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 


3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi 

aktlara uyğun olaraq tənzimlənir. 

3.3.  Bu  Qanunla  müəyyən  olunmuş  etik  davranış  qaydalarını  dəqiqləşdirən 

normalar,  onlara   riayət  olunması  ilə  bağlı  təminatlar  dövlət  orqanlarının  digər 

normativ  hüquqi  aktları  ilə  müəyyənləşdirilə  bilər.  Göstərilən  normativ  hüquqi  aktlar 

bu Qanunun müddəalarına zidd olmamalıdır. 

 

Fəsil 2. 



 

ETİK DAVRANIŞ QAYDALARI 

 

Maddə 4. Vicdanlı davranış   



 

4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə 

borcunu səmərəli yerinə yetirməyə borcludur. 

4.2.  Dövlət  qulluqçusu  bütün  hallarda  hər  bir  şəxs  üçün  vicdanlılıq  nümunəsi 

olmalıdır. 

 

Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması  



 

5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə  müəyyən  olunmuş  səlahiyyətlər  çərçivəsində  və  peşəkarlıq  səviyyəsində  yerinə 

yetirməyə borcludur. 

5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına 

hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir. 

 

Maddə 6. Loyallıq 



 

6.1.  Dövlət  qulluqçusu  onun  xidməti  vəzifəsinə  aid  olmadığı  hallarda,  dövlət 

orqanlarının,  onların  rəhbərlərinin  fəaliyyəti  ilə  əlaqədar  (qanunsuz  fəaliyyət  istisna 

olmaqla)  tənqidi  ictimai  mülahizələrdən,  çıxışlardan  və  onların  fəaliyyətinə  ictimai 

qiymət  verilməsindən  çəkinməlidir.  Bu  qayda  dövlət  qulluqçusunun  elmi-pedaqoji 

fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. 

6.2.  Dövlət  qulluqçusu  dövlət  qulluğu  ilə  bağlı  vəzifələrin  icrası  ilə  bir  araya 

sığmayan  və  onun  adına  xələl  gətirə  biləcək,  habelə  dövlət  orqanının  nüfuzunu  aşağı 

sala biləcək hərəkətlərə yol verməməlidir. 

6.3.  Dövlət  qulluqçusu  dövlət  orqanı  tərəfindən  açıq  çıxışlarla  bağlı  müəyyən 

olunmuş qaydalara əməl etməlidir.  

6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş 

məhdudiyyətlərə əməl etməlidir. 

 


Maddə 7. İctimai etimad  

 

7.1.  Dövlət  qulluqçusu  Azərbaycan  Respublikasının,  dövlət  orqanının  və  dövlət 



qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.  

7.2.  Dövlət  qulluqçusu  etik  davranış  qaydalarının  onun  tərəfindən  pozulması 

nəticələrini  aradan  qaldırmağa,  o  cümlədən  ictimai  etimadın  bərpası  üçün  tədbirlər 

görməyə borcludur. 

7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti 

barədə  ictimaiyyəti  məlumatlandıran  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin 

qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada  doğru  (dürüst)  məlumatlar  almasına 

köməklik göstərməlidir. 

 

Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə 



və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət 

 

8.1.  Dövlət  qulluqçularının  fəaliyyəti  insanların  hüquq,  azadlıq  və  qanuni 



maraqlarının  təmin  olunmasına  (qorunmasına  və  müdafiəsinə)  xidmət  etməlidir. 

8.2.  Dövlət  qulluqçusu  insanların  hüquq  və  azadlıqlarını,  qanuni  maraqlarını  pozan, 

onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və 

ya hərəkətsizliyə) yol verməməlidir. 

8.3.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  dövlət  qulluqçusu 

xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının 

şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını 

təmin etməlidir. 

8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin  işgüzar nüfuzuna hörmətlə yanaşmalı və 

onların  işgüzar  nüfuzunu  ləkələyə  biləcək  hərəkətlərə  (və  ya  hərəkətsizliyə)  yol 

verməməlidir.  

 

Maddə 9. Mədəni davranış 



 

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya 

tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. 

 

Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi  



 

10.1.  Dövlət  qulluqçusu  birbaşa  və  ya  yuxarı  rəhbərinin  qanuna  uyğun  olan  və 

səlahiyyətləri  daxilində  qəbul  etdiyi  yazılı  əmri,  sərəncamı  və  ya  verdiyi  şifahi 

tapşırıqları yerinə yetirməyə borcludur.  

10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, 

sərəncamın  və  ya  tapşırığın  qanuna  və  ya  digər  normativ  hüquqi  akta  zidd  olmasına 

əmindirsə,  bu  barədə  yazılı  əsaslandırmanı  birbaşa  və  ya  yuxarı  rəhbərinə  təqdim 


etməlidir.  O,  birbaşa  rəhbərindən  bu  əmr,  sərəncam  və  ya  tapşırığın  yazılı  şəkildə 

təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, 

sərəncam  və  ya  tapşırıq  almasına  baxmayaraq,  dövlət  qulluqçusu  onların  qanuna, 

yaxud digər normativ hüquqi akta zidd olmasına  inanmaqda davam edərsə, o, həmin 

əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. 

10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 

 

Maddə 11. Qərəzsizlik  



 

11.1.  Dövlət  qulluqçusu  xidməti  vəzifəsini  yerinə  yetirərkən  və  ya   qərar  qəbul 

edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial 

mənşəyinə,  əmlak  və  qulluq  vəziyyətinə,  dinə  münasibətinə,  əqidəsinə,  ictimai  və  ya 

hər  hansı  digər  birliyə  mənsubiyyətinə  görə  hər  hansı  şəxsin  və  ya  şəxslər  qrupunun 

üstünlüyünə  və  ya  belə  üstünlüyün  əldə  edilməsi  üçün  şəraitin  yaradılmasına  yol 

verməməlidir. 

11.2.  Dövlət  qulluqçusu  xidməti  vəzifələrinin  yerinə  yeritirilməsi  zamanı  siyasi 

bitərəfliyə əməl etməyə borcludur. 

11.3.  Dövlət  qulluqçusu  özünün  və  ya  maraqlı  şəxslərin  mənafelərinin  onun 

xidməti  vəzifələrinin  yerinə  yetirilməsinə  təsirinə  yol  verməməli  və  bu  cür  təsir  üçün 

şərait yaratmamalıdır.  

 

Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə 



edilməsinə yol verilməməsi  

 

12.1.  Dövlət  qulluqçusunun  qanunsuz  olaraq  maddi  və  qeyri-maddi  nemətlər, 



imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya 

qərarlar qəbul etməsi qadağandır. 

12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının 

maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  etməyə  gətirib 

çıxarmasını istisna edən tədbirlər görməlidir. 

12.3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  şəxslərə  əvəzsiz  xidmət 

(xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq 

tələb edə bilməz. 

12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət 

(xidmətlər)  göstərən  dövlət  qulluqçusu  həmin  xidmətə  (xidmətlərə)  görə  nəzərdə 

tutulan məbləğdən artıq haqq tələb edə bilməz. 

 

Maddə 13. Korrupsiyanın qarşısının alınması  



 

13.1.  Dövlət  qulluqçusuna  qanunsuz  maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar 

və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. 


Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan 

asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və 

maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  dövlət  qulluqçusunun 

qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. 

13.2.  Tərəflərdən  biri  dövlət  qulluqçusunun  qulluq  keçdiyi  dövlət  orqanı 

olan  əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. 

 

Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər 



 

14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya 

bu  cür  təsir  təəssüratı  yaradan,  və  ya  onun  vəzifələrinin  icrası  müqabilində  mükafat 

qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər 

şəxslər  üçün  tələb  edə  və  ya  qəbul  edə  bilməz.  Bu  qayda  qonaqpərvərliklə  bağlı  və 

dəyəri  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında“  Qanunda  nəzərdə  tutulmuş 

məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. 

14.2.  Dövlət  qulluqçusu  hədiyyənin  qəbul  edilməsi  və  ya  qonaqpərvərlikdən 

istifadə  ilə  bağlı  qərara  gələ  bilmədiyi  hallarda  bu  məsələ  barədə  birbaşa  rəhbərinin 

rəyini öyrənməlidir. 

 

Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması 



 

15.1.  Dövlət  qulluqçusu  qulluq  etdiyi  dövrdə  maraqların  toqquşmasına  yol 

verməməlidir  və  qanunsuz  olaraq  öz  vəzifə  səlahiyyətlərindən  şəxsi  maraqları  üçün 

istifadə etməməlidir.  

15.2.  Dövlət  qulluqçusunun  xidməti  vəzifələri  ilə  onun  şəxsi  maraqları  arasında 

ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna 

qəbul  olunduqda,  habelə  bundan  sonrakı  dövrdə  həmin  maraqların  xarakteri  barədə 

məlumat verməyə borcludur. 

15.3.  Dövlət  qulluqçusu  başqa  vəzifəyə  keçmə  ilə  əlaqədar  təkliflərin  maraqların 

toqquşmasına  səbəb  ola  biləcəyi  hallarda,  bu  barədə   dövlət  orqanının  rəhbərinə 

məlumat  verməlidir.  Dövlət  qulluğuna  xitam  verildikdən  sonra  dövlət  qulluqçusu 

qanunvericiliklə  müəyyən  edilmiş  müddət  ərzində  əvvəllər  fəaliyyətinə  nəzarət  etdiyi 

idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz. 

15.4.  Dövlət  qulluqçusu  maraqların  toqquşmasının  qarşısının  alınması  üçün 

qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. 

15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik 

davranış  qaydaları,  korrupsiyaya  qarşı  mübarizə  və  maraqların  toqquşmasının 

qarşısının  alınması  ilə  normativ  hüquqi  və  normativ  xarakterli  aktlarla  tanış 

olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə 

birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. 

 


Maddə 16. Əmlakdan istifadə  

16.1.  Dövlət  qulluqçusu  istifadəsində  olan  dövlət  əmlakından,  maliyyə 

vəsaitlərindən,  rabitə,  kompyüter  və  digər  kommunikasiya  sistemlərindən,  nəqliyyat 

vasitələrindən  və  digər  maddi-texniki  təchizat  avadanlıqlarından  qənaətlə  və  səmərəli 

istifadə etməlidir. 

16.2.  Dövlət  qulluqçusuna  dövlət  əmlakından,  maliyyə  vəsaitlərindən,  rabitə, 

kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər 

maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə  həmin dövlət 

qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər 

üçün istifadə etməsi qadağandır. 

 

Maddə 17. Məlumatlardan istifadə 



 

17.1.  Dövlət  qulluqçusu  xidmət  etdiyi  dövlət  orqanının  sərəncamında  olan 

məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması 

mümkünlüyünü təmin etməlidir. 

17.2.  Dövlət  qulluqçusu  dövlət  orqanında  müəyyən  olunmuş  xidməti 

informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. 

17.3.  Dövlət  qulluqçusu  xidməti  fəaliyyəti  zamanı  əldə  etdiyi  məlumatları  şəxsi 

maraqları üçün istifadə edə bilməz.  

 

Maddə 18. İctimai və ya siyasi fəaliyyət 



 

18.1.  Qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  dövlət  qulluqçusu 

ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir. 

18.2.  Dövlət  qulluqçusunun  ictimai  və  ya  siyasi  fəaliyyəti,  yaxud  ictimai  və  ya 

siyasi  birliyə  mənsubiyyəti  onun  xidməti  vəzifələrini  qərəzsiz  və  obyektiv  yerinə 

yetirdiyinə ictimai şübhə doğurmamalıdır. 

18.3.  Dövlət  qulluqçusu  qulluq  mövqeyindən  istifadə  edərək  digər  dövlət 

qulluqçularını  ictimai  və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində  iştiraka 

təhrik etməməlidir. 

18.4.  Dövlət  qulluqçusuna  dövlət  orqanlarında  ictimai  və  siyasi  birliklərin 

(həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, 

yaxud  həmin  orqanlarda  göstərilən  struktur bölmələrin   yaradılmasına   yardım  etmək 

qadağandır. 

18.5.  Dövlət  qulluqçusuna  seçkilər  zamanı  öz  vəzifə  mövqeyindən  və 

səlahiyyətlərindən  özünün  və  ya  digər  namizədlərin,  siyasi  partiyaların,  siyasi 

partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır. 

 

Fəsil 3. 



ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN 

OLUNMASI 

Maddə 19. Təminatlar sistemi 

 

19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün: 



19.0.1.  dövlət  qulluqçusunun  davranışının  etik  davranış  qaydalarına  uyğunluğu 

onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir; 

19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə 

nəzərdə tutulmuş tədbirlər görülür. 

 

Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət 



 

20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti 

qaydada, yuxarı orqan tabeçilik əsasında həyata keçirir. 

20.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl 

olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir. 

 

Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət 



 

21.1.  Dövlət  orqanlarında  etik  davranış  qaydalarına  əməl  olunmasına  nəzarəti 

həmin orqanların müvafiq qurumları həyata keçirir. 

21.2. Dövlət orqanının rəhbəri: 

21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla 

müəyyən  olunan  etik  davranış  qaydalarına  uyğunluğuna  nəzarət  etməli  və  onun 

təhlilini aparmalıdır; 

21.2.2.  öz  davranışı  ilə  etik  davranış  qaydalarına  əməl  olunması  nümunəsi 

göstərməlidir; 

21.2.3.  tabeliyində  olan  dövlət  qulluqçuları  arasında  onların  tutduqları  vəzifələrə 

uyğun olaraq vəzifə bölgüsü aparmalıdır; 

21.2.4. tabeliyində olan şəxsləri hüquqa və  hamılıqla qəbul edilmiş etik normalara 

zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir

21.2.5.  rəhbərlik  etdiyi  dövlət  orqanlarına  və  onların  struktur  bölmələrinə 

kadrların  seçilməsi   və  yerləşdirilməsi  zamanı  qanunvericiliyin  tələblərinə  əməl 

etməlidir; 

21.2.6.  etik  davranış  qaydalarının  pozulmasının  qarşısının  alınması  və 

profilaktikası üzrə  tədbirlər görməlidir

21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli 

və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara 

tövsiyələr verməlidir; 


21.2.8. öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış 

qaydalarını  və  onlara  əməl  olunması  ilə  bağlı  təminatları  konkretləşdirən  normativ 

hüquqi (və ya normativ xarakterli) aktları  işləyib hazırlamalı və təsdiq etməlidir; 

21.2.9.  etik  davranış  qaydalarını  pozan  dövlət  qulluqçularının  intizam 

məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; 

21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara 

əməl  olunmasını  tələb  etmək  hüquqlarına  malik  olmaları  barədə  vətəndaşları  və 

təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir; 

21.2.11.  etik  davranış  qaydalarının  pozulması  halları  ilə  bağlı  həyata  keçirilmiş 

tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır; 

21.2.12. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, 

habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir; 

21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə 

tutulmuş digər vəzifələri həyata keçirməlidir. 

 

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət 



 

23.1.  Etik  davranış  qaydalarının  pozulması  dövlət  qulluqçusunun  intizam 

məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 

23.2.  Dövlət  qulluqçusunun  intizam  məsuliyyətinə  cəlb  edilməsi  qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. 

23.3. Aşağıdakı hallarda intizam icraatına  başlanıla bilər: 

23.3.1.  bu  Qanunun  müddəalarının  dövlət  qulluqçusu  tərəfindən  pozulması 

barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi

23.3.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qanunun 

müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın 

dərc edilməsi. 

23.4.  İntizam  icraatı  zamanı  dövlət  qulluqçusu  tərəfindən  yol  verilən  hüquq 

pozuntusunda  cinayət  tərkibinin  əlamətləri  aşkar  edildikdə,  həmin  əlamətləri  aşkar 

etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. 

 

Maddə 24. Bu qanunun qüvvəyə minməsi 



 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

 

İlham Əliyev, 



Azərbaycan Respublikasının  Prezidenti  

 

Bakı şəhəri, 31 may 2007-ci il 



             № 352-IIIQ 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.  28  aprel  2009-cu  il  tarixli  807-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2009-cu il, № 06, maddə 399) 

2. 

31 may 2017-ci il tarixli  686-VQD nömrəli



 Azərbaycan Respublikasının Qanunu  (“Azərbaycan” 

qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci 

il, №7 , maddə 1253) 

Yüklə 314,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin