Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər
torpaqlar Osmanlı hakimiyyəti altına düşdü. Xalxal, Ərdəbil,
Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycan tor-
paqları ilə yanaşı, Səfəvi imperatorluğuna daxil olan Şərqi Gür-
cüstan, habelə İranın qərb vilayətləri də Osmanlı imperator-
luğunun tərkibinə qatıldı. Azərbaycanın cənub-şərq vilayətləri
Qəzvinə tabe idi. Ərdəbil xüsusi idarəetmə hüququ daşıyırdı. 1593-
cü ildən qızılbaşlara tabe edilən Azərbaycanın-Zəncan, Xalxal,
Ərdəbil, Qaracadağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən
və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan
bəylərbəyiliyində birləşdirildi. 1595-ci ilə qədər bəylərbəyiliyin
qoşunu 10 min idi və Azərbaycan qoşunu adlanırdı. XVI əsrin so-
nuna yaxın Səfəvi dövlətinin qarşısında 3 vacib məsələ dururdu:
1) şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün
Şeybanilər dövlətini əzmək və Xorasanı geri almaq; 2) 1578-
1590-cı illərin müharibələrində Osmanlılar tərəfindən işğal
olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq; 3) İran kör-
fəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind
okeanına çıxış əldə etmək. I Şah Abbas 1599-cu ildə Şeybaniləri
məğlub etdi və Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qay-
tardı, öz təsirini Mavəraənnəhrə yaydı. Avropa dövlətləri Səfəvi-
lərin Osmanlı imperatoluğu ilə toqquşmasına maraq göstərirdilər.
Osmanlıların Azərbaycandan çıxarılmasında Rusiya da maraqlı idi.
Çünki Osmanlılar Azərbaycanın Xəzəryanı bölgələrini əldə sax-
layır, bu da Volqa-Xəzər yolu ilə ticarətdə müəyyən əngəl törədirdi.
1603-cü il sentyabrın 14-də I Şah Abas Azərbaycana yürüşə
başladı. 1603-cü il oktyabrın 21-də Təbriz tutuldu. Səfəvi ordusu
129
Azərbaycanın şimalına irəlilədi. Ordubad əhalisi üsyan qaldırmışdı.
Ordubadlı Hacı Qəssab şahın göstərişi ilə, əhalinin köməyi ilə
Ordubad qalasını tutdu. Culfa və Naxçıvan tutulduqdan sonra
1603-cü ilin noyabrında İrəvan qalası mühasirəyə alındı və 1604-
cü ilin avqustunda tutuldu. İrəvanın idarə edilməsi Əmirgünə xan
Qacara, Naxçıvan isə Maqsud Sultan Kəngərliyə tapşırıldı. I Şah
Abbas Osmanlı qoşununa qarşı ənənəvi “ yandırılmış torpaq”
taktikasını tətbiq etdi: Arazın sol sahili dağıdıldı, əhali köçürüldü,
daşınması mümkün olmayan hər şey məhv edildi. Bununla da
Cənubi Qafqazda yaşayan əhalinin köçürülməsinə başlandı. Əhali
zorla İsfahana, Mazandarana və b. vilayətlərə köçürüldü. Bu kö-
çürmə “böyük sürgün” adını aldı (3, s. 279-280). Şahın əmri ilə
yaşayış məntəqələri dağıdıldı. Culfa tranzit ticarət yolundan Av-
ropaya gedən karvan yolu Osmanlı imperatorluğundan keçirdi. Ona
görə də I Şah Abbas Avropa-Asiya ipək ticarəti yolunu cənuba,
İran körfəzi limanlarına köçürmək və qızılbaş ipəyini Afrika
ətrafından dənizlə Avropaya daşımağı qərara aldı. Məhz İran-
ingilis tacirlərinin mənafeyi üçün Culfanın əhalsini İsfahana,
Naxçıvan əhalisi isə Dizağa (Qarabağa) köçürüldü. Naxçıvan və
İrəvan talan edildiyindən, Osmanlı qoşunu qışlamaq üçün Vana qa-
yıtmağa məcbur oldu. 1605-ci ilin yazında Şirvanın xeyli hissəsini
Səfəvi və gürcü birləşmiş qüvvələri tutdu. I Şah Abbas Vanda olan
türk qüvvələrini dəf etmək üçün Təbrizdə yeni qala tikdirdi. 1605-ci
ildə Allahverdi xanın başçılığı ilə Vana 30 minlik qoşun göndərdi.
Osmanlılar darmadağın edildilər. I Şah Abbas yeni hücumlarını dəf
etmək üçün onların yolu üzərindəki bütün yaşayış məntəqələrinin
dağıdılmasını, sakinlərinin uzağa köçürülməsini, ərzağın, alafın,
yanacağın yandırılmasını əmr etdi. Osmanlı paşası Ciqaloğlu II dəfə
Azərbaycana daxil oldu. 1605-ci ilin noyabrındakı döyüşdə sayca
üstün olan Osmanlılar məğlub oldular. I Şah Abbas 1605-1606-cı
ilin sərt qışında Gəncəni 4 ay mühasirədə saxladıqdan sonra 1606-
cı ilin iyununda Gəncə tutuldu. Müharibələr nəticəsində əkib-
becərmək mümkün deyildi və I Şah Abbas qoşunu ərzaqla təmin
etmək üçün Qarabağa başqa yerlərdən 20 min xalvar (7 min ton)
130
taxıl gətirilməsi barədə fərman verdi. I Şah Abbas sülh yolu ilə
Şamaxını təhvil verməyi təklif etdi, lakin rədd edildi. 1607-ci ilin
iyununda Şirvan azad edildi, Zülfüqar xan Şirvana, Çıraq Sultan
Ustaclı isə Dərbənd və Şabrana hakim təyin edildi.
Səfəvi-Osmanlı müharibələrinin nəticələri. 1607-ci ilin
yanvarında Bakıda üsyan baş verdi. Şah bu münasibətlə osman-
lılardan ələ keçirdiyi qənimətləri üsyançılara verdi. 1607-ci il mar-
tın əvvəllərində Dərbənd qalası əhali tərəfindən tutuldu və Şah
onları bütün vergilərdən azad etdi. Beləliklə, 1603-1612-ci illərin
Səfəvi-Osmanlı müharibələrinin I mərhələsi Səfəvilərin tam
qələbəsi ilə başa çatdı. Bütün Azərbaycan, Şərqi Gürcüstan,
qismən də Dağıstan yenidən Səfəvi dövlətinin tərki binə qatıldı.
1612-ci il oktyabrın 17-də Sərab şəhərində Osmanlı dövləti ilə
müqavilə bağlandı- 1555-ci ilin sülhü bərpa edildi. Lakin osman-
lılar bir sıra şərtlər irəli sürdülər- Səfəvilər rusların tikdiyi Terek
(Tərki) qalasının dağıdılması barədə sultanın əmrinə mane
olmamalı idilər. Bu Səfəvi və Rusiya ittifaqına mane olmaq üçün
irəli sürülürdü. Osmanlı dövləti Azərbaycanın, Şərqi Gürcüs-
tanın, habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olma-
sını rəsmən tanıdı. Tezliklə 1612-ci il sülhü pozuldu. Şah Abbas
1613-cü ilin oktyabrında Azərbaycanın şimal vilayətlərinə və
Gürcüstana yürüşə başladı. Sultan I Əhməd 1612-ci il müqaviləsini
pozaraq 1616-cı ilin yazında yenidən Səfəvilərlə müharibəyə
başladı (3, s. 285). Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı
mühasirəyə aldı, lakin sərt qış, xəstəlik və ərzaq qıtlığı onları geri
çəkilməyə məcbur etdi. 1618-ci ilin yazında osmanlılar Di-
yarbəkirdən Azərbaycana, osmanlılarla birlikdə Krım xanı Canıbəy
Gəray xanın başçılığı altında Krım türklərinin 15 minlik qoşunu da
hərəkət etdi. Sərab vilayətində, Sınıq körpü adlı yerdə döyüş baş
verdi. Osmanlılar ağır zərbə aldılar. Onlar sülh danışığına baş-
ladılar. 1618-ci ilin sentyabrında Mərənddə I Şah Abbasla Os-
manlı Xəlil paşa arasında sülh müqaviləsi imzalandı. Mərənd sülhü
tezliklə Səfəvilər tərəfindən pozuldu. Şah Abbas 1622-1623-cü
illərdə Bağdadla birlikdə İraqı ələ keçirdi.
131
I Şah Abbasın nəvəsi I Şah Səfi (1629-1642) Səfəvi Rüstəm
xanı Azərbaycan bəylərbəyi və Təbrizin hakimi təyin etdi. 1634-cü
ilin yayında Sultan IV Murad böyük qoşunla hücum edərək İrə-
vanı və Təbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması,
qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları
Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan
qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi
İraqda davam etdi. 1638-ci ilin dekabrında Bağdad tutuldu. 1639-
cu il mayın 17-də Qəsri-Şirində Osmanlı imperatorluğu ilə Səfəvi
dövləti arasında 1555-ci il Amasiya sülhünün şərtlərini təsdiq edən
sülh müqaviləsi imzalandı və XVIII əsrin I rübünə kimi qüvvədə
qaldı (3, s. 288-289).
Cəlalilər hərəkatı. Koroğlu. Osmanlılara qarşı yeni müba-
rizə dalğası- Cəlalilər hərəkatı XVI əsrin 90-cı illərində Şərqi
Anadoluda başlandı. İştirakçılar Qərbi Azərbaycan kəndlilərindən,
Osmanlı, Şərqi Anadolu və İraq qaçqınlarından təşkil olunmuşdu. I
Şah Abbas onların gücündən istifadə etmək istəyirdi, həm də
cəlalilərdən ehtiyat edirdi. Cəlalilər və onların başçıları şahdan
gözlədikləri imtiyazı əldə edə bilmədilər. Ona görə də onların bir
hissəsi 1610-cu ilin ortalarında Anadolu cəlalilərinin hamısı Hacı
Məhəmmədin və Qara Səidin başçılığı ilə Səfəvilər dövlətini tərk
etdilər. Qalan dəstə I Şah Abbasa sadiq qaldı, bir qismi isə Böyük
Divanın şəxsi xidmətçi korpusu ilə birləşdi. Cəlali dəstə başçıların-
dan ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Salmas yaxınlı-
ğındakı Xarabaqala Koroğlu tərəfindən tikdirilmişdi. Naxçıvan
ərazisi, Salmas və Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi
yerlər kimi təsvir olunur. Koroğlunun məskəni olan Çənlibel
qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Cəlalilərin
ayrı-ayrı dəstə başçıları-Dəli Həsən, Gizir oğlu Mustafa bəy, Kosa
Səfər, Tanrı Tanımaz və Abaza paşa xüsusilə fərqlənirdilər. 60
nəfərin içərisində Gizir oğlu adı şərəfli yer tutur.
132
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi
və mədəni həyatı
İqtisadi həyat. Kənd təsərrüfatı. Şəhərlər. Əhalinin əsas
məşğuliyyəti əkinçilik idi. Oturaq maldarlıq, bağçılıq və bostançılıq
da mühüm yer tuturdu. Azərbaycanda 7 növ pambıq yetişdirilirdi. 5
torpaq mülkiyyət forması və əlavə kənd icmasının ( camaatın)
istifadə etdiyi torpaq-camaat torpağı var idi. Torpaqlar xəzinənin
və feodallların ixtiyarında idi. İcmanın başçısı ağsaqqal hesab
olunurdu. Təbriz ustalarının toxuduqları gözəl xalçalar və bəzəkli
parçalar indi də dünya muzeylərində saxlanılır. 1565-ci ildə I
Təhmasib vilayətlərin hər birindən alınan təqribən 80 min tümənlik
tamğa vergisini ləğv etdi. Bu dövrdə Təbriz, Gəncə, Ərəş, Ərdəbil,
Culfa, Bərdə, Naxçıvan, Marağa, Dəpbənd şəhərləri iqtisadi və
siyasi-inzibati mərkəz idilər. Təbrizdə 300 min nəfər əhali var idi.
Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi
şəhərin iqtisadiyyatını zəiflətdi. Şamaxı Şirvanın iqtisadi və siyasi
mərkəzi idi. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin
hamısı Şamaxı və Ərəşdə mərkəzləşmişdi. 25 min nəfər əhalisi var
idi. Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft
göndərilirdi. Ətrafında 500-ə qədər neft quyusu var. Ərdəbildə
tikilmiş Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə
gəlirdilər. I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu “Şeyx Səfi
xalçası” hazırda Londonun “Viktoriya və Albert” muzeyində
saxlanılır. Ərəş Cənubi Qafqazda ipəkçiliyin iri mərkəzlərindən biri
idi. XVI əsrin II və XVII əsrin I yarısında Gulfa beynəlxalq ipək
ticarəti yolunun üstündə yerləşirdi. Culfa tacirləri ipəyi Şamaxıdan,
Ərəşdən və Gilandan alır, Venesiyada Amsterdamda, Marseldə,
Suriya, Türkiyə və Hindistanda satırdılar. 1581-ci ildə Culfada 3000
ev vardı, 1520 min nəfər əhali yaşayırdı. Odubad, Naxçıvan, Əylis
kimi şəhərlərin mühüm ticarət əhəmiyyəti var idi. Gəncə Qarabağ
bəylərbəyiliyinin mərkəzi idi. Don Juan adı ilə Avropada yaşayan
133
tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin
(225 min nəfər) yaşadığını qeyd edirdi.
Xəzər-Volqa yolu ilə XVI əsrin ortalarından etibarən Rusiya
dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətdə əsas ticarət
arteriyası rolunu oynamağa başladı. 1562-ci ildə Moskva şirkəti
kəşfiyyatçı və tacir Antoni Cenkinsonu Səfəvi dövlətinin ərazisinə
göndərdi. O, Şirvan bəylərbəyi Abdulla xan Ustaclıdan gömrüksüz
və maneəsiz ticarət etmək imtiyazı ala bildi. İngilis tacirlərinin
Azərbaycan bazarlarında möhkəmlənmək cəhdləri iflasa uğradı.
Çünki rus tacirləri Rusiya çarından ingilislərin Volqa-Xəzər yolun-
dan istifadə etmələrinə son qoyulmasını və onların ticarət
imtiyazlarının ləğv edilməsini tələb edirdilər. Bu arzu həyata keçi-
rildi.
Bu dövrdə Azərbaycanda 5 feodal zümrəsi var idi: şah və ha-
kim sülalə üzvləri, yarımköçmə qızılbaş hərbi əyanları, ali şiə
ruhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq
əyanlar. Şah Səfəvi dövlətinin ən iri torpaq sahibi idi. O, dövləti
idarə edirdi. Qızılbaş tayfa əyanları həm mərkəzdə, həm də ucqar-
larda yüksək yer tuturdular. Siyasi və hərbi işləri onlar idarə edir-
dilər. Xalq 50-yə qədər vergi verməli və mükəlləfiyyət daşımalı
idilər. I Təhmasibin və feodalların zülmündən narazılığı 1572-1573-
cü illərdə Təbrizdə üsyanla nəticələndi. Təbrizin yeni hakimi Yusif
bəy Ustaclı şəhər kubarları ilə danışığa başladı, razılıq andla rəs-
miləşdirildi, lakin yoxsul sakinlər bu sazişdən narazı qaldılar və
üsyan yenidən başlandı. Qarabağın irsi hakiminin oğlu Söhrab bəy
şahın əmrinə əsasən, hərbi hissə ilə Təbrizə daxil oldu. Təbriz
üsyanı 1573-cü ildə yatırıldı. Şah təbrizlilərə bəzi güzəştlərə getdi,
sənətkarlardan alınan verginin məbləğini bağışladı. Təbrizi bütün
divan vergilərindən azad etdi. Şəhər vergi toxunulmazlığı hüququ
qazandı. 1615-1616-cı illərdə Dəli Məlik təxəllüslü Məlik Pirinin
başçılığı ilə Şirvanda böyük üsyan oldu. Az sonra Gəncə yaxın-
lığındakı Dəngi vilayətinin əhalisi də mübarizəyə qoşuldu. Dəli
Məlik müvəffəqiyyətsizliyini görərək 1616-cı ildə Gürcüstanda
gizləndi.
134
Mədəniyyət. XVI əsrin II-XVII əsrin I yarısında Azərbaycan
bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. XVI
əsrdə Təbrizdə böyük bir kitabxana açılmışdı. I Şah İsmayıl Marağa
rəsədxanasını bərpa etmək üçün məşhur riyaziyyatçı və astronom
Qiyasəddini Marağaya göndərmiş və bərpa işlərinə başlanmışdı.
Məhəmməd Füzuli, filosof Həqiri Rəhməti, Həsən bəy Rumlu,
tarixçi İsgəndər bəy Münşi və b. XVI-XVII əsrlərin görkəmli elm
xadimləri idilər. I Şah İsmayılın sarayında “şairlər şahı” Həbibi
başda olmaqla Süruri, Matəmi, Tüfeyli, Qasimidən ibarət ədəbi
məclis var idi. Şah İsmayıl Xətai özü Azərbaycan dilində yazan
görkəmli şair idi. Məhəmməd Füzulinin (1498-1556) ulu babaları
Teymurun yürüşləri zamanı Azərbaycandan İraqa köçürülənlər
olmuşlar. Sadıx bəy Əfşar (1533-1612) naturalist rəssam və təz-
kirəçi idi. Xalq şairlərinin ən görkəmli nümayəndəsi Aşıq Qurbani
şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaradırdı.
Azərbaycanda kitabxanaçılıq da inkişaf etmişdi. Şah İsmayıl 1522-
ci ildə görkəmli rəssam Kəmaləddin Behzadi Təbrizdəki saray
kitabxanasına rəis təyin etmişdi. Bura “ Çiçəklənən kitab evi”
adlandırılırdı. Sultan Məhəmmədin miniatürləri Sankt-Peterburq,
London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur. 1544-
cü ildə Qusar rayonunun Həzrə kədində tikilən Şeyx Güneyd
məqbərəsi, Naxçıvanda Əlincə çayı üzərində tikilmiş körpü,
Bakının Şərq darvazalarını, Ərdəbil və Təbriz şəhərlərindəki bir
sıra abidələr memarlığın inkişafını göstərirdi. Hafiz Lələ bu dövrün
ən məşhur xanəndəsi idi.
Azərbaycan XVII əsrin II yarısı-Səfəvi dövlətinin süqutu
dövründə. 1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı
xan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişi
imzaladı. Sazişə görə Ərəb İraqı osmanlılara, Zəncir qalasından
şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qa-
lalarına, həmçinin Ahalsıxa hücum etməyəcəklərinə dair
təminat verdilər. Beləliklə, Səfəvi-Osmanlı sülhü XVIII əsrin II
rübünə kimi 2 dövlət arasındakı münasibətləri nizama saldı. XVII
əsrin II yarısında Azərbaycan ərazisi inzibati cəhətdən Təbriz,
135
Çuxursəd (mərkəzi İrəvan şəh. idi, Naxçıvan vilayəti də bura daxil
edilmişdi), Qarabağ və Şirvan bəylərbəyiliklərinə bölünmüşdü.
Bəylərbəyilər yerlərdə ali hakimiyyət nümayəndələri idilər, mahal-
ların hakimləri qolbəyi adlanırdılar. Qolbəyilərə sultanlar (kiçik
inzibati bölgə başçısı), bəzən bəylərbəyinə tabe idilər. Xan rütbəsi
ali həbi inzibati mövqe tutan şəxsə verilirdi, bəylər və sultanlar da
ondan aşağı mövqe tuturdular. Bəylərbəyilik iri inzibati vahid kimi
Səfəvi dövlətinin sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili
vilayətlər şah sarayının hakimiyyətində idi. Yığılan gəlir birbaşa şah
sarayına çatdırılırdı. Bəylərbəyilər və onlara tabe olan hakimlər mü-
əyyən miqdarda silahlı hərbi qulluqçular saxlayırdılar. Qoşun
bəylərbəyinin gəliri hesabına saxlanırdı. Toplanan vergilər onların
başlıca gəlir mənbəyi idi. Bəylərbəyiliklərin maliyyə işlərini vəzir-
lər yerinə yetirirdilər. Maliyyə məmurları, vergi yığanlar vəzirlərin
etibarlı adamları idilər. Məhkəmə orqanları şeyxülislamın, qazı-
ların və müftilərin başçılığı altında şəriət normaları ilə fəaliyyət
göstərirdilər. İri torpaq sahibləri və ailə üzvləri vəzifə ələ keçirmək
meyli çox güclü idi. İdarəçilikdə irsilik prinsipi gerçəkləşdirilirdi.
İrsi idarəçilik sistemi hakimlərin ölkənin abadlaşdırılmasına, təsər-
rüfatın inkişaf etdirilməsinə marağını təmin edirdi. Mahal hakimi
vəfat etdikdə, yaxud inzibati qaydada vəzifədən kənar edildikdə
yeni hakim mərkəzi hökumətin- şahın xüsusi fərmanı ilə vəzi-
fəsinin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irsilik
qaydasına əməl olunmasına can atırdılar. Beləliklə, ölkənin vila-
yətləri illərboyu bəylərbəyilərin yaxın adamları tərfindən idarə olu-
nurdu. Bu Azərbaycan iqtisadi və siyasi həyatına mənfi təsir gös-
tərirdi.
Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi
marağa və qarşılıqlı iqtisadi əlaqələrə əsaslanırdı. Rusiya dövləti
Azərbaycana əlverişli satış bazarı kimi yanaşırdı və digər dövlət-
lərin Azərbaycanla alver etməməsinə çalışırdı. XVII əsrin ortala-
rında ruslar Şimali Qafqazda bir sıra qalalar tikməyə başladılar. Bu
II Şah Abbasın(1642-1666) sarayında etirazla qarşılandı. Şah
imperiyanın şimalında rusların həyata keçirdikləri tədbirlərə mane
136
olmaq məqsədilə xüsusi fərman vermişdi. Nəticədə, 1653-cü ildə
Şirvan hakimi Xosrov xanın başçlığı ilə Səfəvi hərbi hissələri və
ruslar arasında toqquşma baş verdi. Ruslar Şirvan bəylərbəyi Xos-
rov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəli
sürdülər. Münaqişə 1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı
A.M.Ramanov (1645-1676) münaqişənin daha da genişlənməsinə
imkan vermədi. Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsilə
Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq
üçün Səfəvi dövləti ilə 1667-ci ildə müqavilə imzaladı. Bu müqa-
vilə ruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində və
ticarət məntəqələrində imtiyazlar verirdi. Şah Süleymanın (1667-
1694) fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram
göstərmək tapşırılmışdı.
XVII əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don
kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiy-
yətli yer tuturdu. Rusiya dövləti də nəyin bahasına olursa-olsun
Volqa-Xəzər su yolunu kazakların basqınlarından qorumağa
çalışırdı. Donda üsyançı kazaklara başçılıq edən Stepan Razin
1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərində
Xəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər
atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərlə
Dərbənd sahilinə çıxdı, Niyazabad, Şabran qarət edildi. Bakıya
irəliləyərkən yolda müqavimətə rast gəlib, Maştağaya döndü. 150
nəfər əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin
cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər. Bütün bunlara
baxmayaraq, XVII əsrin 2-ci yarısında Volqa-Xəzər su yolu, həm-
çinin Azərbaycandan keçən quru ticarət yolu ölkələrarası əhəmiy-
yətini saxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasında
yaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya və
Avropa ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər 2
tərəfə böyük iqtisadi səmərə verirdi. Moskva hökmdarları İngiltə-
rənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanc-
lıqla yanaşır, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında
gərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları Xəzər
137
dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar.
Ruslar necə olursa-olsun Xəzər hövzəsində möhkəmlənməyə can
atırdılar.
XVII əsrdə aşağıdakı torpaq mülkiyyəti formaları var idi:
1.Dövlət torpaqları (divan); 2.Şah və onun ailəsinin xüsusi
torpaq mülkləri (xalisə); 3.Hərbi və mülki məmurlara məxsus
şərti torpaq sahələri (tiyul); 4.Məscidlərə məxsus torpaqlar
(vəqf); 5. Xüsusi mülkiyyətdə olan torpaqlar (mülk); 6. İcma
torpaqları (camaat). Divan və xalisə aparıcı mülkiyyət formaları
idi. Divandan əldə edilmiş bütün gəlirlər dövlət xərclərinin ödə-
nilməsinə sərf olunurdu. Xalisdən əldə edilmiş gəlirlər isə şaha
mənsub olsa da xəzinəyə əlavə edilirdi, yaxud şahın razılığı ilə
xərclənirdi. Şah üzvlərinə mənsub olan torpaqların gəliri isə həmin
torpaq sahiblərinin özlərinə xərclənirdi. Hərbi və mülki şəxslərə
xidmət müqabilində ( soyurqal, tiyul) torpaqlar verilirdi. Dini idarə-
lərə-məscidlərə məxsus torpaqdan ( vəqf) götürülən gəlir məscidlərə
və xeyriyyə işlərinə xərclənirdi. Xüsusi torpaq mülkiyyəti olan
mülk azad alış və satış obyekti idi. Camaat torpaqları bütün kənd
sakinlərinə mənsub idi. Feodallar camaata məxsus torpaqları zəbt
edirdilər.
XVII əsrin 2-ci yarısında təsərrüfatın əsasını əkinçilik və mal-
darlıq təşkil edirdi. Azərbaycanda demək olar ki, bütün kənd
təsərrüfatı bitkiləri yetişdirilirdi. Təbriz ətrafında buğdanın 7 növü
və arpa, Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa və Naxçıvanda
çəltik və paxla, Şirvan, Xoy, Gəncə və Naxçıvan da pambığın 7
növü, Təbrizdə üzümün 60-a qədər növü, Şamaxıda 7 növü yetiş-
dirilirdi. Azərbaycan öz meyvələri ilə məşhur idi. Bağçılıq yüksək
inkişaf etmişdi. Tərəvəzçilik və bostançılıq geniş yayılmışdı.
İpəkçilik ölkənin şimalında daha çox inkişaf etmişdi. Bakı ətrafında
az miqdarda kətan yetişdirilirdi. Azərbaycan boyaqotu (qızılboya)
becərilməsi ilə məşhur idi. Boyaqotu Şirvanda, Arazın cənub
sahillərində geniş yayılmışdı. Abşeron ərazisində xeyli zəfəran
əkib-becərilirdi. Yeni bitki növlərindən biri olan tütün Azərbay-
canın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada
138
becərilirdi. Əkinçilikdə süni suvarma mühüm rol oynayırdı. Süni
suvarmada çay və bulaq sularından, eləcə də kəhriz sularından isti-
fadə edilirdi. Təbriz 900 kəhrizin və arxın, 6 dağ çayının suyu ilə
təchiz olun muşdur. Əhalinin xeyli hissəsi köçmə maldarlıqla
məşğul idi. Səfəvi şahlarının Qarabağ, Mərənd və Marağada xüsusi
ilxıları vardı. Dəvədən əsas yük heyvanı kimi istifadə edilmişdi.
Təbriz-İstanbul-Hindistan ticarət əlaqələrində at və qatır əsas nəq-
liyyat vasitəsi idi. Arıçılıq da inkişaf etdirilmişdi. Gəncə və Ərdəbil
balı xüsusilə məşhur idi.
XVII əsrin II yarısında feodal zümrəsini 4 qrupa bölmək
olar: 1. Qızılbaş əyanları və digər tayfaların hərbi zadəganları,
Dostları ilə paylaş: |