F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix07.09.2017
ölçüsü1,13 Mb.
#29222
  1   2   3

                  

        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

                 

  Şəhid şəhər – Xocalı

 

 



Xocalı  faciəsinin  25-ci  ildönümü  münasibətlə  mərkəzi  kitabxanaların 

uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,    kənd  kitabxana  filialları  üçün 

hazırlanmış

 

metodik vəsait 

 

                              

  

 

                            

 

                          

                               

Bakı - 2017 

 

 

Tərtibçilər:                          Nərgiz Məcidova 



                                              Sevil Əhmədova  

 

Redaktor:                             Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və            Şəhla Qəmbərova 



buraxılışa məsul:                   Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

 

Şəhid  şəhər  -  Xocalı

:

  metodik  vəsait  /tərt.ed.:  N.  Məcidova, 

S.Əhmədova  ixt. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017. -35s. 



 

 

 

 

 

 

        

 

 

      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası -2017 

 

 



                                        

Tərtibçidən

 

Tarixin  müxtəlif  dönəmlərində  ermənilər  tərəfindən 

soyqırıma  məruz  qalan Azərbaycan  xalqı  növbəti  belə faciə 

ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. Yaxın tariximizin ən 

faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan 

yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri 

tarixə  Xocalı  faciəsi  kimi  düşdü.  Bu  faciə  görünməmiş 

amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə 

dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün 

aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və 

qəddarlıq  simvoludur.  Azərbaycan  xalqı  bu  faciəni  ürək  ağrısı 

ilə öz qlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı 

dəfələrlə  törədilən  soyqırımların  ötən  əsrin  sonlarına  qədər  öz 

hüquqi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən 

böyük  ədalətsizliklərdən  biridir.  Sovetlər  birliyinin  süqutu  ilə 

yaranan  mürəkkəb  tarixi  və  ictimai–siyasi  şəraitdə  dövlət 

müstəqilliyini yenicə qazanan ölkəmizin üzləşdiyi ərazi itkisi ilə 

yanaşı,  əsrin  ən  dəhşətli  faciələrindən  birini  yaşaması  yeni 

tariximizə 

qara 


hərflərlə 

yazıldı.Bu  dəhşətli  faciənin 

törədilməsindən  25  il  ötür.  Xocalı  faciəsinin  qurbanlarını  bir 

daha yada salmaq, tarixin bu qara səhifəsini unutmamaq üçün bu 

vəsaiti  işləməyi  özümüzə  borc  bildik.  Vəsait  iki  hissədən 

ibarətdir. I hissə “Xocalı soyqırımı: tarix olduğu kimi” adlanır 

və  faciənin  tarixindən,  şəhid  qəhrəmanlarından  bəhs  edir.  II 

hissədə  isə  faciə  ilə  bağlı  keçirilməsi  vacib  olan  tədbirlərdən 

söhbət açılır.  

 

 



         

 

     Xocalı soyqırımı: tarix olduğu kimi 

 

Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı 



soyqırımının  törədilməsindən  bizi  25  illik  bir  zaman  məsafəsi 

ayırır. O gecədən ki, təpədən dırnağa qədər silahlanmış erməni 

quldur  dəstələri  Qarabagımızın  Xankəndi  bölgəsində  yerləşən 

366-cı  rus  alayı  ilə  birlikdə  Xocalını  yandırıb  külünü  göyə 

sovurdular.  Əliyalın  olan  dinc  sakinləri  qəddarcasına  qətlə 

yetirdilər.  Girov  götürdüklərini  təhqir  və  həqarətlərə,  zülm  və 

işgəncələrə məruz qoydular. Azərbaycan xalqı torpaqlarımızın 

müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və qurbanlar 

verdi.  Ancaq  Xocalı  faciəsi  qan  yaddaşımıza  əbədilik  yazıldı. 

Bu, bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, 

vətəninə,  sədaqətinin  nümunəsidir,  ikinci  tərəfdən  də 

Ermənistanın 

millətçi 

qüvvələrinin 

xocalılılara 

qarşı 


vəhşiliyidir.  Faciənin  törədilməsinin  əsas  səbəbi  Xocalının 

erməni  qaniçənlərinin  yolu  üstündə  böyük  maneə  olması  idi.  

Çünki Xocalı Dağlıq Qarabağda həm magistral şosse yolunun, 

həm də dəmir yolunun üstündə yerləşirdi. Orada hava limanı da 

vardı. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə 

çalışırdılar. Bu faciəzamanı bir neçə saat ərzində 613 nəfər dinc 

azərbaycanlı,  o  cümlədən  63  uşaq,  106  qadın,  70  qoca 

qəddarcasına,  dözülməz  işgəncə  verilməklə  öldürülüb,  487 

nəfərə  ağır  xəsarət  yetirilib,  1275  sakin  –  köməksiz  qocalar, 

qadınlar  girov  götürülüb,  ağlasığılmaz  zülmə,  təhqirlərə  və 

həqarətə  məruz  qalıblar.  Erməni  hərbçiləri  öldürdükləri 

insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, 

körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını 

yarmış,  bəzilərini  diri-diri  torpağa  basdırmış  və  yandırmışlar. 

Qeyd  edək  ki,  Xocalı  ermənilər  tərəfindən  ilk  dəfə  ötən  əsrin 

əvvəllərində-1905-ci  ildə  yandırılıb,  külə  döndərilib,  əhalisi 



 

vəhşicəsinə  qılıncdan  keçirilib,  qanına  qəltan  edilib.  Onun 



doğma  yurd  həsrəti  ilə  qovrulan  didərgin  sakinləri  ara 

səngiyəndən  sonra  yenidən  ata-baba  torpaqlarının  yaralarını 

sağaltmaq,  dağıdılmışları  bərpa  etmək,  yıxılmışları  ayağa 

qaldırmaq üçün

 

geri qayıdıblar. Ermənilər 1918-ci ildə Xocalını 



ikinci dəfə yandırıb, külünü havaya sovurublar. 1992-il fevralın 

25-dən  26-na  keçən  gecə  Xocalıda  yeni  dəhşətli  soyqırım 

törədildi. Bu haqda nə qədər yazılsa da ürəyimizdəki bu dəhşət, 

bu  ağrı,  kin-küdurət,  intiqam  hissi  yenə  də  susmaq  bilmir  və 

bilməyəcək  də.  Azərbaycan  xalqına  qarşı  aparılan  misli 

görünməmiş  bu  soyqırım,  amansız  qırğın  aktı,  erməni 

qəsbkarlarının 

ölkəmizin 

dövlət 

müstəqilliyini, 



ərazi 

bütövlüyünü  hədəf  almış  məqsədyönlü  irticaçı  siyasətinin 

növbəti  qanlı  səhifəsi  olmaqla  bərabər,  təkcə  xalqımıza  deyil, 

bütün  insanlığa  qarşı  irimiqyaslı  cinayətdir.  Erməni  təcavüzü 

nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilmiş, 

4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 

kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 

poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın 

ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş 

soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün var-

dövləti  orada  qalmışdır.  Sağ  qalan  şahidlərin  dediyinə  görə, 

şəhərə  olan  hücumdan  sonra  Xocalı  bir  anın  içində  odlara 

qalandı. Heç kəsə - nə körpələrə, nə qocalara, nə qadınlara, nə 

də  yaralılara  aman  verilmirdi.  Qatillər  arasında  zəncilər, 

muzdlular  da  var  idi.  Ermənilər  xüsusi  qəddarlıq  göstərir, 

qadınlara,  körpələrə  və  qocalara  ağır  işgəncələr  verərək 

öldürürdülər.  Ağdam,  Şuşa,  Laçın  istiqamətinə  çıxan  yollar 

əvvəlcədən  zirehli  texniki  vasitələrlə,  tanklarla  kəsilmişdi. 

Ölümün  pəncəsindən  xilas  olmaq  üçün  meşələrə,  dağlara, 

dərələrə  üz  tutub  pərən-pərən  olmuş  adamları  güllələyirdilər. 

Ana  baladan,  bacı  qardaşdan  ayrı  düşmüşdü.  Köməksiz 


 

adamların  harayı  ərşə  qalxırdı.  Bu  harayın  içində  tövlələrdə 



yandırılan atların kişnəməsi, mal-qaranın mələməsi də eşidilirdi. 

Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının 

imdadına çatmadı. Xocalı qan içində boğuldu, yanıb külə döndü  

Fevralın  27-də  Xocalıdan  250-300  nəfər  Ağdama  gələ 

bilmişdi.  Dəhşətli  xəbərlər  eşidilirdi.  Bu  dözülməz  dəhşətləri 

gözlərilə görən şahidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300 

nəfər, 

Ağbulaqda  500  nəfər,  Əsgəranda  150  nəfər, 



Naxçivannikdə 400 nəfər əsir düşmüşdü. Meşələr qadın və uşaq 

meyitləriylə 

dolu 

idi.Azərbaycan 



xalqı  torpaqlarımızın 

müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və qurbanlar 

vermişdir.  Ancaq  Xocalı  faciəsi  qan  yaddaşımıza  xüsusi 

yazıldı.Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına 

layiq  görülmüş  Çingiz  Mustafayev  misilsiz  hünər  göstərərək 

fevralın  28-də  vertolyotla  faciə  yerlərində  olmuş,  erməni 

quldurlarının  törətdiyi  vəhşilikləri  kamera  ilə  lentə  almiş  və 

tarixin yaddaşına yazmışdır. 

 

 

 



 

          

 

 

 

 

 

 

         2. Faciənin 25-ci  ildönümü ilə əlaqədar  



                  keçirilə biləcək tədbirlər 

 Kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap 

məhsullarının  geniş  oxucu  kütləsi  arasında  təbliğ  edilməsində 

xüsusi rol oynayır. Hər bir kütləvi tədbir oxucularda müəyyən 

bir  mövzu  haqqında  konkret  təsəvvür  yaradır,  həmin 

mövzularda  gedən  müzakirələrin  iştirakçısına  çevirir,  bununla 

bağlı  mövcud  ədəbiyyatla  tanış  edir. 

Azərbaycan  ərazisinin  bir  hissəsi  erməni 

işğalçılarının tapdağı altında qaldığından və 

müharibə təhlükəsi hələ də sovuşmadığından 

keçirilən  tədbirlərin  əsas  mövzusu  hərbi 

vətənpərvərlik  tərbiyəsinə  həsr  olunmalıdır. 

Müharibə şəraitində yaşayan bir ölkədə gənc 

nəsildə torpağa, vətənə məhəbbət hisslərinin 

aşılanması,  düşmənə  nifrət  duyğularının 

formalaşması vacibdir və bu mövzuda yazılmış bədii əsərlərin 

təbliğinə  daha  geniş  yer  verilməlidir.  Vətən  müharibəsində 

iştirak  etmiş  və  qəhrəmanlıqlar  göstərmiş  azərbaycanlılar 

haqqında,  Dağlıq  Qarabağ  müharibəsi,  20  Yanvar,  Хоcalı 

faciəsi, Şuşanın, Laçının və başqa rayоnların işğalını əks еtdirən 

əsərləri  dönə-dönə  охucuların  diqqətinə  çatdırmaq  lazımdır. 

Artıq  hər  il  26  fevral  tarixində  ölkəmizin  hər  yerində  Xocalı 

qurbanlarını anım günü keçirilir. Bu il o dəhşətli gecədən 25 il 

keçsə  də,  Azərbaycan  xalqı  bu  faciəni  ürək  ağrısıyla  qəlbində 

yaşadır. Hər bir azərbaycanlının ürəyində bu faciə XX əsrinən 

dəhşətli günlərindən biri kimi qalıb. Xocalını anım  günündə fəal 

oxucuları  cəlb  etməklə,  müxtəlif  formalı  tədbirlər  hazırlamaq 

olar.  Kitabxanada  oxucuların  istifadəsi  üçün 

www.clb.az

 

saytında  məlumat-biblioqrafiya  şöbəsi  tərəfindən  hazırlanmış 



 

“Qarabağ bizi səsləyir”, “Xocalı qan yaddaşımız” adlı slayd, 



“Xocalıya  qayıdacaq,  Xocalıda  doğulanlar”  adlı  tammətinli  

ədəbiyyat  siyahısı  yerləşdirilmişdir.  Kitabxanada  faciəni  daha 

dolğun əks etdirən materiallardan slayd, Xocalı faciəsindən bəhs 

edən bədii əsərlərdən icmal, disskusiya və müzakirələr, Xocalı 

faciəsinə həsr edilmiş kompozisiyalar hazırlamaq olar. Slaydda 

faciənin qurbanları haqqında məlumat, milli qəhrəmanlar və s. 

haqqında məlumatlar verilir. Anım günündə faciədən bəhs edən 

kitabları oxuculara tanıtmaq üçün təşkil edilən kitab sərgisinin 

sxemini aşağıda veririk: Sərgiyə müxtəlif başlıqlar vermək olar. 

“Xocali  faciəsi  bədii  ədəbiyyatda”,  “Qan  qoxuyan  rəqəmlər” 

,”Şəhid şəhər-Xocalı” və s.  

 

 



 

                                                          



Həmçinin  faciənin  şahidləri  ilə  “Onlar  doğma 

yurdalırına  qayıdacaqlarına  inanırlar”  adlı  keçirilən  görüş 

zamanı  mətbuatdan  götürdüyümüz  yazılara  əsasən  bu  faciə 

haqqında  başqa  şahidlərin  fikirlərini  də  iştirakçılara  çatdıra 

bilərik. Kitabxanada Xocalı faciəsindən bəhs edən  anım gecəsi 

də,  təşkil  edilə  bilər.  Anım  tədbirinə  hazırlaşarkən  zalın 

tərtibatına  xüsusi  fikir  vermək  lazımdır:  divarlara  Xocalı 

dəhşətlərini  əks  etdirən  şəkillər  vurulmalı,  “Xocalı-  dərdim 

mənim”,  “Körpələrin  qanını  yerdə  qoymarıq!”  və  s.  şüarlarla 

dolu  olan  lövhəciklər  vurula  bilər.  Şəkillərin  altına  qərənfillər 

düzülə  bilər.  Zalda  kamançanın  qəlbləri  göynədən,  yanıqlı, 

həzin musiqisi səsləndirilə bilər. Tədbirin I hissəsində qəlblərə 

dağ  çəkən  bu  faciə  haqqında  ətraflı  məlumat  verilir.    Burada 

ermənilərin  törətdiyi  dəhşətlər,  onların  insanlığa  sığmayan 

əməlləri,  ana-bacılarımızın,  körpə  və  qocaların,  ümumilikdə 

bütün  xalqımızın  başına  açdıqları  müsibətlər  barədə  geniş 

danışılır.  Tədbirin  II  hissəsində  oxucular  tərəfindən,  Xocalıya 

aid  şeir  parçaları  söylənilir,  hazırlanmış  səhnəciklər  göstərilir. 

Bunun üçün gecəyə qanlı faciənin  şahidləri, tarixçilər, yazıçılar, 

mətbut nümayəndələri və s. dəvət olunurlar. Tədbirə kitabxana 

yaxınlığındakı  məktəblərin müəllim və şagirdlərinin də dəvət 

olunması yaxşı olar.  



10 

 

Aparıcı: - Salam, hörmətli  tədbir   iştirakçıları.  Artıq 

qanlı-qadalı Xocalı faciəsindən 25 il keçir.                                                                

                Mən hardayam, qadir Allah, hardayam? 



                İçim zülmət, çölüm zülmət, dardayam. 

                Ətrafımda yalquzaqlar ulaşır, 

                Hara qədəm qoyuramsa, ayağım 

                Ölənlərin qanlarına bulaşır... 

Bəli, bu hadisə ilə bağlı neçə-neçə şeirlər, bədii əsərlər 

laylalar yazıldı. Xocalı soyqırımı zamanı yüzlərlə soydaşımızın 

həyatına  son  qoyuldu.  Bütöv  bir  şəhər  məhv  edildi.  Günahsız 

insanlar  ağır  işgəncələrə  məruz  qalaraq  isti  ocaqlarından 

didərgin düşdülər. Amma faciənin acı fəsadları bununla bitmədi. 

Soyqırım  Xocalıdan  gələn  xocalıların  taleyindədə  acı  izlər 

buraxdı.Gəlin  Aygün  İsmayılova  adlı  bir  gəncin  dediklərini 

sizinlə  birgə  bölüşək.  Bu  təsviri  oxucumuzun  hazırladığı 

kompazisiya şəklində dinləyək.  

      Səhnəyə həzin musiqi sədaları altında iştirakçı daxil olur. 

 Aygün İsmayılova: -  Mən üçaylıq uşaq olanda atamızı 

itirmişdik,  iki  yaşım  olmamış  da  doğma  yurdumuzu  – 

Xocalımızı itirdik. Həm də dəhşətli formada. Faciə zamanı üç 

gün mühasirədə qalmışıq. Anamız üç azyaşlı uşağını çətinliklə 

xilas edib. Ən böyüyümüz altı yaşlı, kiçiyimiz isə yaşyarım idi. 

Bir qadın bizi qarlı, çovğunlu havada gizlədə-gizlədə bir neçə 

kilometr  aparıb.  Mühasirədə  olduğumuz  üç  günün  iki  gününü 

meşədə  olmuşuq.  Mən  soyuqdan,  aclıqdan  çox  ağlayırmışam. 

Çörək istəyəndə anam mənə qar yedizdirirmiş. Hətta düşmənin 

əlinə  keçməyək  deyə  anam  məni  boğmaq  da  istəyib.  Sonra 

anamdan  məni  başqa  qadın  alıb  paltoya  büküb  ki,  səsim 

eşidilməsin.  Beləcə,  minbir  zülümlə  xilas  olmuşuq.  Xocalını, 

orada  törədilən  qırğınları  xatırlamasam  da,  elə  bil  oranı 

küçəbəküçə  gəzib  dolaşmışam.  Mən  indi  müəlliməyəm. 



11 

 

Mənimlə bərabər bütün şagirdlərim Xocalı dəhşətləri haqqında 



olanlardan  xəbərdardır.  Bu  faciə  bizim  taleyimizə  qaçqınlıq 

yazsa da, doğma vətənə, doğma torpağa olan sevgimizi dəyişə 

bilməyib.  

II oxucu, Elmir Əliyev: - Elə gün olmaz ki, biz Xocalı, 

orada  baş  verənlər  haqqında  danışmayaq.  Ağlımız  yenicə 

kəsəndə  Xocalı  faciəsini  qorxulu  nağıllar  kimi  bir-birimizə 

danışardıq.  İndi  26  yaşım  var.  Bu  faciəni  bütün  dəhşətləri  ilə 

dərk edirəm.   

III  oxucu,  Əmanət  Abışov:  -  Xocalıdan  çıxanda  bir 

yaşım  olub.  Və  təbii  ki,  faciədən  heç  nə  xatırlamıram.  Ancaq 

valideynlərim  bu  barədə  o  qədər  danışıblar  ki,  sanki  hər  şey 

gözümün  qabağında baş verib. Ona görədə   orta məktəbdə bu 

hadisə  haqqında  müəllimlərimdən,  evdə  valideynlərimdən  

eşitdiklərimi gördüyüm hadisə kimi qavrayıram. Bəzən elə olur 

ki,  istəyirəm  lap  silaha  sarılıb  düz  Xocalının  mərkəzinə  qədər 

gedim.  Atamın  böyüdüyü  evə,  kəndə  yaxından  tamaşa  edim. 

Hamı oranın gözəl olmasından danışır. Harada və hansı şəraitdə 

yaşamağımızdan  asılı  olmayaraq,  Xocalı  bizim  ata 

yurdumuzdur.  Mütləq  ora  qayıdacağıq.  13  yaşlı  Ləman 

Kərimova da Xocalıda baş verənlər barədə çox şey bilir: 

IV  oxucu,  Ləman  Kərimova:  -  Xocalıda  bizim 

valideynlərimizə,  ata-babalarımıza  işgəncə  verilib.  Anamın 

başına gələnləri bilsəniz dəhşətə gələrsiniz... 

Aparıcı: - Ləmanın anası Dürdanə xanım Xocalı faciəsi zamanı 

səkkiz gün əsirlikdə olub. Həmin vaxt iyrimi yaşı olan Dürdanə 

rabitəçi olduğuna görə ermənilər ona daha ağır işgəncə veriblər. 

Dürdanə Ağayeva Xocalı faciəsi və əsirlik həyatını özünün “8 



gün  cəhənnəm  əzabı  görmüş  qadın”  kitabında  qələmə  alıb. 

Xocalı  faciəsindən  25  il  ötsə  də  xalqımız  hələdə  bu  faciənin 

ağrısıyla qovrulur. Təbii ki, bu faciə söz sənətində də öz ağrısı 


12 

 

ilə  yaşayıb  və  yaşayacaqdır.  Xocalı 



faciəsi  haqqında  olanları  gənc  nəslə 

aşılamaq üçün yazılmış kitabların, bədii 

əsərlərin təbliği lazımdır. Bu əsərlərdən 

Nüşabə 

Məmmədlinin 

“Zəngulə”,  

Sevinc  Nuruqızının  “Qisas”,  Səriyyə 

Müslümqızının  “Xocalı  uşaqları  -  qan 

içində  qar  çiçəyi”,  “  Xocalıdan  gələn 

var”  kitabları  Xocalı  faciəsi  fonunda 

yazılmış nümunələrdəndir. Bu mövzu ilə 

bağlı  kitabxanada  “Tarixin  səhnəsindən 

bu  ölkə  necə  görünür”  başlığı  altında 

müzakirə  keçirmək  olar.  Müzakirədə  nəinki  Xocalı  faciəsi, 

erməni  daşnaklarının  tarix  boyu  azərbaycanlılara  qarşı  

törətdikləri qırğınlar haqqında iştirakçılara məlumat verilir. Bu 

haqda məlumatı Sülhiyyə Musaqızının “Azərbaycan terrorizmin 

caynağında”  kitabından  da  əldə  edə  bilərik.  Müzakirəyə  bu 

əsərləri oxumuş yuxarı sinif şagirdləri, tələbələr dəvət olunurlar. 

Müzakirədə bu faciədən bəhs edən onlarla bədii əsərin - şeirin, 

oçerkin,  romanın,  hekayənin,  publisistik  məqalənin  adını 

çəkmək olar. Məsələn: Xalq şairi Zəlimxan Yaqubun “O qızın 



göz  yaşları”,  Ələmdar  Quluzadənin  “Şəhid  şəhər”,  Ələkbər 

Salahzadənin  “Xocalı  Xəcilləri”,    Ədalət  Əsgəroğlunun 



“Dərdimizin qan rəngi”  və s. Zəlimxan Yaqubun “O qızın göz 

yaşları”  poeması  əsasında  belə  bir  əhvalat  durur.  Xocalı 

faciəsinin  13-cü  ildönümü  ilə  əlaqədar  şəhidləri  anma  günü 

keçirilirdi. Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı 

Xocalı qızı Xəzangülə də söz verildi. Ermənilər onun 36 yaşlı 

anası Rəna xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran meşəsində 

güllə ilə dəlik-dəlik etmişdilər. 38 yaşlı atası Təvəkkülü, 8 yaşlı 

Xəzangülün 

gözləri  baxa-baxa  diri-diri 

yandırmışlar. 


13 

 

Təvəkkülün  günahı  ondan  ibarət  olmuşdur  ki,  ermənilər  ona 



“Qarabağ  erməni  torpağıdır”  sözünü  dedirdə  bilməmişlər. 

Beləcə  Xocalıdan  gələn  qızın,  qəmli,  faciəli  hekayəti  başlayır. 

Ancaq  poema  təkcə  o  qızın  göz  yaşları  ilə  məhdudlaşmır. 

Poemada ən təsirli məqam atanın ağaca sarılıb vəhşicəsinə qətlə 

yetirilməsidir.  Araşdırmaçı  fikirlərinə  görə,  şair  bu  şeirdə 

kifayət  qədər  metafora  və  bənzətmələrdən  istifadə  etmişdir. 

Məsələn,  bu  səhnəyə  “göydən  ulduz  baxırdı,  qayadan  çiçək 

baxır, zirvədən buz baxır, yaraların üstünə səpilən düz baxırdı, 

burada ağac da Təvəkkülə ürək-dirək verirdi, odunu söndürməyə 

dağlar külək verirdi.” Hələ ötən əsrin 70-ci illərində ədəbiyyata 

gələn, özünəməxsus dəst-xətti ilə seçilən Ələmdar Quluzadə 20-

dən  çox  şeir  kitabının  müəllifidir.  Şairin  doğulub  boya-başa 

çatdığı Xocalının ermənilər tərəfindən işğal edilməsi, uşaqdan-

böyüyə yüzlərcə dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi onun 

qəlbində  və  qələmində  ağrılı-acılı  iz  buraxmışdır.  Yazdığı 

əsərlərdə  müəllif  öz  qələmi  ilə  Vətən  oğullarını  ayıq-sayıq 

olmağa,  dostu  düşməndən,  əbədini  ötəridən  seçməyə  çağırır. 

Onun  Xocalıya  həsr  etdiyi  təxminən  1500  misraya  yaxın  olan 



“Şəhid  şəhər”  poemasında  müəllif  lirik-publisistik  tərzdə 

Qarabağda  baş  verən  bütün  hadisələri  təsvir  etmişdir. 

Kitabxanada  Xocalıya  aid  ədəbi-bədii  kompozisiya  da  keçirilə 

bilər. Kompazisiyanin ssenarisini təqdim edirik.Səhnəyə 2 nəfər 

böyük yaş qrup oxucu (oğlan və qız) çıxaraq Xocalıya aid şeir 

söyləməyə başlayırlar. Bu şeirlərdən bu il yubileyi qeyd edilən 

Ələmdar Quluzadənin Xocalıda qətlə yetirilmiş 613 nəfərə ithaf 

etdiyi “614-cü şəhid” şeirini seçmək  olar: 

                   Qoy odlasın bu dünyanı 

                   Acı dilim, od nəfəsim. 

                   Ölüm mənim vüsalımdı, 

                   Həyat mənim daş qəfəsim. 

 


14 

 

                   Qılıncını qından sıyır, 



                   Qumbaranı tax kəmərə

                   Alçaq düşmən əl qaldırıb 

                   Ağbirçəyə, südəmərə. 

 

                   İçimizdən, çölümüzdən 



                   Başımızı qatan qatdı, 

                   Bir gecədə Şəhidlərim 

                            613-ə çatdı.... 

Şeirin davamı müəllifin “614-cü şəhid” kitabında verilmişdir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin