İradə nuriyeva


şah qvardiyasından çıxmış qulamlar; 2. İri torpaq sahibləri



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

şah qvardiyasından çıxmış qulamlar; 2. İri torpaq sahibləri 
olan  şiə  təriqətli ali ruhanilər; 3. Mülki əyanlar; 4. Yerli əhə-
miyyətli əyanlar. 
Qızılbaş hərbi-feodal əyanları I qrupda mühüm yer tuturdular. 
Hərbi-feodal  əyanların II təbəqəsi qızılbaş tayfasından olmayan 
yerli türklərdən ibarət idi. III təbəqəsini  şah qulamları içərisindən 
çıxmış  hərbi sərkərdələr təşkil edirdilər. II qrupa ali ruhani təbə-
qəsinin nümayəndələri daxil idilər və  vəqf torpaqlarını idarə 
edirdilər. Bundan əlavə, ali şiə ruhani nümayəndələri mülki hüquqla 
xeyli  əraziyə malik idilər. Ruhanilərə  sədr başçılıq edirdi. O, 
ölkənin baş ruhanisi hesab edilir, şahın nəvvabı-müavini sayılırdı. 
Sədrlər vəqf sistemində böyük torpaq sahələri cəmləşdirib, dövlət 
miqyasındı  şiəliyi daha da geniş yaymaqla ölkədə öz təsirini 
gücləndirir və ictimai-siyasi həyatın inkişafına kömək edirdilər. 
Mülki işlərə baxılması tamamilə ruhanilərin  əlində idi. Onlardan 
şəriət məhkəmələrini aparan şeyxülislam, qazı  təyin olunurdu. III 
qrupa mülki əyanlar daxil idilər. Onların içərisində yerli türklərin 
xüsusi yeri vardı. Çoxu sonralar Səfəvi dövlətinin mərkəzi bürok-
ratiyasının sıralarına daxil olmuşdu. IV qrupa yerli torpaq sahib-
karları daxil idilər. Qarabağda və Şirvanda əyanların güclü mövqeyi 
vardı. Onların ali nümayəndələri məlik titulu daşıyırdı. 
XVII  əsrdə Azərbaycanda cəmiyyətin  əsas istehsalçısı  və 
istismar olunan təbəqəsi kəndlilər idi. Vergi verən əhali ümumi adla 

 
139 
rəiyyət  adlanırdı  və ayrı-ayrı qruplara bölünürdü. İş heyvanı, 
istehsal alətləri, toxumu olan, feodaldan aldığı torpağı özü becərən 
kəndli hampa adlanırdı. Bu kəndlilər cütlərin sayına görə ayrı-ayrı 
bölgələrdə daha kiçik dərəcələrə bölünürdülər.  İstehsal alətləri 
olmayan kəndlilər II qrupa aid idilər. Təsərrüfatsız və yardımçı 
kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və 
məşğuliyyəti olmayan yoxsul kəndlilər əkər adlanırdı və daha çox 
istismar olunurdu. Azərbaycanda  oturaq təsərrüfatla  yanaşı, 
yaylaq və qışlaqla bağlı olan köçmə təsərrüfatlar da vardı. Bunlar 
əsasən maldarlıqla məşğul olan elatlar idilər. Köçmə  təsərrüfatla 
məşğul olan əhali patriarxal formada istismar olunurdu. Elatlar 
orduda qulluq etməli, hərbi yürüş elan edilən vaxt hər tayfa məlum 
sayda ümumi süvari qoşun verməli idi. Hər tayfanın mövqeyi onun 
verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. Köçmə  təsər-
rüfatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verirdi. 
XVII əsrin ortalarından başlayan məhsuldar qüvvələrin inkişafı əs-
rin sonunda geriləmə ilə  əvəz olundu. Azərbaycan kəndlisindən 
alınan vergilərin sayı 35-ə çatırdı. Onlardan alınan torpaq və  gəlir 
vergisi-malcəhət, bəhrə, xərac verginin əsas hisəsi sayılır, natura 
ilə ümumi məhsulun 1/5, 1/3 hissəini təşkil edirdi. Bu vergidən 
1/10-i torpaq sahibkarlarına, 2/10 dövlətə çatırdı.  Bağbaşı-məh-
sulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanların 
otarılmasına görə alınırdı. Dəhyek (1/10)-bu vergi götürülən gəlirin 
10%-i miqdarında alınırdı. Cüftbaşı (cütpulu)-əkib-becərmək üçün 
1 cüt qoşqu vasitəsi olanlardan alınırdı.  Dəzgahbaşı-hər toxucu 
dəzgahın istehsal etdiyi məhsuldan alınan vergi idi. İxracat-ümumi 
və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi. 
Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və  əyanların 
tələbatını ödəmək üçün alınırdı. Ot-alafa-yük heyvanları, atlar üçün 
alınırdı.  Ulafa bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün 
alınırdı. Bu 2 vergi bəzən pul ilə alınırdı. Sonralar alafa “at arpası” 
adlındırılırdı.  Künəlgə-əyanların kəndlinin evində qalmaq hüququ 
idi.  Əvrəz-daimi olmayan vergi idi, natura, yaxud mükəlləfiyyət 
icra etməklə ödənilirdi. Rüsum dövlət canişinləri və ruhanilər üçün 

 
140
natura ilə alınan vergiyə deyilirdi. Səvari-əhalinin hakim sülalənin 
üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə (ya Novruz 
bayramı münasibətilə) tanınmış adamlara göndərilən hədiyyə idi-
növruzi  adlanırdı.  Tərh-dövlətə  və ya feodala lazım olan malın 
bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz-hakimiy-
yətin nisbətən aşağı pilləsində xidmət edən  şəxslər üçün verilən 
vergi idi. Cizyə-xristianlardan alınırdı. Kəndlinin feodal və ya döv-
lətin nəfinə zorla, havayı işləməsi biyar adlanırdı. Biyardan suvar-
ma şəbəkəsində və dövlətin digər işlərində geniş istifadə olunurdu. 
Bütün ailə üzvləri növbə ilə ildə 2 gündən 6 günə  qədər biyara 
getməli idi. Tüstü pulu və s. alınırdı. Bütün bunlar əhali içərisində 
narazılığa səbəb olmuşdu. 
XVII əsrin ortalarından başlayaraq şəhərlər yenidən keçmişdə 
olduğu kimi, sənətkarlıq, ticarət, mədəniyyət mərkəzlərinə 
çevrilməkdə idi. 60-70-ci illərdə  Təbriz öz ərazisinə, zənginliyinə, 
ticarətinə  və  əhalisinin sayına görə 2-ci şəhərə çevrilmişdi.  Əha-
lisinin sayı 500 minə çatırdı, 47 mədrəsə, 600-ə qədər ibtidai mək-
təb, 320 məscid,  Əlişah məscidi kompleksi (qacarlar dövründə 
qalaya çevrildiyindən Ərk adland.), 200-ə yaxın karvansara, 7 min 
dükan var idi. Gəncə  ən iri şəhərlərdən biri sayılırdı. 1667-ci il 
yanvarın 4-də  Şamaxıda baş vermiş  zəlzələdə  əhalinin 70 mindən 
çoxu həlak oldu. Lakin şəhər bərpa edildi. Şamaxıda ipək toxuyan 
emalatxanalar işləməyə başladı.  Şəhərin yaxınlığında Mücü kən-
dində ipəksarıyan və ipəktoxuyan dəzgahlar hazırlanırdı. Bakı 
şəhər-qala idi. Bakı kvadrat formada olub, iç-içə qaladan ibarət idi. 
Şəhərin qərbində minarəsiz məscid vardı. 3 yerdən darvazası vardı. 
Liman  şəhər kimi məşhur idi. Tranzit ticarətində mühüm rol 
oynayırdı.  Ərdəbil  şəhəri ticarət yolu üzərində yerləşir, külli miq-
darda xam ipək istehsal edir, beynəlxalq ticarətdə mühüm yer 
tuturdu. Dərbənd coğrafi mövqeyinə görə hərbi şəhər idi. Marağa öz 
meyvələri, üzüm bağları ilə  məşhur idi. Müqəddəm tayfası Ma-
rağada yerləşəndən sonra əhali vergilərdən azad edilmişdi.  Əsrin 
ortalarında Marağada 7 min ev var idi. Əhər öz təbii zənginliyi və 
inkişaf etmiş  əkinçiliyi ilə tanınırdı. Naxçıvanda 5 karvansara, bir 

 
141 
neçə hamam, ticarət mərkəzi, qəhvəxana, 2 min ev vardı. Əsrin so-
nunda Naxçıvanın iqtisadi, ticarət və  mədəni həyatı  zəifləmişdi. 
Ordubadın b. şəhərlərlə, həmçinin xariclə geniş ticarət və digər 
əlaqələri vardı. Culfanın həyatı XVII əsrdə müharibələr nəticəsində 
faciəli olmuşdu. Əsrin 60-cı illərində əhali şəhərin yalnız şimal-qərb 
hissəsində məskunlaşmışdı. 70-ci illərdə cəmi 30 ev qalmışdı. 
XVII  əsrin II yarısında Azərbaycanda  şəhər  əhalisinin  sosial 
tərkibi  aşağıdakı qruplara bölünürdü: 1.Feodal zümrəsi, hərbi 
feodallar, mülki bürokratiya, ali ruhani, iri, orta və kiçik 
torpaq sahibləri. 2.Ticarətlə  məşğul olan iri, orta və kiçik 
tacirlər. 3.Sənətkarlar. 4.Şəhərətrafı torpaqların becərilməsi və 
maldarlıqla məşğul olan əkinçilər. 
Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylər-
bəyinin əlində idi. Hər bir şəhər mərkəzi hakimiyyətin, yerli torpaq 
sahibliyinin səlahiyyətini öz əlində  cəmləşdirən mülki bürokratiya 
fəaliyyət göstərirdi. Bu 2 təbəqə kübarlar adlanırdı. Ali din xadim-
lərinin sərəncamında vəqf qəyyumu kimi bütöv kəndlər, su 
mənbələri və s. vardı. Feodal zümrəsi içərisində say hesabı ilə yerli 
əyanlar üstünlük təşkil edirdilər. Bu təbəqə ölkənin idarə olunma-
sında həlledici rol oynayırdılar.  Şəhərdə  sənətkarlar və tacirlər də 
mühüm yer tuturdular. Tacirlər həmişə həm mərkəzi, həm də yerli 
hakimiyyətin möhkəmlənməsini istəyirdilər. Sənətkarlar  şəhər 
əhalisinin təbəqələri içərisində çoxluq təşkil edirdilər.  Şəhərlərin 
əkinçi  əhalisi maldarlıqla məşğul olurdu. Şəhərin başında bəylər-
bəyi, xan və sultan rütbəsi olan hakim, həmçinin məlik dururdu. 
Maliyyə  işlərinin qaydaya salınması, dövlət xəzinəsinin doldurul-
ması  vəzirin səlahiyyətinə daxil idi. Vəzir dərəcə etibarılə  bəylər-
bəyidən aşağı olsa da müstəqil fəaliyyət göstərirdi. O, mərkəzi 
hakimiyyət tərəfindən təyin edilirdi və birbaşa ona tabe idi. Darğa 
şəhərdə asayişi qoruyur, şəriət normalarına riayət olunmasına 
nəzarət edir, hakim təbəqələrin göstərişlərinə əməl edirdi. Məhkəmə 
işlərinə bir qayda olaraq qazı baxırdı. Bəzi  şəhərlərdə qazının 
vəzifəsini rütbəcə ondan yuxarı olan şeyxülislam yerinə yetirirdi. 
Böyük  şəhərlərdə  məhkəmə  işlərinə  hər ikisi baxırdı. Sənətkar və 

 
142
tacir təbəqəsinə vergi qoyulması, daxili problemlərin qaydaya 
salınması ilə kələntər məşğul olurdu. Sənətkarlıq və ticarətin hər bir 
sahəsində ona naib kömək edir di. Azərbaycanda ayrı-ayrı  sənət-
karlıq məmulatlarının hazırlanması üzrə ixtisaslaşma gedirdi. 44-
dən çox sənət və peşə növü vardı. Yeni istehsal sahələri-çini qablar 
və pəncərə şüşəsi istehsalı yaranır, odlu silah istehsalı genişlənirdi. 
Onlarla müxtəlif növ parçalar toxunurdu. Şirvan xam ipək 
istehsalında Yaxın və Orta Şərqdə Gilandan sonra II yer tuturdu. 
Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə  də hasil 
edilirdi. Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Marağa, Ərəş, Mərənd, 
Xoy, Ordubad da əhəmiyyətli toxuculuq mərkəzləri hesab 
olunurdular. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məx-
mər, atlaz, nazik ipək parçalar, qumaş, çalma, Ərdəbil tafta, darayı, 
kələğayı, adi və  zərbaf çadralar, Bakı qumaş parçalar hazırlan-
masında ixtisaslaşmışdı. Xarici bazarlarda əla Quba xalçalarına 
tələb vardı. Abşeron, Qarabağ, Naxçıvan da bu sahədə geri qal-
mırdı. Polad, mis, qızıl, gümüş  məmulatı istehsalında Azərbaycan 
ustaları dünya şöhrəti qazanmışdılar.  Şamaxı  və Lahıcda mis 
məmulatı, silah və zirehli geyimlər hazırlanırdı. Ağacişləmədə daha 
çox nəzərə çarpan nəccarlıq (ərəb. dülgər, xarrat) idi. Ərdəbildə, 
Şəkidə ipək parçalar, ipək tikmələr, ipək və yun qurşaqlar, mis 
qablar, ağacdan  şəbəkə,  əmək alətləri, məişət  əşyaları  və s. 
hazırlanırdı. Gəncə yaxınlığında hasil edilən misdən yerli ustalar 
naxışlı qab-qacaq düzəldirdilər. Sənətkarlar 3 qrupa bölünürdü: 1. 
Fərdi fəaliyyət göstə rənlər; 2. Xüsusi təşkilatlarda birləşənlər; 3. İri 
feodal emalatxanalarında işləyənlər. Hər bir sənətkar sənət vergisi 
ilə yanaşı,  şəhər  əhalisinin aşağı  təbəqəsi kimi vergi verməli, 
mükəlləfiyyətlər daşımalı idi. Təbrizdə 15 min dükan vardı. Oradakı 
bazar bütün Asiyada ən böyük bazar idi-“Qeysəriyyə” bazarı. 
Naxçıvan, Ərdəbil, Bakı, Ordubad şəhərlərində ticarət də müstəsna 
rol oynayırdı. Həftədə bir dəfə alver həftəbazarda gedir. Böyük 
hərbi  əməliyyatlar aparılan vaxtlarda ordubazarlar təşkil olunurdu. 
Ordubazarlarda asayişə ordubəyi nəzarət edirdi. Burada malların 
qiyməti sülh vaxtı başqa bazarlardan yüksək olurdu. Qələbə qaza-

 
143 
nılanda ticarət qarət hesabına varlanır, məğlub olanda isə mallarını 
itirirdilər. Karvansaralar xarici ticarətin mərkəzləri hesab olunurdu. 
Burada topdansatış ticarət əməliyyatları aparılırdı. Bu karvansaray-
darın icazəsilə aparılır və xüsusi dəftərlərdə qeyd olunurdu. Karvan-
saraydar ticarətin qayda-qanunla aparılmasına,  əmtəənin keyfiyyə-
tinin, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılaşdırılmış 
qiymətlə  rə  nəzarət edirdi. Hər ticarət  əməliyyatının ümumi məb-
ləğinin 2%-i onun zəhmət haqqını təşkil edirdi. Böyük karvansarada 
hər bir tacir hücrə adlanan yer və anbar icarəyə götürürdü. Burada 
qonaq evləri  də mövcud idi. İri  şəhərlərdə karvansara və qonaq 
evləri birləşdirilirdi. Xarici tacir öz hücrəsi və anbarla yanaşı yaşaya 
bilərdi. Osmanlılar Azərbaycandan cins atlar və dəvələr almağa çox 
maraq göstərirdilər: Marağa, Mərənd, Qarabağ  və Muğanda ye-
tişdirilən minik və yük atları. Osmanlılar Azərbaycan ipəyini, boyaq 
maddələrini, toxuculuq məmulatlarını avropalılara satmaqla xeyli 
gəlir götürürdülər. Azərbaycan tacirləri İtaliya və b. Avropa ölkələri 
iqtisadi  əlaqələr yaratmaq üçün Osmanlı tranzit ticarət yolundan 
istifadə edirdilər. Məhsullar  İstanbul,  İzmir, Hələb  şəhərlərinə da-
şınır, oradan isə dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər 
Avropanın  Şərq ölkələri ilə tranzit ticarətində  “göndərmə  mən-
təqələri” idi. Azərbaycanla Hindistan arasında ticarət  əlaqələri 
yaradığına görə  multanı-hind tacirləri ticarət həyatında xüsusi 
mövqe tuturdular. Abşeronun Suraxanı kəndində hindlilərin xüsusi 
atəşpərəstlik məbədi  vardı. Hind malları Volqa-Xəzər yolu ilə 
Rusiya və Avropaya aparılırdı. Bakı, Şamaxı, Təbriz, Ərdəbil ticarət 
daşımalarında mühüm rol oynayırdılar. Həştərxan vasitəsilə 
Azərbaycanla Şərqi Avropa şəhərləri arasında daimi ticarət əlaqələri 
yaranmışdı.  Şərqi Avropa ölkələrindən tacirlər dəniz yolu ilə 
Dərbəndə, sonra duz və neft satışında liman şəhəri olan Bakıya 
yollanırdılar. Sonra İrandan keçib cənuba, oradan da Hindistana 
gedirdilər. Səfəvi dövlətində 15-20 min hind taciri fəaliyyət 
göstərirdi. 80-cı illərdə Şamaxıda 200-ə yaxın hind taciri yaşayırdı. 
Şamaxıdan Hindistana çoxlu xam ipək, ipək parça, Bakıdan qara və 
ağ neft, Abşeronda yetişdirilən zəfəran aparılırdı. 

 
144
XVII  əsrin 2-ci yarısında nominal pul vahidi dinar (tər-
kib.~2,4 q qızıl) idi. I Şah Abbas dövründə buraxılan və “abbasi” 
adlandırılan pul vahidi (çəkisi 2 misqal-4,64 q təmiz qızıl, dəyəri 
200 dinar-2 misqal təmiz gümüş) dövriyyədə qalmaqda idi. XVII 
əsrin 2-ci yarısında Azərbaycanda aşağıdakı sikkələr işlənmişdir:1. 
Abbasi-200 dinar dəyər.; 2.Mahmudi-100 dinar; 3.Şahı-50 
dinar; 4.Bisti (fars. “20”, 20 dinara = gümüş sikkə); 5.Qazıbəyi-
Şirvanşah Sultan Məhəmməd Qazinin şərəfinə-mis pul-5 dinar.1-ci 
4 sikkə qızıl və gümüşdən, qazıbəyi isə misdən hazırlanırdı. Gümüş 
pulların üzündə ortada “Allahdan başqa Allah yoxdur. Məhəmməd 
onun elçisi, Əli isə nümayən dəsidir”sözləri yazılırdı. Bu sözlərin 
ətrafında 12 imamın adları  həkk edilirdi. Pulun arxa üzündə haki-
miyyətdə olan şahın adı, sikkənin kəsildiyi yer və tarix göstərilirdi. 
Xırda mis sikkə lərin üzündə doğan günəş əks olunur, arxa üzündə 
isə sikkənin kəsildiyi yer, tarix göstərilirdi. XVII əsrin son onil-
liyində ölkəyə  gətirilən xarici ticarət də  tənəzzülə  uğramışdı.  Pul 
böhranı Səfəvi dövlətini sarsıdan səbəblərdən biri idi. Dövriyyəyə 
çoxlu  qəlp pul daxil olmuş, ölkədə  əmtəə mübadiləsi acınacaqlı 
vəziyyətə düşmüşdü. XVII əsrin sonunda Azərbaycan iqtisadiy-
yatının bütün sahələri dərin tənəzzül dövrü keçirirdi. Fırıldaqçılıq və 
dövlət aparatındakı vəzifəli şəxslərin pul hərisliyi, satqınlığı kütləvi 
hal almışdı. Bu durğunluq və tənəzzül çox uzun çəkmiş və ictimai 
həyatın bütün sahələrinə  mənfi təsir etmişdi. Azərbaycanın cənub 
torpaqlarında suvarma sisteminin əsas mənbəyi olan yeraltı kanallar 
şəbəkəsi-kəhrizlər 400 dəfə azalmışdı. Ticarət və  sənətkarlıqla 
məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın 
həcminin azalmasına gətirib çıxarmışdı.  Sikkələrin xarab olması, 
qızıl və gümüş pulların dövriyyədən çıxması  Səfəvilər dövləti 
hüdudlarında ticarətin,  əmtəə mübadiləsinin inkişafı üçün əngələ 
çevrilmişdi.  Şəhər iqtisadiyyatındakı  tənəzzül Azərbaycan ictimai, 
siyasi həyatında dərin böhrana səbəb olmuş  xəzinənin, ayrı-ayrı 
feodal  əyanların gəliri azalmışdı. Hökumət  əhalidən yığılan 
vergiləri 3 qat artırmışdı. XVII əsrdən etibarən Avropanı Asiya ilə 
birləşdirən və Afrika ətrafından keçən dəniz yolunun kəşfi ilə 

 
145 
əlaqədar qədim  İpək yolu öz əhəmiyyətini tədricən itirirdi. XVII 
əsrin 2-ci yarısında istismar olunan xalqın hakim təbəqənin zülmünə 
qarşı mübarizəsi müxtəlif formalarda özünü göstərirdi. Bəzən 
mübarizə üsulu dini xarakter daşıyır, xalq azadlıq hərəkatı şəklində 
cərəyan edirdi, ya da qiyama çevrilirdi. Əhali kəskin ərzaq qıtlığı ilə 
üzləşmişdi. “Oğurluq” və qarət artmış, varlıların taxıl anbarlarına 
hücumlar çoxalmışdı. 1667-ci ildə Çuxursəd bəylərbəyiliyində 2 il 
ərzində maaşları ödənilməmiş Qacar və Bayat tayfalarından olan 
döyüşçülərin üsyanı baş verdi. Üsyançılara davam gətirə bilməyən 
bəylərbəyi Səfiqulu xan qalaya sığındı. Lakin şahın təyin etdiyi 
bəylərbəyi bu üsyanı amansızcasına yatırmağa nail oldu. 
 
 

 
146
 
IX FƏSİL 
AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA 
 
Plan: 
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində. 
2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri. 
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə. 
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda İran əsarətinə qarşı 
mübarizə. 
 
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü  
və süqutu şəraitində 
 
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin 
iqtisadi və siyasi böhran keçirirdi. Bəzi bəylərbəyilər və b. iri fe-
odallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər. 
Azərbaycan xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Əhalinin və 
onun  əmlakının siyahıya alınması  (1699-1702) nəticəsində ölkədə 
toplanan vergi və mükəlləfiyyətlərin sayı artıtılmış, bu da xalqın 
var-yoxdan çıxmasına səbəb olmuşdu. Feodal istismarının güclən-
məsi geniş xalq kütlələrinin müqavimətinə  səbəb oludu. Azərbay-
canda ilk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Balakən bölgəsində, 
daha sonra Təbrizdə və Muganda kəndli çıxışları baş verdi. 1711-
ci ildə Car camaatı  Şamaxı  şəhərinə hücum edib Səfəvilər döv-
lətinin Azərbaycandakı inzibati mərkəzinə od vurmaq qərarına gəl-
dilər. Şirvanlılar da silaha əl atdılar, Muğan əhalisi birinci olaraq 
mərkəzi hakimiyyətdən üz döndərdi. Azərbaycanın cənubunda və 
şimal-şərqində, habelə  Cənubi Dağıstanda  Səfəvi hakimiyyətinə 
qarşı ciddi çıxışlar oldu. 1709, 1711-ci illlərdə  Təbrizdə, 1709-
1715-ci illərdə Soucbulaq və Muğanda da xalq şah zülmünə qarşı 
çıxdı  (8, s. 501). Şirvan mübarizənin mərkəzinə çevrildi. Müşkür 
mahalının  Dəbəli kəndindən olan Hacı Davudun başçılıq etdiyi 
üsyançılar Dərbənd, Şirvan və Xudata hücum etdilər, lakin 1719-

 
147 
cu ildə xalq hərəkatı yatırıldı  və Hacı Davud həbs edildi. 1720-
1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə 
yenidən qızışdı (8, s. 501). Həbsdən qaçan Hacı Davudun Şirvanda 
və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya 
etdiyi müraciəti cavabsız qaldı. Hacı Davud Dağıstan feodalı-
Qazıqumuxlu  Surxay xanın köməyi ilə  1720-ci ildə  Şabranı  və 
Xudat qalasını tutdu. 1721-ci il avqustun 10-da Şamaxını  ələ 
keçirdi.  Şamaxıdakı xarici tacirlərlə yanaşı rus tacirlərinə  də  zərər 
dəydi, bəziləri öldürüldü. 1722-ci il martın 8-də əfqanlar İsfahan 
yaxınlığında  şah qoşununu  əzərək  şəhəri tutdular. Sultan Hüseyn 
başda olmaqla bütün Səfəvi xanədanı həbsə alındı, şahın böyük oğlu 
Təhmasib Astarada qaçmağa imkan tapdı  və özünü II Təhmasib 
adı ilə şah elan etdi. Bu vaxt Rusiya və Osmanlı dövlətləri Qafqazda 
hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular. 
 
2. Azərbaycan uğrunda Rusiya, İran  
və Osmanlı çəkişmələri 
 
I Pyotrun Xəzəryanı bölgələrə yürüşü.  XVIII  əsrin  əvvəl-
lərinə qədər Rusiya hərbi təcavüz üçün qüvvəsi olmadığından Azər-
baycana qarşı yalnız iqtqsadi siyasət yeridirdi. Lakin bu siyasətin 
az əhəmiyyətli olduğunu başa düşən I Pyotr (1689-1725) Xəzəryanı 
bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər-Volqa yolu ilə Şərq-
Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı düşünürdü. 
I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək, 
Cənubi Qafqazda möhkəmlənmək idi. Ona görə də 1722-1723-cü 
illər kampaniyasında hətta Təbrizə  və Azərbaycanın digər bölgə-
lərinə  də yürüş  nəzərdə tutulurdu. 1721-ci il avqustda  Şirvan üs-
yanı zamanı  Şamaxını  ələ keçirən Hacı Davud və Surxay xanın 
adamlarının rus tacirlərini öldürmələri I Pyotrun qərarını qətiləşdirdi 
(9, s. 173). I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi 
düşməni elan etdi. Hacı Davud kömək üçün Osmanlı sultanı III 
Əhmədə müraciət etdi, sohra isə İstanbula gəlib özünün Şirvan ha-
kimi təsdiq olunması üçün razılıq aldı. Lakin Rusiya işğalçılıq 

 
148
niyatində idi. Əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xam-
malına böyük ehtiyacı vardı. 2, Rusiya osmanlıların Cənubi Qafqaz-
da, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdinin qarşısını almağa 
çalışırdı. 1722-ci ilin martında əfqanlar İsfahanı tutub, şah Sultan 
Hüseyni taxtdan saldıqdan sonra Rusiya fəallaşdı və iyunun 18-də 
Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana yürüşə başladı. I 
Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə 
məqsəd onları  müsəlman zülmündən xilas etməkdir.  1722-ci il 
iyunun 15-də Azərbaycan dilində  “Bəyannamə”  nəşr etdirib 
Şirvana göndərdi: 1) Səfəvilərə qarşı qiyam edənləri, rus tacirlərini 
öldürənləri cəzalandıracaq; 2) Osmanlıların bu bölgəni tutmalarının 
qarşısını alıb, Səfəvi hakimiyyətini bərpa edəcək (8, s. 503; 10, s. 
473)). 
I Pyotrun bu bəyannaməsi  əhalinin bir qisminin Rusiyaya 
meylinə səbəb oldu. 1722-ci il avqustun 23-də Dərbənd şəhərinin 
naibi  İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Bu vaxt:  
1) Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə  təhlü-
kəsinin yaranması; 2) Osmanlı dövlətinin rus qoşunlarının Xəzərya-
nı bölgələrə soxulmasına kəskin etiraz etməsi; 3) dağlarda qoşun 
toplayan Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa 
hazırlaşması I Pyotru, Bakının işğalını M.Matyuşkinə tapşıraraq 
Peterburqa qayıtmağa məcbur oldu (3, s. 394-395). 1722-ci ilin de-
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin