Fakültə: Maşınqayırma və robototexnika Kafedra: Xüsusi texnologiya və avadanlıqlar
Fakültə: Maşınqayırma və robototexnika Kafedra: Xüsusi texnologiya və avadanlıqlar
İxtisas: Mexanika mühəndisliyi Kurs: III Qrup: 580a3 Fənn: Maşınların təmir texnologiyası Mövzu: Yanacaq sistemlərinin təmiri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Avtomobil modelinə, mühərrik tipinə və digər amillərə görə bir yanacaq sistemi digərindən çox fərqlənə bilər, lakin hamısı eyni iş prinsipinə malikdir: yanacaqları müvafiq bölmələrə verir, hava ilə qarışdırır və fasiləsiz təchizatı təmin edirlər. silindrlərə qarışıq. Çox yanacaq tədarük sistemi oxşar bir dizayna sahibdir. Əsasən, klassik sxem aşağıdakı elementlərdən ibarət olacaqdır:
Yanacaq xətti. Bu, ümumiyyətlə yanacaq nasosunu sistemdəki digər komponentlərlə birləşdirən çevik bir rezin borudur.
Benzin nasosu. Bu cihazın məqsədi işləyən mühitin rezervuardan çiləyicilərə yanacağı davamlı pompalanmasını təmin etməkdir.
Yanacaq təmizləyicisi. Çox yanacaq sistemində minimum iki filtr olacaqdır.
Yanacaq çəni və ya çən. Yanacaq saxlayır.
Yanacaq sistemlərinin təmiri Yanacaq sistemlərinin nasazlığı mühərrikin iş rejiminin pozulmasına səbəb olur. Yanacaq sisteminin əsas yeyilmə növü abraziv yeyilmədir.
Qidalandırma sistemi qovşağının çoxlu hissələri yüksək dəqiqliklə hazırlanır. Ona görə də sistemə suyun və abraziv hissəciklərin düşməsinin qarşısının alınmasına daha çox diqqət yetirilməlidir. Bundan başqa texniki xidmətin və təmirin keyfiyyəti də əsas diqqət mərkəzində saxlanılmalıdır.
Yanacaq çəninin təmiri: Yanacaq çəninin xarakterik qüsurları batıqlar, çatlar, deşiklər, boğazlığa tıxacın yapışma kipliyinin pozulması və çənin metal torundakı filtirin dağılmasıdır. Zədələnmələrin əksəriyyəti gözlə baxmaqla və çənin hermetikliyə sınağı ilə təyin edilir.
Yanacaq çənini hermetikliyə yoxlamaq üçün ona 0,1 MPa təzyiqə qədər hava vurulur. Yoxlanılan sahə sabun köpüklü su ilə örtülür. Çənin tıxacının çənə yapışma sıxlığı kerosinlə yoxlanılır. Təmirdən əvvəl yanacaq çəni temperaturu 80-90 C olan 10 %-li kaustik və kalsiumlu sodalı məhlulda diqqətlə yuyulur və sonra isə təmiz su ilə yuyulur. Yanacaq çəni yuyulduqdan sonra qaynaq və lehimləmə işlərinin aparılması üçün hazırlıq mərhələsindən keçir. Belə ki, yanaçaq buxarının partlayışından yayınmaq üçün yanacaq çəni təmiz silinərək qurudulur.
Yanacaq çənin təmirdən əvvəl yuyulması və təmizlənməsi
Yanacaq çəninin batıq sahələrini düzəltmək üçün qarmaqlardan istifadə olunur. Bu məqsədilə həmin yerlərə qarmaqlar qaynaq edilir. Sonra bu qarmaqlar dartıb çəkməklə batıq yerləri düzəldilir. Bundan sonra qaynaq edilmiş yerlər kəsilir.
Yanacaq çənində aşkarlanmış çatlar və kiçik deşiklər lehimlənərək bağlanır. Qopmuş boğazlıq bərk yaxud yumşaq lehimlə lehimlənərək düzəldilir. Aşkarlanmış bir qədər böyük deşiklərə polad lövhələrdən yamaq qoyularaq çənə lehimlənir. Tikişlərdə aşkar olunan çatlar qaz qaynağı ilə qaynaq edilir. Yanacaq çəninin təmiri zamanı polimer materiallardan da istifadə oluna bilər. Təmir prosesindən sonra yanacaq çəni hermetikliyə sınaqdan keçirilir, dizel yanacağı yaxud benzin ilə yuyulur, lehimlənmiş və qaynaq edilmiş sahələr diqqətlə təmizlənir və sonra nitroboya ilə rənglənir.
Yanacaq nasosunun təmiri: Yanacaq nasosunun gövdəsində və başqa hissələrində yaranan əsas qüsurlar onların yeyilməyə məruz qalmasıdır. Bu qüsurların növündən asılı olaraq təmir üsulu seçilir.
Yanacaq nasosunun gövdəsində yaranan qüsurlar tamasaaltı deşiyin silindirik və digər səthlərinin yeyilməsi, plunjerin itələyicialtı silindirik qanovunda və itələyicialtı silindirik deşiyinin səthində baş verən yeyilmə, sancaq və boltaltı yivlərin qopması və yeyilməsi, yerləşdirmə səthində yaranan çatlar və cızıqlardır.
Yanacaq nasosunun tamasaaltı yeyilmiş deşiyi oymaq yerləşdirib onda profil deşiyi açmaqla təmir edilir.
Plunjerin itələyicisinin quyruqcuğualtı yeyilmiş qanovu deşməklə (itələyicinin oxunun böyüdülmüş ölçüsünə uyğun) emal edilir.
Gövdədə aşkarlanan çatlar БФ-2 markalı epoksid yapışqanı yaxud qaynaq etməklə düzəldilir.
Alçaq təzyiq yanacaq boru kəmərinin təmiri: Alçaq təzyiq yanacaq boru kəmərinin əsas qüsurları əzilmə, eninə dağılma, uzununa çatlar və ştuserə yapışan uçluqların zədələnməsidir. Boru kəmərində sınmalar və dağılmalar yumşaq və bərk lehimlərlə yehimləməklə aradan qaldırılır. Alçaq təzyiq yanacaq boru kəməri təmir edildikdən sonra yuyulur və sıxılmış hava ilə üfürülür. Təmir prosesindən sonra yanacaq boru kəmərinin 0,5 MPa təzyiq altında hermetikliyə yoxlamaq məsləhətdir.
Yüksək təzyiq yanacaq boru kəmərinin təmiri: Yüksək təzyiq yanacaq boru kəmərinin əsas qüsurları kipləşdirici konusların batması, borunun sonunda daxili diametrin kiçilməsi, buraxılabiləndən kiçik əyilmə radiusi ilə bükülmə, borunun sonunun yenidən yayılması zamanı boru kəmərinin uzunluğunun qısalması, yerli yeyilmə, borunun xarici səthində yaranan batıqlar, qaykaların zədələnməsidir.
Göstərilən qüsurlar yanacaq sisteminin normal iş rejimini pozur, nəticədə güc aşağı düşür və dizel mühərrikinin yanacaq sərfi artır.
Yanacaq boru kəmərini qaz qaynağı ilə bərpa etdikdə yaxud yenidən hazırladıqda möhkəmliyə mütləq yoxlamaq lazımdır və bu zaman yanacağın təzyiqi 50 Mpa-da saxlanmalıdır. Yanacaq boru kəmərinin sonluğunu tərtibatda və dəstəkli vintli yaxud hidravlik preslə sıxmaq olar.
ƏDƏBİYYAT