İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi



Yüklə 18,76 Kb.
tarix13.12.2022
ölçüsü18,76 Kb.
#74219
etraf muhit


Ətraf mühitin çirklənməsi mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsidir. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir.
Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır.
Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir
Mühitin çirklənməsindən vurulan ziyan dedikdə, həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan başa düşülür. (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır.
İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi.
Mühitin keyfiyyət indeksi canlı orqanizmlərin vəziyyətinə görə (məs. əhalinin xəstələnmə dərəcəsinə görə) və ya orqanizmə təsir göstərən əlverişsiz faktorların cəmini tapmaqla (çirkləndiricilərin zərərlilik dərəcəsini nəzərə alaraq müxtəlif çirklənmə növləri və YVÇ) (yol verilən çirklənmə).
Ətraf mühiti çirkləndirən maddələrin arası kəsilmədən istifadəsi və zərərsizləşdirilməsi prosesi. Bu ən çox ətraf mühiti çirkləndirən maddələrin düzənliklərə və su hövzələrinə aparılması, həmçinin ekosistemlərin trofik kanalları və orqanizmlərin minerallaşması ilə baş verir.
Belə ki, çirklənmiş hava xəstəliyə və hətta, ölümə səbəb ola bilər. Çirklənmiş su balıqları və digər dəniz heyvanlarını məhv edir. Çirklənmiş torpaqlarda qida məhsullarını becərmək olmur. Bundan əlavə, ətraf mühitin çirklənməsi bizim planetin təbii gözəlliyini korlayır. Ətraf mühitin çirklənməsi problemi mürəkkəb olduğu qədər ciddidir. Avtomobillər havanı çirkləndirir, lakin insanlara bir yerdən o biri yerə hərəkət etmək imkanını yaradırlar.
Fabriklər havanı və suyu çirkləndirsələr də, insanları işlə təmin edir və zəruri malları istehsal edirlər. Gübrələr və pestisidlər kənd təsərrüfatında xüsusi əhəmiyyət kəsb edir, lakin onlar torpağı məhv edə bilir.
Beləliklə, əgər insanlar birdəfəlik ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyirlərsə, gərək onda bir sıra faydalı vasitələrin istifadəsindən imtina etsinlər. Əlbəttə ki, insanların əksəriyyəti bunu istəmir. Lakin, ətraf mühitin çirklənməsini tədricən azaltmaq olar. Alimlər, mühəndislər avtomobillərdən və fabriklərdən ixrac olunan zərərli tullantıların ixtisara salınması yollarını tapa bilirlər.
Hökumət, müəssisələr tərəfindən çirklənmənin azaldılmasına yönəlmiş qanunların hazırlanmasını və icrasını təşkil edə bilər. Ayrı-ayrı şəxslər və təşkilatlar əməkdaşlıq edərək, müəssisələr tərəfindən ətraf mühitin korlanmasına gətirib çıxaran fəaliyyətlərdən çəkindirilməsinə çalışmalıdırlar.
Havasının çirklənmə səviyyəsi yüksək olan Azərbaycanın iri şəhərləri insan sağlamlığı üçün çox təhlükəli hesab edilir.
Havanın keyfiyyəti 8 şəhərdə yoxlanılmış və kükürd dilksid, azot oksidi, dəm qazı, sülb hissəcikləri, tüstü,
hidrogen-flüor və başqa birləşmələrin qalıqlarının miqdarı müəyyən olunmuşdur.
Onların arasında 5 şəhərin - Sumqayıt, Bakı, Gəncə, Şirvan və Mingəçevirin payına atmosferə atılmış bütün zərərli maddələrin 96 %-i düşür. Respublikamızda Ən böyük sənaye sahələri neftçıxarma və neftayırmadır. Sənaye tullantılarının çoxu bu profildən olan müəssisələrdə əmələ gəlir. Tullantıların tərkibi və əmələgəlmə səbəbləri müxtəlifdir.Sıxıcı kompressorlar çatışmadığından neftlə yanaşı çıxarılan xeyli qaz atmosferə buraxılır. Neft qazlarını toplayan sistemlərin yararsızlığı böyük itkilərə səbəb olur. Bu sistemlərin sıradan çıxması problemi daha da ağırlaşdırır.
Yeni texnologiyanın tətbiqi isə problemi xeyli azaldır. Məsələn, 1995-ci ildə Bakıda neftçıxarma sənayesindən havaya buraxılan uçucu orqonik hidrokarbonatın miqdarı 500 min ton olmuşdursa, 1996-cı ildə aşağı təzyiqli qaz emal edən kompressor stansiyası işə salındıqdan sonra havaya atılan qaz 200 min tonadək azalmışdır. Tullantı məhsullarının təkrar istehsala cəlb olunması da problemin kəskin azalması ilə nəticələnmişdir. Məsələn, 1 ton xam malın təkrar istehsalı hesabına atmosferin çirklənməsini 86 %, tullantı məhsullarının həcmini isə 97 % azaltmaq mümkündür. Son illər məhsul istehsalındakı artımlar ətraf mühitə, xüsusilə atmosferə və suya atılan tullantılarda özünü göstərir. Belə ki, inqrediyentlər üzrə stasionar mənbələrdən havaya buraxılan çirkləndirici maddələr 2001-ci ildə 425,9 min ton təşkil edib ki, onun da 391,8 min tonu qaza oxşar və maye tullantılardan,15,5 min tonu kükürd antihidridindən, 24,2 min tonu azot 4 oksiddən, 25,4 min ton dəm qazından ibarətdir.
Qazlann texnoloji təmizlənməsi metodları onların maye və ya bətkuducularla qarşılıqlı əlaqə proseslərinə , həmçinin zəhərli qalıqlann yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələrə çevirən kimyəvi proseslərə əsaslanır. Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alman bir neçə sistemdə istifadə olunur. Bu zaman palladili alyuminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən təmizləmə metodlanndan aşağıdakıları göstərmək olar.
Amonyak metodu - bu metodla qazları SO2- dən təmizləməklə amonium sulfid və amonium bisulfat alınır. Bunlardan da satış məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı SO2- və münasib duzlar əmələ gəlir.
Kükürd anhidridini neytrallaşdırma metodu ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək təmizlənmə dərəcəsini təmin edir. Katalitik metodlar - katalizatorların iştirakı ilə kükürd anhidridinin oksidləşməsinə əsaslanır, bu zaman duru sulfat turşusu alnır. Göstərilən kükürd anhidridindən təmizləmə metodları yerli şərait, uducuların mövcudluğu və alman məhsullara olan tələbatı nəzərə alaraq seçilməlidir.
Yüklə 18,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin