Müəllim haqqında məlumat:_dos. A.H.Qəribov______________________
(Soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)
E-mail ünvanı:
___asafqaribov@yahoo.com________________________________________
Fənnin təsviri: (Fənn haqqında qısa məlumat, fənnin digər fənlərlə qarşılıqlı əlaqəsi)
Azərbaycan iqtisadiyyatı fənni Azərbaycan Respublikanın iqtisadi sistemini təşkil edən məhsuldar qüvvələr, istehsal münasibətləri sistemi təbii iqtisadi potensialı, coğrafi mövqeyi, ixtisaslaşma istiqamətləri və digər təsərrüfat mexanizmlərini öyrənir. Azərbaycanın iqtisadi həyatında baş verən islahatların dəyişiliklərin mahiyyətini dərk etmək və qarşıya qoyulan strateji hədəflərə nail olmaq fənnin öyrənilməsinin əsas məqsədlərini təşkil edir.
Fənnin məqsədi
M1
Azərbaycan iqtisadiyyatının keçid dövrü və inkişaf mərhələlərini təhlil etməklə makroiqtisadi göstəricilərin dinamikası və qarşılıqlı təsirlərini müəyyən etmək.
M2
Azərbaycanın sahələr və regionlar üzrə strateji məqsədləri və inkişaf xüsusiyyətlərini təhlil etməklə iqtisadi potensialını qiymətləndirmək.İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialını dəyərləndirmək və inkişaf perspektivlərini təhlil etmək.
M3
Xəzərin enerji ehtiyyatlarının iqtisadi əhəmiyyəti, ölkənin davamlı inkişafının təmin edilməsində və mövcud problemlərin təhlilində beynəlxalq təcrübənin istifadə imkanlarını müəyyən etmək
M4
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi, strateji məqsədləri və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin təhlili və qiymətləndirilməsi
M5
Azərbaycan iqtisadiyyatında xarici investisiya qoyuluşları və sərmayə potensialının təhlili, SWOT analizini bilmək.
M6
Azərbaycanın xarici iqtisadi əlaqələrinin göstəricilərinin təhlil edilməsi və qloballaşma prosesində iştirak perspektivləri ilə tanış olmaq, Ölkə iqtisadiyyatının Strateji Yol Xəritəsi və Milli İnkişaf Prioritetlərinə uyğun inkişaf istiqamətlərini öyrənmək.