Sənayenin başqa sahələri. Bakıda mexaniki zavodlar, gəmi
təmiri emalatxanaları, buxar mühərrikləri ilə hərəkətə gətirilən
dəyirmanlar, tütün fabrikləri, yeyinti, tikinti materialları istehsal
edən müəssisələr fəaliyyət göstərirdi. Azərbaycanda əlvan metallur-
giya sənayesi inkişaf edirdi. Bu sənaye sahəsi rus və alman kapitalı
əsasında meydana gəlmişdi.1883-cü ildə Qalakənd missaflaşdırma
zavodu inşa edilmişdi. Gəncə, Gədəbəy və Cavanşirdəki mədən-
lərdən mis filizi; Daşkəsəndən dəmir, kobalt filizi; Cavanşir və
Naxçıvandan gümüş, qurğuşun filizi çıxarılırdı. Zəylik kəndi yaxın-
lığında az miqdarda zəy əldə edilirdi. İpək emalı sənayesi əsasında
Nuxa, Zaqatala, Qarabağ və Naxçıvanda yayılmışdı. Nuxa şəhəri
“Qafqaz Lionu” adlandırılırdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci
ildə Naxçıvanda inşa olundu. Xəzər dənizi nərə balığı növlərinin
204
zənginliyinə görə dünyada birinci yeri tuturdu. Azərbaycanın balıq
və balıq məhsulları Rusiyaya, Almaniyaya, Avstriyaya, Fransaya,
Polşaya, Amerikaya ixrac olunurdu. Rusiyada biyan kökü emalının
mərkəzi Azərbaycan idi. Ləkidə, Ucarda, Gəncədə və Kürdəmirdə
biyan emalı zavodları tikilmişdi. Bakı və Nuxada tütün fabrikləri
inşa edilmişdi. Naxçıvanda daş duz, Bakı və Cavad qəzalarında isə
şor-narın duz çıxarılırdı. Xəzər dənizində dünyada ilk dəfə
neftdaşıyan gəmilər üzürdü. 1883-cü ildə Cənubi Qafqazda Bakı-
Tiflis dəmir yolu işə salındı (4, s. 249). 1900-cü ildə Biləcəri
stansiyasını Petrovsk (Mahaçqala) ilə birləşdirən dəmir yolu xətti
istifadəyə verildi (119, v. 2-3). Bununla Bakı bilavasitə
Ümumrusiya bazarına çıxmaq imkanı əldə etdi. XIX əsrin sonunda
dəmir yolu stansiyalarına yaxın olan (Ağstafa, Yevlax, Ləki, Ucar,
Kürdəmir, Hacıqabul) sənaye və ticarət mərkəzlərinin rolu artır,
dəmir yolundan uzaqda olan (Nuxa, Şamaxı, Şuşa) ticarət
mərkəzlərinin əhəmiyyəti isə azalırdı. XIX əsrin 80-90-cı illərində
(Ucar-Göyçay, Yevlax-Nuxa-Zaqatala, Gəncə-Hacıkənd, Ləki-Ağ-
daş) dəmir yolu stansiyalarından qəza mərkəzlərinə şose yolları
çəkildi. Həmin əsrin 60-cı illərindən etibarən Azərbaycan şəhərləri
arasında teleqraf və telefon xətləri çəkilişi sürətləndi. 1864-cü ildə
Tiflis-İrəvan-Naxçıvan-Culfa, 1868-ci ildə Bakı-Tiflis teleqraf
xətləri çəkildi (108, v. 107). Bakı şəhərini əhatə edən ilk mərkəz-
ləşdirilmiş telefon stansiyası 1886-cı ildə işə salındı (82, s. 259,
267; 120).
XIX əsrin ikinci yarısında iqtisadiyyatın inkişafı Azərbay-
canda şəhərlərin sayının və əhalisinin artmasına gətirib çıxardı.
Şimali Azərbaycanda 10 şəhər və 5 qəza mərkəzi var idi. Bakı,
Şamaxı, Quba, Lənkəran şəhərləri Bakı quberniyasına, Gəncə, Nu-
xa, Şuşa şəhərləri Yelizavetpol quberniyasına, Naxçıvan və
Ordubad şəhərləri İrəvan quberniyasına, Zaqatala şəhəri isə Tiflis
quberniyasına daxil idi. Şəhər əhalisinin artım sürətinə görə Bakı
(112 mindən şox) Rusiya imperiyası və Avropa ölkələrini ötüb-
keçdi. Əsrin sonunda Bakı əhalisinin cəmi 40 %-i azərbaycanlılar
təşkil edirdi. Şəhərdə iş qabiliyyətli əhalinin 60 %-i fəhlələr təşkil
205
edirdi (4, s. 279). Bakıdan sonra əhalinin sayına görə Gəncə şəhəri
gəlirdi, ticarət və sənayenin inkişafına görə isə ikinci yeri Nuxa
şəhəri tuturdu. 1897-ci il əhali sayınına görə şəhər əhalisinin üumi
sayı 270 min nəfərə çatmışdı, ki bu da öz növbəsində Azərbaycanın
bütün əhalisinin 14%-dən şoxunu təşkil edirdi (81). Şəhər əhalisinin
mili tərkibində azərbaycanlılar 53% təşkil edirdi. XIX əsrin sonunda
hakim təbəqəyə daxil olanların ümumi sayı 15 min nəfəri keçmişdi.
1870-ci ilin şəhər “Əsasnaməsi” yalnız 1878-ci ildə Bakıda, 1892-ci
ildə təsdiq olunan yeni şəhər “Əsasnaməsi” isə Gəncə şəhərində də
tətbiq olundu. Şəhərlər inkişaf etdikcə onların xarici görünüşləri də
dəyişirdi. İki və üşmərtəbəli evlər tikilir, bağlar salınırdı. 1859-cu
ildə Bakıda “Qubernator bağı”, 1882-1883-cü illərdə “Nobel bağı”
salındı. Bu şəhərdə ilk elektrik stansiyası “Qafqaz və Merkuri”
cəmiyyətinə məxsus idi. Əsrin sonunda təsis edilmiş “Elektosila”
səhmdar cəmiyyəti sonralar Bayıla və Ağ şəhərdə 2 güclü elektrik
stansiyası tikdirmişdi. 1889-cu ildə Bakıda konka (atlardan qoşqu
vasitəsi kimi istifadə olunan dəmir yolu) açıldı (4, s. 280).
1876-cı ilin martından Azərbaycanda da gildiya ticarət
qaydasının tətbiq olunmasına başlandı (30). Bundan sonra tacirlərin
hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən
asılı olaraq gildiyanın hər hansı dairəsinə yazılmalı və öz
müəssisələri üçün müəyyən bilet almalı idi. Birinci gildiya tacirləri
bütün dövlətlərin mallarını “Rusiyanın hər yerində yük ilə, həm də
tay, yaxud top” (34, s. 64-65 ) ilə satmaq üçün lazım olan qədər kon-
tor, anbar, dükan açmaq hüququna malik idi. İkinci gildiya şəhadət-
naməsi alanlar isə şəhadətnamə aldıqları quberniya, qəza və
kəndlərdə istənilən qədər dükan açıb, Rusiya və digər dövlətlərin
mallarını sata bilərdilər (51, s. 179). 1887-ci ildə Bakıda ticarət
yarmarkası təşkil edildi (4, s. 269).
Millətin təşəkkülü. XIX əsrin ikinci yarısında Şimali Azər-
baycanda millətin yaranmasını zəruri edən amillər (kapitalizmin
inkişafı, ümumi bazarın, iqtisadi və mədəni mərkəzlərin meydana
gəlməsi, burjuaziya və fəhlələrin formalaşması) özünü göstərməkdə
idi. Başqa millətlər kimi, Azərbaycan milləti də dil, ərazi, iqtisadi
206
həyat birliyi, mədəniyyət birliyi zəminində tarixi sabit birlik kimi
formalaşdı. “Azərbaycan milləti” sözünü ilk dəfə “Kəşkül” qəzeti
işlətdi. Milli ziyalıların qabaqcıl nümayəndələrindən Həsən bəy
Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy
Köçərli millətin ideoloji təfəkkürünün formalaşmasında mühüm rol
oynayırdılar. Türkşülük, milliyətçilik, dövlətçilik, demokratizm
ideyalarını yayırdılar. Azərbaycanda milli burjuaziyanın təşəkkülü
milli təfəkkürün inkişafına təsir göstərdi. Milli burjuaziyanın
görkəmli nümayəndəsi H.Z.Tağıyevin istetadlı gəncləri Rusiya və
Avropanın təhsil ocaqlarına göndərilməsində, məktəb, teatr və
məscidlərin açılmasında böyük rolu olmuşdu. Millətin təzəcə təşək-
külü dövründə mütərəqqi demokratik cərəyana mənsub olan
ziyalılar (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və
b.) Azərbaycanın, xüsusilə Bakının ictimai-iqtisadi və siyasi həya-
tındakı yeni meylləri öz əsərlərində əks etdirirdilər. Bəhs edilən
dövrdə yaşayıb-yaratmış qabaqcıl ziyalılarımız milli şüurun oyan-
masında mühüm rol oynayırdılar. Milli intibah uğrunda mübari-
zənin görkəmli nümayəndələrindən biri M.F.Axundzadə idi. Azər-
baycanın burjua inkişafı meylini düzgün görür və bu ideyaları
“Əkinçi” qəzetində əks etdirirdi.
XIX əsrin ikinci yarısında kəndli və fəhlə hərəkatı.
Zaqatala üsyanı. 1863-cü ildə Gürcüstanda kəndli islahatının
keçirilməsinə hazırlıq xəbəri Şimali Azərbaycanın sosial-iqtisadi və
siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə inzibati-
ərazi vahidi kimi yaradılmış Zaqatala dairəsində narazılığa səbəb
oldu. Çarizmin kobud müstəmləkə siyasəti, məmurların özbaşı-
nalığı, rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti bölgədə ziddiy-
yətlərin kəskinləşdirməsində mühüm rol oynadı. Zaqatalaya gəlmiş
hökumət komissiyasının hazırladığı islahat layihəsinə görə, yen-
giloylar və muğalar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik
vəsait ödəməklə keşkəl sahiblərinin asılılığından azad edilməli
idilər. Keşkəl sahibləri əsas gəlir mənbəyini itirmək təhlükəsi qar-
şısında qaldıqlarına görə burada islahatın keçirilməsini istəmirdilər.
Yetişməkdə olan üsyanın başlanması üçün bəhanə 1862-ci ildə
207
Balakən kəndində kilsə tikilməsi oldu. Üsyan 1863-cü ilin iyununda
rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə
Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın kəməkçiləri balakənli
Bürcəli və carlı Molla Zəngi idi. Üsyan geniş sosial təbəqələri əhatə
edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici qüvvəsini
keşkəl sahibləri, müsəlman ruhaniləri və xalq təşkil edirdi. İyunun
5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar toplamaq
məqsədilə Hacı Murtuz imam elan olundu. Lakin Dağıstan
camaatından gözlənilən köməyin gəlməməsi üsyan başlandığı andan
üsyançılar arasında bir ümidsizlik yaratdı. İyunun 5-dən 6-na keçən
gecə üsyançılar Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top
atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya hakim dairələri
üsyanı yatırdılar. Üsyanın 18 nəfər ən fəal üzvü dar ağacından
asıldı, mindən çox üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa
işlərinə göndərildi. Hacı Murtuz sürgün edildi. Vurulan ziyan
üsyançıların hesabına ödənildi. Üsyanın məğlubolma səbəbləri
aşağıdakılar idi: 1) üsyan mütəşşəkil xarakter daşımırdı, yalnız
Zaqatala dairəsi ilə məhdudlaşırdı. 2) qüvvələr nisbəti də qeyri-
bərabər idi. 3) üsyançılar gözlədikləri köməyi ala bilmədilər. 4)
onlar qətiyyətsizlik göstərdilər və həm də üsyançılar arasında
istənilən birlik yox idi.
Kəndli hərəkatı. XIX əsrin sonunda Azərbaycan kəndlərində
ictimai təbəqələşmə prosesi sürətlənmişdi. Sahibkar və dövlət kənd-
lilərinin vəziyyəti ağır idi. Dövlət kəndlilərinin əksəriyyətinin 1-2
desyatindən artıq torpaq payı yox idi. Azərbaycana rus kəndlilərinin
köçürülməsinin davam etdirilməsi kəndlilərin torpaqsızlaşmasına və
ya az torpaqlı olmasına səbəb olurdu. Ağır vergilər kəndlilərin
vəziyyətini daha da ağırlaşdırırdı. XIX əsrin son rübündə çarizmin
zülmünə qarşı mübarizə daha da gücləndi. Kəndlilər vergi ver-
məkdən və mükəlləfiyyətlər daşımaqdan boyun qaçırır, sahibkarlara
məxsus torpaqları ələ keçirir, hökumət məmurlarının, bəylərin
evlərinə hücum edir, onları yandırır, hətta sahibkarları öldürürlər.
XIX əsrin son rübündə Qazax, Cavanşir, Yelizavetpol, Şuşa
qəzalarında kəndlilərin fəal çıxışları oldu. XIX əsrin son rübündə
208
Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması həm
dövlət, həm də sahibkar kəndlilərin iştirak etdiyi qaçaqçılıq idi.
Qaçaqları xalq intiqamçıları adlandırırdılar. Müxtəlif dövrlərdə
Qubadlıda Qaçaq Nəbi, onun arvadı Həcər xanım, Qazax qəzasında
Qaçaq Kərəm, Dəli Alı, Qaçaq Nağı kimi şöhrətli qəhrəmanlar
yetişdi. Qaçaq dəstələrinin qəhrəmanlıqlarına baxmayaraq, onlar
məğlubiyyətə uğradılar. Onun əsas səbəbi qaçaq hərəkatında kəndli-
lərin miqdarca az bir hissəsinin iştirak etməsi, qeyri-mütəşəkkil
olması və yerli xarakter daşıması idi.
Fəhlə tətilləri. Bakıda neft sənayesi nəticəsində fəhlələrin
sayı durmadan artırdı. Azərbaycan fəhlələri sosial-siyasi hüquqular-
dan məhrum olub, az əmək haqqı ilə çox işləməyə məcbur idilər.
Yaşayış üçün zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək
olması fəhlələrin vəziyyətini daha da dözülməz edirdi. Texniki
təhlükəsizlik aşağı səviyyədə olduğu üçün müəssisələrdə onlarca
fəhlə bədbəxt hadisələr nəticəsində həlak olurdu. Qadın və uşaq
əməyindən də geniş istifadə olunurdu. XIX əsrin 70-ci illərindən
başlayaraq Gədəbəy, Bakı və Nuxada dağınıq tətillər baş verirdi.
Fəhlələr maaşların artırılması, ailəli fəhlələrə mənzillər verilməsi və
bu kimi sosial və iqtisadi tələblər irəli sürürdülər. 1881 və 1895-ci
illərdə Bakıda, 1896-cı ildə Ramana mədənlərində, 1898-ci ildə
Gədəbəy misəritmə zavodlarında tətillər baş verdi. Beləliklə, XIX
əsrin sonunda Azərbaycanda sənaye fəhlələri özunu mütəşəkkil
qüvvə kimi göstərməyə başladı.
2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında
Cənubi Azərbaycanda XIX əsrin ikinci yarısında təbii-coğrafi
şərait əkinçiliyin, maldarlığın inkişafına əlverişli şərait yaradırdı.
Cənubi Azərbaycanda torpaqların əsas hissəsini xalisə adlanan
dövlət torpaqları təşkil edirdi. 1886-cı ildə şah dövlət torpaqlarının
satılması haqqında fərman verdi. İri feodallar, xüsusən ruhanilər
taxıl möhtəkirliyi ilə məşğul olurdular. Kəndlilər dövlətə vergi
verirdilər. Dövlət vergisi bir qayda olaraq paydar kəndlilərin
209
ümumi məhsulundan alınırdı. Kəndlilər dövlətə a) torpaq vergisi; b)
baş pulu; c) “sərkəllə” (yarımköçəri həyat sürən maldarlar
heyvanların sayına görə); d) “qapı pulu” (otlaqlara görə) və s.
verirdilər. Kəndlilər əsas vergilərlə yanaşı, hərbi mükəlləfiyyətlər də
daşıyırdılar. XIX əsrin 70-80-cı illərində Cənubi Azərbaycanda
tacirlərin sayı artır, fəaliyyət dairəsi genişlənirdi. Onlar həm də
sələmçiliklə məşğul olurdular. Xarici malların ölkəyə axını
komprador burjuaziyanın (daxili bazarla xarici şirkətlər arasında
vasitəçilik edən) inkişafı üçün şərait yaradırdı. Cənubi Azərbaycan
kəndinə xarici kapital, xüsusilə də rus kapitalı nüfuz edirdi. 1891-ci
ildə şah hökuməti tütün və tənbəki istehsalını ingilis kapitalisti
Talbotun inhisarına vermişdi. Cənubi Azərbaycandan kəndlilərin
kəsbkarlığa getməsi kütləvi şəkil almışdı. Xaricə iş dalınca gedən-
lərin əksəriyyəti Türkiyəyə, Cənubi Qafqaza (başlıca olaraq Şimali
Azərbaycana), Volqaboyuna, Mərkəzi Asiyaya və s. yerlərə gedir-
dilər. Onlar getdikləri yerlərdə “qara fəhlə” kimi çalışır və yerli fəh-
lələrdən xeyli az maaş alırdılar. XIX əsrin 70-90-cı illərində Cənubi
Azərbaycanda tez-tez çıxış və üsyanlar baş verirdi. 1872-ci ildə
Təbrizdə vilayətin valisinə qarşı baş vermiş üsyan 1881-ci ildə onun
Cənubi Azərbaycandan qovulması ilə nəticələndi. 1898-ci ilin
avqust-sentyabr aylarında Zeynəb paşa adlı qadının rəhbərliyi ilə
Təbrizdə üsyan baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı yönəl-
mişdi. 1892-ci ildə İranın bir çox yerlərində, o cümlədən Təbrizdə
baş verən üsyan nəticəsində şah hökuməti tütün və tənbəki istehsalı
üzərində ingilis Talbotun inhisar hüququnu geri alaraq onunla
imzalanmış müqaviləni ləğv etdi.
3. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti
Şimali Azərbaycanın işğalından sonra Şimali və Cənubi Azər-
baycanın mədəni inkişafında fərqlər nəzərə çarpmağa başladı. XIX
əsrin ikinci yarısında Şimali Azərbaycanda mədəniyyətin xarakterik
xüsusiyyətləri bunlar idi: 1)yeni tipli məktəblərin və mədəni-maarif
müəssisələrinin, milli mətbuatın və milli teatrın yaranması; 2)
210
qabaqcıl ziyalıların xalqın milli şüurunun oyanmasına ideya
təsirinin güclənməsi. XIX əsrin ikinci yarısında Şimali Azərbay-
canda: 1.yüzlərcə milli məktəb və mədrəsələr fəaliyyət göstərirdi. 2.
Bakı, Şamaxı, Şuşa, Nuxa və d. şəhərlərdə ədəbi dərnəklər,
məclislər təşkil edilirdi. 3.Məktəblərlə yanaşı, ruhani məktəbləri-
mədrəsələr də fəaliyyət göstərirdi. İbtidai və ali dərəcələrə bölünən
mədrəsələrdə təhsil pulsuz idi. 4. Avropa təhsili görmüş milli
ziyalılar nəsli yetişməyə başlamışdı. Belə ziyalılardan Rusiyada ali
təhsil almış ilk azərbaycanlı Ağa bəy Yadigarovu, Almaniyada
təhsil almış Məmmədağa Şahtaxtinskini göstərmək olar; 5. “Üsuli-
cədid” (yeni üsul) adlı ictimai-pedaqoji hərəkat geniş yayıldı. Bu
məktəblərdə təlim ana dilində aparılır, təhsil planına ümumtəhsil
xarakterli fənlər daxil edilirdi. Bu tədris üsulunun əsas prinsip-
lərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçid
idi. 6. Ana dilində ilk dərsliklər və dərs vəsaitləri hazırlanırdı. 7.
1872-ci il yeni məktəb əsasnaməsinə görə qəza məktəbləri pullu
şəhər məktəblərinə çevrilmişdi. 8. Xalq məktəbləri adı ilə meydana
gələn ibtidai kənd məktəbləri yaranırdı. 9. 80-ci illərdən başlayaraq
rus-Azərbaycan məktəbləri yaranmağa başlandı. Məqsəd şagirdləri
orta məktəbə hazırlamaq idi. İlk rus-Azərbaycan məktəbinin əsası
1887-ci ildə Bakıda H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən
qoyuldu. Bu məktəblərdə tədris rus dilində olsa da, Azərbaycan dili
icbari keçilirdi. 10. 80-90-cı illərdə bir sıra sənət məktəbləri
(Bakıda, Gəncədə, Zaqatalada və s.) açıldı. 11. 1865-ci ildə Bakıda
ilk orta təhsil məktəbi yarandı. 12. İlk qadın və kişi gimnaziyaları
açıldı. 13. 1876-cı ildə Qori Müəllimlər Seminariyası təşkil olundu.
14. 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsi açıldı. İlk kitabxana-qiraətxanalar məktəblərin nəzdində açıl-
dı. Məktəblərdən kənarda yerləşən ilk kütləvi kitabxanalardan biri
1868-ci ildə Gəncədə açıldı. 1894-cü ildə N.Nərimanov tərəfindən
ilk Azərbaycan qiraətxanası təşkil edildi.
Milli mətbuatın təşəkkülü. Şimali Azərbaycanda milli mət-
buatın əsası görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə
nəşrinə başladığı “Əkinçi” qəzeti ilə qoyulmuşdu. 1877-ci ilədək
211
qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin əsas məqsədi xalqı
maarifləndirmək idi. 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində
“Ziya” qəzeti çıxmağa başladı. 1880-cı ildən 1884-cü ilədək bu
qəzet “Ziyayi Qafqaziyyə” adı altında nəşr olundu. 1880-ci ildə
Tiflisdə “Kəşkül” qəzeti Cəlal Ünsüzadənin nasirliyi ilə işıq üzü
gördü. Qəzet öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın idi. 1880-
1890-cı illərdə Bakıda rus dilində “Kaspi”, “Baku” və b. qəzetlər
nəşr olunurdu.
İncəsənətin inkişafı: teatr, musiqi, memarlıq. 1873-cü il
martın 23-də Bakı realnı məktəbinin həvəskar teatr truppası tərə-
findən görkəmli dramaturqumuz Mirzə Fətəli Axundovun “Sərgü-
zəşti vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə
milli teatrımız yarandı. Xalqımızın böyük oğlu, xeyriyyəçi
H.Z.Tağıyev 1883-cü ildə Bakıda teatr binası tikdirdi. 1895-ci ildə
Azərbaycanın teatr xadimləri “Bakı artistlər cəmiyyəti”ni yaratdılar.
XIX əsrin ikinci yarısında musiqidə böyük canlanma var idi.
Peşəkar aşıqlardan Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə böyük şöh-
rət qazanmışdılar. Tarzən Sadıqcan tarı təkmilləşdirmişdi.
Xanəndələrdən Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar
Qaryağdıoğlu və b. muğam sənətinin inkişafında misilsiz xidmətlər
göstərmişdilər. Dövrün ən görkəmli memarı olan Qasım bəy
Hacıbababəyov Bakıda böyük bir karvansara inşa etmişdi. 1865-ci
ildə dənizkənarı bulvar salınmağa başladı. 1886-cı ildə isə Bakının
ikinci qala qapıları tikilmişdi. Dövrün görkəmli rəssamlarından Mir
Mövsüm Nəvvab “Quşlar”miniatürünü və Teymurləngin portretini
çəkmişdi. Mirzə Qədim İrəvani “Cavan oğlan”, “Oturan qadın” və
s. rəsmləri ilə təsviri rəssamlıq sənətini zənginləşdirmişdi.
XIX əsrdə Cənubi Azərbaycan mədəniyyəti. Türkmənçay
müqaviləsi bağlandıqdan sonra Azərbaycanın şimalı və cənubu
müxtəlif sosial-iqtisadi və mədəni inkişaf yoluna qədəm qoydu.
XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda dövlət elm və
maarifin inkişafına az diqqət yetirirdi. Orta və ali təhsil ocaqları
olan mədrəsələr fəaliyyət göstərirdi. Şagirdlər təhsil aldıqları
müddətdə (10-12 il) mədrəsələrdə yaşayırdılar. Bir neçə yeni tipli
212
məktəbin açılması Qacarların deyil, vətənpərvər ziyalıların səyləri
nəticəsində mümkün olmuşdu. Cənubi Azərbaycanda tarixşunaslıq
elmi sahəsində bir sıra əsərlər yazılmışdı. Məhəmməd Rəzi “Zinət
üt-təvarix”, Məhəmməd Sadıq “Cahanara”, Əbdürrəzzaq Dünbülü
“Hökmdarın şanlı işləri” adlı əsərlərlə tarix elmini inkişaf
etdirmişlər. XIX əsrin ikinci yarısında Şimali Azərbaycandan fərqli
olaraq Cənubi Azərbaycanda milli mədəniyyətin zəif cəhəti onun
hələ də fars dili ənənəsi çərçivəsindən çıxa bilməməsində idi.
Şimaldan fərqli olaraq Cənubi Azərbaycan ziyalıları doğma dilin
ədəbiyyat, mətbuat və publisistikada hakim dilə çevrilməsi uğrunda
mübarizə aparmırdılar. Buna baxmayaraq maarif və mətbuat
sahələrində böyük irəliləyişlər var idi. 1869-cu ildə Təbrizdə
“Mədrəseyi-Nasiri”, 1877-ci ildə Təbriz Dövlət Mədrəsəsi, 1878-ci
ildə Urmiyada Ali Tibb Məktəbi açılmışdı. “İran maarifinin atası”
adlandırılan Mirzə Həsən Rüşdiyyə 1888-ci ildə Təbrizdə “Debes-
tan” adlı ilk üsuli-cədid məktəbini təsis etmişdi. Cənubi Azər-
baycanda mətbuatın əsası 1858-ci ildə nəşrə başlayan “Azərbaycan”
qəzeti ilə qoyuldu. 1880-cı ildə “Təbriz”, 1884-cü ildə
“Mədəniyyət” adlı qəzetlərin nəşrinə başlandı. Mühacirətdə olan
azərbaycanlı ziyalıların İstanbulda nəşr etdirdikləri ‘Əxtər” (1875)
və “Şahsevən” qəzetləri geniş şöhrət qazanmışdı.
213
XIII FƏSİL
AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ.
İCTİMAİ-SİYASİ VƏ DEMOKRATİK HƏRƏKATLAR
Plan:
1. XX əsrin əvvəllərində Şimali Azərbaycanda sosial-iqtisadi və
siyasi vəziyyət. 1901-1904-cü illərdə fəhlə hərəkatı.
2. 1905-1907-ci illər birinci rus inqilabı və onun Azərbaycanın
siyasi durumuna təsiri. Siyasi partiya və təşkilatların yaranması.
3. Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı.
1. XX əsrin əvvəllərində Şimali Azərbaycanda
sosial-iqtisadi və siyasi vəziyyət.
1901-1904-cü illərdə fəhlə hərəkatı
1900-1903-cü illər dünya iqtisadi böhranı Rusiyaya da öz tə-
sirini göstərdi. Böhran neft sənayesinin bütün sahələrinə-neft
çıxarılmasına, onun emalına, yeni quyuların qazılmasına, neftin və
neft məhsullarının ixracına, kəşfiyyat işlərinin aparılmasına ağır
zərbə endirdi. Böhran illərində xirda və orta müəssisələrin iflasa uğ-
raması nəticəsində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi.
Təkcə 1899-1900-cü ildə Bakıda olan 208 şirkətdən 90-nı iflasa uğ-
radı, iri inhisarların ixtiyarına keçdi. İnhisarlar neftin istehsalı,
emalı, daşınması və satışını öz əllərində cəmləşdirirdi.Neft ixracı
Nobel qardaşları, Rotşild kimi inhisarçıların əllərində cəmləşdi.
Bakıda 20 iri neft sənayesi şirkəti sırasına Azərbaycan kapitalının
nümayəndələri Musa Nağıyev və Şəmsi Əsədullayevin şirkətləri də
daxil idilər. 1903-cü ilədək ingilis kompaniyaları Bakının neft
müəssisələrinə 60 mln. manat kapital qoymuşdular. İngiltərə, Fransa
və ABŞ ağ neftə olan tələbatlarının xeyli hissəsini Bakının hesabına
ödəyirdi. İnhisarçılar texniki geriliyin qarşısını almaq üçün tədbirlər
görmür, süni surətdə inkişafın qarşısını alır, neftin qiymətini qal-
214
dırırdılar. 1912-ci ildə yaradılmış “Oyl”inhisarının tərkibində 1913-
cü ildə “Tovuz” portland sementi və digər tikinti materialları isteh-
salı səhmdar cəmiyyəti təsis edildi. I Dünya müharibəsi ərəfəsində
İngiltərə, Fransa, Almaniya inhisarları arasında mübarizə daha da
gücləndi. XX əsrin əvvəlində kapitalist münasibətləri təkcə Bakıda
deyil, Azərbaycanın qəzalarında da inkişaf edirdi. Ölkə sənayesi
təkcə neft hasilatından ibarət olmayıb, sənayenin digər sahələri-dağ-
mədən, mexaniki istehsal, energetika, toxuculuq, pambıqtəmizləmə,
ipək emalı, yeyinti sənayesi, nəqliyyat, rabitə, bank-kredit sistemı
və ticarət də inkişaf edirdi. Neft sənayesi ilə yanaşı, Azərbaycanda
Dostları ilə paylaş: |