Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi Cari vəziyyət



Yüklə 22,75 Kb.
səhifə1/4
tarix10.05.2023
ölçüsü22,75 Kb.
#110662
  1   2   3   4
Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi


Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi

Cari vəziyyət


Son illər ərzində Respublikamızda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində ardıcıl, sistemli və geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirləri kompleks şəkildə, müvafiq dövlət qurumlarının fəaliyyətini əlaqələndirərək həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə “Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair” Tədbirlər Planı təsdiq olumuşdur. Adıçəkilən Tədbirlər Planı (1) Normativ hüquqi aktların təkmilləşdirilməsi, (2) İnzibatçılığın təkmilləşdirilməsi, (3) Nəzarət tədbirlərin gücləndirilməsi, (4) Monitoqrin və qiymətləndirmə sisteminin qurulması və (5) Maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi - 5 istiqamətdə 36 tədbirin icra edilməsini nəzərdə tutur. Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsinə 24 dövlət qurumunun icraçı kimi cəlb edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində qurumlar arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması və koordinasiyanın təmin edilməsi məqsədilə cənab Prezidentin xüsusi Sərəncamı ilə Nazirlər Kabineti yanında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, qeyri-formal məşğulluqla mübarizə sahəsində fəaliyyəti həyata keçirən dövlət qurumları arasında koordinasiyanı təmin etmək məqsədilə xüsusi üst qurumun yaradılması dünyanın bu sahədə ixtisaslaşmış ekspertləri tərəfindən formal məşğulluğa keçidi təmin etmək istiqamətində ən vacib atılmalı olan addım hesab olunur.
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurları nəticəsində, xüsusilə də, Tədbirlər Planının icrası istiqamətində görülmüş işlərin əyani göstəricisi olaraq, ölkədə Komissiya fəaliyyətə başlayandan 2020-ci ilin birinci yarımilliyinə kimi əmək müqavilələrinin sayında 387 min artım müşahidə edilmişdir. Qeyri-formal məşğulluq özünü daha çox əmək münasibətlərinin rəsmiləşdirilməsindən yayınma hallarında, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin əmək fəaliyyətinə cəlb edilməsində büruzə versə də, sahibkarlıq fəaliyyətini vergi orqanlarında qeydiyyatdan keçmədən həyata keçirmək də qeyri-formal məşğulluğun bir növü hesab edilir. Bu sahədə də ölkədə sistemli və genişmiqyaslı tədbirlər həyata keçirilir: sahibkarların qeydiyyatı prosesi sadələşdirilməklə yanaşı, tam elektronlaşdırılmış, vergi dərəcələrində xüsusi güzəştlər tətbiq edilmiş və rəsmi sahibkarlıq fəaliyyətini stimullaşdıran digər işlər görülmüşdür.
Bütün bu əldə edilmiş nailiyyətlərə baxmayaraq, Respublikamızda qeyri-formal məşğulluğun qarşısının alınması, xüsusilə də qeyri-rəsmi fəaliyyət göstərən şəxslərin formal məşğulluğa keçidini təmin etmək məqsədilə həyata keçirilməli tədbirlər hələ də mövcuddur. Bu tədbirlərdən biri və ən əsası özünüməşğul şəxslərin formal məşğulluğa keçidini stimullaşdırmaqdır. Qeyd edək ki, “Məşğulluq haqqında” Qanunda özünüməşğulluq dedikdə şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi başa düşülür. Dövlət proqramlarına qoşulan özünüməşğul şəxslərin həm vergi orqanlarında rəsmi qeydiyyatdan keçmə hallarının yüksək olduğunu və böyük əksəriyyətinin kənd təsərrüfatında çalışdığını nəzərə alaraq, daha çox müstəqil surətdə özünün məşğulluğunu təmin edən şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi ən vacib məsələlərdəndir. Onu da qeyd edək ki, BƏT-in tövsiyyələrinə əsasən, qeyri-formal məşğulluqla mübarizənin qeyri-kənd təsərrüfatı sahəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilir.
Özünüməşğul şəxslər dedikdə biz əsasən fərdi fəaliyyətlə məşğul olan, muzdlu işçi cəlb etməyən və öz məhsul və xidmətlərini bazarda fərdi olaraq təklif edərək gəlir qazanan şəxslər nəzərdə tutulur. Bu kimi şəxslərə misal olaraq, fərdi fəaliyyət göstərən ustalar, bərbərlər, dayələr, bağbanlar, musiqiçilər, fotoqraflar, sürücülər, küçə və elektron ticarətlə fərdi məşğul olan şəxslər və s. göstərmək olar.
DSK-ın 2019-cu ildə keçirilmiş statistik müayinəsinə əsasən, ölkədə qeyri-formal məşğul şəxslərin strukturunda ən yüksək payı özünüməşğul şəxslər tutur ki, bu da ölkədə qeyri-formal məşğul şəxslərin 60%-ni (700 min nəfər) təşkil edir. Göründüyü kimi, göstəricilər kifayət qədər yüksək olmaqla, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsini labüd edir. Adıçəkilən kateqoriyaya aid şəxslərin fəaliyyətini rəsmiləşdirmək bir neçə amil səbəbindən mürəkkəb olaraq qalır. İlk olaraq, həmin şəxslərin böyük əksəriyyətinin formal fəaliyyətinin təmin edilməsi istiqamətində məlumatlılıq səviyyəsi yüksək deyil və müvafiq orqanlar tərəfindən həmin şəxslərin aşkar edirlərək məsuliyyətə cəlb edilməsi halları aşağıdır. Bundan əlavə, qanunvericlikdə həmin şəxslərin fəaliyyətinin formal təşkil edilməsi üçün son illərə qədər xüsusi müddəalar mövcud olmamışdır və fərdi sahibkarlara tətbiq edilən vergi dərəcələri və sosial sığorta məsuliyyəti özünüməşğul şəxslərə də şamil edilirdi ki, bu da yüksək vergi və sosial sığorta öhdəliklərinin yaranmasına səbəb olurdu. Maliyyə yükünün yüksək olması və mürəkkəb bürokratik sistemin mövcudluğu həmin özünüməşğul şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsində maraqlı olmaması ilə nəticələnirdi.
Vergi Məcəlləsinə son illər edilən dəyişikliklərdə sabit vergi ödəyiciləri anlayışı əlavə edilmişdir ki, bu da öz növbəsində özünüməşğul şəxslər kateqoriyası ilə eynilik təşkil edir. Həmin şəxslərin vergi öhdəliyi dövriyyəsindən və gəlirlərindən asılı olmayaraq müvafiq peşələr üzrə 10-20 manat arasında dəyişir. Eyni zamanda, bu şəxslər üçün qeydiyyat prosesi sadələşdirilmiş, bəyannamə təqdim edilməsi tələb olunmur və bu şəxslər aylıq, rüblük, illik qəbzlər əldə etməklə vergi orqanına hesabat vermədən öz fəaliyyətinin həyata keçirə bilərlər. Bu özünüməşğul şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi istiqamətində atılmış mühüm addım olasa da, həmin şəxslərin sosial sığorta yükü fərdi fiziki şəxs sahibkarlar üçün tələb olunan sığorta ödənişləriylə eynilik təşkil edirdi. Belə ki, bu məbləğ minimum əmək haqqına münasibətdə hesablanır və müvafiq iqtisadi fəaliyyət növləri üzrə 25 və 50% məbləğində ödəniş edilirdi. Məsələn, dayələr üçün aylıq 10 manat vergi öhdəliyi olduğu halda, sosial sığorta ödənişi öhdəliyi bundan 6 dəfə çox - 62.5 manat təşkil edirdi. Bu da təbii ki, özünüməşğul şəxslərin sosial sığorta ödənişində maraqlı olmamasına gətirib çıxarırdı
Lakin, “Sosial sığorta haqqında” Qanuna edilmiş son dəyişikliyə əsasən 2026-cı il yanvarın 1-dək sabit vergi ödəyiciləri üçün sosial sığorta ödənişi müvafiq peşələr üzrə minimum əmək haqqının 3-6%-nə qədər aşağı salınmışdır ki, bu da aylıq 7.5 - 15 AZN sosial sığorta öhdəliyi deməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə edilmiş son dəyişiklərə əsasən isə, sabit vergi ödəyiciləri artıq sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz almaqla fəaliyyət göstərə bilərlər. Göründüyü kimi, artıq qəbz əldə etmək üçün həm vergi, həm də sosial sığorta ödənişlərini etmək tələb olunur. Həm sosial sığorta dərəcələrinin aşağı salınması, həm də sosial sığorta ödənişinin qəbz əldə etməyin əsas şərti kimi qanunvercilikdə öz təsbitini tapmasi bu sahədə məşğul olan şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi istiqamətində atılmış uğurlu addımdır.
Belə ki, son dövrlər qanunvericilik sahəsində həyata keçirilən mütərəqqi dəyişikləri özünüməşğul şəxslərin fəaliyyətini rəsmiləşdirmək üçün stimulverci amil hesab etmək olar. Buna baxmayaraq, həmin şəxslərin fəaliyyətini rəsmiləşdirmədən – yəni müvafiq qəbz almadan həyata keçirməsi nəticəsində yaranmış məsuliyyət tədbirlərindən yayınma halları yüksək olduğu və bu şəxslərin mövcud durumda rəsmiləşdirmədə kifayət qədər maraqlı olmadığı üçün yeni bir həvəsləndirici layihənin hazırlanmasına ehtiyac vardır.



Yüklə 22,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin