Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası MƏQSƏD



Yüklə 38,02 Kb.
səhifə1/21
tarix02.01.2022
ölçüsü38,02 Kb.
#46967
  1   2   3   4   5   6   7   8   9   ...   21
emeyin tehlukesizliyi 0 (1)



TƏSDİQ EDİRƏM

“Şirkətin adı” MMC-nin Direktoru

B.Vəzifəyev___________________

“___” _________________ 20___-c_ il


Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası



  1. MƏQSƏD

İşlərin Təhlükəsiz İcrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitini təmin edilməsi, işçilərin sağlamlığının qorunması.




  1. İSTİFADƏ SAHƏSİ

Hazırkı prosedurun tətbiq edilmə sahəsi OHSAS18001:2007 və İSO 14001:2004 beynəlxalq standartların tələblərinə cavab verən “Şirkətin adı” tərəfindən aparılan bütün sahələrin işlərini əhatə edir və bütün struktur bölmələrinə tətbiq olunur.

İşlərin Təhlükəsiz İcrasına dair bu Sistemlər, yerli qanunvericiliyin tələblərinə və normativ tələblərə riayət edilməsi məsuliyyətini ləğv etmir, əksinə onlara hər zaman əməl edilməsini nəzərdə tutur.


  1. TERMİNLƏR VƏ ANLAYIŞLAR

SƏTƏMM – Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi.

İnsident/bədbəxt hadisə - İnsana, ətraf mühitə və ya müəssisəyə hər hansı bir əməliyyat nəticəsində dəymiş zədə və ziyan.

Fövqəladə hal – təbii fəlakət və ya yanğın hadisəsi.




  1. Kəsİşən istİnadlar



  • OHSAS 18001-2007 “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər”

  • Sağlamlıqın və əməyin təhlükəsizliyi üzrə siyasət (Əlavə 1.)

  • Ətraf mühitin mühafizəsi siyasəti (Əlavə 2.)

  • Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunu.




  1. Məsulİyyət




    1. Xüsusi məsuliyyət növləri.




      1. İşəgötürənin Bədbəxt Hadisələrin Qarşısının alınmasına ilə əlaqədar ƏMTTT (Əməyin mühafizə və texniki təhlükəsizlik üzrə təlimat) sağlamlıq və təhlükəsizliyə dair qayda və məsuliyyətlərdən xəbərdar olmaq və onlara riayət etmək.

      2. İşlərin aparıldığı sahədə olan zaman sağlamlıq və təhlükəsizliyə aid olan siyasət və prosedurlara riayət olunmasını yoxlamaq. Tələblərin icrası müvəffəqiyyətli təhlükəsizlik proqramının açarıdır.

      3. İş rəhbəri olaraq təmin etməlidir:

  1. Təhlükəsiz iş yerlərini.

  2. Təhlükəsiz iş sistemlərini.

  3. Təhlükəsiz alət, avadanlıq və müvafiq sahələr üçün fərdi və kollektiv mühafizə vasitələrini.

  4. Uyğun olan təlimləri.




    1. SBR, iş icraçılarının və növbə rəhbərlərinin SƏTƏMM üzrə məsuliyyətləri və cavabdehlikləri:




      1. İşçilər arasında təhlükəsizlik barədə məlumatlanmanı yaymaq.

      2. İşçilərin və iş yerlərinin təhlükəsizliyinə nəzarəti həyata keçirmək.

      3. Iş öncəsi təlimlərin və Riskin Qiymətləndirilməsini təmin etmək.

      4. Hər kəsin təhlükəsizlik naminə əməkdaşlıq edə bilmələri üçün sağlam və düzgün mühitin inkişaf etdirilməsinə nail olmaq




    1. İşçilərin SƏTƏMM üzrə məsuliyyətləri və cavabdehlikləri:




      1. Prosedur və təlimatlara uyğun təhlükəsiz işləməyə.

      2. Özünüzün və sizin gördüyünüz işin təsirinə məruz qala biləcək digər əməkdaşların Təhlükəsizliyi və Sağlamlığının qayğısına qalamağa görə məsuliyyət daşıyırlar.

      3. Hər zaman işləri Prosedurlara, Risk qiymətləndirilmərinə və İşin görülmə qaydasına uyğun olaraq yerinə yetirilməli.

      4. Alət və avadanlıqlarda hər hansı bir defekt olarsa və ya iş metodunda hər hansı bir uyğunsuzluq olarsa dərhal iş rəhbərlərinə və ya SƏTƏMM üzrə mütəxəssisə məlumat verilməli. Alət və avadanlıqları nəzarətsiz olaraq tərk etməməli.

      5. Hər zaman Səliqə-sahmanın standartı yüksək saxlanılmalı.

      6. Alət və avadanlıqlarda hər hansı bir defekt olarsa onlardan istifadə etməməli.

      7. İş üçün hər zaman düzgün əl alətlərindən və avadanlıqlardan istifadə edilməli.

      8. Hər zaman uyğun olan fərdi mühafizə vasitələrindən istifadə edilməli;

      9. Baryerlərə və xəbərdaredici işarələrə və ümumi SƏTƏMM nişanlarına diqqət yetirilməli və riayət olunmalı.

      10. İştirakçısı və ya şahidi olduğunuz bütün növ qəzalar və xətalı davranışlar barəsində, iş rəhbərlərinə və SƏTƏMM üzrə mütəxəssisə məlumat verilməli.



  1. PROSESLƏR

Bu prosedurda aşağıda göstərilən idarəetmə vasitələri nəzərə alınır:



    • SƏTƏMM üzrə təlimlərin və təlimatların idarə olunması prosesi.

    • SƏTƏMM üzrə ümumi qaydalar.

    • Fərdi mühafizə vasitələrin idarə olunması prosesi.

    • İnsidentlərin idarə olunması prosesi.

    • SƏTTƏM üzrə iş sahələrinin yoxlanılması prosesi.

    • Fövqəladə hal və qəza zamanı görüləcək tədbirlərin idarə olunması prosesi.

    • Tullantıların idarə olunması prosesi.

    • Yüksəklikdə işlərin təhlükəsiz aparılması prosesi.




    1. SƏTƏMM üzrə təlimlərin və təlimatların idarə olunması prosesi.





      1. Yüklə 38,02 Kb.

        Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin