İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   2   3   4   5   6   7   8   9   ...   30

716-cı ildə o, Mannaya qoşun yeridir. Ullusunu dağlara qaçır. II 
Sarqon Mannanın paytaxtını  və bir neçə  şəhəri yandırdı, Azanın 
qatillərindən birini tutub dərisini soydurdu və mannalılara göstərdi. 
Ullusunu gəlib mərhəmət dilədi. II Sarqon Ullusunu hakimiyyətdə 
saxladı  və o, Mannanın yeganə hökmdarı oldu, Assuriyanın siyasi 
ağalığını tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən 
əl çəkmirdi. II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq, e.ə. 715-ci 
ildə onlara qarşı yürüşə çıxdı və qalib gəldi. Urartu hökmdarı döyüş 
meydanını  tərk edib qaçdı.  E.ə. 714-cü ildə II Sarqon Manna, 
Midiya və b. ölkələrə yürüşə çıxdı. Ullusunu II Sarqonu təmtəraqla 
qarşıladı  və  xərac verdi, ordunu ərzaqla təmin etdi. Ullusunu Sar-
qondan Urartu hökmdarı I Rusanı  məğlub etməyi və mannalıların 
öz yurdlarına qaytarılmasını istədi. II Sarqon bunu yerinə yetirə-
cəyinə söz verdi. O, mannalılarla ittifaqa böyük əhəmiyyət verirdi. 
II Sarqon Mannanın Uişdiş vilayətinə  gəldi. I Rusa məğlub olaraq 
Urartuya qaçdı. II Sarqon Urartuya daxil oldu, I Rusa özünü öl-
dürdü. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa 
bilmədi. Manna qüdrətli dövlətə çevrildi. 
Manna quldarlıq istehsal formasına  əsaslanan dövlət olmuş-
dur. Dövləti hökmdar idarə edirdi. E.ə. VIII əsrin II yarısında 
hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə  qədim Azər-
baycan türk sülaləsi başçılıq edirdi. Manna mərkəzləşmiş dövlət idi, 
vilayətləri canişinlər idarə edirdi. Mannada ağsaqqallar  şurası da 
fəaliyyət göstərirdi. Çox zaman Manna hökmdarları Assuriyaya 
meylli siyasətə üstünlük vermiş və bununla da ölkənin ərazi bütöv-
lüyünü saxlamışlar.  E.ə. VII əsrin I rübündə Qara dəniz sahil-
lərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və 
sak tayfaları Mannada da məskən salmışdılar. Onların gəlişi ilə 
Assuriyanın sərhədlərində  təhlükə yarandı. Belə  şəraitdə Manna 
Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökm-
darı Ahşeri müstəqil xarici siyasət yürüdürdü. Assuriya hökmdarı 
Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən 
döyüşdə Ahşeri məğlub oldu. Ahşeriyə qarşı üsyan baş verdi, o öl-
dürüldü. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə 

 
24
ittifaqı  bərpa etdi. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya 
dövləti Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna 
hərbi dəstələri ona kömək etdi. E.ə. 593-cü ildə Manna müstəqil 
dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Man-
na  İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil 
edildi. 
Mannanın  ərazisində  zəngin dəmir filizi, qiymətli daş yataq-
ları var idi. İndiki Cənubi Azərbaycan ərazisində-Həsənli qədim ya-
şayış yerində daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəlib-
lərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşya-
ları  və s. hazırlayırdılar.  E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna 
qalasından qızıl və gümüş döşlük, qılınc qınının və dəstəyinin hissə-
ləri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhlər, kəmər, 
dəmir qılınclar və s. tapılmışdır. Həsənli qazıntılarından tapılan 
müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan və keçi 
qəzilindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də 
olmuşdu. Mannalıların geyimi: üst paltar uzun, lakin qısaqol, dö-
yüşçülər isə uzun və dizə çatan libas geyirdilər. 
Mannada memarlıq da inkişaf etmişdi. Mannada müdafiə 
qalaları və qala-şəhərlər tikilmişdir. Paytaxt olan İzirtu və b. şəhər-
lər qala divarlarla əhatə olunmuşdur. Həsənli qala-şəhərində 2-3 
mərtəbəli binalar, məbədlər tikilmişdir. Təsviri sənətə aid-Həsənli 
qızıl camının üzərində maraqlı  əfsanəvi səhnə  təsvir olunmuşdur, 
Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud cey-
ran başı formasında hazırlanmışdı, bəzilərində  şiri yaralayan 
hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ərafında keçi 
və qanadlı öküz təsvir edilmişdir (8, s. 111). 
İbadət üçün tikilən binalarda-məbədlərdə allahların heykəli 
qoyulurdu. Manna əsatirlərində müxtəlif motivli varlıqlar (qrifon-şir 
bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan, buy-
nuzvari yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, qanadlı 
sfinks-şir bədənli, insan başlı  əfsanəvi varlıq) mühüm yer tuturdu. 
Həsənlidə tapılmış qızıl camın yuxarı hissəsində döyüş arabası üs-
tündə 3 Allah (qanadlı)-Günəş, Ay, Külək-yağış allahları  təsvir 

 
25 
edilmişdir (1, s. 226-227). 
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı 
ilə tanış idi. Ziviyədə tapılmış gümüş sini üzərində bir çox işarələr 
həkk olunmuşdu-heroqlif yazı növü. Mannada türk, hürri, İran dil-
ləri və s. işlənirdi. Hökmdarların adları da türk söləri ilə izah olunur. 
Aza-“böyük qardaş”, Ullusunu-ullu-ulu-“böyük, ulu, əzəmətli”, 
“sun”-sifət şəkilçisi, yəni “ən böyük”, “ən ulu”, “ulu adam”. Belə-
liklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. 
Skiflər. E.ə. VII əsrin əvvəllərindən başlayaraq kimmer, skif 
və sak tayfaları  qədim Azərbaycan  ərazisinə, Ön Asiyaya yürüşlər 
etmişlər.  Şimali Qafqazın qərb hissəsi kimmerlərin ilkin məskəni 
sayılır. Onlar e.ə. VIII əsrdə Qara dənizin şimalında və Krım yarıma-
dasında da yaşamışlar. Skiflər (iskitlər) Azərbaycanın  şimal  əra-
zilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar. 
Kimmerlər də Mannanın hüdudlarına gəlmişlər, mannalılar 
kimmerlər və skiflərlə ittifaqa girmişlər. Azərbaycanda kimmerlərlə 
bağlı  Qımır və  Qımırlı (Zaqatala), Kəmərli (Qazax), Qəmərli yer 
adları qalmışdır. 
Saklar Urmiya gölünün şimalına qədər olan ərazidə məskunlaş-
mışlar. Arazla Kürün qovuşduğu 2 çay arasında da saklar yaşamışlar. 
Bura Balasakan (türkcə bala “çöl”, “düz”), yəni “Sak düzü” adlanır. 
İndiki Bərdədən Qafqaz dağlarına qədər  ərazidə sakasinlər-“saka 
bənzərlər” yaşamışlar. Saklara massaqetlər də deyirdilər (8, s. 104). 
Azərbaycanda-Urmiyadan şimalda və qərbdə kimmer, skif və 
sak tayfaları məskunlaşdığı ərazidə Skif padşahlığı–Manna ilə Urar-
tu arasında yaranmışdır. E.ə. VII əsrin ortalarında bu padşahlığın 
hökmdarı Tuqdamme Sak və Kuti ölkələrinin (Azərbaycanın cənu-
bu) hökmdarı rütbəsini də daşıyırdı.  E.ə. VI əsrin  əvvəllərində 
Midiya ilə rəqabət apara bilməyən Skif padşahlığı tənəzzülə uğradı. 
Azərbaycanda qazıntılar zamanı skiflərin mədəniyyəti üçün səciy-
yəvi olan silahlar (ox və nizə ucluqları, qılınclar), tunc güzgülər və 
s. tapılmışdır. Skif silahları daha mükəmməl olduğundan onlardan 
bir çox xalqlar, o cümlədən qədim Azərbaycan tayfaları da istifadə 
etmişlər. 

 
26
 
2. Azərbaycan Midiya və Əhəmənilər  
dövlətinin tərkibində.  Midiya dövləti 
 
İranın mərkəzində meydana gəlmişdi. Mannadan cənub-
şərqdə yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şək-
lində verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Mi-
diya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən 
idarə edilirdi. E.ə. IX əsrin 2-ci yarısında Assuriya hökmdarları 
Midiyaya yürüşlər edərək, xırda hömdarları  məğlub etdilər.  E.ə. 
VIII əsrin 2-ci yarısında belə yürüşlər çoxalmışdı: III Tiqlatpalasar 
Midiyadan xərac almışdı, II Sarqon Midiya ərazisini işğal edib 
Mannaya tabe etdirdi. 
E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradıl-
mışdır. Rəvayətə görə, Deyok Ekbatan (indiki Həmədan)  şəhərini 
saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir. E.ə. 672-
ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə Midiya As-
suriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdi. 
E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş 
etmiş, skiflərin köməyi ilə o məğlub olmuş  və döyüşdə  həlak ol-
muşdur.  E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına 
düşdü. Kiaksar (e.ə. 625-585) skif ağalığına son qoymuş, daxili 
qüvvələri birləşdirərək Assuriyaya qarşı müharibəyə hazırlaşmışdır. 
O, Midiya ordusunu yenidən təşkil etmiş, yeni Babilistan dövləti ilə 
ittifaqa girmiş. Babilistan hökmdarı Nabupalasar cənubdan, Kiaksar 
isə  şərqdən Assuriyaya hücum etmişlər. E.ə. 616-612-ci illərdə 
onlar Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxt Nine-
viyanı tutdular və dağıtdılar. E.ə. 605-ci ildə Asuriya süquta uğradı, 
torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü. 
Kiaksar bu qələbədən sonra Egey dənizinin sahilinə  çıxmaq 
məqsədilə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. O, ilk növ-
bədə Urartunun müstəqilliyinə son qoydu, Manna Midiyanın 
tərkibinə qatıldı. Manna Midiyadan bir neçə yüz il əvvəl yarandı-
ğından, o, Midiyanın  ən çox inkişaf etmiş vilayəti idi. Kiaksarın 

 
27 
hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çev-
rildi. Kiaksarın vəfatından sonra hakimiyyətə  gələn oğlu Astiaqın 
(e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xa-
rici vəziyyəti mürəkkəbləşmişdi. Hökmdar ilə zadəganlar arasında 
ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II Kir ilə 
gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı və 3 
ildən sonra qələbə çaldı. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi 
(1, s. 257). 
Əhəməni imperiyası.  II Kir Midiyanı  işğal etdikdən sonra 
Əhəməni fars dövlətinin  əsasını qoydu. Əhəmənilər sülaləsindən 
olan II Kir özünü Midiya şahı elan etdi. Əhəməni dövlətinin 
paytaxtı Ekbatan şəhəri oldu. II Kir bir neçə il ərzində Midiyanın 
bütün  ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi. 
Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu 
ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə 
məğlub edilərək öldürüldü. Massaqetlərin hökmdarı Tomiris adlı bir 
qadın Kiri məğlub etmiş, başını  kəsdirmiş  və qanla doldurulmuş 
tuluğa saldıraraq demişdir: “Sən qan istəyirdin, doyunca iç”. Sak-
massaqet tayfaları Orta Asiyada və Şimali Azərbaycanda yaşamış-
lar. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz 
Misirdə olarkən,  e.ə. 522-ci ildə  İranda dövlət çevrilişi olmuş, 
Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş 
və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nüma-
yəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı 
sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486) 
hakimiyyətə gəlir. E.ə. 522-521-ci illərdə Əhəməni dövlətinin tərki-
bində üsyanlar baş vermiş, lakin yatırılmışdır. I Dara Əhəməni im-
periyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Azərbaycan əhalisi 
Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə za-
manı hərbi dəstələrlə təmin edirdi. Makedoniyalı İsgəndər (e.ə.336-
323) yürüşü zamanı  Əhəməni imperiyasına dağıdıcı  zərbələr vur-
muşdur.  E.ə. 331-ci ildə  Şimali Mesopotamiyada Qavqamel adlı 
yerdə III Dara məğlub olmuşdur (1, s. 268).  III Dara imperiyanın 
Şərq hissəsinə qaçmış  və  e.ə. 330-cu ildə yolda öz adamı Bes tə-

 
28
rəfindən öldürülmüşdür. Beləliklə,  Əhəmənilər imperiyasına son 
qoyulmuşdur. Bundan sonra İsgəndər tutduğu  ərazilərlə birlikdə 
Balkan yarımadasından Hindistana qədər  əraziləri (Azərbaycanın 
cənubu da) əhatə edən imperiya yaratmışdır. 
 
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi  
və siyasi vəziyyəti. Atropatena dövləti 
 
E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin 
ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi. 
İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırmış, 
özünü  İranın və Midiyanın padşahı elan etmişdir. Atropat üsyanı 
yatırtmış, Bariaksı əsir edib İsgəndərə təhvil vermiş və İsgəndər onu 
edam etdirmişdir. Bununla Atropat İsgəndərin hörmətini qazan-
mışdır. O, qızını isə  İsgəndərin  ən nüfuzlu sərkərdəsi olan Perdik-
kiyə ərə vermişdir. Makedoniyalı İsgəndərin ölümündən sonra döv-
ləti müvəqqəti olaraq Perdikki idarə edirdi. Perdikki ilə qohumluq 
Atropatın Midiyanın satrapı  vəzifəsində qalmasına köməklik etdi. 
Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə 
çevrildi (1, s. 277). 
E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni dövlətin Atropate-
nanın və ya Atropat Midiyasının hökmdarı oldu. Azərbaycanın coğ-
rafi adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı 
eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir. Atropa-
tena (Adərbayqan) dövləti  əsasən indiki Cənubi Azərbaycanı  və 
Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. 
Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı,  ən böyük düzənlik 
ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ dağ 
silsiləsi yerləşirdi. Dağların çoxu sıx meşələrlə öltülmüşdü. Atropa-
tenanın mərkəzi  şəhəri Qazaka idi. Atropatenada yaşayan tayfalar-
dan biri kaduslar idi. Midiya tayfaları arasında maqlar-atəşpərəstlik 
dini ayinlərinin əsas icraçısı kimi xüsusi yer tuturdular. Atəşpərəst-
lik dininin kahini maq adlanırdı. Ərəbdilli qaynaqlarda əhalinin bir 
hissəsinin azərilərdən ibarət olduğu göstərilirdi (1, s. 288). E.ə. IV 

 
29 
əsrdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən 
sonra bütün Azərbaycanda vahid xalq yaranmağa başlamışdır. 
Çay vadilərində, Urmiya gölü ətrafındakı torpaqlarda əkin-
çilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Dağlıq  ərazilərdə 
yaylaq maldarlığı inkişaf etmişdir. Ölkənin zəngin faydalı qazıntı 
yataqlarından dəmir, mis, gümüş, qızıl və s. çıxarılırdı. Atropatena-
da neft-“Midiya yağı” yataqları da var idi. Sənətkarlar yüksək key-
fiyyətli metal və gil qablar, müxtəlif silahlar, toxuculuq məhsulları, 
bəzək şeyləri və s. istehsal edirdilər. Ən qədim pullar Makedoniyalı 
İsgəndərin adından kəsilmişdir. 
E.ə. 223-cü ildə III Antiox Selevkilər dövlətində hakimiyyətə 
gəldi. III Antiox Atropatenaya hücum etmiş və qalib gəlmişdir. E.ə. 
190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub 
etdilər və Atropatena yenidən müstəqil oldu (1, s. 300-301). E.ə. I 
əsrin I yarısında Romanın işğalçılıq siyasəti güclənmişdi. Atropa-
tena Romadan tam asılı olmamış, öz müstəqilliyini  əsasən saxla-
mışdır. Atropatena Roma ilə döyüşə 10 min suvari, 40 min piyada 
qoşun çıxarmışdır. Parfiya e.ə. 53-cü ildə romalıları  məğlubiyyətə 
uğratdı. Atropatena Parfiyanı müdafiə etdi. Lakin az sonra e.ə. 38-ci 
ildə romalılar parfiyalıları  ağır məğlubiyyətə  uğratdı. Roma sər-
kərdəsi Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri Fraaspaya 
hücum etmiş, uzun sürən mühasirə bir nəticə verməmiş və romalılar 
geri çəkilərkən 35 min nəfərə yaxın  əsgər itirmişlər. Bu hadisələr-
dən sonra Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə ça-
lışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri 
yaratmağa səy etdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn 
II Ariobarzan 10 ilə  qədər Romada yaşamışdır. O, romalıların kö-
məyi ilə  Ermənistanın da hökmdarı olmuşdur.  Ermənistan müs-
təqilliyini itirərək, Atropatenadan asılı  vəziyyətə düşdü. Eramızın 
20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən 
sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına 
düşdü. Parfiyanın süqutuna qədər Atropatena bu dövlətin tərkibində 
qalmışdı. 

 
30
Atropatena dövlətində şəhərlər karvan yolları üzərində və bö-
yük məbədlərin  ətrafında yaranmışdır. Bəzilərini hökmdarlar sal-
mışlar.  Şəhərlər müdafiə divarları ilə  əhatələnmişdi. Tikinti mate-
rialları kimi daşdan, çiy və bişmiş  kərpicdən, ağacdan istifadə et-
mişlər. Bəzi ictimai binaların üstü saxsı kirəmitlə örtülürmüşdü. 
Makedoniyalı  İsgəndərin yürüşü nəticəsində yunan mədəniyyəti 
Atropatena mədəniyyətinə təsir etmişdi. Atropatena əhalisi Zərdüşt 
dininə sitayiş edirdi. Zərdüştlükdə oda sitayişə görə bu dinə atəş-
pərəstlik də deyilirdi və Peyğəmbər Zərdüştün adı ilə bağlı idi. 
Onun  e.ə. VII əsrin II yarısı-VI  əsrin  əvvəllərində yaşadığı gü-
man edilir. Bu dinə Orta Asiyada və  İranda sitayiş edilirdi. Mü-
qəddəs kitabı “Avesta” idi. Rəvayətə görə “Avesta”nın ilkin variantı 
e.ə. 330-cu ildə Makedoniyalı  İsgəndər Persopolda Əhəmənilərin 
sarayını yandırarkən məhv olmuşdur. Dövrümüzə  gəlib çatan his-
səsi İranda Sasanilər sülaləsi dövründə  (III-VII  əsr.) yenidən top-
lanmışdı. Zərdüştlüyə görə, dünyada 2 qüvvə-Xeyir (Hörmüz-
Ahuraməzda) və Şər (Əhriman) bir-biri ilə mübarizə aparır və Xeyir 
axırda qalib gəlir. Bu dinin ehkamlarına görə od, torpaq, su müqəd-
dəs sayılmışdı (1, s. 339-356). Ölünü yandırmaq, torpağa basdırmaq 
və suya atmaq olmaz, meyitləri xüsusi daxmalarda qoyurlar, onların 
ətini quşlar və heyvanlar yedikdən sonra, sümüklər qablara yığılıb 
basdırılırdı. Zərdüştlüyün ən başlıca məbədləri Atropatenanın mər-
kəzi Qazaka şəhərində yerləşirdi. Zərdüştlük təkallahlı dinlər, xü-
susilə islam dini tərəfindən sıxışdırılmışdır. Hazırda ona inananlar 
130 min nəfərdir. Onların  ən böyük icmaları Hindistanda (parslar) 
və İrandadır (gəbrlər). 
 
4. Alban çarlığı 
 
Yunan tarixçisi Herodot Azərbaycanın  şimalında kaspilərdən 
bəhs edir. Kaspilər adı altında alban tayfaları da nəzərdə tutulurdu. 
Kaspilər e.ə. V əsrin əvvəllərində İran şahları I Daranın və Kserk-
sin Yunanıstana hərbi yürüşlərində  iştirak etmişlər.  Əhəmənilərin 
dövründə alban tayfaları vahid bir ad aitında birləşmişlər.Albanlar 

 
31 
26 dildə danışan tayfalardan ibarət idi. Xəzərin qədim adlarından 
biri də Alban dənizidir. Bir qrup tarixçilər alban tayfalarını Qaf-
qazdilli hesab edirlər. Onlardan müasir dövrdə yaşayan Qəbələ 
rayonun Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndində 
xınalıqları, Buduq kəndindəki buduqluları və b. göstərmək olar. Al-
banlar ucaboylu, ağbəniz və yaraşıqlı olmuşlar. O zaman Albani-
yada türkdilli və İrandilli tayfalar da yaşamışlar. 
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu 
ildə  Əhəmənilər imperiyası dağıldı.  E.ə. IV əsrin axırı-III  əsrin 
əvvəlində Müstəqil Albaniya dövləti yarandı. Albanlar İberiya 
(Gürcüstan) ilə  Xəzər dənizi arasındakı  ərazidə yaşamışlar. Alba-
niya dövləti  şimalda Qafqaz dağları, cənubda Atropatena, cənub-
qərbdə isə Ön Asiya ilə həmsərhəd idi. Albaniyadakı yaşayış məntə-
qələrinin sayı  İberiya və Atropatenadakı yaşayış  məntəqələrinin 
ümumi miqdarından çox olmuşdur. Albaniya dövlətinin  ərazisinə 
indiki Azərbaycan Respublikası ərazisi, Dağıstanın cənub rayonları 
və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur. 
Albaniya əhalisi arasında əmlak bərabərsizliyi (binaların fərq-
ləri, qəbir abidələri) var idi. Xristianlıq və islam dini qəbul edilənə-
dək dəfn zamanı  qəbirlərə geyim, qab-qacaq, əmək alətləri, silah, 
ərzaq, bəzək  şeyləri qoyulmuşdur. Varlı  və yoxsul qəbirlərini bir-
birindən asan fərqləndirmək olurdu. Albaniyada padşahdan sonra ən 
hörmətli adam Ay allahının kahinidir. O, müqəddəs əyalətə başçılıq 
edir, məbəd qulları da onun ixtiyarındadır.  Əhali 4 təbəqəyə bölü-
nürdü: padşah, ordu başçısı  və hakim 1-ci təbəqəyə, din xadimləri 
(kahinlər) 2-ci təbəqəyə, hərbiçilər və əkinçilər 3-cü təbəqəyə, təsər-
rüfatda işləyən adi adamlar isə 4-cü təbəqəyə daxil idi. Qul əmə-
yindən də istifadə olunurdu. 
Albanlar  əkinçilik, bağçılıq, üzümçülük, maldarlıqla məşğul 
olur, buğda, arpa, darı yetişdirirdilər. Şamaxıda və Qəbələdə şərab 
istehsal olunan emalatxanaların qalıqları açılmış və şərab saxlamaq 
üçün istifadə edilən iri küplər tapılmışdır.Taxıl iri xüsusi quyularda 
və saxsı küplərdə saxlanırdı. Taxılı qayıqvari dən daşları ilə, əl də-
yirmanları ilə, eramızın ilk əsrlərindən isə su dəyirmanları ilə üyü-

 
32
dürdülər. Bağçılıq və bostançılıq, üzümçülük və  şərabçılıq inkişaf 
etmişdir. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdir. Metalişləmə 
geniş yayılmışdır. Sənətkarlar müxtəlif növ silahlar (zireh, qılınc, 
xəncər, ox, nizə ucluqları),  əmək alətləri (balta, bıçaq, oraq, qayçı 
və s.), bəzək  şeyləri (üzük, sırğa, bilərzik, muncuq və s.) hazırla-
mışlar. Dulusçuluq inkişaf etmişdir. Gildən tikinti materialları 
(kirəmit, kərpic), müxtəlif qablar, insan və heyvan fiqurları hazır-
layır, bunları dulus kürələrində bişirirdilər. Mingəçevirdə çoxlu du-
lus kürələri aşkar edilmişdir. Eramızın ilk əsrlərind
əə
%

 
33 
ləri bir-birinə kömək edə bilməzlər. E.ə. 66-cı ilin dekabrında Kü-
rün sahilində qanlı döyüşdə Roma ordusu qalib gəldi. Pompey al-
banlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Albanlar roma-
lırarı izləyərək onlar üçün təhlükə yaratdılar. Buna görə də Pompey 
e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Onlar bir neçə albanı 
əsir alıb öldürməklə  hədələmiş  və  ən qısa yolla aparmağı  tələb et-
mişlər. Albanlar romalılarla Qanıx çayı yaxınlığında qarşılaşmışlar. 
60 min piyada və 12 min atlıdan ibarət qoşuna Oroysun qardaşı 
Kozis başçılıq edirdi. Pompey hiylə  işlədərək kiçik atlı  dəstələrini 
irəli çıxartdı, piyadaları isə onlardan arxada gizlətdi. Albanlar dər-
hal hücuma keçdilər, romalılar geri çəkilərək onları öz arxalarınca 
apardılar, sonra piyadalar albanları dövrəyə alaraq qırmağa başla-
dılar. Kozis Pompeyə nizə ilə zərbə endirdi, lakin Pompeyin zirehli 
geyimi onu ölümdən qurtardı. Pompey isə cavab zərbəsi ilə Kozisi 
ölümcül yaraladı. Sağ qalanlar meşədə gizləndilər, Pompey meşəni 
yandırdaraq onları qırdırdı. Appian yazır ki, romalılara qarşı qadın-
lar da vuruşurdular. Döyüşdən sonra albanların əsas qüvvələri Oroy-
sun başçılığı ilə dağlara çəkilmişdi. Pompey Oroysa romalıların dü-
şərgəsinə  gəlməyi tələb etdi. Oroys getmədi, lakin hədiyyələr və 
məktub göndərərək barışıq təklif etdi. Pompey barışığı  qəbul etdi. 
Az sonra ölkənin içərilərinə döğru hərəkət etdi, albanlar güclü mü-
qavimət göstərdilər. Pompey yürüşün təhlükəli olduğunu görərək 
Xəzərin sahilinə  qədər getmək niyyətindən  əl çəkdi və albanlarla 
sülh sazişi bağladı.  E.ə. 36-cı ildə romalılar yenidən  şərqə yürüş 
təşkil etdilər. Bu yürüşə Antoni başçılıq edirdi. Yürüşdə 100 min 
nəfər olan 13 legion iştirak edirdi. Antoni Parfiyanın təzyiqi altında 
geri çəkilib Misirə getdi. Bu zaman o, öz sərkərdəsi Kanidini 
Azərbaycanın cənub torpaqlarında saxladı. Bu yürüşdən sonra İbe-
riya və Albaniya romalılardan asılı olduqlarını  qəbul etdilər.  68-ci 
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin