IXTISAS:Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
AZERBAYCAN TEXNIKI UNIVERSITETI
FAKULTE:Nəqliyyat və logistika
QRUP:162A4
KURS: 1
MÜƏLLİM:
TELEBE:ABDULLAYEV SURXAY
MOVZU:
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyavi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər. Çirklənməyə qarşı ciddi nəzarət qoyulmaması bəşəriyyət qarşısında böyük problem sayılır.[1][2]
Kirlənmənin mənşəyi çox çeşidli ola bilər. Onların arasında təkcə sənaye müəssisələri və istilik-enerji kompleksləri deyil, həmdə məişətin, heyvandarlığın, nəqliyyatın tullantıları, eləcə də ekosistemlərə insanın gətirdiyi gəmirici və ziyanvericilərə qarşı istifadə edilən maddələrdir. Ekoloji baxımdan kirlənmə təkcə hava, torpaq və suya onlara yad olan maddələrin tullantıların atılması demək deyil. Istənilən durumda kirlənmə bütün ekosistemə ziyan vurur.
Bundan başqa, bir çeşid maddələrin həddən artıq çoxalası ekoloji faktorlarının dəyişməsi deməkdir, çünki ziyanlı maddələr əslində o qəbildəndirlər. Deməli belə olanda bu faktorların rejimi və tərkibi bu, ya da başqa canlının ekoloji dözümlülülük həddinə uyğun gəlmir. Belə olduqda, ekosistemdə maddələr mübadiləsi pozulur, ziyanlı maddələrin təbii həll olunmasında (assimilyasiyasında) əngəllər törənir.
Beləliklə ekoloji baxımdan kirlənməyə belə bir tərif vermək olar: kirlənmə bu, ya da başqa ekoloji sistemə, ona xass olmayan və onu son olaraq yararsız edib məhsuldarlığını azaldan, madələr dövriyyəsinin qarşısını alan, onların assimilyasiyasını və enerji axınını kəsən canlı ya da cansın komponentlərin gətirilməsidir.
Mühitin kirlənməsi çətin çoxyönlü prosesdir. İstehsalatın tullantıları öncə olmadıqları yerlərdə ortalığa çıxırlar. Onların çoxusu kimyavi baxımdan aktiv olur və canlıların bədənlərində olan molekullarla reaksiyalara girirlər, ya da havada oksidləşirlər (turşuyurlar). Belə olanda onlar canlılar üçün zəhərə çevrilirlər.
Kirlənmənin nəticələri heç də hər zaman özlərini birbaşa göstərmir. Onların açıq görsənən görsəntilərinə kizli gedən proses gətirib çıxardır. Buna görə indi alimlər kirlənmənin dərəcəsinin nə olduğunu ən başlanqıc mərhələlərdə axtarırlar.
Bununla belə, kirlənmə təkcə zərərli maddələrin çevrəyə tullanması deyildir. Örnək üçün, soyuducu sistemlərin sularını təbii hövzələrə buraxanda, orada təbii temperatur rejimi dəyişir.. Bu da temperatur kirlənməsidir. Səsin və işıqlanma dərəcəsinin aşması da kirlənmə sayılır.
Kirləndiricilər minlərlə kimyəvi və zəhərləndirici maddələr, özəlliklə də metallar və oksidlər, eləcə də aerozollardır. Bu kimi maddələr tullantı mənbələrinin fərqli olmasına baxmayaraq, tərkiblərinə və təsirlərinə görə eyni ola bilərlər. Belə ki, karbohidrogenlər havaya qaz-neft sənayesinintullantısı kimi də, yanacağın yandırılmasının məhsulu kimi də çıxır.
çevrəyə atılmış, ya da öz adi miqdarını aşan hər bir fiziki varlıq, kimyavi maddə və canlı (daha çox mikroorqanizmlər) kirləndirici ola bilər. Bioloji proseslərlə dağılan və dağılmayan antropogen kirləndiricilər vardır. Birincilər təbii maddələr dövriyəsinə girib ortalıqdan çıxarılır ya da başqa bioloji maddələrdə həll olurlar. İkincilər isə təbii olaraq həll olunmur. Buna görə orqanizmlərə düşüb həzm olunurlar.
Termal – temperaturun artması sonu yaranan. Buna səbəb müəssisələrin bacalarla havaya püskürdüyü isti buxar, buraxdıöı isti sular kimi amillər olur.
İşıq – süni işıq mənbələrinin təsiri altında bitki və heyvanların yaşamında mənfi dəyişmələrə gətirib çıxardan təbii işıqlandırılmasının pozulması sonu yaranır;
Səs – təbii səs səviyyəni aşan və canlılar üçün səs-küyə çevirilən, zaman-zaman təkrarlanan proseslərin sonu yaranır;
Elektromaqnit – mühitin elektromaqnit şüalanma fonunun dəyişməsi sonu yaranır. Buna örnək təbiətə elektrik naqillərindən, radio və televiziya ötürücülərindən, bəzi sənaye qurğularından dəyən ziyandır. Bu da zərif bioloji strukturlarda dəyişmələrə, qlobal və yerli səviyyədə geofizik anomaliyalara gətirib çıxardır.
Radioaktiv — çevrədə radioaktiv maddələrin təbii səviyyəsinin aşması sonu yaranır
Mikrobioloji – insan fəaliyyətinin nəticəsində çoxlu sayda surətlə artan mikrobların yaranması və surətlə artması sonu yaranır.