Ən müasir avadanlıqlarla təchiz olunan klinikada bəzi həkimlərin xəstələri müayinə üçün başqa klinikalara göndərməsi universitetimizin



Yüklə 11,36 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix01.01.2017
ölçüsü11,36 Mb.
#4192
  1   2   3   4

S.Musayev:

«Ən müasir avadanlıqlarla təchiz olunan 

klinikada bəzi həkimlərin xəstələri müayinə üçün 

başqa klinikalara göndərməsi universitetimizin 

müsbət imicinə vurulan  zərbədir»

F

evralın 4-də ATU nun 

rektoru, millət vəkili, 

akademik Əhliman Əmiraslanov  

universitetin Tələbə Həmkarlar 

İttifaqı Komitəsinin «Gənclər 

Günü» ilə bağlı növbəti dəfə 

həyata keçirdiyi “Beş günlük  

rezident ol” layihəsinin qalibləri ilə 

görüşüb.

 

 

Layihəylə 

bağlı 

rektora 


məlumat 

verən 


universitetin 

Həmkarlar  İttifaqı  Komitəsinin  

sədri, dosent Cahangir Qasımov 

məlumat verdi ki, layihədə iştirak 

edən  tələbələrin  əksəriyyəti  III, 

IV  və  V  kurslarda  təhsil  alanlar-

dır. Layihəyə qoşulmaq üçün 153 

nəfər müraciət etsə də, onlardan 

yalnız 50–nin  savadına, biliyinə 

və  dünyagörüşünə    görə  üstün-

lük  verildiyini  bildirdi.    O,  həmin 

qalib  tələbələrin universitetimizin  

20  kafedrasında  tibbin  müxtəlif 

sahələri  üzrə  fevralın  5-dən  13- 

dək rezident həkim kimi fəaliyyət 

göstərəcəklərini dedi.   



səh. 3

səh. 6

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq qərara alıram:

1. Beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini 

nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə 

tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan 

Respublikasının Gənclər və İdman Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində 

nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2014-cü il.

Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 03 (1578)  15 fevral 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Bu sayımızda

ABŞ səfirliyinin 

nümayəndələri ATU-da 

olmuşlar

2

5

İnsan anatomiyası 

kafedrasının 

elmi-pedaqoji 

fəaliyyəti

“Xocalıya ədalət” 

kampaniyasının keçirilməsi 

ilə bağlı tədbirlər haqqında

Uşaqlar arasında ürəyin anadangəlmə 

kiçik inkişaf anomaliyaları və onların 

erkən aşkarlanmasının əhəmiyyəti

Rektor  “Beş günlük  rezident ol” 

layihəsinin qaliblərini qəbul edib

səh. 4

G.GƏRAYBƏYLİ:

“Psixiatriya ağır 

sahə olduğundan 

burada təsadüfi 

adamlar işləyə 

bilməz”


http://www.amu.edu.az

15 fevral 2014-ъц ил

2

7 fevral 2014-cü il tarixdə Səhiyyə Nazirliyi 

tərəfindən“Demoqrafiya və Sağlamlıq sorğusu, 2011, 

Azərbaycan” mövzusuna həsr olunmuş konfrans 

keçirilmişdir.

  

Konfransın əsas məqsədi Azərbaycanda 2011-ci ildə apa-

rılmış  “Demoqrafiya  və  Sağlamlıq”  sorğusunun  (DSS-2011) 

yekun nəticələrini təqdim etmək idi.

Tədbirdə  Səhiyyə  nazirinin  müavini  E.Ağayev,  nazirliyin 

digər  məsul  işçiləri,  Milli  Məclisin  üzvləri,  müvafiq  dövlət, 

beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasi-

ya vasitələrinin aidiyyəti nümayəndələri iştirak etmişdir.

“Demoqrafiya və Sağlamlıq” sorğusu “2008-2015-ci illərdə 

Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və 

davamlı  inkişaf  Dövlət  Proqramı”  çərçivəsində  2011-ci  ildə 

Səhiyyə  Nazirliyi  tərəfindən  həyata  keçirilmişdir.  “Demoq-

rafiya  və  Sağlamlıq”  sorğuların  ölkədə  vaxtaşırı  keçirilməsi 

əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olun-

muş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin 

azaldılması, habelə bununla bağlı BMT-nin Minilliyin İnkişaf 

Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün 

zəruri  şərtlərdən  biridir.  Azərbaycanda  ilk  dəfə  belə  sorğu 

2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən aparılmış-

dır.


  DSS-2011  Azərbaycanda  əhali,  sağlamlıq  və  qidalan-

ma  üzrə  mövcud  vəziyyətin  əsas  göstəricilərini  əks  etdirir. 

Tədqiqatın nəticələri milli (şəhər və kənd) və iqtisadi rayonlar 

üzrə təqdim olunur. Sorğunun əhatə etdiyi 9 iqtisadi rayona 

Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, 

Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan daxildir.

 Sorğu 7041 ev təsərrüfatında, 15-49 yaşlı 9381 qadın ara-

sında  keçirilmişdir.  Sorğu  zamanı  əldə  edilmiş  məlumatlar: 

ev təsərrüfatlarının xüsusiyyətləri; sosial-iqtisadi göstəricilər; 

antropometriya; təhsil; körpə və 5 yaşadək uşaq ölümü; ana 

və uşaqların sağlamlığı; gender münasibətləri və qadınların 

ailədə səlahiyyətləri; fərdilik, arzu olunan uşaqların sayı, ailə 

vəziyyəti;  ailə  planlaşdırılması;  qidalanma;  yetkinlik  yaşına 

çatanların sağlamlığı; QİÇS, cinsi yolla yayılan xəstəliklər (bi-

lik, münasibət və davranış). Sorğunun nəticələri bütün ölkə 

üçün representativ sayılır.

 DSS-2011-in seçilmiş nəticələri:

Sorğuya əsasən öyrənilən son 5 il ərzində uşaq doğulma-

sında və bütün fərdilik əmsallarında həmin dövrdən əvvəlki 

illərlə müqayisədə artım müşahidə olunur.

2006-cı  ildə  keçirilmiş  analoji  sorğunun  nəticələri  ilə 

müqayisədə  neonatal  ölüm  21%,  postneonatal  ölüm  33%, 

körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb.

DSS-2006  ilə  müqayisədə  15-49  yaşlı  hər  1000  qadına 

düşən abortların sayı 28.5% azalıb.

15-49  yaşlı  bütün  qadınların  87.1%-i,  evli  qadınla-

rın  isə  97.2%-i  ən  azı  bir  kontrasepsiya  üsulu  haqqında 

məlumatlıdırlar. Evli qadınların təxminən 14%-i müasir üsul-

lardan, digər 41%-i isə çoxluğu təşkil edən ənənəvi üsullar-

dan istifadə edirlər.



Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman 

Əmiraslanov bu günlərdə Hacəttəpə Universitetindən olan 

qonaqları qəbul edib.

Görüş zamanı Hacəttəp Universitetinin əczaçılıq 

fakültəsinin dekanı, professor Dr.Bülent Gümüşel universi-

tetimizin rektoru Əhliman Əmiraslanova olan sayğısından 

söz açıb. Əczaçılığın Türkiyədə necə önəmli sahə olduğu-

nu vurğulayan B.Gümüşel bildirib ki, Azərbaycanda da 

əczaçılığa böyük diqqət ayrılmalıdır: «Ötən il Türkiyədə 

əczaçılıqla bağlı protokol imzalanıb. Biz ATU-nun 

əczaçılıq fakültəsinin dekanı ilə bu işin üstünə düşmək 

istəyirik».

Ə.Əmiraslanov isə öz növbəsində ATU-nin maliyyə 

büdcəsindən bu il əczaçılıq fakültəsi üçün pul ayrıldığını 

deyib: «Bizə əsas olan uzman mübadiləsidir».

Qeyd edək ki, görüşdə həmçinin professor Dr. Belma Gümüşel, Uzm.Dr. Yeganə Özcan, ATU-nun əczaçılıq 

fakültəsinin dekanı, professor Tahir Süleymanov iştirak ediblər.

Görüşün sonunda qonaqlar Əhliman Əmiraslanova kitab hədiyyə ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin 

nümayəndələri Azərbaycan Tibb Universitetinin 

Beynəlxalq əlaqələr şöbəsində qonaq olublar. 

ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə 

müşaviri M.Kelly Cullum və səfirliyin ABŞ 

Ordusu Əlaqələr üzrə Koordinatoru Khalid K. 

Husseinlə görüş zamanı qonaqlara ATU-nun 

beynəlxalq əlaqələri, tələbələr üçün mübadilə 

proqramları haqqında məlumat verilib. Görüşdə 

ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin 

müdiri Rəhimə Qabulova, Təhsil Nazirliyinin 

nümayəndəsi Tamilla Əliyeva, universitetin ümu-

mi işlər üzrə prorektoru Natiq Xəlilov və mətbuat 

katibi Günel Aslanova, həmçinin tələbələr iştirak 

ediblər.


R.Qabulova ATU-nun Amerika təhsil müəssisələri ilə sıx əməkdaşlıq niyyətində olduğunu açıqlayıb: «Tibb Univer-

siteti ilə Avropanın aparıcı təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi həyata keçirilir. Daha çox yuxarı 

kurs tələbələri xarici ölkələrdə təcrübə keçirlər». 

Prorektor Natiq Xəlilov qonaqlara universitet, universitetin klinikaları və kafedraları haqqında qısa məlumat verib. 

K.Cullum ABŞ səfirliyinin xətti ilə Azərbaycanda təhsil sahəsində müxtəlif istiqamətlərdə proqramların icra olundu-

ğunu deyib. Onun sözlərinə görə, hazırda tibb təhsili sahəsində layihələr icra olunmasa da, digər qurumların yaratdığı 

imkanlardan yararlanmaq mümkündür. Cənab Cullum həmçinin azərbaycanlı tibb tələbələrinin Amerikaya səfərinin 

təşkilinə yardım göstərəcəyini də bildirib.



ATU-nun mətbuat xidməti

«Demoqrafiya və Sağlamlıq» sorğusuna 

həsr olunmuş konfrans keçirilmişdir

ABŞ səfirliyinin nümayəndələri ATU-da olmuşlar

Əczaçılıq sahəsinin inkişafıyla bağlı görüş keçirilib

Qalib  tələbələri  təbrik  edən  akade-

mik  Ə.Əmiraslanov  belə  proqramların  

əhəmiyyətini  qeyd  edərək    bu  layihənin 

universitetimizdə    ikinci  dəfə  keçirildiyi-

ni  və    artıq  ətrafına  xeyli  tələbəni  topladı-

ğını    söylədi. 

Sözünə  davam  edən  rektor 

vurğuladı ki, rezidentura proqramı tələbələr 

üçün çox önəmlidir: 

“Biz rezident deyəndə 

onları  həkim  kimi  nəzərdə  tuturuq. 

Rezident    gərək  gecə-gündüz  xəstənin 

yanında  olsun,  həkimlik  vərdişlərinə 

layiqincə yiyələnə bilsin.  Odur ki, belə 

layihələr  tələbələrin  gələcəkdə  həkimlik 

fəaliyyətlərinə  hazırlanması  üçün  bir 

əsas olmalıdır”. 

Bu  sistemin  əhəmiyyətindən  danışan  rek-

tor bu sistemə keçidin heç də asan olmadı-

ğını vurğulamışdır: 



“Əvvəllər rezidenturanın 

özü  bizim  üçün  bir  xəyal  idi  və  çalışırdıq 

ki,  Azərbaycanda  rezidentura  sisteminə 

keçilsin.  Mane  olan  əsas  səbəblərdən  biri 

“Təhsil qanunu”nda rezidenturanın nəzərdə 

tutulmaması idi. Yeni “Təhsil qanunu” qəbul 

olunandan  sonra  rezidentura  sisteminə 

keçdik. Ənənəvi internatura sistemi özünü 

doğrultmadı.    Şübhəsiz  ki,  bir  il  ərzində 

yaxşı  mütəxəssis  hazırlaya  bilməzdik.  Bu, 

tibb  sahəsində  yüksək  ixtisaslı  mütəxəssis 

hazırlamaq 

üçün 

bütün 

dünyanın, 

Amerikanın,  Avropanın  qəbul  elədiyi  bir 

yoldur”.

Görüş  zamanı  digər  məsələlərə  də  to-

xunuldu.    Tələbələrlə  səmimi  söhbət  edən 

rektor  klassik  imtahanla  yeni  virtual    test 

imtahanlarının  fərqli  cəhətlərindən  də  bəhs 

etdi və hər iki imtahan növünə   tələbələrin 

də münasibətini  dinlədi. Yeni sistemin daha 

şəffaf və ədalətli olduğunu bildirən tələbələri 

rektor da dəstəklədiyini bir daha bəyan etdi.  

Rezidentlərdə  elmi  vərdişlər  aşılamağın 

vacibliyinə  toxunan  universitetin  tədris  işləri 

üzrə  prorektoru,  professor  Sabir  Əliyev  hər 

bir rezidentin gələcəkdə aparıcı mütəxəssis, 

alim kimi yetişəcəyinə inamını ifadə etdi. O,  

rezidentura haqqında əsasnamədə də elmi-

tədqiqat  işləri  ilə  məşğul  olmağa  heç  bir 

məhdudiyyətin  qoyulmadığını  dedi.  Başlıca 

məqsədin  isə  bu  istiqamətdə  rezidentlərin 

qabiliyyətini üzə çıxarmaqdan ibarət olduğu-

nu söylədi. 

Tədbirin  sonunda    qalib  tələbələrə  adları 

yazılmış yaxalıqlar təqdim olundu.



MƏNSUR

Rektor  “Beş günlük  rezident ol” 

layihəsinin qaliblərini qəbul edib

15 fevral 2014-ъц ил

http://www.amu.edu.az

3

 

 



“Klinikanın 2013-cü ildə müalicə-

diaqnostik fəaliyyətinin yekunları 

haqqında” klinikanın baş həkimi, 

dosent Ramin Bayramlı geniş hesabat 

məruzəsi ilə çıxış etdi.İlk növbədə kli-

nikada yaradılan şəraitə, əməkdaşlara 

göstərilən qayğıya görə ölkə və 

universitet rəhbərliyinə təşəkkürünü  

bildirən baş həkim əsas diqqəti 2012-ci 

illə müqayisədə qazanılan uğurlara 

yönəltdi. O, hesabatını əsasən statistik 

rəqəmlər üzərində quraraq paralellər 

apardı, göstəricilərin nəzərə çarpa-

caq dərəcədə yüksəl diyini slaydlar 

vasitəsilə nümayiş etdirdi. Klinikada 

terapevtik yönümlü 6, pediatrik yö-

nümlü 3 və nevrologiya, reanimasiya, 

efferent terapiya şöbələrinin, yeni 

yaradılmış Ürək Damar Mərkəzinin 

fəaliyyət göstərdiyini dedi. Bildirdi 

ki, 240 nəfər kafedra əməkdaşının, 

200 nəfər isə klinika əməkdaşının 

çalışdığı klinikada hesabat ilində 83 

xəstəyə 487 hemodializ, 71 xəstəyə 

237 seans sentrofuqa plazmaferezi, 41 

xəstəyə isə 76 membran plazmaferezi 

xidməti göstərilmişdir. Ürək Damar 

Mərkəzində müalicə alanların sayı 578 

nəfər olmuşdur. Stasionar şəraitdə 

4322 xəstə müalicə almışdır ki, bu da 

2012-ci ildəki xəstələrin sayından 1118 

nəfər, yəni 25,8 faiz çoxdur. Ambulator 

müalicə alanların sayı 27 457 nəfərə 

çatmış, artım göstəricisi 3 604 nəfər 

(13,%) olmuşdur. 

Nevroloq, terapevt, pediatr, kardi-

oloq, mikrobioloq, nefroloq, radioloq, 

revmatoloq, reanimatoloq və qast-

roenteroloq ixtisasları üzrə klinikada 

hazırlıq keçən həkim-rezidentlərin 

fəaliyyətləri üçün də hər cür şərait 

yaradıldığını vurğulayan R.Bayramlı  

daha çox 2013-cü ildə reallaşan 

yeniliklər üzərində dayandı. Qeyd etdi 

ki, artıq klinikada 24 saatlıq iş rejiminə 

keçilmişdir.

Ürək Damar Mərkəzində, reanima-

siya və intensiv terapiya şöbəsində 

maddi-texniki bazanın xüsusilə 

gücləndirildiyini söyləyən baş həkim 

bildirdi ki, yataq yarası profilaktikası 

üçün  havalı yataqlar, dərin venaların 

trombozunun qarşısını almaq  üçün  

kompressiya cihazı, uzun  müddətli  qi-

dalanma üçün cihaz və setlər, invaziv 

proseduralar üçün steril materiallar, 

xəstə transportu üçün təcili yardım 

çantası və oksigen balonu, təcili 

yardım üçün hərəkətli tumbalar, xəstə 

başında duracaq masalar, hipoter-

mik xəstələrin  isidilməsi üçün  isidici 

cihaz, arteriyadaxili  monitorizasiyanın 

təşkili  üçün setlər alınmışdır.  

İl ərzində görülən digər işlər, konf-

rans, konqres və simpoziumların 

keçirilməsi barədə də toplantı iştirak-

çılarına məlumat verən R.Bayramlı 

bildirdi ki, xəstələrin müasir protokol 

və qaydalar əsasında müayinə və 

müalicəsinin təşkili, yeni protokolların 

hazırlanması, həkimlərin nəzəri və 

təcrübi biliklərinin artırılması, ixtisas-

laşması, rezidentlərin xaricə rotasiyaya 

göndərilməsi, təcrübə kursları və tibb 

bacılarının peşəkarlığının artırılması 

2014-cü ildə başlıca hədəfimiz olacaq.

Toplantıda çıxış edən pediatriya 

fakültəsinin daxili xəstəliklər kafed-

rasının müdiri, professor Əlihüseyn 

Hidayətov bütün sahələrdə aparılan 

yeniliklərdən danışaraq klinikada 

görülən işlərin fərəhləndirici olduğunu 

qeyd etdi. Səhiyyə bazarında insafsız-

casına şişirdilmiş reklamların baş alıb 

getdiyi bir vaxtda hay-küysüz, sakitcə 

bu qədər nailiyyətin əldə olunmasın-

dan qürur duyduqlarını, gələcəkdə 

daha böyük uğurların qazanılacağına 

inandıqlarını söylədi.  

Şüa-diaqnostika şöbəsininin müdi-

ri Aydın Əliyev Ümummilli Liderimiz 

Heydər Əliyevin “İşləmək istəyən iş 

axtarır, işləmək istəməyən bəhanə” 

deyimini xatırladaraq bu şəraitdə inki-

şaf etməyən insanın problemi özündə 

axtarmalı olduğunu dedi. 

I daxili xəstəliklər və reanimatolo-

giya kafedrasının müdiri, professor  

İsfəndiyar İsmayılov isə öz çıxışında 

bildirdi ki, vaxtilə müəllimlərimiz də 

bizə deyirdilər ki, klinik xəstəxanalarda 

birinci tədris, ikinci elm, sonra müalicə 

işləri və digər işlər gəlir. İndi IV kurs-

da daxili xəstəliklərdə 105 saatdan 

20 saatı mühazirə dərsləri,  qalan 

85 saatı isə fərdi məşğələlərdir. 

Tələbə əslində xəstə görməli, praktiki 

vərdişlərə yiyələnməlidir. Mühazirə 

dərsləri 20 faizdən yuxarı deyil. Bu 

nöqteyi-nəzərdən müalicə işlərinin önə 

çıxması təbiidir, çünki tədrisin canı 

müalicə işi ilə bağlıdır. Reanimasiya 

və intensiv terapiya şöbəsinə yeni 

kadrların cəlb edilməsini müsbət hal 

kimi dəyərləndirən professor klinika-

da konsiliumların  genişləndirilməsini 

və ölüm hadisələrinin ətraflı şəkildə 

müzakirəsini də zəruri saydı. 

Universitetin elmi işlər üzrə prorek-

toru, professor Sabir Əliyev İsfəndiyar 

müəllimin sözünə qüvvət verərək  

tədris prosesinin önə çəkilməsininin 

vacibliyini  xüsusi qabartdı: “Mən 

3-cü ildir ki, klinika haqqında hesabatı 

dinləyirəm, ümumilikdə təəssüratım 

müsbətdir. Ancaq o demək deyil ki, 

hər şey qaydasındadır. Tədris prose-

sinin aparılmasında ciddi çatışmaz-

lıqlar da mövcuddur. Xüsusən kliniki 

kafedralarda Boloniya prosesinin 

tələbləri kifayət qədər yerinə yetirilmir. 

İmtahan zamanı apellyasiyaya gələn 

dosentlərin əksəriyyəti bu məsələyə 

hazır deyil. Hətta adi qiymətləndirməni 

bilmir, cari mənimsəmənin nə qədər 

olması, bacarıqlara görə balların necə 

qiymətləndirilməsi, dərs buraxmaya 

görə hansı balların çıxılmasına aid 

elementar sualları cavablandırmaqda 

çətinlik çəkirlər.  Bütün bunlara görə ilk 

növbədə kafedra müdirləri məsuliyyət 

daşıyırlar. Testlərin imtahan vaxtı yox-

lanışına baxanda görürəm ki, test sual-

ları çox primitiv tərtib olunub. Eyni test 

sualında iki cavab ayrı-ayrı sahələrdə 

yerləşdirilir, tələbə qiymət ala bilmir. 

Kənar bazalarda yerləşən kafedra-

lardan fərqli olaraq Tədris Terapev-

tik Klinikada rezidentlərlə iş yüksək 

səviyyədə təşkil olunubdur. Rezident 

rəhbərinin  ən azı 8 il iş təcrübəsi 

olmalıdır. Kafedra müdirləri bu 

məsələləri diqqətdə saxlamalıdırlar”. 

S.Əliyev vurğuladı ki, əgər Avropa 

təhsil sisteminə inteqrasiyadan danışı-

rıqsa, aparılan mühazirələrin, məşğələ 

dərslərinin qaydalarını dəyişməli, 

dünyada baş verən yeniliklərin 

gecikmədən ölkəyə gətirilməsinə nail 

olmalıyıq. 

Sonra Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza 

Mərkəzinin baş mütəxəssisi Gülnarə 

Daşdəmirova tibbi istifadəsinə icazə 

verilmiş dərman vasitələrinin əlavə 

təsirlərinə nəzarət üzrə təlimat haq-

qında toplantı iştirakçılarına ətraflı 

məlumat verdi. 

Klinikanın direktoru, professor 

Surxay Musayev  çıxışlarda səslənən 

fikirlərə münasibətini açıqlamaqla 

bərabər bəzi suallara da aydınlıq 

gətirdi. O, mərkəzi laboratoriyada 

və rentgen şöbəsində xəstələrin 

növbəsini nizamlamaq üçün monitor-

ların quraşdırıldığını, yaxın gələcəkdə 

qan bankının yaradılacağını və sü-

mük iliyi transplantasiyasına hazırlıq 

işlərinin aparıldığını toplantı iştirakçı-

larının nəzərinə çatdırdı. Ən müasir 

avadanlıqlarla təchiz olunan klinikada 

bəzi həkimlərin müayinə üçün xəstələri 

başqa klinikalara göndərməsini uni-

versitetimizin müsbət imicinə vuru-

lan  zərbə kimi qiymətləndirərək belə 

hallara qarşı sərt tədbirlər görüləcəyini 

vurğuladı.

Sonda bir daha qonaqlara, Səhiyyə 

Nazirliyinin Analitik Ekspertiza 

Mərkəzinin direktor müavini Pərvanə 

xanım Şəfiyevaya təşəkkürünü çat-

dıran Surxay Musayev universite-

timizin rektoru, akademik Əhliman 

Əmiraslanovun xüsusi diqqət və qay-

ğısını daim öz üzərlərində hiss edən 

klinika əməkdaşlarının bundan sonra 

da bütün potensiallarını ortaya qoya-

caqlarına əminliyini bildirdi.



Arif MƏMMƏDLİ 

F

evralın 13-də Tədris Terapevtik Klinikanın Tibbi Şu ra sı nın 

genişləndirilmiş toplantısı oldu. Tibbi personalın qatıldığı 

toplantını klinikanın direktoru, professor Surxay Musayev açaraq 

gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Tibbi Şuranın genişləndirilmiş toplantısında

S.Musayev:

«Ən müasir avadanlıqlarla təchiz olunan klinikada 

bəzi həkimlərin xəstələri müayinə üçün başqa 

klinikalara göndərməsi universitetimizin müsbət 

imicinə vurulan  zərbədir»

Fotolar Cənnətalı Çingizindir

http://www.amu.edu.az

15 fevral 2014-ъц ил

4

P

sixi  problemləri  olanların 

böyük  əksəriyyəti,  əsasən, 

psixiatrlara  müraciət  etmək 

istəmirlər.  Fikirləşirlər  ki, 

əgər psixiatra müraciət edər-

lər sə, onlar cəmiyyətdə  ruhi 

Yüklə 11,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin