Fənn: Rəqəmsal nəzarətli qurğular 7Mövzu: Rəqəmsal Sistem Komponentləri.Çıxışlar. Rəqəmsal çıxışlar. Aktuatorlar



Yüklə 1 Mb.
tarix04.04.2023
ölçüsü1 Mb.
#93229
Rəqəmsal

Fənn: Rəqəmsal nəzarətli qurğular Rəqəmsal Sistem Komponentləri.Çıxışlar. Rəqəmsal çıxışlar. Aktuatorlar.

MƏMMƏDOV RUSLAN 798

Rəqəmsal Sistem Komponentləri. Çıxışlar

Rəqəm-analoq çeviriciləri

Girişlər

Rəqəmsal Girişlər

Analoq girişlər və Analoq/Rəqəmsal çevrilmə

Çıxışlar

Rəqəmsal Çıxışlar

Analoq Çıxışlar

Aktuatorlar

Rəqəmsal nəzarətçilər

Rəqəmsal kontrollerlərdə istifadə olunan proqram təminatı

  • Rəqəmsal nəzarətçi aparatı

Çıxışlar

  • İki növ çıxış siqnalı istehsal edilə bilər, analoq və rəqəmsal.Rəqəmsal çıxışlar:Çıxış, komponent və ya sistem “0” və ya “1” kimi iki mövqedə idarə olunacaqsa, Rəqəmsal Çıxış istifadə olunur (yəni ON və OFF kimi iki mövqe olacaq).Ümumiyyətlə, rəqəmsal idarəetmə sistemlərinin çıxış terminallarından əldə edilə bilən gərginlik və cərəyan səviyyəsi məhdud olduğundan, bu siqnalın bəzi interfeys sxemləri və ya elementləri ilə gücləndirilməsi lazımdır.

Kontaktor

Kontaktor seçimində; bobin(dolaq) təchizatı gərginliyinə, kontakt cərəyanının böyüklüyünə, Açıq və Qapalı kontaktların sayına diqqət yetirilməlidir.Kontaktorlar(kontaktlar): Bobinə(dolağa) enerji verildikdə gözləmədən açıq kontaktını bağlayan və eyni zamanda qapalı kontaktını açan elektromaqnit açarıdır.Bu, kontaktını açan bir elektromaqnit açarıdır.Bobin(dolaq) təchizatı gərginliyi yüksəkdir.Kontakt cərəyanları yüksəkdir.Kontakt cərəyanları böyük olduğundan yüksək güc dövrələrində istifadə olunur.Kontaktor seçimində;Bobin Təchizatı Gərginliyinə,Kontakt cərəyanının böyüklüyünə,Açıq və Qapalı kontaktların sayına diqqət yetirilməlidir

Elektrik Kontaktları

  • Kontaktlı qurğularda müxtəlif konstruktiv variantlarla elektrik keçirən bir dövrə kontaktların açılıb, bağlanması ilə digər bir dövrə ilə komutasiya olunur.Cərəyan keçirən bir hissədən cərəyan keçirən digər hissəyə cərəyanın axma yeri elektrik kontaktı aadlanır. Konstruktiv olaraq komutasiya edən kontaktlar bir neçə hissədən (hərəkətsiz kontakt, hərəkətli kontakt, idarəetmə elementi və.s.) ibarət olan qovşaq şəklində hazırlanır. Konstruktiv cəhətdən kontakt qovşaqlarının aşağıdakı növləri daha geniş yayılmışdır:Körpü şəkilli kontakt qovşaqları, belə kontakt qovşağında hərəkətli kontakt, hərəkətsiz kontakt üzərində özü-özünü yerləşdirir və bu yolla hazırlanma və yeyilmə xətaları kompensasiya edilir.Müstəvi yaylı kontakt qovşağı, bunlar toxunan kontaktların bir-birinə nəzərən sürüşməsi prinsipinə əsasən işləyir. 3) Şarnir birləşməli dəstəkli kontakt qovşaqları burada hərəkətli kontakt şarnir üzrə dönərək hərəkətsiz kontakta yaxınlaşır.4) Maqnit idarəli germetik kontaktlar, kiçik qabaritli kontaktların xüsusi növün olub, kiçik maqnityumşaq materialdan hazırlanmış elastiki kontaktların kiçik miniatür kolbaya germetik yerləşdirilməsi ilə düzəlir. Kolba maqnit sahəsində yerləşdirildikdə maqnityumşaq materialla kontaktlar maqnitlənir və bir-birini cəzb edərək qapanırlar. Belə kontaktlar “qerkonlar” adlanırlar. Bu kontaktlar germetik mühitdə yerləşdirdiklərinə görə etibarlılığı və uzun ömürlülüyü ilə fərqlənirlər. 5) Maye-metallik kontaktlar, bu növ kontaktlar maye metallarda kontakt müqavimətinin çox kiçik olmasına əsaslanır. Belə kontaktlarda kontaktların yapışması effekti olmur, yüksək təzyiqli mühitdə işləyə bilirlər, yüksək mexaniki və elektriki davamlılığa malik olurlar.

Yüklə 1 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin