İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə1/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   30

 
 
 
 
İRADƏ NURİYEVA 
 
 
 
 
AZƏRBAYCAN  
TARİXİ 
 
(ən qədim zamanlardan– 
XXI əsrin əvvəllərinədək) 
 
 
Ali məktəblər üçün dərslik 
 
 
 
Azərbaycan Respublikası 
Təhsil Nazirinin 09.12.14 tarixli 
1221 saylı əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
Bakı – «Mütərcim» – 2015 

 

 
Elmi redaktor:   C.M.Mustafayev 
 
ADNA “Ictimai fənlər” kafedrası, t. e. d., 
professor 
 
Rəyçilər:    
 
H.N.Məmmədov  
BSU “Avropaşünaslıq” kafedrası, t. e. d., 
professor 
 
R.M.Məmmədova  
ADNA “İctimai fənlər” kafedrası, t.f.d., 
dosent 
 
Redaktor:    
 
S. S. Nağıyeva  
ADNA “İctimai fənlər” kafedrası,  
baş müəllim 
 
 
 
Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim 
zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik.  
– Bakı: Mütərcim, 2015. – 336 səh. 
 
Ali məktəblər üçün nəzərdə tutulan dərslik “Azərbaycan tarixi” 
fənni üzrə bakalavr pilləsi üçün hazırlanmış proqram əsasında tərtib 
edilmişdir. Dərslikdə  ən qədim zamanlardan - XXI əsrin  əvvəllərinədək 
Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslər tədris 
planında mühazirə  və  məşğələ üçün müəyyən olunmuş mövzular üzrə 
ardıcıl olaraq şərh edilmişdir. 
“Azərbaycan tarixi” adlı  dərslik ali məktəb müəllimləri, bakalavr 
və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün nə-
zərdə tutulmuşdur. 
 
 
     ISBN  978-9952-28-202-3
 
               © İ.T.Nuriyeva, 2015 

 

 
 
MÜNDƏRİCAT 
 
 
GİRİŞ.........................................................................................................8 
 
I fəsil. AZƏRBAYCANDA İBTİDAİ-İCMA CƏMİYYƏTİ 
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi.  
Qədim insan məskənləri. ......................................................................10 
2. İbtidai icma quruluşunun dağılması .................................................17 
 
II fəsil. AZƏRBAYCAN ƏRAZİSİNDƏ 
İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR 
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər. 
Manna çarlığı. ......................................................................................19 
2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.   
Midiya dövləti ......................................................................................26 
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi 
və siyasi vəziyyəti. Atropatena dövləti.................................................28 
4. Alban çarlığı.....................................................................................30 
 
III fəsil. AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ 
(III-VII əsrlər) 
1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması  
və onun xüsusiyyətləri..........................................................................36 
2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar ............37 
3. Sasani-Bizans müharıbələri və Azərbaycan .....................................39 
 
IV fəsil. AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ.  
AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ 
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi.  
İslam dininin yayılması ........................................................................46 
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə,  
torpaq və vergi siyasəti.........................................................................51 
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq 
müharibəsi ............................................................................................53 
4.  Azərbaycan xalqının və dilinin təşəkkülü .......................................59 
 

 

V fəsil. AZƏRBAYCAN İNTİBAH DÖVRÜNDƏ. 
ELM VƏ MƏDƏNİYYƏTİN ÇİÇƏKLƏNMƏSİ 
1.  Azərbaycanın IX-XI əsr feodal dövlətlərı .......................................61 
2.  Slavyanların Azərbaycana basqınları ..............................................66 
3.  Səlcuq türklərinin Azərbaycanda hökmranlığı................................68 
4. Şirvanşahlar və Atabəylər dövlətləri ................................................70 
5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət  
və mədəniyyət ......................................................................................76 
 
VI fəsil. AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ. AZƏRBAYCAN 
XALQININ MONQOLLARA  QARŞI MÜBARİZƏSİ 
1. Monqolların Azərbaycanı işğal etməsi.............................................82 
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində ...................................85 
3. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı  
və mədəniyyət ......................................................................................88 
 
VII fəsil. AZƏRBAYCAN XIV ƏSRİN İKİNCİ YARISI-XV ƏSR 
DÖVLƏTLƏRİ 
1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun 
və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri ........................94 
2. Qaraqoyunlu dövləti.........................................................................99 
3. Ağqoyunlu dövləti..........................................................................104 
4. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət .......113 
 
VIII fəsil. AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ 
1. Səfəvilər dövlətinin yaranması.......................................................116 
və Azərbaycan tarixində onun yeri.....................................................116 
2. XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri .119 
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi  
və mədəni həyatı.................................................................................132 
 
IX fəsil. AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA 
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində ...146 
2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri............147 
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə .............................150 
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda  
İran əsarətinə qarşı mübarizə..............................................................152 

 

X fəsil. AZƏRBAYCAN XANLIQLAR DÖVRÜNDƏ 
1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi 
vəziyyəti .............................................................................................155 
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı ................................159 
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri.  
Yadelli işğalçılara qarşı mübarizə ......................................................165 
4. XVIII əsrdə Azərbaycan mədəniyyəti............................................169 
 
XI fəsil. AZƏRBAYCANIN RUSİYA VƏ İRAN ARASINDA 
BÖLÜŞDÜRÜLMƏSİ VƏ ONUN NƏTİCƏLƏRİ. 
1. Azərbaycanda Rusiya işğallarının başlanması ...............................172 
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi175 
3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi 
münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar.....................192 
4. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti ....................194 
 
XII fəsil. AZƏRBAYCAN XIX ƏSRİN İKİNCİ YARISINDA 
1. Şimali Azərbaycanda aqrar və burjua islahatları.  
Kapitalist münasibətlərinin təşəkkülü ................................................197 
2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında..............................208 
3. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti......................209 
 
XIII fəsil. AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ. 
İCTİMAİ-SİYASİ VƏ DEMOKRATİK HƏRƏKATLAR 
1. XX əsrin əvvəllərində Şimali Azərbaycanda sosial-iqtisadi  
və siyasi vəziyyət. 1901-1904-cü illərdə fəhlə hərəkatı .....................213 
2. 1905-1907-ci illər birinci rus inqilabı və onun Azərbaycanın siyasi 
durumuna təsiri. Siyasi partiya və təşkilatların yaranması.................223 
3. Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı .........227 
 
XIV fəsil. I DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCANDA 
İCTİMAİ-SİYASİ PROSESLƏR 
1. Azərbaycan I Dünya müharibəsi illərində......................................230 
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi  
vəziyyət. Azərbaycanlıların soyqırımı ...............................................233 
3. Bakı Xalq Komissarları Soveti və onun antiazərbaycan siyasəti ...235 
4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Maarif və elm ...236 
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və 
milli-azadlıq hərəkatı..........................................................................239 
 

 

XV fəsil. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 
(1918-1920-ci illər) 
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi 
və onun Azərbaycanın bütün ərazisində bərqərar olması...................243 
2. Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.  
Azərbaycan parlamenti və onun fəaliyyəti.........................................247 
3. Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti..........250 
4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri ............254 
5. Erməni təcavüzünə qarşı mübarizə.................................................257 
 
XVI fəsil. AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ 
(1920-1939-cu illər) 
1. Azərbaycan sovet rejiminin bərqərar olması  
və ona qarşı üsyanlar ..........................................................................259 
2. Azərbaycanda sovet milli siyasəti.DQMV-nin  
və Naxçıvan MSSR-in təşkili.............................................................261 
3. Azərbaycanda sosialist yenidənqurmaları 
və onların nəticələri. Kütləvi siyasi represiyalar ................................265 
4. Azərbaycanda mədəni quruculuq ...................................................270 
 
XVII fəsil. AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ  
DÖVRÜNDƏ (1939-1945-ci illər) 
1. II Dünya müharibəsinin başlanması 
və müharibə edən dövlətlərin Azərbaycana dair planları ...................272 
2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət  
və partizan hərəkatında.......................................................................273 
3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin  
həlledici rolu.......................................................................................275 
4. Cənubi Azərbaycan II dünya müharibəsi illərində.........................277 
 
XVIII fəsil. MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN 
SOSİAL-İQTİSADİ VƏ SİYASİ İNKİŞAFI (1945-1991-ci illər)  
I BƏND: XX əsrin 40-60-cı illərində Azərbaycanda sosial-iqtisadi 
və siyasi vəziyyət. Milli meyllərin güclənməsi 
1. 40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət...278 
2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından  
kütləvi surətdə deportasiyası ..............................................................281 
3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı.  
Milli hökumətin yaradılması ..............................................................284 

 

II BƏND: Azərbaycanda sosial-iqtisad və siyasi inkişafında            
yeni mərhələ 
1. XX əsrin 70-80-ci illərində Azərbaycanda social-iqtisadi  
və mədəni inkişaf ...............................................................................286 
2. Azərbaycan “yenidənqurma” şəraitində.  
Milli münasibətlərin kəskinləşməsi....................................................289 
3. Güney Azərbaycanı İran İslam inqilabı 
və ondan sonrakı dövrdə ....................................................................292 
 
XIX fəsil. MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI 
I BƏND: Dövlət müstəqilliyinin bərpa olunması. 
Azərbaycan müstəqilliyin ilk illərində (1991-1993-cü illər) 
1. Qondarma “Dağlıq Qarabağ” məsələsi  
və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri .......................295 
2. Dövlət müstəqilliyinin bərpa olunması.  
Azərbaycan müstəqilliyin ilk illərində ...............................................299 
II BƏND: Milli dövlətçiliyin qorunub möhkəmləndirilməsi  
uğrunda mübarizə (1993-1995-ci illər) 
1. Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə 
gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması......304 
2. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin 
müqaviləsinin” imzalanması. .............................................................308 
III BƏND: Azərbaycan dünyavi, hüquqi, demokratik vətəndaş 
cəmiyyəti qurmaq yolunda (90-cı illərin ikinci yarısı-XXI əsrin  
əvvəli) 
1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının  
qəbul edilməsi ....................................................................................311 
2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş............................315 
3. Xarici siyasət..................................................................................319 
4. Azərbaycan XXI əsrin əvvəllərində ...............................................320 
5. Müstəqil Azərbaycan Respublikası ................................................325 
dünya birliyində .................................................................................325 
 
NƏTİCƏ ................................................................................................330 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ..............................331 
 

 

 
GİRİŞ 
 
Azərbaycan Yer kürəsinin  ən qədim tarixə  və maddi-mədəni 
irsə malik olan məskənlərindən biridir. Arxeoloji qazıntılar nəticə-
sində əldə edilən müxtəlif maddi–mədəni abidələrin, yazılı qaynaq-
ların, müxtəlif dövrlərdə dünya alimlərinin və tarixçilərinin yazdıq-
ları əsərlərdə Azərbaycan haqqında deyilənlərin müqayisəli şəkildə 
öyrənilməsi Azərbaycan tarixinin daha əsaslı şəkildə və daha dərin-
dən işıqlandırılmasına imkan verir. 
Sovet hakimiyyəti dövründə Azərbaycanın qədim tarixi üzrə 
tədqiqat işi aparılarkən bu dövrə birtərəfli yanaşılırdı. Belə ki, Azər-
baycanın qədim dövlətləri olan Manna, Atropatena, Albaniya tarixi, 
ərazilərimizdə yaşayan qədim sakinlərin etnik tərkibi, etnogenezi, 
sosial-iqtisadi, siyasi və  mədəni tarixi arxa plana çəkilirdi və lazı-
mınca işıqlandırılmırdı. Lakin bütün qeyri-müəyyənliklərə, çətin-
liklərə baxmayaraq, Azərbaycanın tarixi qədimliyi, xalqının etnoge-
nezi konsepsiyası müəyyən  şəkildə oyrənilərək, ümumiləşdirilərək 
tarix elmimizdə öz əksini tapmışdır. 
Dərslikdə sasanilərin və  ərəblərin Ön Asiyada hakimiyyət 
uğrunda apardıqları döyüşlərin nəticəsində Azərbaycan  ərazisində 
baş verən tarixi proseslər,  Ərəb Xilafətinin zəiflədiyi dövrdə yara-
nan Azərbaycan feodal dövlətlərinin tarixi, Böyük Səlcuq imperi-
yasının tərkibində, sonra isə Atabəylər dövlətinin hakimiyyəti altın-
da dövrün ictimai, iqtisadi, mədəni və maddi həyatı geniş şərh edil-
mişdir. Bu dövrdə Azərbaycan ərazisində cərəyan edən dil, din, əra-
zi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində türkdilli Azər-
baycan xalqının və dilinin formalaşması prosesi başa çatır. XIII əsr-
də monqol əsarəti və onun nəticələri, XIV əsrdə Azərbaycanın iki 
qüdrətli sərkərdənin-Teymurun və Toxtamışın müharibə meydanına 
çevrilməsi, XV əsrdə  Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin 
yaranması və süqutu tarixi öz əksini tapmışdır. Şah İsmayıl Xətainin 
qurduğu Səfəvilər dövlətinin Azərbaycanın tarixində müstəsna yeri 
işıqlandırılır, belə ki, tariximizdə ilk dəfə olaraq ölkəmizin şimal və 

 

cənub  əraziləri Azərbaycan dövlətinin sərhədləri daxilində birləş-
dirilir, Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılır. XVIII əsrin 
ortalarında bir-biri ilə rəqabət aparan müstəqil xanlıqların meydana 
gəlməsi,  İran və Rusiyanın Azərbaycana qarşı  qəsbkar niyyətləri, 
xalqımızın xarici işğalçılara qarşı azadlıq mübarizəsi, eləcə  də bu 
dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olumuşdur. XIX 
əsrin  əvvəllərindən  Şimali Azərbaycanın Çar Rusiyası  tərəfindən 
istilası, xalqın ona qarşı mübarizəsi, dövrün sosial-iqtisadi, siyasi və 
mədəni tarixi araşdırılır. Bu dövrdə kapitalist münasibətlərinin 
inkişafı ilə  əlaqədar sənayedə  və  kənd təsər-rüfatında baş verən 
dəyişikliklər, ictimai-siyasi hadisələr, bir millət kimi xalqımızın 
təşəkkül tapması, milli şüurun yüksəlişi kitabda öz əksini tapmışdır. 
XX  əsr isə tarixdə xalqımızın milli-azadlıq mübarizəsinin 
yüksəlişi, milli-siyasi təşkilatların daha da fəallaşması, mənfur çar 
imperiyası süquta uğradıqdan sonra milli dövlətimiz olan Azər-
baycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə yadda qalmışdır. Bu 
dövr həm də Sovet hakimiyyətinin qurulması, sənayeləşdirmə  və 
kollektivləşdirmə, idarəetmədə zorakılıq, inzibati-amirlik sistemi, 
kommunist rejimi dövrü kimi də yadda qalmışdır. 
XX  əsr Azərbaycana ikinci dəfə müstəqillik  əldə etmək  şan-
sını da verdi. Ulu öndər Heydər  Əliyevin və onun davamçısı olan 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin xidmətləri 
sayəsində milli dövlətçiliyimizin yaradılması, qorunması, məhkəm-
ləndirilməsi, sosial-iqtisadi və mədəni inkişafı, Azərbaycanın dünya 
birliyinin üzvü olaraq tanınması, bu regionda söz sahibi olması 
dərslikdə ardıcıllıqla şərh olunmuşdur. 
Təqdim olunan dərsliyin  əsas məqsədi Azərbaycan tarixini 
ümumiləşdirərək yığcam, lakonik, lakin dolğun, sadə  və anlaşıqlı 
dildə izahını verməkdir. Ali məktərlər üçün nəzərdə tutulan “Azər-
baycan tarixi” adlı dərslik ali məktəb müəllimləri, bakalavr və ma-
gistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün töv-
siyə edilir. 
 
 

 
10
 
I FƏSİL 
AZƏRBAYCANDA  
İBTİDAİ-İCMA CƏMİYYƏTİ 
 
Plan: 
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi. 
Qədim insan məskənləri. Azərbaycanda ibtidai icma cəmiyyəti və 
onun mərhələləri 
2. İbtidai icma quruluşunun dağılması. 
 
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana 
gəlməsi. Qədim insan məskənləri. 
 
Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biri-
dir.  Əlverişli təbii-coğrafi  şəraitə, zəngin fauna və flora aləminə, 
mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insa-
nın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şər-
qi Afrikada (Keniya, Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda 
ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçı-
vanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağa-
raları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir. 
Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri. 
Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti 
şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və  Dəmir 
dövrü. İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz 
növbəsində üç mərhələyə bölünür: 
-
 
Qədim Daş dövrü (Paleolit); 
-
 
Orta Daş dövrü (Mezolit); 
-
 
Yeni Daş dövrü (Neolit). 
İbtidai insanın Qədim Daş dövrü-Paleolit 3 mərhələyə bölü-
nür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan 
tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər 
davam etmişdir. Bu dövr Qarabağın Quruçay vadisində, Füzuli 

 
11 
şəhəri yaxınlığında Azıx mağarasında tapılmış maddi nümunələr 
əsasında öyrənilmişdir. İbtidai insanlar mənimsəmə təsərrüfatı ilə - 
yığıcılıq və ovçuluqla məşğul olublar, kiçik qrup, dəstə halında 
olaraq insan “sürüsü” və ya ulu icmada birləşiblər. Ulu icma kor-
təbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiy-
yətindən yaranmışdır. Əmək alətlərinin düzəldilməsi və oddan isti-
fadə insanların heyvan aləmindən ayrılmasını sürətləndirdi. Azıx 
mağarasında  700 min il b.ə. aid olan ocaq izləri tapılmışdır. Azıx 
mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı 
tapılmışdır-bu dünyada 4-cü tapıntıdır, Azıxantrop, yəni  “Azıx 
adam” adlanır və 350-400 min b.ə. yaşamışlar. Azıx mağarasında 
tikili qalığı, müəyyən işarələr cızılmış ayı  kəllələri tapılmışdır. Bu 
sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə 
bağlıdır. Alt Paleolit dövrünün sonunda əmək alətləri: çaxmaqdaşı, 
bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmışdır. (8, 
s.22) 
Orta Paleolit  100 min il b.ə.-e.  ə. 40-cı minilliyə  qədər 
davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Fransada yer adıdır. 
Orta Paleolit əmək alətləri ilk burada tapılmışdır) dövrü adlanır. 
Qədim insanlar daha geniş  əraziyə yayılmışlar: Kiçik Qafqazın 
cənub-şərq yamacında, Naxçıvan (Qazma), Qarabağ (Tağlar), Qa-
zax (Damcılı) bölgələrində məskən salmışlar. (9, s.12). Yeni insan 
tipi-neandertal adamı yaranmışdır (Almaniyada yer adı). Ovçuluqla, 
yem toplamaqla məşğul olurdular, axirət dünyasına inam ilk dəfə bu 
dövrdə yaranmışdır. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvə-
lərinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Ulu 
icma yavaş-yavaş  sıradan çıxmış, qəbilə icması yaranmağa başla-
mışdır. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə