İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Gəncə quberniyasın-
dakı 8 mis zavodu içərisində  Gədəbəydəki “Simens qardaş-
ları”səhmdar cəmiyyətinə  məxsus olan zavodlar fərqlənirdi. Gə-
dəbəy misi dünyada ən təmiz və qiymətli mis hesab edilirdi. XX 
əsrin əvvəlində Azərbaycanda yeni mis filizi ehtiyatları aşkar edil-
dikdən sonra Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası-
ilk su-elektrik stansiyası tikildi. Moskvada yeni zavodlar tikildiyi 
üçün 1906-cı ildə Qalakənd missaflaşdırma zavodu istehsalı 
dayandırmışdı. Mis sənayesində 1900-cü ildə başlanan inhisarlaşma 
prosesi 1913-cü ildə başa çatdı. “Simens qardaşları və K`” 1914-cü 
ildə Almaniyanın 6 nəhəng metallurgiya zavodunu xammalla təmin 
edən “Ştuden Gezelşaft” inhisarı ilə 30 il müddətinə müqavilə bağ-
lamışdı. 
İpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində 
yayilmışdı. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa 
şəhəri idi. 1900-cü ildə  xırda müəssisələr nəzərə alınmasa, Nuxa-
Zaqatalada 46 fabrik var idi. Qarabağda  və  Naxçıvanda  xeyli 
ipək fabriki işləyirdi. Nuxada istehsal edilən xam ipək beynəlxalq 
sərgilərdə  qızıl və gümüş medallar almışdı. XX əsrin  əvvəllərində 
pambıqçılığın inkişafı ilə  əlaqədar pambıqtəmizləmə  sənayesi də 
inkişaf edirdi. Bu dövrdə  100-dən çox pambıqtəmizləmə zavodu 
vardı. Bu sahədə  Gəncə quberniyası birinci yerdə idi. Pambıq-
təmizləmə  sənayesinə qoyulan sərmayənin 80 %-i milli kapitala-
H.Z.Tağıyev, Mahmudbəyov qardaşları  və  Məstanzadəyə  məxsus 

 
215 
idi. Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehsalı 
üçün  əlverişli  şərait yaradırdı. Azərbaycanın yeyinti sənayesinin 
mühüm sahələrini şərabçılıq, spirt, konyak istehsalı təşkil edirdi. 
Tütünçülük  Zaqatala dairəsində, Nuxa, Cavanşir,  Şamaxı 
qəzalarında yayılmışdı. Azərbaycanda ilk tənbəki fabriki XIX əsrin 
ikinci yarısında Nuxada fəaliyyətə başlamışdı. XX əsrin  əvvəllə-
rində Azərbaycanın 7 qəzasında  balıqçılıqla  məşğul olurdular. 
Xəzər dənizində siyənək ovlanırdı. Kür çayı boyunca yerləşmiş iri 
vətəgələrdə ovlanmış balıqlar duzlanır, konservləşdirilirdi. Balıq 
sənayesində də milli kapital-H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov 
və b. üstünlük təşkil edirdi. Şimali Azərbaycanda istehsal olunan 
məhsulların ümumi dəyəri və fəhlələrin sayına görə balıq sənayesi 
neft sənayesindən sonra 2-ci yerdə dururdu. XX əsrin əvvəllərində 
Azərbaycanda biyan köku istehsalının inkişafı ingilis kapitalı ilə 
bağlı idi. Gəncə, Kürdəmir, Ucar və  Ləkidə biyan emalı zavodları 
var idi. Emal prosesində alınan maye-cövhər  əsasən yeyinti səna-
yesində istifadə olunurdu. 1902-ci ildə  Şəkidə çiyid yağı zavodu 
tikildi. 1906-cı ildə bu müəssisənin əsasinda “Qafqaz yağ zavodu” 
səhmdar cəmiyyəti təsis edilmişdi. Daşduz Naxçıvan qəzasında, şor 
duz Abşeronda və Cavad qəzasında çıxarılırdı. “Kəlbalıxanov qar-
daşları  və K`” şirkətinin Sust mədənlərində daş duz əldə edilirdi. 
XX  əsrin  əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin 
inkişafı  şəhər təsərrüfatının, ticarətin, nəqliyyatın, rabitənin inki-
şafına güclü təsir göstərdi. Nuxa ölkədə 2-ci sənaye və ticarət mər-
kəzi, Bakı isə yük dövriyyəsinə görə Rusiyada 1-ci liman şəhəri idi. 
Bakıdakı iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z.Ta-
ğıyev, M.Nağıyev kimi milli burjuaziyanın nümayəndələri var idi. 
Kənd təsərrüfatı.  XX əsrin əvvəllərində kənd təsərrüfatında 
kapitalizmin inkişafı əkinçilikdə təkmil alətlərin tətbiqini xeyli ge-
nişləndirmişdi. Kapitalistcəsinə  təşkil edilmiş qolçomaq və mül-
kədar təsərrüfatlarında taxılın müəyyən bir hissəsi bazar üçün isteh-
sal edilirdi. Kəndlilərin bir hissəsinin torpağı yox idi, əksəriyyəti isə 
az torpaqlı idi. Kənd təsərrüfatında texnika ləng tətbiq edilirdi. Əsas 
səbəbləri aşağıdakılardır: 1)Azərbaycanın özündə  kənd təsərrüfatı 

 
216
alətləri və maşınları istehsal edən zavodların olmaması; 2)ixtisaslı 
mütəxəssislərin az olması. Taxıl və texniki bitkilərə  tələbatın 
artması suvarılan torpaq sahələrinin genişləndirilməsini tələb edirdi. 
Əsrin  əvvəllərində Kür və Araz çayları sahilində 150-yə  qədər 
suvuran qurğu qurulmuşdu. Azərbaycanda texniki bitkilər  əkini 
xeyli genişlənmişdi. Taxılçılıq sahəsində  Lənkəran, Gəncə, Nuxa, 
Ərəş,  Şuşa qəzaları daha çox fərqlənirdi. Azərbaycanda texniki 
bitkilər  əkini xeyli genişlənmişdi. Onların içərisində  sənaye pam-
bıqçılığı xüsusilə fərqlənirdi. Pambıq əkinində kotanla bərabər trak-
tordan da istifadə olunurdu. 1913-cü ildə Rusiyada əkinçilikdə isti-
fadə edilən 152 traktordan 6-sı Azərbaycanda idi. Cənubi Qafqaz-
dakı pambıq  əkin sahələrinin 70%-dən çoxu Azərbaycanın payına 
düşürdü. Pambıqçılıq təsərrüfatlarında cərgəli  əkin üsulu üstünlük 
təşkil edirdi. 1909-cu ildən etibarən Azərbaycanda borc-kredit 
şirkətlərinin təşkili bu sahədə möhtəkirliyə mane olurdu. 1913-cü 
ildə burada 129-dan artıq kredit şirkəti və borc-əmanət kassaları 
fəaliyyət göstərirdi. Bunlar kəndlilərə  əlverişli  şərtlərlə kredit 
verirdilər. XX əsrin  əvvəllərində Azərbaycanda ipəkçılıklə-küm-
darlıqla məşğul olan kəndlilərin sayı artır, çəkil plantasiyalarının 
ümumi sahələri genişlənirdi.  İpəkçılık kapitalist əmtəə istehsalının 
inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1914-
cü ildə  Cənubi Qafqazda əldə edilən baramanın 81%-i Azərbay-
canın payına düşürdü. Azərbaycanda becərilən baramanın hamısı 
yerli ipək fabriklərində emaldan keçirilirdi. İpək fabriklərindəki 
mövcud texnika aşağı növ baramanı emal etməyə imkan vermə-
diyinə görə onu İtaliya və Fransanın Milan, Marsel, Lion şəhər-
lərinə ixrac edirdilər. Sənaye tütünçülüyü XX əsrin  əvvəllərində 
geniş vüsət almışdı. Tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa, 
Cavanşir,  Şuşa, Quba və  Şamaxı  qəzalarında intişar tapmışdı. Za-
qatalada sarı Trabzon və Samsun tütün növləri yetişdirilirdi. Cənubi 
Qafqazda  ən böyük tütün plantasiyası (40 desyatin) Zaqatalada 
yerləşirdi. Azərbaycanda yığılan tütün yarpağı  əsasən yerli fab-
riklərdə emal edilir, az bir qismi İrana ixrac olunurdu. 1902-ci ildə 
ixraca göndərilən tütünə yüksək gömrük haqqının tətbiq edilməsi və 

 
217 
istehsal üzərinə yüksək aksiz vergisi qoyulmsı tütünçülüyün inkişa-
fına əngəl törədirdi. Azərbaycanda üzümçülük də geniş yayılmışdı. 
Onun böyük hissəsi mülkədarların, qolçomaqların və ayrı-ayrı 
şirkətlərin  əlində  cəmlənmişdi.  İri  şirkətlər üzüm və  şərab istehsa-
lında həlledici rol oynayırdılar. Məhsulun bir hissəsi yeyinti məh-
sulu kimi satışa çıxarılır, digər hissəsi isə ölkədəki çoxsaylı  şərab 
zavodlarına satılırdı. Azərbaycan  ərazilərində maldarlıq bu və ya 
digər dərəcədə inkişaf etmişdi. Maldarlıqla müntəzəm məşğul olan-
lar üçün əmtəə maldarlığı xüsusi əhəmiyyətə malik idi. İri maldarlıq 
təsərrüfatında əmtəə südçülüyü və əmtəə mal-qara bəslənməsi geniş 
miqyas almışdı. Yenə də köçmə maldarlığı maldarların əsas məşğu-
liyyəti olaraq qalırdı. Yundan toxunan Azərbaycan xalçaları, gə-
bələri dünya bazarlarında məşhur idi. Azərbaycanda meyvəçilik də 
inkişaf etmişdi. Rusiyanın daxili bazarlarında quru meyvəyə olan 
tələbat bu sahənin inkişafına şərait yaradırdı. 
Azərbaycanda kəndlilərin aztorpaqlı olmasına baxmayaraq 
Rusiyadan buraya köçürülənlərin sayı getdikcə artırdı. 1905-ci ildən 
etibarən ruslar Muğanda məskunlaşmağa başladılar. Hesablamalara 
görə, XX əsrin əvvəllərində təkcə Bakı quberniyasına köçürülənlər 
üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. 1908-1910-
cu illərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana  
mindən artıq  kəndli ailəsi köçürülmüşdü.  1912-ci ildə Bakı 
quberniyasında 60, Gəncə  quberniyasında 29 rus kəndi salın-
mışdı. 
Şimalı Azərbaycanda aqrar qanunlar. 1870-ci il kəndli 
islahatı Azərbaycanda aqrar məsələni yarımçıq həll etdi. Kəndlilərə 
pay torpağı verilməsi məsələsi həll edilmədi.  1882-ci ildə  kəndli 
torpaq bankı  təşkil edildikdən sonra kəndlilərin az-çox bir qismi 
müəyyən qədər torpaq payı almağa müvəffəq oldu. Kəndlilərin öz 
pay torpaqlarını satın almasını çətinləşdirən amillərdən biri də Azər-
baycanda pay torpaqlarının satınalma qiymətinin Rusiyadakından 
dəfələrlə yüksək olması idi. İslahatdan sonra kəndlilər istifadə et-
dikləri pay torpağı  əvəzində islahataqədərki vergiləri verməyə  və 
mükəlləfiyyətləri daşımağa məcbur idilər. Başqa sözlə, Azər-

 
218
baycanda “müvəqqəti mükəlləfiyyətli” münasibətlər 40 ildən çox 
davam etdi. Kənd təsərrüfatında kapitalist əmtəə istehsalı artdıqca 
torpağın qiyməti də sürətlə yüksəlirdi. Torpağın çox hissəsi dövlətin 
əlində idi. Kəndlilərin 68%-ni dövlət kəndlisi təşkil edirdi. 1900-
cü il mayın 1-də hökümət dövlət kəndlilərinin torpaq müna-
sibətlərini qaydaya salmaq üçün qanun verdi. “Cənubi Qafqazda 
dövlət kəndlilərinin torpaq quruluşu” haqqında bu qanun (63, s. 
18-23)  dövlət kəndlilərinə  kənd icması  yığıncaqlarının razılığı ilə 
icma torpaqlarından  nəsli istifadə hüququ verirdi (109, v. 64). 
Qanun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vurdu. 
‘Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını mü-
əyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haq-
qında” əsasnamə 1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna 
görə, pay torpaqlarının planı hazırlanarkən istsfadə edilən mövcud 
sərhədlər  əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndlilərə 
əlavə pay torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay 
ayrılması qaydalarından ibarət idi. Lakin nə qanun, nə də əsasnəmə 
dövlət kəndlilərinin torpaq quruluşu məsələsini tam həll etmədi. 
Kəndlilərin istifadəsində olan pay torpaqları əsasən yenə də dövlət 
mülkiyyətində idi. 
1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyasında 
torpaqların məcburi surətdə satın alınması haqqında” qanun 
verildi. Qanunla birlikdə onun həyata keçirilməsi üçün “Qaydalar” 
təsdiq edildi. “Qaydalara” görə, Azərbaycandakı sahibkar kəndliləri 
1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olu-
nurdular. Kəndlilər pay torpaqlarını  məcburi  şəkildə satın almalı 
idilər. Onlar yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz 
mülkiyyətinə keçirə bilərdi.  İcarəyə verilən torpaqlar mülkədarın 
mülkiyyətində qalırdı. Kəndli çəmən, otlaq və meşə sahələrini satın 
ala bilməzdi. O, həmin yerlərdən yalnız torpaq sahibinin razılığı ilə 
istifadə edə bilərdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti 
olaraq qalırdı. Dövlət xəzinəsi torpağın haqqını 20 il ərzində 
kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün əvəz haqqını 
dövlət xəzinəsindən alırdı. 1912-ci il aqrar qanunu Zaqatala dairəsi 

 
219 
kəndlilərinə  şamil edilmədi.  1913-cü il iyulun 7-də hökumət 
Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin 
ləğv olunması haqqında qanun qəbul etdi. 1912-1913-cü illər 
aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi 
mülkiyyətinə çevrilmısinə, onların “müvəqqəti mülkiyyətli” müna-
sibətlərdən azad edilməsinə imkan verdi. Azərbaycan kəndində 
kapitalist münasibətlərinin inkişafı və ictimai təbəqələşmə getdikcə 
sürətlənirdi (5, s. 66-67). 
XX  əsrin  əvvəllərində çarizmin milli müstəmləkə zülmü və 
kapitalist münasibətlərinin inkişafı  Şımali Azərbaycanda  əhalinin 
sosial tərkibinə ciddi təsir göstərmişdi. Sənaye və ticarət burjuazi-
yasının xüsusi çəkisi artırdı. Əsrin əvvəllərində Azərbaycan tədricən 
aqrar-sənaye ölkəsinə çevrilmərdə idi. Kənddə sosial təbəqələşmə 
kəndlilərin içərisindən kənd varlılarının və qolçomaqların ayrıl-
masına gətirib çıxardı. Mülkədarların bir hussəsi çarizmin müstəm-
ləkə  əsarətinə nifrət edir, xalqın sosial-iqtisadi vəziyyətini yaxşı-
laşdırmaq üçün yollar axtarırdılar. Mülkədarlardan Allahyar bəy 
Zülqədərov,Fərrux bəy Vəzirov və b. da yoxsullara kömək edirdilər. 
Lakin ümumilikdə  Şimali Azərbaycan kəndlərində sosial münasi-
bətlər kəskin idi. Azərbaycan şəhərlərində isə fəhlələrlə sahibkarlar 
arasında ziddiyyətlər getdikcə  kəskinləşirdi. Milli burjuaziyanın 
H.Z.Tağıyev,  Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi nü-
mayəndələri müsəlman fəhlələrinin qayğısına qalırdı. 
XX  əsrin  əvvəllərində  Əli bəy Hüseynzadə,  Əlimərdan bəy 
Topçubaşov,  Əhməd bəy Ağayev, Məmməd  Əmin Rəsulzadə, 
Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə, 
Üzeyir Hacıbəyov və b. yüzlərcə ziyalı milli şüurun, milli özünüdər-
kin formalaşmasında mühüm rol oynayırdı. 
Böhran illərində  sənayenin, xüsusən neft sənayesinin geri-
ləməsi böyük işsizlər ordusunun yaranmasına səbəb oldu. Azərbay-
can neft sənayesində  fəhlələrin sayı on minə  qədər azalıb, 27 min 
nəfərə endi. Azərbaycan kəndliləri mülkədarların ağır istismarına 
məruz qalırdılar. Böhran illərində fəhlələrin vəziyyətinin son dərə-
cədə ağırlaşması, fəhlələr arasında siyasi təşviqatın genişlənməsinə 

 
220
şərait yaratdı. Məhz bu dövrün başlanğıcında, 1900-cü ilin sonla-
rında Bakıda sosial-demokratiya hərəkatı genişlənməyə başladı. 
1901-ci ildə Bakıda RSDFP-nin təşkilatı artıq formalaşmaqda idi, 
Bakı  və onun rayonlarında 15 dərnək fəaliyyət göstərirdi. 1901-ci 
ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 1901-ci ilin mar-
tinda Bakıda Sabunçu “Remont” mexaniki və b. emalatxanaların 
fəhlələri tətil etdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin 
iştirakı ilə ilk dəfə açıq nümayiş keçirildi. 1903-cü il martın 2-də 
Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü il iyulun 1-
dən 22-nə  qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi. 
Tətilçilər  əsasən iqtisadi tələblər irəli sürürdülər. Azərbaycan kən-
dində sinfi mübarizənin kəskinləşməsi, kəndli çıxışlarının artması 
müşaiyət olunurdu. Milli-azadlıq hərəkatına tələbələr və ziyalılar da 
qoşulurdular: N.Nərimanov, M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev, 
Ə.Ağayev, M.Əzizbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və b. 
1904-cü ilin yanvarında başlanmış rus-yapon müharibəsi fəhlə 
və kəndlilərin həyat şəraitini daha da ağırlaşdırdı. Bu isə zəhmətkeş 
kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara 
qaldırırdı.  Əvvəllər dərnək tipli olan sosial-demokratların azərbay-
canlı  fəhlələr arasında iş aparan özəyi 1904-cü ildə “Hümmət”adlı 
qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial 
ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə “Hümmət” adlı 
sosail-demokrat təşkilatının əsası qoyuldu. Bu təşkilat azərbaycanlı 
fəhlələr arasında geniş inqilabi iş görür, vərəqələr nəşr edir, “Hüm-
mət” qəzetinin nəşrini davam etdirirdi. 1904-cü ilin dekabrın 13-də 
“Xəzər-Qara dənizi cəmiyyəti” zavodu, sonra isə bir sıra başqa 
sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri tətil etdilər. 
Tətil neft mədənlərini bürüdü. Şəhərdə hərbi vəziyyət elan olundu. 
Tətil komitəsi ilə aparılan ilk danışıqlar nəticəsiz oldu. Nəhayət, 
dekabrın 30-da fəhlələrin “Mazut Konstitusiyası” adlandırdığı 
müştərək müqavilə imzalandı. Müqavilənin əsas müddəaları bunlar 
idi: 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə 
məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 % artırılması, 
xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi 

 
221 
və s. göstərilən bu güzəştlər ancaq neft sənayesində çalışan fəhlələrə 
aid idi (84; 65, s. 71, 79). Dekabrın 31-də  tətil qalibiyyətlə başa 
çatdı. Bu Bakı fəhlələrinin neft sənayeçiləri və çarizm üzərində ilk 
qələbəsi idi. 
1905-ci il yanvarın 3-də Peterburqda Putilov zavodu fəhlələri, 
yanvarın 8-də isə bütün Peterburq tətil etdi. Yanvarın 9-da öz tələb-
ləri ilə Qış Sarayına doğru gedən tətilçilər çarın əmri ilə gülləbaran 
edildilər. Bu qanlı hadisə Bakıda fəhlələri ayağa qaldırdı, müəs-
sisələrin çoxu, nəqliyyat öz işini dayandırdı. Bakıda zəhmətkeşlərin 
çıxışlarının böyük vüsət aldığını görən çar hökuməti dairələri 
burada azərbaycanlılarla ermənilər arasında milli nifaq salmağı qət 
etdi və buna nail oldu. Hökumətin milli qırğın siyasətinin həyata 
keçirilməsində Daşnaksütyun Partiyası  və erməni quldurları  həlle-
dici rol oynadı. Milli qırğın nəticəsində 158 müsəlman kəndi da-
ğıdılmışdı (12, s. 32). “Böyük Ermənistan”xülyasına düşən ermə-
nilər Rusiyanın köməyi ilə  Cənubi Qafqazda muxtariyyət almağa 
ümid edirdilər. Ermənilərin Azərbaycanın müxtəlif bölgələrində 
törətdikləri cinayətlərdən aşağıdakıları göstərmək olar: 1.Fevralın 6-
dan 10-dək davam edən qırğında Bakıda 2 mindən çox azərbaycanlı 
öldürüldü (12, s. 32). 2. Mayın 24-də İrəvanda 11 nəfər qətlə yeti-
rildi. 3. Yayda Məngüş, Güllücə,  Şeyxəli, Xırmancıq kəndlərində 
erməni quldur dəstələrinin hücumlarının qarşısı alınmış, əhali onları 
geri çəkilməyə  məcbur etmişdi. Avqust ayında  Şuşada törədilən 
milli qırğının qarşısı alındı  və döyüş azərbaycanlıların qələbəsi ilə 
başa çatdı. Bakıda fevralın 6-dən 9-na kimi davam etmiş erməni-
azərbaycanlı qırğınının qarşısını almaqda “Hümmət” təşkilatı xüsusi 
fəaliyyət göstərirdi. Milli qırğının qarşısını almaqda H.Z.Tağıyevin 
rolunu xüsusi qeyd etmək olar. Çaizm qırğınla bərabər, inzibati 
tədbirlərə də əl atdı. Fevralın 15-də Bakıda general-qubernator vəzi-
fəsi təsis edildi. Fevralın 18-də isə Bakı quberniyasında hərbi vəziy-
yət elan edildi. Fevralın 26-da Qafqazın baş rəisi vəzifəsi ləğv edildi 
və  hələ 1883-cü ildə  ləğv edilmiş Qafqaz canişinliyi bərpa olundu 
və qraf Vorontsov-Daşkov fövqəladə  səlahiyyətlə canişin təyin 
edildi. Vorontsov-Daşkov təkcə zorla inqilabi hərəkatı boğmağın 

 
222
qeyri-mümkünlüyünü nəzərə alaraq yerli burjuaziya ilə itttifaq 
bağlamağı  qət etdi. Bunun üçün bir sıra liberal vədlər verdi. 
Azərbaycan burjuaziyası nümayəndələri bundan istifadə edərək bir 
sıra tələblər, o cümlədən Zemstvo idarələrinin yaradılması, məhkə-
mə iclasçıları hüququnun Azərbaycana tətbiq edilməsi, azərbay-
canlıların bütün qulluq işlərinə  qəbul edilməsi, uşaqlara məktəb-
lərdə ana dilində  təhsil almasına icazə verilməsini, kəndlilərin 
torpaqla təmin olunmasını və s. irəli sürdülər. Oktyabrın 17-də çarın 
bəyənnaməsi elan edildi. Bəyənnamədə qanunverici və  əhalinin 
bütün təbəqələrinin iştirakı ilə seçiləcək Dövlət Dumasını çağırmaq 
vəd olundu. 
İnqilabi çıxışların gedişində Moskva, Peterburq şəhərlərində 
fəhlə deputatları Sovetləri yarandı. Sovetlər silahlı inqilabi 
çıxışların təşkili qərargahı rolunu oynayırdı. Bakı Soveti noyabrın 
25-də  fəaliyyətə başladı. 1906-cı il mayın 31-də Azərbaycanda I 
Dövlət Dumasına keçirilən seçkilərdə  Əlimərdan bəy Topçubaşov, 
Abdulla bəy Muradxanov, Məmmədtağı Əliyev, İsmayıl xan Ziyad-
xanov, yazıçı  Əbdürrəhim bəy Haqverdiyev və  həkim X.İ.Baha-
durov seçildilər. 1906-cı ilin aprelində işə başlayan və cəmi 72 gün 
fəaliyyət göstərən I Duma iyulun 7-də buraxıldı. 1907-ci il yanvarın 
14-də II Dumaya keçirilmiş seçkilərdə Bakı fəhlələri özlərinin 116 
sosial-demokrat vəkillərini seçdilər. Fəhlələr Dumaya hümmətçi 
Z.Zeynalovu seçdilər. Ondan başqa Yelizavetpol quberniyasından 
Dumaya Xəlil bəy Xasməmmədov və  Fətəli xan Xoyski, Naxçı-
vandan “Şərqi-Rus” qəzetinin redaktoru Məmmədağa  Şaxtaxtinski 
seçildilər. 
Çar hökuməti 1907-ci il iyulun 3-də II Dövlət Dumasını 
qovaraq dövlət çevrilişi etdi. Rusiyada irtica dövrü başlandı. Yeni 
qanunla Rusiyanın bir çox şəhərləri, o cümlədən Bakı Dumaya 
müstəqil nümayəndə seçmək hüququndan məhrum edildi. Əgər 
Bakı  şəhərinin, Bakı  və Yelizavetpol quberniyalarının 3 deputat 
seçmək hüququ var idisə, yeni qanuna görə hər iki quberniya İrəvan 
quberniyası ilə birləşdirilib bir seçki dairəsi yaradıldı və bu dairədən 
2 deputat-biri azərbaycanlı, digəri isə başqa millətlərin nümayəndəsi 

 
223 
seçilə bilərdi. Zaqafqaziyada yaşayan rus əhalisinin özünə ayrıca 
deputat seçmək hüququ verilmişdir. Okyabrın 14-də keçirilmiş 
seçkilərdə müsəlman əhalisindən Xəlil bəy Xasməmmədov III Du-
maya deputat seçildi. İrtica bütün cəbhə boyu hücuma keçdi. 
 
2. 1905-1907-ci illər birinci rus inqilabı  
və onun Azərbaycanın siyasi durumuna təsiri.  
Siyasi partiya və təşkilatların yaranması 
 
İmperiyanın və dünyanın müxtəlif elm ocaqlarında təhsillərini 
başa vurub qayıdan gənclər milli-demokratik hərəkatın yaranma-
sında və inkişafında böyük rol oynayırdılar. Milli hərəkatda “millət 
və hürriyyət” və s. ideyalar geniş vüsət almışdı. Milli ziyalıların 
qabaqcıl nümayəndələri Həsənbəy Zərdabi,  Əli bəy Hüseynzadə, 
Əhməd bəy Ağayev,Firudin bəy Köçərli, Məmməd Əmin Rəsulzadə 
və b. obyektiv olaraq Azərbaycanın milli müstəqilliyini ümumtürk 
azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Milli hərəkatın 
əsas aparıcı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi. 
1905-ci ilin yaz-yay aylarında  Əlimərdan bəy Topçubaşovun 
bilavasitə rəhbərliyi ilə hazırlanmış və Nazirlər Kabinetinə verilmiş 
ərz-hallar Azərbaycanın çar hökumətinə  təqdim etdiyi ilk program 
sənədi idi. Bu ərz-hallarda Qafqazda, o cümlədən Azərbaycanda 
islahatların keçirilməsi tələb edilirdi. 1905-ci il avqustun 15-də Nij-
ni-Novqorodda keçirilən Ümumrusiya Müsəlmanlarının I qurultayı 
“İttifaqi-müslimin” (“Müsəlman ittifaqı”) adlı  təşkilat yaratmağı 
qərara aldı. Çarizmin 1905-ci il 17 Oktyabr manifestindən sonra 
Ə.Topçubaşov və  Ə.Ağayev Peterburqda yaşayan tatar Əbdürrəşid 
İbrahimovla birlikdə “Müsəlman ittifaqı”nın nizamnaməsini və 
proqramını hazırladılar (5, s. 154). 1906-cı il yanvarın 15-25-də 
Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında 
bu nizamnamə və proqram bəyənildi. Proqramda Ümumrusiya türk-
lərini birləşdirmək və çarizmə qarşı  cəbhədə mübarizə aparmaq 
vəzifəsi qoyulmuşdu. 1906-cı il avqustun 16-23-də Nijni-Nov-
qorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında 

 
224
“Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan 
Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi prob-
lemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin 
yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində 
aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda, 
Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Məhz bu 
qurultayın təsiri ilə sonralar türklərin yaşadığı bölgələrdə məktəblər 
şəbəkəsi genişləndirildi. Milli mətbuat çoxaldı. Milli burjuaziyanın 
H.Z.Tağıyev kimi nümayəndələri öz xərcləri hesabına istedadlı 
gəncləri Rusiya və Avropanın ali məktəblərinə oxumağa göndər-
dilər. 1905-ci ilin payızında “Müsəlman cəmiyyəti xeyriy-yəsi”, 
”Müdafiə  və müsəlman kadrları  və ziyalılarının ittifaqı  cəmiyyəti” 
(83, s. 116), 1906-cı ildə “Nəşri maarif” və “Nicat” cəmiyyətləri 
(H.Z.Tağıyevin və M.Muxtarovun xeyriyyəçiliyi ilə) təşkil edildi. 
1906-cı ilin avqustunda keçirilən Azərbaycan müəllimlərinin I qu-
rultayının əsas qayəsini milli dilin azad inkişafı və təhsilin ana di-
lində olması təşkil edirdi. 
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin