Əbu Bəkr əs-Siddiq
(Allah ondan razı olsun!)
Onun adı:
Abdullah ibn Osman ibn Amir ibn Amr ibn Kəəb ibn Səəd ibn
Teym ibn Murra ibn Kəəb ibn Luey ibn Qalib ibn Fihr
1
. Fihr isə
Qureyşdir.
Əli ibn Əbu Talib (radıyallahu anhu) demişdir: "Allah Əbu
Bəkrin adını səmadan Siddiq (doğru danışan, təsdiqləyən) olaraq nazil
etmişdir!"
2
.
İslamı qəbul etməsi:
Əbu Dərdanın (radıyallahu anhu) belə dediyi rəvayət olunur:
"Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında
oturmuşdum. Birdən Əbu Bəkrin dizləri görünəcək dərəcədə
paltarının bir tərəfini çırmalayıb tələsik gəldiyini gördüm.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Sizin dostunuza
nəsə olub!" Əbu Bəkr (radıyallahu anhu) salam verdi və dedi: "Ey
Allahın elçisi! Mənimlə Ömər ibn əl-Xəttabın arasında bir hadisə
baş verdi və mən tələsik ona qarşılıq verdim, sonra isə peşman
oldum. Mən ondan buna görə üzr istədim, ancaq o bunu qəbul
etmədikdə sənin yanına gəldim". Peyğəmbər (sallallahu aleyhi və
səlləm) üç dəfə: "Allah səni bağışlasın, ey Əbu Bəkr!" - buyurdu.
Ömər (radıyallahu anhu) də öz əməlindən peşman olub Əbu
Bəkrin bir az öncə dayandığı yerə gəldi və soruşdu: "Əbu Bəkr
təqsirkardırmı?" Onlar "yox" – cavabını verdilər.
Sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi.
Bu zaman Peyğəmbərin (sallallahu aleyhi və səlləm) üzündə qəzəb
görsəndi. Bunu görən Əbu Bəkr Ömərin halına acıdı və dizi üstə
oturub iki dəfə dedi: "Ey Allahın elçisi! Allaha and olsun ki, mən ona
qarşı daha çox haqsız olmuşam". Bu vaxt Peyğəmbər (sallallahu aleyhi
və səlləm) buyurdu: "Allah məni sizə göndərdi. Siz məni