Əshabi-Kəhf (mağara)
Vikipediya, azad ensiklopediya
Jump to navigationJump to search
Əshabi-Kəhf (mağara)
Əshab-ül Kəhf ziyarətgahı.jpg
Yerləşməsi
39°13′13″ şm. e. 45°35′21″ ş. u.
Ölkə Azərbaycan
Region
Kiçik Qafqaz
Rayon
Culfa
Əshabi-Kəhf (mağara) xəritədəƏshabi-Kəhf (mağara)Əshabi-Kəhf (mağara)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ashab ul Kahf Cave in Azerbaijan.JPG
Bu adın digər istifadə formaları üçün bax: Əshabi-Kəhf.
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir.
Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi “mağara insanları” mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin “Əl-Kəhf” surəsində xatırlanılır. Lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.[1]
Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış rəvayət də təqribən eyni məzmunludur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.
Qurani-Kərimdə "Əshabi-Kəhf" haqqında
Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi "Əl-Kəhf" surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində "Əshabi-Kəhf" adı ilə tanınan mağaralar vardır ki, onların da Qurani-Kərimdə adı keçən mağara olduğu iddia edilir. Mağaranın yerləşdiyi yerin xüsusiyyətləri Müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsinin 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin". Mağaranın içərisinə girəcəkdən baxarkən girişdən sağ və sol nəzərdə tutulur, məhz Culfadakı "Əshabi-Kəhf"də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Müqəddəs Qurani-Kərimdəki bu fikirlər mağaranın Culfada olmasını sübut edən amillərdən biridir. "Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında Əshabi-Kəhfin vəziyyətini araşdırırdılar. Dedilər ki, "Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir". Onların vəziyyətinə vaqif olanlar isə "Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik" dedilər". Culfada yerləşən Əshabi-Kəhfdəki indiki məscid də qeyb olanların yaxınlığındadır.
Mağaranın qədimliyi haqqında
Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi isə bulaq qurumuşdur. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir, o cümlədən burada çoxlu ağac və kollar da vardır.
Əshabi-Kəhf dağı 2018-ci ildə
Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib.[2]
Dostları ilə paylaş: |