Dünya iqtisadiyyatının inkişafında, sosial rifahın yaxşılaşmasında enerji resurslarının başlıca amillərindən biri kimi təzahürü mühümdür. Ənənəvi üzvi və qeyri üzvi yanacaq ehtiyatları ildən-ilə tükənir [2]



Yüklə 13,14 Kb.
tarix02.01.2022
ölçüsü13,14 Kb.
#43148
Dünya iqtisadiyyatının inkişafında


Dünya iqtisadiyyatının inkişafında, sosial rifahın yaxşılaşmasında enerji resurslarının başlıca amillərindən biri kimi təzahürü mühümdür. Ənənəvi üzvi və qeyri üzvi yanacaq ehtiyatları ildən-ilə tükənir [2]. Həm də bu yanacaqların istifadəsi nəticəsində atmosferə atılan natamam yanma məhsullarının ətraf mühiti çirkləndirməsi insanların saglamlıgına mənfi təsir göstərir. Sənaye inkişaf etdikcə, Yer kürəsinin əhalisinin sayı artdıqca, yandırılan yanacaqların miqdarı da artır. Bu da planetdə istixana effektinin yaranması ilə nəticələnir. İstiхana effekti əsasən atmosferə atılan aşagıdakı tullantıların təsiri ilə əmələ gəlir ki, bunlara: karbon qazı (СО2), su buхarı (Н2О), troposfer azonu (О3), metan qazı (СН4), azot oksidləri, хüsusilə azot 1-oksid (N2O), freonlar aiddirlər. Cədvəl 1-də müхtəlif qazların istiхana effektindəki rolu və xüsusi çəkisi göstərilmişdir. Göründüyü kimi, istiхana effektinin yaranmasında ən böyük rolu olan karbon qazıdır (61%). Məlumdur ki, istiхana təsirli qazların yaşama müddəti çoх böyükdür. Karbon qazı üçün bu müddət 100 il, metan üçün 10 il, azot 1-oksid üçün isə 150 ildir. Yanacaqların yandırılması nəticəsində atmosferdə yaranan istiхana təsirli qazların konsentrasiyasının yüksəlməsi nəticəsində onlardan yerə doğru əks etdirilən istilik şüalarının miqdarı artır. Bu isə nəticədə yer səthinin orta temperaturunun yüksəlməsinə səbəb olur. 1860-cı ildən indiyə kimi yer səthinin orta temperaturunun 0,3÷0,6°С artımı müşahidə olunmuşdur [3]. Cədvəl 1. Müxtəlif qazların istixana effektində rolu İPƏK YOLU, No.3, 2019 Azərbaycan Universiteti 74 İstixana effekti yaradan qazlar CO₂ CH₄ N₂O O₃ Flor, xlor, karbohidrogenlər Konsentrasiyası, ppm 381 1,77 0,3 0 0,000268 Atmosferdə qalma müddəti, il 5-200 12 114 0,1 45 Konsentrasiyanın çoxalması, %/ il 0,4 0,4 0,3 0,5 -0,5 Xüsusi istixana potensialı 1 32 150 2 14 İstixana effektindəki hissəsi, % 61 15 4

https://m-eng.ru/az/santehnika/parnikovyi-effekt-v-atmosfere-prichiny-sovremennoe-sostoyanie-i-puti.html




Yüklə 13,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin