Fakültə Pedaqoji İxtisas – Azərbaycan dili və Ədəbiyyat müəllimliyi Qrup



Yüklə 17,19 Kb.
tarix02.01.2022
ölçüsü17,19 Kb.
#42039
Azərbaycan romanının inkişaf tarixi


Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti

Kafedra – Humanitar fənlər

Fakültə - Pedaqoji

İxtisas – Azərbaycan dili və Ədəbiyyat müəllimliyi

Qrup – AƏ.18.1

Kurs – II

Semester – III

Fənn – Azərbaycan romanının inkişaf tarixi

Tələbə - Məmmədova Aygün

Müəllim – Hüseynova Pərvin



Sərbəst iş №1

M.İbrahimovun “Gələcək gün” romanının ideyası

Mirzə İbrahimovun 40-cı illərdə yazmağa başladığı, ancaq yarımçıq qalmış “Nakam məhəbbət” əsərinin davamı, mükəmməlləşdirilmiş, təkrar-təkrar işlənmiş variantı olan “Gələcək gün” rоmаnında  mükəmməl təsvirlər, bir-biri ilə sıx bağlı hadisələr zənciri var. Güney Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi yazıçıya bu həyatı və şahlıq rejiminin siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etməyə imkan verir.

Romanda ikinci dünya müharibəsindən əvvəl və müharibə illərində İranda, Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edilir. Baş qəhrəman Firudinin prototipi 40-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan Firudin İbrahimidir. Təbriz yaxınlığında, Azərşəhrdə anadan olan Firudin  hakim rejimin məmuru Hikmət İsfahani ilə mübahisəsindən sonra həbs olunur. Sonra isə həbsdən qaçaraq Tehrana gəlir və “istibdad rejimi” əleyhinə mübarizə aparmaq üçün təşkilatlanmaqda olan bir qrupa qoşulur. Və hadisələrin mübarizə və faciə dolu axarı bundan sonra başlayır. 

 Yüksək sənətkarlıqla qələmə alınan «Böyük dayaq», «Pərvanə» romanları, «Həyat», «Kəndçi qızı», «Yaxşı adam», «Məhəbbət» pyesləri və çoxlu sayda hekayələri ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında layiqli iz qoyan Mirzə İbrahimovun yaradıcılığından cənub mövzusu qırmızı xətlə keçir. İkiyə bölünən Vətənin dərdi, cənublu soydaşlarımızın məşəqqətli həyatı, onların azadlıq uğrunda apardıqları mübarizə əslən Cənubi Azərbaycandan olan yazıçını bütün yaradıcılığı boyu düşündürmüşdür.

Ədibin cənub mövzusunda yüksək sənətkarlıqla qələmə aldığı ən təsirli əsərlərindən biri də «Gələcək gün» romanıdır. Müəllif romanda sadə insanların üzləşdikləri haqsızlıqları, əli qabarlı zəhmət adamlarının son dərəcə agır gün-güzəranını dolğun lövhələrdə ümumiləşdirərək şah rejiminin iç üzünü açmış, ərbabların, məmurların xalqa verdiyi zülmü göstərmişdir. Oxucu əsərdə aclığa, səfalətə düçar olan, ölümə məhkum edilən insanların acı talelərinin şahidi olur. Yazıçı gecə-gündüz alın təri tökən kəndliləri talesiz insanlar adlandırır. Müəllifin bu qənaəti təsadüfi deyildir. Kəndlilər sübh tezdən şər qarışanadək ağır zəhmətə qatlaşsalar da, zülm və ehtiyac içində həyat sürürlər, uşaqlarını qarındolusu çörəklə təmin edə bilmirlər. Kəndlilərin yeganə ümidləri məhsul bölgüsündən onlara düşəcək paydır. Lakin ərbab bölgü vaxtı onların qarşısına çox ağır tələb qoyur, bildirir ki, hazır məhsulun beşdə ikisi deyil, beşdə biri kəndlilərə çatacaq. Ərbabın yeni şərti kəndiilərin ümidini qırır. Belə ədalətsiz məhsul bölgüsü onlar üçün ölümə bərabər bir cəzadır. Aşağıdakı sətirlər əksəriyyəti borc içində yaşayan, ailəsinin qış ruzusu olmayan kəndlilərin necə çətin vəziyyətə düşdüklərini göz önündə canlandırır: «Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bu sual durmuşdu: Nə etməli?»
        Yazıçı diqqəti zəhmətə bağlı insanların ağır dolanışığının səbəblərinə yönəldir. Romanda hadisələrin inkişafından məlum olur ki, cəmiyyətdəki bu ədalətsizlik, qeyri-bərabərlik şah rejiminin mahiyyətindən irəli gəlir. Bu rejim zülmə, istibdada söykənir. Belə ədalətsiz cəmiyyətdə kəndlilərin taleləri şah rejiminin təmsilçisi Hikmət isfahani kimi acgöz ərbabların əlindədir. Onlar müxtəlif bəhanələr gətirərək kəndlilərin min bir zəhmət hesabına yetişdirdikləri məhsulun hamısını mənimsəməyə çalışırlar.

Şah rejiminin mahiyyəti yüksək mənəviyyata malik Musa kişinin ailəsinin acı taleyində bütün çılpaqlığı ilə təzahür edir. Ailəsinin ehtiyaclarını göz önünə gətirib haqqını tələb etmək istəyən Musa kişi ərbabın qəzəbinə tuş gəlir, onun göstərişi ilə ağaca sarınıb döyülür, sonra da Tehrana sürgün edilir və heç kəs də onun şikayətini eşitmək istəmir. Beləliklə, zəhmətkeş bir ailə ədalətsiz cəmiyyətdə mərhumiyyətlərlə qarşılaşır, faciələr yaşayır və məhv olur.


        Lakin müəllifın məqsədi heç də yalnız zəhmət adamlarının acı talelərini, ictimai ədalətsizliyi göstərmək deyildir. Əsərdə təsvir olunan kəndlilərin qəlbində üzləşdikləri haqsızlığa dərin barışmazlıq, zülmkar məmurlara kəskin qəzəb və nifrət var. Rejimin qayda-qanunları, təqibləri nə qədər sərt olsa da, xalqın qabaqcıl nümayəndələri zülmə, istibdada qarşı azadlıq mübarizəsi aparmaqdan çəkinmirlər. Xalqın istiqlal mübarizəsinin önündə gedən gənclərdən biri əsərin qəhrəmanı Firudindir. O, haqq və ədalət tərəfdarıdır, həmvətənlərinin yenilməzliyini, mübarizə əzmini əks etdirir.

Müəllif romana «Gələcək gün» adını təsadüfən seçməmişdir. Bu adın müstəqim mənası ilə yanaşı, onun daşıdığı rəmzi məna da diqqəti cəlb edir. Bugünkü çarpışmalar sabahkı xoşbəxt və azad gündən xəbər verir. Xalqın azadlıq mübarizəsinin qələbə ilə başa çatacağı, zülmün, istibdadın, haqsızlığın sona yetəcəyi gün mütləq gələcəkdir. Elə bir gün ki, orada «nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər olmayacaq».



“Gələcək gün” romanındakı yazıçı “peyğəmbərliyi” gec də olsa, reallaşdı. Mirzə İbrahimovun özünün arzusunda olduğu o gün – Güney və Quzey Azərbaycanın birləşməsi gerçəkləşməsə də, Firudinin, Kürd Əhmədin, Fəridənin gözlədiyi gün nəhayət gəldi. “İstibdad rejimi” devrildi. Amma həmin “gün”ün sabahında nələr baş verdi, artıq hamınıza məlumdur. Çünki o “gün” çox gecikmişdi. Daha doğrusu, çox gecikdirmişdilər. Həmin gün Qorkinin “Ana”sını deyil, başqa “Kitab”ı oxuyanlar idi meydanlarda. Artıq çox gec idi...
Yüklə 17,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin