İdarəetmə orqanlarının və qüvvələrin fövqəladə hallara hazırlığı
MM-in ən əsas vəzifələrindən biri qərargahların, xidmətlərin, dəstələrin şəxsi heyətinin və işləməyən əhalinin xüsusi hazırlığıdır. Bu hazırlığın məqsədi əhalinin FH nəticəsindən mühafizə qaydalarını mənimsəməsini, qərargah və dəstələrin şəxsi heyətinin FH şəraitndə bacarıqla və qəti fəaliyyət göstərmələri üçün həmişə hazır olmasını təmin etməkdən ibarətdir.
Dəstlərin hazırlanması elə çoxcəhətli bir prosesdir ki, bu da rəhbər heyətdən dərin bilik, düzgün təlim formaları və üsulları tələb edir. Dəstələrin şəxsi heyətinin hazırlığı müəssisə rəhbərlərinin, qərargah rəislərinə, dəstə komandirlərinə həvalə olunur. Müəssisə rəhbərlərinin göstərişlərinə əsasən, təlim keçənlərin kateqoriyasını, təlim qruplarının heyətini, yerini, dərslərin keçirilmə vaxtlarını, təlimin rəhbərlərini və maddi texniki təlimatını qərargah təyin edir.
Müəssisə rəhbər kadrlarının və mütəxəssislərinin hazırlığı ali və orta məktəblərdə, təkmilləşmə məktəblərində, rayon, şəhər və respublika MM kurslarında keçirilir.
Müəssisə rəhbər kadrlarının və mütəxəssislərinin hazırlığı ali və orta məktəblərdə, təkmilləşmə məktəblərində, rayon, şəhər və respublika MM kurslarında keçirilir.
İşləməyən əhali MM üzrə ümumi minimum bilik proqramını “Bunu hamı bilməlidir” yaddaşı üzrə sərbəst öyrənirlər. Kənd (qəsəbə) rəhbərləri işləməyən əhaliyə yaddaşın məzmununu öyrətməkdə hərtərəfli kömək edir, xüsusi sərgi stendlərinin, kinofilmlərin göstərilməsini təşkil edir, söhbətlər aparır və başqa tədbirlər görürlər.
Respublika ali məktəblərinin tələbələri, orta məktəblərin və texniki peşə məktəblərinin tələbələri MM-i xüsusi proqramlar üzrə öyrənirlər. Bunların hazırlığına məsuliyyəti bu məktəblərin rektor və direktorları daşıyır. Bundan başqa, orta məktəblərin 5-ci və 9-cu sinif şagirdləri hazırlıq keçirlər. 5–ci sinif şagirdləri proqramı öyrənmək nəticəsndə: MM siqnallarını bilməli bunlar üzrə hərəkət etməyi, nüvə, kimyəvi və bakterioloji silahların zədələnmə təsirindən mühafizə qaydalarını, həmçinin fərdi mühafizə vasitələrindən istifadə etməyi və zədələnmə zamanı lazımi yardım göstərməyi bacarmalıdırlar.

Əhaliyə MM-in öyrədilməsinin (tədrisinin) təşkili və planlaşdırılması
Əhaliyə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi əsas vəzifələrdən biridir. Bu vəzifə “Mülki müdafiə haqqında qanun”un və Nazirlər Kabinetinin 193 saylı qərarı ilə təsdiqlənən “Azərbayacan Respublikasında fövqəladə hadisələrədən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları”nın tələblərinə uyğun olaraq yerinə yetirilir.
Əhali MM-ə hazırlanarkən aşağıdakı əsas prinsiplər rəhbər tutulur:
Mühafizə işləri ümumən ölkənin 7 yaşdan yuxarı, bütün əhalisinə öyrədilməlidir. Bu zaman 7-17 yaşlı şəxslərə FH-da mühafizə olunmağın üsul və qaydaları, 17 yaşdan yuxarı şəxslərə isə, bundan əlavə, qəzaların və fəlakətli hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir;
MM-in əhaliyə öyrədilməsi icbari xarakter daşıyır və hər bir adamın vətəndaşlıq borcu sayılır. Tabeliyindən, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq bütün dövlət və qeyri-dövlət orqanlarının, müəssisə və təşkilatların rəhbərləri öz tabeliyindəki şəxslərin FH-da mühafizəyə hazırlanmasını təşkil edir və bu iş üçün məsuliyyət daşıyırlar;
Mühafizə məsələləri konkret yerli şəraiti, təsərrüfatların xüsusiyyətlərini və d. amilləri nəzərə almaqla əhalinin müxtəlif qruplarına fərqli surətdə öyrədilir. MM-in tədrisi üçün ölkənin əhalisi şərti olaraq 5 qrupa ayrılır: Rəhbər heyət; hərbiləşməmiş MM dəstələrinin komandir –rəis və sıravi heyətləri; MM dəstələrinə cəlb olunmayan qulluqçu, fəhlə və kənd təsərrüfatı işçiləri; istehsalat və xidmət sahəsində məşğul olmayan əhali; məktəbli gənclər;

Mühafizə bilikləri, qaydaları və üsullarının öyrədilməsi fasiləsiz və ardıcıl xarakter daşıyır. Bu sahəyə aid tədris tədbirləri istisnasız olaraq bütün obyektlərdə - sənaye və kənd təsərrüfatı müəssisələrində, idarə və təşkilatlarda, tədris və müalicə ocaqlarında, xidmət sahələrində və s. hər il planlaşdırılır və həyata keçirilir. Tədris ili yanvar ayından başlayır və 10 ay davam edir.
- Təlimin müntəzəmliliyi, ardıcıllığı və həmçinin əlverişli olması;
- Bilik və vərdişlərə möhkəm yiyələnmək.
Şüurluluq və fəallılıq prinsipi təlim olunanlardan öyrənilən materiallara şüurlu yanaşmalarını, onların dərslərdə fəal iştiraklarını, biliklərə və vərdişlərə möhkəm yiyələnmələrini tələb edir. Tədris prosesində əyani vasitələr və b. materiallar da (plakatlar, şəkillər, filmlər) göstərilməlidir.

Təlimin müntəzəmliliyi və ardıcıllığı təlim olunanlara, təlimin ardıcıl, qəti məntiqlə sadədən mürəkkəbə keçilməklə izah edilməsini, təlimə müntəzəm rəhbərlik edilməsini, müəyyən sistem üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsini tələb edir. Tədris proqramını tərtib edərkən və tədris prosesini qurarkən təlim olunanların şəxsi heyətinin hazırlıq dərəcəsini nəzərə almaq lazımdır.
Bilik, bacarıq və vərdiş təlimin gedişində əldə edilir. Rəhbərin aydın və inandırıcı izahı, təlim olunanları maraqlandırma qabiliyyəti və onların məşğələləri düzgün təşkil etməsi, şüurluluq və dərslərə fəal münasibəti, biliyin möhkəm öyrənilməsinə səbəb olur.