Əli Ağa Şıxlinski tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3



Yüklə 447,02 Kb.
Pdf görüntüsü
tarix06.12.2022
ölçüsü447,02 Kb.
#72699
Əliağa Şıxlinski — Vikipediya



Əliağa Şıxlinski
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski ; 3 
(15) mart 1863
 , 
Aşağı Salahlı
,
Tiflis quberniyası
 - 
18 avqust 1943
 , 
Bakı
 ) — 
Rusiya imperiyası
yerleşiminde general-
leytenant, 
Azərbaycan Xalq Cümhuri
hərbaycan 
Xalq
 Cümhuri xadimi ve artilleriya generali.


Ali Ağa Şıxlinski
Azərbaycan Xalq Cümhuriyyəti
hərbi nazirinin müavini
29 Aralık 1918 — 30 Mart 1929
Nazir
Səməd bey Mehmandarov
selefi
Səməd bey Mehmandarov
Xələfi
Vəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum Tarixi

(15) mart 1863
Doğum yeri
Aşağı Salahlı
,
 Sığnaq qəzası
,
 Tiflis quberniyası
,
Rusiya imperiyası
Vefat tarixi
18 avqust 1943
(80 yaşında)
Vəfat yeri
Bakı
,
 Azərbaycan SSR
,
 SSRİ
Defn yeri
Yasamal qəbiristanlığı
Həyat yoldaşı
Nigar Şixlinskaya
herbi xidmət
Qoşun növü
29-cu artileriya briqadasının 5-ci batareyası
21-ci artilleriya briqadasının 1-ci diviziyası
10-cu Ordu (Qərb Cəbhəsi)
Rütbesi
Rusiya imperiyası
ordusunda general-leytenant
(2.04.1917), 


Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə
görə ruslar Əliağa Şıxlinskiyə "
Artilleriyanın Allahı" ləqəbini veriblər.
[1][2]
1926-cı ildə Əliağa
Şıxlinski "
Rusca
-
Türkcə
 qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə
nəşr etdirə bilmişdir.
[3]
Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.
Erkən illəri
Əliağa Şıxlinski 1865-ci il martın 3-də 
Yelizavetpol quberniyası

Qazax qəzasının
Qazaxlı
(indiki 
Aşağı Salahlı
) kəndində ağalıq nəslində anadan olub.
[4]
 O yazırdı ki, onun atası İsmayıl
ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub.
[5]
Şıxlinski
1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən
xanım 
Molla Vəli Vidadinin
 qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur.
[6]
O, 1876-cı ilin avqustunda 
Tiflis
hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq
kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi.
[4]
Hərbi karyerasının başlanğıcı
Azərbaycan Xalq Cümhuriyyətinin Milli
Ordusunun
 artilleriya generalı (28.06.1919)
Döyüşlər
1900-1901-ci il Çin hərbi yürüşü
Rus-yapon müharibəsi
Nanşan döyüşü
Port-Arturun müdafiəsi
Birinci Dünya Müharibəsi
Təltifləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vikianbarda əlaqəli mediafayllar
Həyatı


1883-cü ildə Əliağa Şıxlinski öz təhsilini 
Sankt-Peterburqda
, Mixaylovsk artilleriya məktəbində
davam etdirmişdi.
[6]
O, orda da nəinki bacarıqlı şagird kimi, həm də əla süvari və gimnast kimi
müvəffəqiyyət qazanmışdı.
[7]
Yunkerin müvəffəqiyyətləri diqqətdən kənarda qalmamış,
təhsilin başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyabrın 13-də isə
portupey-yunkerliyə layiq görülmüşdü.
[7]
 Onun müəllimləri məşhur artilleriyaçılar Nil Lvoviç
Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski, Aksel Qadolin idi.
[7]
 Əliağa Şıxlinski onlardan bütün
yaxşı cəhətləri mənimsəmişdi.
[7]
 O, həmçinin kütləvi mühazirələr və məruzələrdə iştirak etmiş,
digər hərbi məktəblərin kurslarını dinləmişdi.
[7]
1886-cı il avqustun 11-də Əliağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə
ilə bitirdi.
[6]
 Xidmətinin birinci ilindəcə öz ilk pedoqoji təcrübəsini qazandı: artilleriya
briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi oldu.
[7]
O,
özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi
göstərmişdi.
[7]
1900-cü ildə kapitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət
etdi.
[7]
 Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin
etdilər, bundan başqa, artilleriya toplantısı Komitəsinin sədri kimi, o, dəfələrlə batareya və
divizion komandirlərinin səlahiyyətlərini icra etmişdi.
[7]
Rus-yapon müharibəsi
Kapitan Əliağa Şıxlinski, 1904-cü il


1904-cü il mayın əvvələrində batareya yaponlara qarşı yürüşə çıxdı. 
Rus-yapon müharibəsində
Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı.
[5]
Qalanın müdafiəsinin ən
mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının qarşısının alınmasında
yarımbatareyanın atəşi ilə düşmənə böyük zərbə vuraraq fəal iştirak etmişdi.
[5]
Tanınmış hərbi
tarixçi, general-mayor İ. Krupçenko sonralar yazırdı:
Yapon hücumlarının dəf edilməsində rus artilleriyaçıları böyük rol oynayırdılar. Onlar
cəsarətlə topları qabağa çəkərək dəqiq nişangahla birbaşa karteçlə Yaponlara
böyük zərbə yetirirdilər.
[5]
Şıxlinski onların arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleriya atəşi aparır,
qorxmadan topları düz nişangahla atmaq üçün qabağa çəkirdi. Qəhrəmanlığına görə onu
"Müqəddəs Qeorqiy Pobedonosets" ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı:
Mən həmişə Port-Artur epopeyasının iştirakçısı olduğumu fəxrlə xatırlayıram.
[5]
1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müxtəlif xəbərlər" rubrikasında yazıdan:
Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa Şıxlinski oktyabrın
yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların basqınını dəf
etməkdə fərqləndiyi üçün Ali ehtiramla "İgidliyə görə" medalı və üstü yazılı Qızıl
qılıncla təltif olunub.
[5]
1905-ci ildə Port-Arturda artilleriya zabitləri komandir Əliağa Şıxlinski ilə


1905-ci ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaxının səksən birinci
nömrəsini min beş yüz yetmiş yeddinci səhifəsində mətndən:
"Müqəddəs Georgi" ordenli süvari divizionunun təqdimatına əsasən əlahəzrət
imperator 3/IX -1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun
müdafiəsində şücaəti ilə fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən-17-dək üç saylı
istehkamı və bu istehkamın digər qurğularını artilleriya ilə bacarıqla müdafiə etmiş
dördüncü Şərqi - Sibir atıcı artilleriya briqadasının podpolkovniki Əliağa Şıxlinskinin
dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik
Əliağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan
yarımbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü
tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən
istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri
oturtmuşdur...
[5]
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı günləri" adlı ikicildlik
monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan
Əliağa Şıxlinski ağır yaralanmışdır.
[5]
O, Kinjo döyüşlərdə, "Zelyonnı" və "Volçye" dağları
vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi.
[5]
Avqustun əvvələrində öz batareyası ilə
"Vısokaya qora"da, avqustun onundan isə daima Laperovda olmuşdur.
[5]
Elə buradan da
girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kolonnalarını dəf edərək düşmənin səhra
artilleriyası ilə inamlı döyüşlər aparırdı.
[5]
Port-Artur qalası təslim olandan sonra müharibədə itirak etməmək şərtilə yaponlar
podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər.
[5]
Vətəndə yaraları
gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş
etdi.
[5]
 Lakin onu buraxmadılar. Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə
getmək istədiyini Əliağa Şıxlinski "Xatirələrim" hərbi memuarında daha dəqiq təsvir edir.
[5]
1905-ci il aprelin 5-də tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır.
[5]
Onun mətni belədir:
Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı artilleriya
briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb komissiyası
tərəfindən hərbi xidmətə yararlı olmadığı müəyyənləşdirilib. O, Rusiyaya buraxılır.
[5]
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri "İgidliyə görə" sözlərlə yazılmış qılıncla,
dördüncü dərəcəli "Müqəddəs Anna" ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı
1905-ci il aprelin 5-də tibb komissiyasının Əliağa Şıxlinskinin hərbi xidmətə yararlı olmadığı haqqında verdiyi arayış


"Müqəddəs Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl silah və məşhur
"Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdü.
[8]
Artilleriya Zabitləri məktəbində xidməti
1906-cı il fevralın 1-dən avqustadək, Şıxlinski Çarskoye-Selo şəhərindəki Artilleriya Zabitləri
məktəbində kurs keçib.
[9]
Əla qurtardığına görə həmin məktəbdə müəllim saxlanılıb. Həmin il
Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi
nəzəriyyəsini kəşf etdi.
[7]
Doğrudur, bu yalnız 1924-cü ildə 
Qızıl Orduda
həyata keçirildi və
özünü tamamilə doğrultdu. Artilleriya atəşi təcrübəsinə daxil edilən mühüm yenilik "Şıxlinski
üçbucağı" adlanan-hədəf göstərməsinin rasional üsulu oldu.
[4][7]
Bu üsul ilkin olaraq
batareyaları elə tuşlayır ki, seçilmiş oryentirdən yayınan, istənilən nöqtədə görünən hədəflər
asanlıqla, müəyyən düzəlişlərin köməyi ilə ilkin tuşlama əsasında artilleriyanın atəşinin altına
düşə bilər.
[7]
Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı verirdi.
[7]
O, 1907-ci ildə 
Riqada
yerləşən 29-cu topçu briqadasında batareya komandiri oldu.
[7]
1908-ci il 25 noyabrda Çarskoye-Seloda müqəddəs Qeorqi Pobedonosev ordeni günü bayram
edilirdi.
[10]
Podpolkovnik Şıxlinskiyə əla xidmətlərinə görə 
polkovnik
 rütbəsi verilirdi.
[5]
O, on
"Şıxlinski üçbucağı"nın sxemi


illik xidməti borcunu üç ildə yerinə yetirmişdi.
[5]
Bu barədə yuxarı dairələrdə də, orduda da çox
nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu, ağlasığmaz təltifat idi.
[5]
Artilleriya — zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ideyaları təcrübədə tətbiq edən
yenilikçi zabit kimi göstərirdi.
[5]
Xidmətdə fərqləndiyinə görə, ona vaxtından əvvəl 
polkovnik
rütbəsi verildi.
[5]
O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin işlənməsi üzre
komissiyanın üzvü, bir ildən sonra isə məktəb rəisinin köməkçisi oldu.
[5]
Tezliklə, "Artilleriya —
zabitləri məktəbinin xəbərləri" jurnalı çıxmağa başladı.
[5]
Jurnalın səhifələrində generalın özü
də çıxış edirdi.
[10]
1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə
Rusiyaya
gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar.
[4]
Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında batareyadan
necə atəş açıldığını göstərməyi xahiş edirlər.
[4]
Bütün atəş üsulunun təşkilinə komandirlik
Əliağa Şıxlinskiyə həvalə olunur.
[4]
General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu və
qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər
fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş) özlərində tətbiq etməyi elə oradaca
qət edirdilər.
[4]
Bir il sonra Rusiyaya gələn Fransa prezidenti 
Raymon Puankare
rus
artilleristlərinin general Joffreyə və onun heyətinə göstərdikləri hörmət müqabilində
mükafatlar gətirir. Bu mükafatların arasında generallara məxsus cəmi iki fəxri "
Fəxri Legion
ordeni
" də vardı.
[4]
 Onun biri süvari generalı Bezorazova, ikincisi ilə Əliağa Şıxlinskiyə təqdim
olunur.
[4]
1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş 
aerostatdan
atəşin, müşahidə və
hədəfin kəşfiyyatı üzrə təcrübələrə, həmçinin, aerostata və təyyarələrə atəşin əsas
müddəalarının işlənib hazırlanmasına başladı.
[5]
Bu məsələ üzərində Əliağa Şıxlinski artıq
çoxdan işləyirdi.
[5]
Hələ 1911-ci ildə, məktəbdə hava hədəfinə atəşin qaydaları məsələsi
müzakirə olunarkən, alim hesabı saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif
etmişdi.
[5]
Artıq o vaxt Şıxlinski aviasiya və hava hücumundan müdafiənin perspektivini
düzgün başa düşmüşdü.
[5]
Əliağa Şıxlinski məktəbdə qoşun bölmələrində və Peterburqun müxtəlif elmi yığıncaqlarında
hərbi mövzuda silsilə mühazirələr oxumuşdur.
[5]
Bu mühazirələr Baş Qərargahın əmrilə
kitabça şəklində çap olunmuşdur.
[5]
Onun "Divizion miqyasında topçu manevrlərinin təşkili
üçün təlimat", "Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi", (1913-cü ildən
1916-cı ilədək üç dəfə təkrar nəsr olunub) "Səhra toplarının cəbhədə işlədilməsi" və "Topçu
zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi" kimi
sanballı kitabları çap olunmuşdur.
[5][10]
Xüsusilə, sonuncu kitab topçular arasında çox böyük
şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin mətbəəsində çap olunan


bu kitab məktəbə xeyli mədaxil gətirir.
[5]
Həmin gəlirdən Əliağa Şıxlinskiyə qızıl pula 500
manat müəllif haqqı verilirdi.
[5]
Birinci dünya müharibəsi
Birinci dünya müharibəsinin
əvvələrində Şıxlinski gəmilərdən alman desantçılarının
çıxarılması ehtimalına qarşı 
Petroqrad
artilleriyasının rəisi təyin edildi. Rusiya paytaxtı
Petroqradın müdafiəsi şəxsən ona həvalə olunmuşdu.
[11]
O, şəxsən müdafiə xətti üzrə bütün
cəbhəni gəzmiş, batareya qurğularının yerini ve atəş mövqelərinin qurulması qaydasını
müəyyənləşdirmişdir.
[5]
O, aeroplanlardan müdafiəyə böyük diqqət yetirmişdir.
[12]
Onun
təşəbbüsü ilə Petroqradın ətrafında general Rozenberqin sistemi əsasında xüsusi
platformalarda 1900-cü il nümunəli, 3 düyümlü tezatan top qurğuları ilə təyyarə əleyhinə
müdafiə təşkil edildi.
[5]
Tezliklə Şıxlinskinin Şimal-Qərb cəbhəsinin artilleriya müfəttişi
vəzifəsinə keçirdilər.
[12]
Orada general tapşırıqların yerinə yetirilməsində artilleriya qruplarına
şəxsən rəhbərlik etmiş, geniş miqyasda artilleriya hazırlığı həyata keçirilmişdir.
[12]
Öz nəzəri
işləmələrini döyüşün aparılması təcrübəsilə əlaqəndirərək yaradıcılıqla istifadə edir, hərb
elmini yeni töhfələrlə zənginləşdirirdi.
[12]
 O, tezliklə çəpərləmə (mancə) atəşi aparılması üçün
təlimat işləyib hazırladı.
[5][12]
Əliağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatına,
Qərb cəbhəsinin onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının topçuluq cəhətindən
hazırlanmasına rəhbərlik etmişdir.
[5]
Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək
olardı.
[5]
O, topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün
göstərişlər verir, onların döyüş əməliyyatlarını izləyir və rəhbərlik edirdi.
[5]
Birinci dünya müharibəsində
Əliağa Şıxlinskinin taxdığı qoruyucu eynək. 
Azərbaycan Tarixi Muzeyi


Əliağa Şıxlinski
Əliağa Şıxlinski
1917-ci il aprelin 2-də Əliağa Şıxlinski general-leytenant oldu.
[4]
Çar hökuməti devrildikdən və
hakimiyyətə müvəqqəti hökumət gəldikdən sonra Şıxlinski orduda xidmət etməyi davam
etdirdi.
[5]
O, Minski milisinin birinci rəisi M. V. Mixaylovun üzv olduğu Minski ilə sıx əlaqədə
işləməli oldu.
[5]
 M. V. Mixaylov ilə onun arasında səmimi münasibət yaranmışdı.
[5]
Qeyd etmək
lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı məşhur siyasi və hərb xadimləri ilə görüşləri
haqqında yazır və onların haqqında, bəzən çox qısa, lakin dəqiq xarakteristika verir.
[5]
Azərbaycanda xidməti
1917-ci ilin noyabrın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə 
Tiflisdə
azərbaycanlılardan
ibarət milli korpus yaratmışdır.
[13]
 Bununla da o, 
Azərbaycan Xalq Cümhuriyyətinin Milli
Ordusunun
 təməl daşını qoymuşdur.
[13]
 Bu barədə general "Xatirələrim" hərbi memuarında
daha dəqiq məlumat verir:
Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu
barədə əmri oxudum. Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili
qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət
edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım... Dekabrın otuz birində mən öz
qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə
məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik.
[5]
1918-ci ilin oktyabrında general Əliağa Şıxlinski 
Gəncədə
yeni yaratdığı Milli Azərbaycan
Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir:
Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun
mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq
üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları
gəlməlidir.
[5]
General Əliağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci
buraxılışı münasibətilə söyləmişdir.
[13]
 Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı 
Nuru
Paşa
, atası Hacı Əhməd, xalq təhsili naziri 
Nəsib bəy Usubbəyov
, daxili işlər nazirinin vəkili
Mehdi bəy Hacınski
, sosial-təminat naziri 
Musa bəy Rəfiyev
, Gəncə qubernatoru, general
İbrahim ağa Vəkilov
və başqa dövlət xadimləri iştirak edirlər.
[13]
Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də "
Azərbaycan
" qəzetində rus dilində yazır ki, ertəsi
gün Bakıdan gəlmi qonaqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yollandılar.
[5]
Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar və cürbəcür maneələr hazırlanmışdı.
Hamı özünün Milli bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə


gəlmişdi.
[5]
 Ətrafda bayram əhval-ruhiyyəsi var idi.
[5]
 
Əlahiddə Azərbaycan korpusunun
komandanı general Əliağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə yaxınlaşıb
salamlaşdı.
[5]
General Əliağa Paşanın mehriban "Salamına" birdən-birə səkkiz yüz gəncin
ağzından gurultulu "Salam" cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə
başlandı.
[5]
Hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı 
Səməd bəy Mehmandarov
hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. 29 dekabr 1918-ci il
tarixində Azərbaycan hökunətinin qərarı ilə general-leytenant Əliağa Şıxlinski hərb nazirin
müavini təyin edildi.
[14]
1919-cu il 28 iyulda Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri
ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilmişdir.
[6]
1920-ci il 9 martda ilk dəfə
onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində 
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
təsis olunmuşdur.
[15]
1920-ci il aprelin 27-də Rusiya imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy
Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir.
[13]
Vuruşmağın
mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə
vermədi.
[8]
Azərbaycan Tarixi Muzeyində
saxlanılan Əliağa Şıxlinskinin şəxsi əşyaları


Palto, papaq və əlcəyi
Şamdanlar və qapı möhürü


Masa aksesuarları, eynək, qapı işarəsi
Sovetdə xidməti
1920-ci ildə 
Nəriman Nərimanovun Vladimir Leninə Səməd bəy Mehmandarov
və Əliağa Şıxlinski ilə bağlı məktubu


1920-ci ildə 
28 aprel çevirilişinin
səhərisi 
Səməd bəy Mehmandarovla
 həbs olunub.
[5]
Repressiyadan onları Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri 
Nəriman
Nərimanov
 xilas etdi.
[5]
 Nərimanov general Şıxlinski və general 
Səməd bəy Mehmandarovu
,
onlardan mərkəzi hərbi aparatda, dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün,
Moskvaya

Vladimir Leninin
yanına göndərmək qərarına gəldi.
[16]
Əliağa Şıxlinski Ali Artilleriya məktəbində müəllim və Artilleriya Nizamnamə Komissiyasının
tərkibində işləyirdi.
[16]
1921-ci ildə o, Bakıya qayıtdı və Bakı qarnizonunun hərbi-elmi
cəmiyyətində sədr müavini vəzifəsini tutdu.
[16]
1921-ci ilin avqust ayında Moskvadakı Ali
Artilleriya məktəbində dərs demiş və Petroqrad Topçu Akademiyasında mühazirələr
oxumuşdur.
[16]
1922-ci ildə Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs demiş
və Hərbi-Elmi Cəmiyyətin sədr müavini seçilib.
[16]
 1923-cü ildə, Əliağa Şıxlinski "Kommunist"
qəzetində (aprel ayı № 9, 10,11) "Gələcək müharibədə toplar" silsilə məqalələrini dərc
etdirmişdir.
[5]
1924-cü ildə Azərbaycan Komanda Heyəti məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan
Hərbi tərcümə kollegiyasının baş redaktoru olmuşdur.
[16]
O, "Rusca-Türkcə qısa hərbi lüğəti"ni
1926-cı ildə Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir.
[4]
Bununla da
ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.
[16]
Məhz bu əvəzsiz xidmətinə görə
general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri
Fərmanla təltif olunmuşdur.
[16]
1927-ci ildə onun "İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş
təlimnaməsi" elmi əsəri nəşr olunmuşdur.
[16]
1928-ci ildə "Hərbi bilik" jurnalının beş və altıncı
saylarında silsilə hərbi elmi məqalələrlə çıxış etmişdir.
[16]
Əliağa Şıxlinski 
Qızıl Ordunun
komandir formasında. 17 fevral 1929-cu il


General Əliağa Şıxlinski Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən 
Mixail Frunzenin
qarşısında Qızıl Orduda alay və tabor artilleriyasının yaradılması məsələsini qaldırmışdı.
[17]
1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, onun görmə və eşitmə qabiliyyəti
zəiflədi.
[5]
Vəfatı
O, son günlərini 
Bakının
Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq,
Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı.
[5]
Kitab
generalın ölümündən doqquz ay sonra — 1944-cü ilin may ayında nəşr olundu.
[5]
Kitaba hərb
elminin böyük alimi professor, general-mayor 
Yevgeni Barsukov
çox dəyərli ön söz
yazmışdır.
[5]
Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min)
Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
[5]
1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat
edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosofalim 
Heydər Hüseynovun
özü təşkil
etdi.
[5][16]
Generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun
sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük
rəğbəti vardı.
[5]
Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət
etdi.
[5]
 Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı.
[5]
Əliağa Şıxlinskini
görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar.
[5]
Heydər Hüseynovun özü,
generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.
[5]
Şəxsi həyatı
Bakıda Əliağa Şıxlinskinin yaşadığı bina


Əliağa Şıxlinski
O, 1909-cu il oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi 
Hüseyn Əfəndi Qayıbovun
qızı
— dul qadın 
Nigar
xanım ilə evləndi.
[9][18]
 Nigar xanımın birinci əri milliyyətcə 
acar
və dini
müsəlman
 olan Dərviş bəy Məmmədbəy oğlu Palavandov idi.
[12]
Əliağa Şıxlinski özünün
"Xatirələrim" kitabında yazırdı:
Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq bir səadətə yönəltdi. Bir yerdə
keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə
görünmədi. Fitrətən istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar
xanım ailə səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə tam mənası ilə nail
oldum.
[19]
Əliağa Şıxlinski həm də hərbçi 
Rüstəm Şıxlinski
 və 
Cavad bəy Şıxlinskinin
əmisi idi.
Şıxlinski bədii yaradıcılıqla da məşğul olmuşdur.
[5]
Çoxlu şerlər tərcümələr və bədii parçalar
müəllifi olan Əliağa Şıxlinski heç vaxt onları dərc etdirməmişdir.
[5]
 
Azərbaycan Tarixi
Muzeyindəki
 şəxsi qovluğunda və Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində, akademik 
Heydər Hüseynovun
şəxsi fondunda general Əliağa Şıxlinskiyə məxsus
çoxlu sənəd və materiallar var.
[5]
 Beş yüz on dörd nömrəli fondda generala məxsus bir dəftər
də saxlanılır.
[5]
Muzeydə və arxivdə saxlanan Şıxlinskinin "Zabitin yaddaşı" dəftərində şerlərə,
bədii parçalara, tərcümə və qeydlərə rast gəlmək olar.
[5]
Nigar Şıxlinskaya
— İlk azərbaycanlı şəfqət bacısı.


1900-cü il oktyabrın 21-də tərtib olunmuş "Zabitin yaddaşı" dəftərindəki qeydlərdən aydın olur
ki, dramaturq 
Cəfər Cabbarlının
yaradıcılığına generalın xüsusi məhəbbəti olub, Cəfər
Cabbarlının vaxtsız ölümü onu hədsiz dərəcədə kədərləndirib.
[5]
 General 
Azərbaycan
ədəbiyyatının
 görkəmli nümayəndələri 
Səməd Vurğunun
 "Böyük ədib" və 
Osman Sarıvəllinin
"Yaşar" erlərini məharətlə 
rus dilinə
tərcümə edib.
[5]
 General Əliağa Şıxlinskinin şəxsi
fondunda şair Osman Sarıvəlliyə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır.
[5]
O, şair
Osman Sarıvəlliyə yazır ki, mən cəsarət edib böyük dramaturq Cəfər Cabbarlıya yazdığınız
"Yaşar" və "Ölüm" şerlərini türkcədən ruscaya tərcümə etdim. Xahiş edirəm, tərcümə ilə tanış
olun, xoşunuza gəlsə dərc etdirmək üçün rüsxət verin.
[5]
Generalın "Zabitin yaddaşı" dəftərində onun həyat və məslək yoldaşı, Nigar xanıma yazdığı "Ey
sevdiyim dilruba", "Ana və onun əziz Nigarına", "Adi povest", "Vitse-admiral Makarovun
xatirəsinə", VII əsr yapon şairi Ş. Munetodan "Sən mənə vəhşi dedin" şerlərinin rus dilinə
tərcüməsi və başqa parçalar saxlanılır.
[20]
Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda dünyasını dəyişir.
[20]
Onun ölümü Əliağa
Şıxlinskiyə çox ağır təsir edir.
[20]
O, öz xatirələrində Nigar xanımın ölümü barədə yazır: "1931-ci
il avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu.
[9][20]
Mənim
hər şeyim — həm səadətim, həm də səhhətim onunla getdi". Nigar xanımdan sonra Əliağa
Şıxlinski 13 il tənha ömür sürür: "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə
hesablayın" — deyən general öz vəsiyyətnaməsində xanımı ilə bərabər dəfn olunmasını və
qəbrinin üzərində heç bir tarix qoyulmamasını istəyir.
[20]
1948-ci il noyabrın 28-də vəfat edən bəstəkar 
Üzeyir bəy Hacıbəyovun
pianosunun üstündə
bitməmiş bir not yazısı qalıb.
[20]
Üzeyir bəy general Əliağa Şıxlinskinin altıbəndlik "Mənim"
şeirinin iki bəndinə romans yazıbmış.
[20]
Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını Əliağa
Şıxlinski qaynar ilhamla tərənnüm edirdi:
[20]
Ey sevdiyim, ey dilruba, 
Səbrim, qərarımsan mənim. 
Səd mərhəba, səd mərhəba, 
Nə türfə yarımsan mənim. 
Görən səni, ey nazənin, 
Deyər: pəh-pəh, səd afərin! 
Dünyada mislin yox yəqin, 
Əcəb dildarımsan mənim! 
Gözəl zahirdə surətin, 


Gözəl batin təbiətin. 
Gözəl hər işdə qeyrətin, 
Namusum, arımsan mənim.
"Mənim", Əliağa Şıxlinski
[20]
Əliağa Şıxlinski barəsində maraqlı faktlara diqqət çəkən tədqiqatçılar yazır ki, o, iri cüssəli
olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullana
bilərmiş.
[11]
Digər zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla 
qumar
oynamazdı.
[11]
At
yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul
yatırmazdı.
[11]
 
Rus-yapon müharibəsi
zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət
göstərərək, öz mövqeyindən geri çəkilməyib.
[11]
İmperator məiyyətinə daxil olmaq barədə
israrlı təklifləri heç vaxt qəbul etməyib.
[11]
General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü qırmızı məxmər parça və 
dəridən
hazırlanıb.
[21]
Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var.
[21]
2017-ci ildə
yəhərüstü bərpaya ehtiyac olduğundan Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının
rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilib.
[21]
Yəhərüstü bərpadan sonra Hədiyyələr və
Xatirə Əşyaları fonduna təhvil verilib.
[21]
İrsi
Əliağa Şıxlinski barədə olan fikirlər
Təltif və mükafatları
Biblioqrafiya
Qalereya
İstinadlar
Xarici keçidlər


Sonuncu redaktə 5 gün əvvəl InternetArchiveBot
 tərəfindən edilib
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Əliağa_Şıxlinski&oldid=6699087
"

Yüklə 447,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin