Экспресс ам 22 53° в



Yüklə 66,66 Kb.
səhifə1/2
tarix21.12.2023
ölçüsü66,66 Kb.
#187467
  1   2
Mövzu 10. Numizmatika



Kurs:II
Fənn:Tarixə köməkçi fənlər
Müəllim:Axundova Vüsalə

NUMİZMATIKA
Plan:
1.Numizmatikanın məqsəd və vəzifələri
2. Numizmatikanın metodları, tarixi araşdırma zamanı numizmatik məlumatlardan istifadə.
3. Dəfinələr numizmatik tədqiqatın əsas obyekti və mühüm tarixi mənbə kimi. Pulun yaranması tarixi, onun cəmiyyətdə rolu, pulun ekvivalentləri və onların növləri.
4. Pul sisteminin formalaşması. Sikkə, pul və çəki sistemlərinin yaranması. Sikkə xəzinələri, onları öyrənmə üsulları, numizmatika anlayışları və terminləri.

Ədəbiyyat.


1.Y. Yusifov. Qədim Şərq tarixi Bakı. 1993 səh. 96 -97
2. T. Dostiyev. R. Arazova Köməkçi tarixi fənlər Bakı. 2001, səh 60 -70
3.Q.Ə. Pirquliyeva. Numizmatikanın əsasları, “Nafta-Press”,Bakı – 2009, 168 səh.


Bəşəriyyət tarixinin ayrı-ayrı dövrlərinin iqtisadİ, ticarət əlaqələri və onların səviyyəsinin müəyyən edilməsində numizmatika elmi də qiymətli mənbə rolunu oynayır.Numizmatika latın sözü olan "Numizma" sözündən götürülmüş və mənası da pul deməkdır. Köməkçi tarixi fənn kimi pul kəsiiməsi, pul tədavülü, habelə pul-çəki sistemlərinin tarixini öyrənir. Rus dilində işlədilən "moneta " sözü həm də Roma mənşəlidir. O həmçinin Romada Roma allahı olan Yunonun təsvir olunduğu yer idi. Həmin müqəddəs məbəddə həmçinin pul kəsilən yer, zərbxana da fəaliyyət göstərmişdir.
Pullar, sikkələr ən mühüm və orijinal mənbələrdir. BiIavasitə onların köməyi ilə bəşəriyyətin tarixi inkişafının iqtisadi, siyasi, maddi və mənəvi tarixinin ayrı-ayrı problemləri öyrənir və tədqiq olunur. Öz tarixi inkişafında numizmatika bir sıra elmlərlə, o cümlədən arxeologiya, iqtisadi nəzəriyyə, metrologiya, epiqrafika, paleoqrafiya, incəsənət tarixi və digər elmlərlə sıx bağlıdır.
Pulun meydana gəlməsi təsadüfi olmamış, cəmiyyətin qanuna uyğun inkişafının tələbatından meydana gəlmişdir. Cəmiyyətin tarixi inkişafında ölkələr arasında mübadilənin artması zərurəti kimi meydana gəlmişdir. Daha doğrusu mübadilənin genişlənməsi və ictimai əmək bölgüsü nəticəsində bütün əmtəələri ölçən ümumi ekvivalent kimi yaranmışdır, F.Engels ilk vaxtlarda əmtəələri ölçən ilk ekvivalenti rmal-qara adlandırmışdır.2 Onun adının izləri indi də bəzi xalqlarda qalmaqdadır. Bu izlər qədim latın və rus sözlərində pulun adının qalmasında özünü göstərir. Məsələn, Latın sözü olan Pekunnua-pul deməkdir. Bu sözdə öz adını pekus sözundən götürmüşdür ki, o da mal-qara deməkdir.
Qədim ruslarda isə var-dövlət, pul, ğümüş mal-qara mənasını bildirirdi. Xəzinə isə onu saxlayan isə xəzınədar-maldar, yəni skotnik adlanırdı.Bununla yanaşı, mal-qara heç də bütün xalqlara pul funksiyasını yerinə yetirməmişdir. Bir sıra xalqlarda pulun ibtidai forması kimi müxtəlif şeylərdən, maliyədar,, məhsullardan istifadə olunmuşdur, Onların sırasına xəz, dəri, parça, məişət şeyləri, balıqqulağı, muncuq, duz, balıq, çay, tütün, bəzək şeylərini aid etmək olar. Get-gedə mübadilə genişləndikcə bütün əmtəələri ölçən ümumi ekvivalent kimi pul meydana gəlmişdir. İlk vaxtlarda pul vasitəsi kimi qiymətli metallardan, qızıldan, gümüşdən də istifadə olduqlarından get-gedə digər metalları sıradan çıxarmışdır. Bu da onunla nəticələnmişdir ki, K.Marksın qeyd etdiyi kimi "qızıl və gümüş öz təbiətlərinə görə pul olmamışdır, pul isə öz təbiətinə görə qızıl və gümüşə bərabər olmuşdur". Pul kəsilməsinə keçid, təkcə mübadilənin genişlənməsi yox, həm də cəmiyyətin iqtisadi inkişafının və ticarətin genişlənməsi zərurətindən meydana gətmişdir. Heç təsadüfi deyildir ki, ən qədim dövrdə pul o yerlərdə meydana gəlmişdir ki, orada bilavasitə mübadilə daha güclü və canlı olmuşdir. Məhz buna görə də ilk pulun harada kəsilməsi məsələsi hələ indiyə qədər mübahisəlidir. Tədqiqatçılar ilk pulun əridilməsi, tətbiqi ilə əlaqədar qızıl və gümüşdən hazırlandığını və e.ə.Vll əsrdə Kiçik Lidiya çarlığında hökmdar Giresin vaxtında kəsildiyini qeyd etmişlər. Eramızdan əvvəl VII əsrin sonlarında Yunanıstanda (Egey, pul sistemi) və az sonra isə qədım Romada da pul kəsilmişdir. Numizmatikanm əsas vəzifələrindən biri də pul kəsilməsi, pul-çəki sistemi, pul tədavülü və s. məsələlərin tarixini öyrənməkdən ibarətdir. Bəşər tarixinin bir sıra mühüm problemlərinin iqtisadiyyat, ticarət, dövlətçiük və s.tarixini numizmatik materialların xüsusi təhlilini aparmaqdan həll etmək mümkün deyildir. Numizmatik tədqiqatlann aparılması prosesi çox sahəlıdir. Buraya aiddir: pulun hər tərəfli tədqiqi, təsviri əlyazması, çəkisi, həcmi , metalın tərkibi, habelə pul dəfinələrinin tərkibi və tapıldıqları yerlərin monoqrafiyasının müəyyənləşdirilməsi.
Pulun tək-tək və dəfinə halında yayılmasınm təhlili tarixində iqtisadiyyatın pul tədavülünun, ticarətin və ticarət yollarının müəyyən edilməsində mühüm rol oynayır. Pulun çəkisinin öyrənilməsi isə ayrı-ayrı ölkələrdə pul islahatının keçirilməsını və onların nəticələrini daha da yaxşı aydınlaşdırmağa xeylı dərəcədə kömək edir. Pul tədavülünün öyrənilməsində aparıcı rol oynayanlardan biri də dəfinələrdir. Bunə görə də pulların aşkar olunub, toplanıb öyrənilməsinə olan elmi maraq daha da artırdı. Avropada antik dövrdə kəsilmiş pulların tədqiqinə olan maraq hələ intibah dövründə yaranmışdır. İlk vaxtlarda sikkələrə bütövlükdə keçmişin, pul dövriyyəsinin abidəsi kimi deyil, sırf estetik və bədii xüsusiyyətlərinə daha çox diqqət yetirirdilər. Əslində intibah dövründə numizmatika sikkələri kolleksiyası kimi meydana gəlmişdir.
Qədim pulların XIV əsrdə kolleksiyasını İtalyan şairi F.Petrarka toplamışdır.
O, topladığı kolleksiyaların bir hissəsini Roma İmperatoru IV Karla göndərərək belə hesab edirdi ki, Roma pulları üzərində əvvəlki böyük şəxsiyyətlərin portretləri, hökmdarlara ilham verəcəkdir. Sonralar XV əsrin böyük xeyriyyəçisi Florensiyalı Kozimo Medici, qədim Roma pullarının böyük bir kolleksiyasını toplamışdır. XVIII əsrdə isə Numizmatika üzrə ilk elmi əsərlər əsasında mühazirələr Saksoniyanın "Qalla" və İsveçin universitetlərində oxunmuşdur.
Avropada elmi numizmatikanın əsasını qoyan, banisi Avstriyanın Vyana
Universitetinin professoru İosif Ekkel3 ( 1837- 1898-ci illər) olmuşdur. Məhz o, XIX əsrin ikinci yarısında keçmiş pulları toplayıb sistemləşdirərək elmi numizmatikanın əsasını qoymuşdur. 0, qədim sikkələr haqqında elmi əsərində 70 mindən artıq sikkəni tarixi- coğrafi prinsip əsasında sistemləşdirilmişdir.
Şərq nunıizimatikası o zəman daha çox elmi maraq doğururdu.Şərq numizmatikasının əsasını əslən Almaniyadan olan Kazan Universitetinin professoru Xristian Martin Fren (1792-1851-ci ülər) qoymuşdur. O, həmçinin şərq numizmatikasını tədqiq edərək ilk dəfə sübut etdi ki, numizmatik materiallar dünyanın bir sıra siyasi tarixinin qaranlıq səhifələrini işıqlandırmağa qadirdir. Rusiya Elmlər Akademiyasının Asiya muzeyinin numizmatika kolleksiyası yaradan Fren 3 milyona qədər şərq sikkəsini nəzərdən keçirmişdir. 1926-cı ildə onun "Müsəlman sikkələrinin icmalı" əsərı nəşr olunmuşdur. Həmin əsərdə o, əsas diqqətini müsəlman ölkələrinin pullarının tədqiqinə yönəltmişdir.Frenin əsərində Azərbaycan numizmatikasından da bəhs edümişdir. Lakin Azərbaycan numizmatikasının öyrənilməsində ilk nailiyətlər XX əsrin 20-40- cı illərində əldə edilmişdir.Görkəmli Azərbaycan allmi Y.Poxomov nəinki bu ölkənin, hətta bütün Qafqazın pullarını toplayaraq 9 cilddən ibarət kitab çap etdirmişdir. Onun sonuncu kitabı 1966-cı ildə "Azərbaycan pulları" adlı əsər çapdan çıxmışdır.
1970-1980-ci illərdə Azərbaycanda pulların toplanıb tədqiq edilməsində S.Qazıyev, I.Babayev, Ə.Rəcəbli, S.Dadaşova, M.Seyfəddini və başqaları böyük rol oynamışdılar.Rusiya imperiyasında və Sovet dövlətində numizmatikanın öyrənilməsində İ.Zooqraf, V Spasski, K.Kolenko və başqalan böyük rol oynamışdır.Pullar, sikkələr ilk növbədə qədim və sonrakı cəmiyyətlərin iqtisadi, siyasi və mədəni həyatına dair qiymətli məlumat verir, ticarətin inkişaf səviyyəsini, onun hansı ölkələrlə, hansı istiqamətdə, habelə ticarət yollarının istiqamətinin müəyyən edilməsində böyük rol oynayır. Numizmatik materialların dəyişməsini müəyyən edən tədqiqatçı həmçinin qədim və orta əsrlərdə dünyada baş vermiş hadisə və prosesləri ardıcıl izləmək imkanı əİdə etmiş olur.Numizmatik materiallar əsasında dəfınələr qiymətli mənbələrdir.Adətən dəfinə müəyyən bir ərazidə eyni vaxtda pul dövriyyəsində işlədilən sıkkələrdən ibarət olur və ölkənin sosiai-iqtisadi, siyasi və mədənt mənzərəsi və əlaqələri haqqında daha dolğun təsəvvür yaradır.
Numizmatika qədim pul sistemləri və onların tarıxi inkişaf prosesində təkamülünü araşdırdığından digər köməkçi tarixi fənn olan metrologiya, habelə Paleoqrafiya, Heraldika ilə sıx bağlıdır.
Bütün digər elmlərdə olduğu kimi, numizmatikanın da özünəməxsus metodikası və anlayışlan vardır.Özünün tarixi inkişafında numizmatika elmi üçün bir sıra anlayış və terminlər işlənib häzırlanmışdır. Bunlar aşağıdakılardır:
Pul sistemləri-yəni pul təsərrüfatı və tədavülündə qanunverici təşkilat. Həmin ləşkilat pul tədarükündə və kəsilməsində müxtəlif şərtləri və elementləri müəyyənləşdirir. Daha doğrusu, pul hansı matenialla, metalla yaxud kağızla kəsilməlidir.

Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin