GəLƏCƏYƏ real yol fəSİL İnformasiya cəMİYYƏTİ



Yüklə 98,9 Kb.
səhifə1/16
tarix02.01.2022
ölçüsü98,9 Kb.
#47780
  1   2   3   4   5   6   7   8   9   ...   16
Elchin - book


GƏLƏCƏYƏ REAL YOL

FƏSİL 1. İNFORMASİYA CƏMİYYƏTİ

1.1. İnformasiya cəmiyyətinin anlayışının tarixi. Əsas konsepsiyalar.

Belə qəbul olunub ki, “informasiya cəmiyyətinin” mənbəyi ХХ əsrin 60-cı illərində Yaponiyadan start götürüb. İkinci Dünya müharibəsindən sonra Yaponiyaya güclü zərər dəydiyi zaman (xüsusən bu ölkənin nüvə silahının hədəfinə çevirildikdən sonra) qərar qəbul olunmuşdur ki, mövcud şəraitdə ölkənin inkişafı davam etdirilsin. Üstə gəl ABŞ-ın Yaponiyaya dominantlıqı vaxtı bu cür vəziyyət arzuolunmaz idi, yapon cəmiyyətinin əksər hissəsi belə şəraiti qəbul edə bilmirdi.

Buna görə də Yaponiya “elitası” siyasi kursunu dəyişmək məcburiyyətində qaldı və “şua strategiyası” adlanan istiqamət üzrə hərəkət etməyə başladı.

Strategiyanın əsas dəstxətti milli maraqların (elm və texnika, istehsalat, insan resursları və s.) aktual vektoruna çevirmək, qısa müddət ərzində milli imkanları və real şəraiti nəzərə alıb, qlobal inkişaf yoluna üz tutmaq idi.

Bu istiqamətdə əsas prioriteti informasiya texnologiyası və informasiya iqtisadiyyatı tutmuşdur.

Özü də yapon xalqı öz əmək sevərliyi ilə bu konsepsiyaya tam uyğun idi. Ona görə də məhz Yaponiya ilk “informasiya cəmiyyəti” adlanan ölkə kimi tanındı.

70 – ci illərdə artıq ABŞ – da da İC düşüncəsi hökm sürürdü və nəticədə bu ölkələrin birgə iştirakı ilə (Umesao, Poster, Druker, Toffler, Masuda və bu kimi alimlərin sayəsində) bu anlayış daha da aktual olmuşdur, futuroloji status almaq ilə davamlı xarakter daşımışdır.

Məhz o zaman “bilik cəmiyyəti”, “təhsilli cəmiyyət”, “texnotron cəmiyyət”, “şəbəkə cəmiyyəti” kimi ifadələr öz yerini tapmışdır. Ümumi xülasə: XXI əsr informasiyalı cəmiyyət real cəmiyyət kimi istənilən əhali tərəfindən qarşılanacaq.

Yaponiyada İC – nin əsas konsepsiyaları bu cür müəyyənləşdirilir:


  • Cəmiyyətin və istehsalın kompüterləşdirilməsi;

  • Innovasiya, dizayn və markettinq vasitlərilə ictimai məhsulun “informasiya həcminin” artırılması;

  • Zamana qənaət (mədəni istirahətin hesabına) vərdiş xarakter almış fəaliyyətin avtomatlaşdırılmasının hesabına;

ABŞ – ın konsepsiyasına görə ötən əsrin səciyyələndirici əlamətləri aşağıdakırlardır:

  • Məhsulun istehsalından xidmətin istehsalına keçid;

  • Ziyalıların ictimai mahiyyətinin cəmiyyətin bilik bazasının istehsalı kini artması - İC – nin əsas məhsulu kimi;

  • Intellektual – alqoritmik və istehsal texnologiyalarının ortaya gəlməsi – xüsusən idarəçilik sahəsində;

  • İstehsalat münasibətlərin vektorunun “informasiya – bilik” istiqamətinə yönəldilməsi;

Avropada İC – nin ilkin konseprsiyaları sosial – mədəni aspektində inkişaf etmişdir. Misal üçün, fransız futuroloqları zənn edirdilər ki, İC – ində komunikativ texnologiyalarına görə bürokratik hökümət tamamilə ləğv ediləcək və hər kəs məlumatlı olduğundan özü bilavasitə idarəçilik prosesində iştirak edəcək.

SSRİ- yə gəldikdə isə, Sovet dönəmində özünün inqilabı və kommunust ideologiyası ilə birgə “informasiya cəmiyyəti” anlayışı real görünmürdü və bunun üzündən də bir çoxlara bu anlayış tanış deyildi.




Yüklə 98,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin