1
ƏTRAF MÜHİT VƏ TƏBİİ EHTİYATLAR KOMİSSİYASI
BİRİNCİ TOPLANTI
HESABAT MƏRUZƏSİ
TÜRKDİLLİ ÖLKƏLƏRDƏ SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ
I.
GİRİŞ
1. TÜRKPA üzvü ölkələri zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan
dövlətlərdir. Məlum olduğu kimi, təbii sərvətlərin mənimsənilməsi zamanı müəyyən ekoloji
problemlər ortaya çıxır və uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz
həllini tapmadığı üçün üzv ölkələrdə ətraf mühit həddindən artıq çirkləndirilmişdir. Hazırda
TÜRKPA üzvü ölkələrində həllini təcili tələb edən bir sıra ekoloji problemlər mövcuddur. Bu
problemlər arasında ən aktual olanlardan biri də torpaqların eroziyaya uğraması və