Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
E-mail: serqqapisi@nakhchivan.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 208 (20.613)
2 noyabr 2012-ci il, cümə
Bu ilin aprel ayının əvvəllərindən
muxtar respublikamızın ucqar yaşayış
məntəqələrindən biri hesab olunan
Culfa rayonunun Ləkətağ kəndində 3
yeni obyektin inşasına başlanılıb.
Culfa Rayon Tikinti-Quraşdırma İda-
rəsindən aldığımız məlumata görə,
obyektlərin biri kənd tam orta mək-
təbinin binasıdır. İnşa olunan 144 şa-
gird yerlik yeni məktəb binası zirzəmi
ilə birlikdə 3 mərtəbədən ibarətdir.
Burada tədris prosesinin yüksək sə-
viyyədə həyata keçirilməsi üçün lazımi
şərait yaradılacaq.
Adıçəkilən tikinti təşkilatının bir
qrup inşaatçısı isə kənd mərkəzinin
binasında çalışır. Üç mərtəbədən ibarət
olan binada inşaatçılar ötən müddət
ərzində xeyli iş görüblər.
Digər bir obyektdə – xidmət mər-
kəzində isə işlər artıq başa çatmaq
üzrədir. Yeni mərkəzdə sənaye və tə-
sərrüfat malları mağazaları, ət satışı
dükanı, müxtəlif xidmət sahələri fəa-
liyyət göstərəcək.
Hazırda obyektlərdə son tamamlama
işləri görülür.
Qeyd edək ki, ölkəmizin sürətli iq-
tisadi inkişafından bu gün regionlarda
yerləşən ən ucqar kəndlərin sakinləri
də bəhrələnirlər. Bu, özünü muxtar
respublikamızın timsalında daha aydın
şəkildə göstərir. Muxtar respublika-
mızda kəndlə şəhər arasında fərq aradan
qalxır. İstifadəyə verilən ən müasir
standartlara cavab verən obyektlər sa-
yəsində artıq kənd lərimizi şəhərdən
fərqləndirən yeganə cəhət istehsalın
aqrar xarakter daşımasındadır.