Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 64,63 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü64,63 Kb.
#41738
  1   2   3
anar eliyev az tarix 3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ




SƏRBƏST İŞ

Kafedra: Tarix və Fəlsəfə

Fənnin adı: Azərbaycan Tarixi – 3

Mövzu: XVIII əsrin ikinci yarısında erməni millətçiliyi və təcavüzkarlığı

Müəllim: Elmira Süleymanova

Tələbə: Anar Əliyev

Fakultə: Siyasi və ictimai elmlər

Qrup: 128 TM



BAKI-2021

Mündəricat

  1. Ermənilərin Cənubi Qafqaza köçürülməsi.

  2. Türkmənçay müqaviləsinin nəticəsi.

  3. Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı”.

  4. Ədəbiyyat siyahısı.



  1. Ermənilərin Cənubi Qafqaza köçürülməsi

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. (İradə Nuriyeva, “Azərbaycan Tarixi, Bakı – 2015. (səh. 169))

Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu.

Onların əsl adı Aramei – köçəri deməkdir, köçəri tayfalar. Ermənistan əhalisinin əksəriyyətini təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. Azərbaycanda isə təxminən 120,3 min erməni yaşamaqdadır, onların demək olar ki, hamısı Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarda məskunlaşmışdır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır. İran və Türkiyədəki ermənilər özlərini diaspora saymırlar. Dindarları əsasən Erməni Qriqorian kilsəsinə etiqad edir. (İradə Nuriyeva, “Azərbaycan Tarixi, Bakı – 2015. (səh. 171))



  1. Yüklə 64,63 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin