İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

1918-ci il mart soyqırımı.  Müsavatın sosial bazasını  məhv 
etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər 
milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-
də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına 

 
235 
göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” 
gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə 
oldu. Daşnaksütyun Partiyası  və erməni milli şurası bolşeviklərin 
tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 
16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya 
İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus 
matrosları da azərbaycanlılara qarşı  çıxaraq onları atəşə tutdular. 
Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəl-
lələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. -
Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 
31-də müqaviməti dayandırdılar.  Şəhərin dinc, silahsız müsəlman 
əhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə 
azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən 
çox azərbaycanlı  qətlə yetirildi (16, s. 173). Şamaxı, Quba, Kür-
dəmir, Salyan və  Lənkəran qəzalarında azərbaycanlı  əhaliyə qanlı 
divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 
72 kənd dağıdılmışdı (31). Quba qəzasında 122 kənd yandırılmışdı 
(96, v. 5-8). 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20 
mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım 
zamanı Azərbaycanda 50 minə  qədər azərbaycanlı  qətlə yetiril-
mişdir. 
 
3. Bakı Xalq Komissarları Soveti  
və onun antiazərbaycan siyasəti 
 
Mart soyqırımı Baki Sovetinin antiazərbaycan siyasətini xalqa 
göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiy-
yətlərini möhkəmləndirmək üçün: 
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağla-
dılar; 
2)  şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına 
keçirdilər; 
3) aprelin 20-də  Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı 
şəhər Dumasını buraxdılar; 

 
236
4) erməni milli şurasından başqa, bütün milli şuraların fəaliy-
yətini qadağan etdilər. 
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti 
deyilən qurum yaradıldı. Əslində “Erməni sovet hökuməti” olan bu 
qurumun tərkibində cəmi 3 azərbaycanlı var idi. XKS-ə S.Şaumyan 
sədrlik edirdi. Bakı XKS-nin rəhbərliyi Azərbaycanı Sovet Rusi-
yasının ayrılmaz tərkib hissəsi hesab edir, muxtariyyət ideyasının 
qəti  əleyhinə  çıxaraq bunu Azərbaycan millətçilərinin xam xəyalı 
sayırdı. May ayında bütün köhnə hakimiyyət orqanları ləğv edildi. 
Fəhlə-kəndli milisi, şəhər, qəza, mahal xalq məhkəmələri yaradıldı, 
hərbi tribunal təsis olundu, fövqəladə komissiya yaradıldı. Bakı 
XKS-i Sosialist tədbirləri adı altında neft sənayesini və  Xəzər 
Ticarət Donanmasını milliləşdirdi. Bolşeviklərin milliləşdirmə 
siyasəti nəticəsində 1918-ci ilin avqust ayınadək “qardaşlıq yar-
dımı” adı ilə əvəzi ödənilmədən Azərbaycandan Sovet Rusiyasına 1 
mln. 300 min ton neft və neft məhsulları göndərildi (74, s. 112-
113). Bakını  hərbi cəhətdən möhkəmləndirmək məqsədilə V.İ.Le-
ninin göstərişi ilə şəhərə 4 zirehli avtomobil, 13 təyyarə və bir çox 
hərbi dəstələr göndərildi. 1918-ci ildə Bakı XKS əsgərlərinin sayı 
18 min nəfərə şatdırıldı ki, bunların da 13 min nəfəri erməni idi. 
 
4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti.  
Maarif və elm  
 
XX  əsrin  əvvəllərində  Azərbaycan mədəniyyəti  inkişaf 
etməyə başladı. Azərbaycanın demokratik ictimaiyyəti “rus-tatar” 
məktəbləri  şəbəkəsini genişləndirmək uğrunda mübarizə aparırdı, 
çarizmin məktəbləri ruslaşdırma siyasətinə qarşı  çıxırdılar. Azər-
baycan qadınlarının dini xurafatın hakim olduğu bir şəraitdə sa-
vadlandırılması çox mühüm idi. 1901-ci ildə Bakıda H.Z.Tağıyev 
öz hesabına “Bakı rus-müsəlman qadın məktəbini” açdı. Birsinifli 
olan bu məktəb 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ibtidai-ali 
məktəb oldu. 1916-cı il yanvarın 1-də bu məktəbdə 104 qız təhsil 
alırdı ki, onların 95 azərbaycanlı idi. 1902-ci ildə  Gəncədə, bir 

 
237 
qədər sonra Ağdaşda, Qazax qəzasının Salahlı  kəndində, Göyçay 
qəzasının Zəyəlu kəndində, Şuşada, Şamaxıda, Karyagin qəzasında 
və b. yerlərdə ilk qadın məktəbləri açıldı. Qız məktəblərində işləmiş 
müəllimlərdən Hənifə xanım Məlikovanın, Xədicə xanım Ağaye-
vanın, Rəhilə xanım Hacıbəyovanın, Sara xanım Vəzirovanın,  Şə-
fiqə xanım Əfəndiyevanın, Ayna Sultanovanın adlarını qeyd etmək 
olar. Azərbaycan müəlliflərinin qarşısında duran ən mühüm 
vəzifələrdən biri tədris-metodik vəsait hazırlayıb nəşr etmək idi. Bu 
yolda Rəşid bəy  Əfəndiyevin, S.S.Axundovun, F.Ağazadənin, 
Abdulla  Şaiqin, M.Mahmudbəyovun, A.Səhhətin, A.Əfəndiyevin, 
Q.N.Nərimanbəyovun, M.Qəmərlinskinin, Ü.Hacıbəyovun, 
Q.R.Mirzəzadənin, F.Köçərlinin rolu xüsusi qeyd olunmalıdır. 
Azərbaycanda orta məktəblər, professional-texniki məktəblər də 
açılmağa başlamışdı, bazar günləri fəaliyyət göstərdiyi üçün Bazar 
məktəbləri adlanan məktəblərdə yaşlılar təhsil alırdılar. Azər-
baycanda xeyli mədəni-maarif idarələri: kitabxana, xalq evləri, 
klublar və s. fəaliyyət göstərirdi. Bakıda 4 kitabxana, Şuşada, 
Nuxada, Gəncədə, Qubada da açılmışdı. 1902-ci ildə Qara şəhərdə 
və 1906-cı ildə Bayılda açılmış xalq evlərində-mədəni-maarif ocaq-
larında görkəmli mədəniyyət xadimləri mühazirələr oxuyurdular. 
Bakıda yaranmış “Nicat” cəmiyyətinin  ətrafında inqilabi-
demokratik ziyalılar toplaşmış, “Nəşr maarif” cəmiyyətinin başlıca 
vəzifəsi əhali arasında savadsızlığı ləğv etmək idi. H.Z.Tağıyev və 
M.Muxtarov bu cəmiyyətin fəxri üzvləri idilər. I dünya müharibəsi 
illərində Quba, Ağdam, Şuşa və Gəncədə cəmiyyətin filialları açıldı. 
1907-ci ildə Bakıda ruhanilərin yaratdıqları müsəlman mədəni-
maarif cəmiyyəti-“Səadət” qarşısına savad yaymağı qoymuşdu. 
1910-cu ildə yaranmış müsəlman mədəni-maarif cəmiyyəti-
“Səfa”nın vəzifəsi kişi və qadın peşə məktəblərini açmaq idi. I rus 
inqilabı illərində Bakıda 13 gizli partiya mətbəəsi fəaliyyət gös-
tərirdi. Gəncə  və  Şuşada da var idi. Bu dövrdə azərbaycanca 
“Hümmət”, “Təkamül”, “Yoldaş” (1907), “Qudok” (1907-1908), 
“Naşa jizn” (1914), “Bakı həyatı” (1912) qəzetləri, “Volna” (1909), 
“Sovremennaya jizn” (1911) və s. jurnalları nəşr olunurdu. Bunlarla 

 
238
yanaşı inqilabi-demokratik mətbuat orqanı olan “Molla Nəsrəddin” 
jurnalı da çap olunurdu. Cəlil Məmmədquluzadənin redaktoru 
olduğu bu jurnalın  ətrafında M.Ə.Sabir, Ö.F.Nemanzadə,  Ə.Qəm-
küsar,  Ə.Nəzmi və b. toplaşmışdı. Bu jurnalın ardınca “Bəhlul” 
(1907), “Zənbur” (1909-1910), Bakıda uşaqlar üçün “Dəbistan” 
(1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” (1911-1917) 
jurnalları  çıxırdı. Bakıda burjuaziyanın “İrşad” (1905-1908), “Tə-
rəqqi” (1908-1909), “Füyuzat” və “Yeni füyuzat” jurnalları, 
“Həyat” və “Təzə  həyat” qəzetləri, “Raboçi listok”, “Trud”, “Ra-
boçi qolos” və s. qəzet və jurnalları çıxırdı. XX əsrin əvvəllərində 
coğrafiya, təbii elmlər,  ədəbiyyat sahəsində  də müəyyən uğurlar 
qazanıldı. Azərbaycanda tənqidi realizmin inqilabi-demokratik 
ideyaların carçısı “Molla Nəsrəddin” (1906-1931) jurnalının naşiri 
və redaktoru C.Məmmədquluzadə, onun əməkdaşı M.Ə.Sabir, 
Ə.Haqverdiyev,  Ə.Qəmküsar,  Ə.Nəzmi, M.Ə.Möcüz, Y.V.Çəmən-
zəminli kimi görkəmli nümayəndələri var idi. İnqilabi-demokratik 
publisistikanın fəal nümayəndələrindən biri Ü.Hacıbəyov idi. 
Mədəni-maarif cəmiyyətlərinin, o cümlədən “Nicat”ın yaradılması 
Azərbaycanın milli teatr sənətinin inkişafına təkan verdi: 1904-cü 
ildə “Müsəlman artistləri cəmiyyəti” yaradılmışdı. H.Ərəblinskinin, 
C.Zeynalovun, Hüseynqulu Sarabskinin, M.A.Əliyevin, Sidqi 
Ruhullanın incəsənətə gəlmələri bu dövrə aiddir. 1909-cu ildə S.Ru-
hulla, C.Zeynalov və H.Ərəblinskinin köməyi ilə  Təbrizdə teatr 
təşkil olunmuş, teatr binası isə 1916-cı ildə tikilmişdi. 1916-cı ildə 
yaradılmış H.Ərəblinski və H.Sarabskinin başçılıq etdiyi “Müsəl-
man dram cəmiyyəti”, Azərbaycan opera teatrı da teatr sənətinə 
yeni təkan verdi. XX əsrin  əvvəllərində Ü.Hacıbəyov, M.Maqo-
mayev, Z.Hacıbəyov, C.Qaryağdıoğlu, H.Sarabski, Q.Pirimov və b. 
Azərbaycan musiqisinin inkişafında, xalqın müsiqi irsinin təbli-
ğində, xalq mahnı və muğamlarının yaradılmasında xüsusilə böyük 
xidmət göstərmişlər. 1908-ci il yanvarın 12-də H.Z.Tağıyev teat-
rının binasında “Leyli və Məcnun” operasının ilk tamaşası qoyuldu. 
1908-1915-ci illərdə Ü.Hacıbəyov “Şeyx Sənan”, “Rüstəm və 
Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Harun və 

 
239 
Leyla” kimi bir sıra operalar yaratdı. İlk dəfə 1913-cü il oktyabrın 
25-də milli musiqili teatr səhnəsində göstərilən “Arşın mal alan” 
musiqili komediyası böyük müvəffəqiyyət qazandı. 1916-cı ildə 
M.Maqomayev Azərbaycan opera sənətinin qızıl fonduna daxil 
olmuş “Şah İsmayıl” operasını yaratdı. Azərbaycanda ilk film XİX 
əsrin sonunda çəkilib. 1916-cı ildə isə “Neft və milyonlar səltə-
nətində” adlı Azərbaycan filmi çəkildi, həmin ildə “Ölülər” pyesi, 
M.Maqomayevin “Şah  İsmayıl” operası, Z.Hacıbəyovun “Aşıq 
Qərib” operası tamaşaya qoyuldu. Rəssam Əzim Əzimzadə, Bəhruz 
Kəngərli ilk azərbaycanlı  rəssamlar idilər. Azərbaycan memarlıq 
incəsənəti də inkişaf etmişdir. O zaman salınmış ictimai binalar içə-
risində  İsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akade-
miyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki 
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet 
Teatrının binası) xüsusilə seçilirdi. 
 
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə 
demokratik və milli-azadlıq hərəkatı 
 
İran Məşrutə inqilabı  məğlub edildikdən sonra, 1912-ci ilin 
əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin  İran 
hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə 
əsasən  İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən  şimal-
dakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər 
Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min 
kv. km hissəsi  İngiltərənin,  İranın bu xətlər arasındakı  ərazisi isə 
“bitərəf” zona elan edildi. I dünya müharibəsi başlayanda  İranın 
rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi 
əməliyyatlıra başladılar. Cənubi Azərbaycan 1914-cü il dekabrın 
axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları 
tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli 
əhalinin 15% həlak oldu (68, s. 63). Bu zaman İran Demokrat 
partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq 
edirdi. 1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik 

 
240
inqilabının təsiri ilə  İran Demokrat partiyası  (İDP) və onun Azər-
baycan  əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Azərbaycan 
demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o 
cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan  əyalətinin 
irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların 
İrandan çıxarılmasını  tələb edirdilər, Azərbaycana muxtariyyət 
almaq uğrunda mübarizəyə çağırırdı. Təbrizdə “Azərbaycan himni” 
yaradılmışdı.  Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıq-
lıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, 
Salmas, Urmiya, Soucbulaq və s. başqa  şəhərlərdə azərbaycanlı 
əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun 
bölgəyə daxil olması Azərbaycanlı  əhalinin kütləvi  şəkildə  qətlə 
yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk 
etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları 
yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin 
1918-ci ilin əvvəllərində  İrandan çıxarıldığı vaxt daha faciəli  şəkil 
aldı. 1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan  Əyalət 
Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik 
Partiyası) halında birləşməyi qərara aldı, bunda “Təcəddüd” 
qəzetinin mühüm rolu oldu. 1917-ci il avqust ayının 24-də  Əyalət 
Komitəsinin geniş konfransı oldu, Azərbaycan Demokratik Firqəsi 
(ADF) müstəqil elan edildi və  Şeyx Məhəmməd Xiyabani başda 
olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. Rusiyada 
oktyabr hadisələri İran dövlət müstəqilliyinə və suverenliyinə ciddi 
dərəcədə ziyan vurdu. 1917-ci il dekabrın 15-də Brestdə Rusiya 
hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan 
xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması 
haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunl-
arının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 
1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın 
Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt 
Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur 
dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azər-
baycanın çox hissəsi osmanlı Türkiyəsinin qoşunları  tərəfindən 

 
241 
işğal edildi. ADF belə vəziyyətdə ingilis və türk qoşunlarına, yerli 
irtica hökumətinə qarşı mübarizə aparırdı. ADF-nin rəhbərləri, o 
cümlədən Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə 
verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar.  Şimaldakı 
hadisələr cənubda da öz əks-sədasını tapmışdı. Təbriz, Urmiya və 
Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı  çıxışlar baş 
verirdi. Çıxışlara  Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə  İran 
Demokratik Partiyasının (İDP) Azərbaycan  Əyalət Komitəsi 
istiqamət verirdi. 1917-ci ilin payızında Təbriz,  Ərdəbil, Xoy, Ur-
miya, Sərab, Zəncan və b. şəhərlərdə keçirilən mitinqlərdə  əhali 
hökumətin istefa verməsini, İranda demokratik hökumət təşkil olun-
masını  tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti 
istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə 
hakimiyyətə  gətirildi. 1919-cu il avqustun 9-da ingilislərin  İran 
hökuməti ilə imzaladıqları saziş  İranı siyasi və iqtisadi cəhətdən 
Böyük Britaniyadan asılı  vəziyyətə salırdı. Bu, Cənubi Azər-
baycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi (12, 
s. 109). İran hökuməti demokratik qüvvələrə qarşı şiddətli tədbirlərə 
əl atdı. ADF gizli fəaliyyətə keçdi. Lakin, çıxışlar 1920-ci ilin 
əvvəllərinədək davam etmişdi. Təbrizdəki ingilis komandanlığı 
nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı olmuş-
du. 1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir 
neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə  təkan 
verdi. 1920-ci il aprelin 7-də  Təbrizdə üsyanın başlanması ilə 
Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri 
aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai 
İdarə Heyəti (İİH) təşkil olundu. 2 gün müddətində bütün dövlət 
idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur 
oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təb-
riz  əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın 
adını Azadıstana dəyişərək, bu gündən bu adı  rəsmi ad kimi elan 
edirik” (12, s. 110). O, bu adın rəsmən tanınmasını İran dövlətindən 
tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə 
cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini 

 
242
qəbul etdikdən sonra, ona Təbrizə daxil olmağa icazə verildi. O, 
demokratlara qarşı qiyam təşkil etməyə çalışırdı. Lakin həmin planı 
həyata keçirməyə çalışan  şəxslər demokratlar tərəfindən həbs 
edildilər. Xoy mahalında,  Ərdəbildə, Astarada, Marağada,  Əhərdə, 
Zəncanda da üsyanlar baş verdi. 1920-ci ilin iyunun 23-də ADF İİH 
əsasında Milli Hökumət (MH) yaratdı. MH–in tələbi ilə vali 
Eynuddövlə  və onun aparatı  Təbrizi tərk etdi. Hərəkat rəhbərləri 
İranda  şahlığın ləğvinə  və respublika yaradılmasına çalışırdılar. 
Milli hökumət sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, 
ədliyyə, və s. sahələrdə islahatlar həyata keçirməyə başladı. MH-in 
bir sıra sahələr üzrə idarə  və nazirlikləri yaradılmışdı. Təbrizdə 
pulsuz qız məktəbi açıldı. Milli müdafiə qüvvələrinin təşkili üçün 
də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisində və Təbrizə 
gəlmiş kəndlilərdən ümumi sayı 12 minə çatdırılacaq milli qvardiya 
təşkilinə başlanıldı, eyni zamanda şəhər əhalisindən yeni jandarm və 
polis dəstələri təşkil etdi. Təlim üçün xüsusi polis məktəbləri açıldı. 
İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin köməyi ilə 
üsyançılara hücum etmək üçün hazırlığa başladı. Hidayət Müxbi-
rüssəltənə sentyabrın ilk günlərində vali sifətilə  Təbrizə  gəldi və 
Baş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışığa” 
başladı. O, Təbrizin kənarında düşərgə salaraq, tərk-silah edilməmiş 
İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə 
çəkdi, Təbrizə süvari dəstələr çağırıldı. Jandarm dəstəsinin rəhbəri 
Mir Hüseyn Haşimi  ələ alındı. O ətrafdakı quldur dəstələri ilə 
mübarizə aparmaq bəhanəsilə MH razılığını almadan silahlı qüv-
vələri  şəhərdən çıxardı. Sentyabrın 12-də  əksinqilabi qüvvələr 
üsyançılar üzərinə hücuma keçdilər. Üsyançılar sentyabrın 14-dək 
son damla qanlarına qədər vuruşdular, Xiyabani öldürüldü, üs-
yançılara divan tutduruldu. Beləliklə, bütün Cənubi Azərbaycandakı 
azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə  İran irticası 
tərəfindən yatırıldı.Təbriz üsyanının nəticəsi olaraq 1920-ci il iyu-
nun 25-də Vüsuquddövlə istefaya çıxdı, 1919-cu ildə imzalanan 
İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi (12, s. 115-116). 

 
243 
 
XV FƏSİL 
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 
(1918-1920-ci illər) 
 
Plan: 
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun 
Azərbaycanın bütün ərazisində bərqərar olması. 
2. Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu. 
Azərbaycan parlamenti və onun fəaliyyəti. 
3. Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti. 
4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri. 
5. Erməni təcavüzünə qarşı mübarizə. 
 
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi  
və onun Azərbaycanın bütün ərazisində bərqərar olması 
 
Fevral inqilabının qələbəsindən sonra “Müsavat” partiyası 
gizli iş  şəraitindən çıxaraq ilk dəfə olaraq açıq fəaliyyətə başladı. 
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Ba-
kıda “Müsavat” səslərin 40% topladı və qələbə qazandı (9, s. 243). 
Ümumrusiya Müəssisələr Məclisi bolşeviklər tərəfindən qovulan-
dan sonra, onun Cənubi Qafqazdan olan üzvləri Zaqafqaziya 
Seymini yaratmaq qərarına gəldilər. 1918-ci il fevralın 23-də yara-
dılmış Seym Cənubi Qafqazın ali hakimiyyət orqanı kimi düşü-
nülmüşdü. Zaqafqaziya Seymi öz fəaliyyətinə Türkiyə ilə sülh 
danışıqlarının müzakirəsi ilə başladı. Mart ayının 3-də Sovet Rusi-
yası Almaniya ilə Brest-Litovsk sülh müqaviləsini imzaladı. Mü-
qavilənin şərtlərinə görə:1)1877-1878-ci illər rus-türk müharibəsinə 
qədərki sərhəd xətti bərpa edilməli idi; 2)Qars, Ərdəhan və Batum 
vilayətləri Türkiyəyə verilməli idi; 3)rus əsgərləri türk ərazilərində 
və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli 
idilər. 1918-ci il mart ayında fəaliyyətə başlayan və bir ay davam 
edən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti 

 
244
Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz 
etdi. Türkiyə hökuməti isə bu etiraza münasibətini bildirərək qeyd 
etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi 
tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildir-
məli və öz istiqlaliyyətini elan etməlidir. Aprelin 13-də Azərbaycan 
fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının 
tələbi ilə Seym Türkiyə ilə müharibə haqqında qərar qəbul etdi. 
Lakin son nəticədə Seym Türkiyənin tələbinə əsasən Brest-Litovsk 
müqaviləsinin  şərtlərini qəbul etdi. Yarandığı andan Seymin tər-
kibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında 
mövcud olan ciddi fikir ixtilaflarını 1918-ci il aprelin 22-də Cənubi 
Qafqazın müstəqil federativ respublika elan edilməsi də yumşalda 
bilmədi. Seymin fəaliyyəti iflic vəziyyətinə düşdü. Gürcülər Cənubi 
Qafqaz federasiyasının tərkibindən çıxıb Gürcüstanın müstəqilliyini 
elan etmək qərarına gəldilər. 1918-ci il mayın 26-da Zaqafqaziya 
Seymi buraxıldığını elan etdi və elə  həmin gün də Gürcüstanın 
müstəqilliyi bəyan edildi. Ertəsi gün, mayın 27-də yaranmış vəziy-
yətlə əlaqədar olaraq keçmiş Seymin Azərbaycan fraksiyasının föv-
qəladə iclası keçirildi və Azərbaycan Milli Şurasının yaradılması 
haqqında qərar qəbul edildu. Milli Şura Azərbaycanın idarə olun-
masının tam məsuliyyətini öz üzərinə götürdüyünü bildirdi. 
M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov onun 
müavinləri seçildilər. Daha sonra Milli Şuranın icra orqanı-9 nəfər-
dən ibarət  İdarə Heyətinin təşkil olunmasına başlandı. F.X.Xoy-
skinin yekdilliklə sədr seçildiyi icra orqanına aşağıdakı partiyaların 
nümayəndələri daxil oldular:-“Müsavat” partiyasından M.H.Ha-
cınski, N.Usubbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov;-“Müsəlman 
sosialist bloku”ndan X.Məlikaslanov, C.Hacınski;-“Hümmət”dən 
Ə.Şeyxülislamov; -“İttihad” partiyasından X.Sultanov. Mayın 28-də 
Azərbaycan Milli Şurasının ilk iclası oldu. X.Xasməmmədovun 
Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifinə  tərəfdar 
çıxanlar olsa da, F.X.Xoyski yerlərdə vəziyyət aydınlaşmayana kimi 
Azərbaycanın istiqlaliyyətinin elan olunması  məsələsində  tələsmə-
məyi və  hələlik, yalnız tamhüquqlu Azərbaycan hökumətinin 

 
245 
yaradılması ilə kifayətlənməyi təklif etdi. Mübahisələrdən sonra 
Milli  Şura 24 səslə (2 nəfər-S.M.Qəniyev və C.Axundov bitərəf 
qaldılar) Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haq-
qında qərar qəbul etdi və  “İstiqlal bəyannaməsi”nin mətnini 
təsdiqlədi. Daha sonra Milli Şura Azərbaycan Demokratik Res-
publikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı. 
Müstəqil Azərbaycanın I hökumətinin tərkibi: Nazirlər  Şurasının 
sədri və daxili işlər naziri-F.X.Xoyski; Hərbi nazir-X.Sultanov; 
Maliyyə  və xalq maarifi naziri-N.Usubbəyov; Xarici işlər naziri-
M.H.Hacınski; Yollar, poçt və teleqraf naziri -X.Məlikaslanov; 
Ədliyyə naziri-X.Xasməmmədov;  Əkinçilik və  əmək naziri-
Ə.Şeyxülislamov; Ticarət və  sənaye naziri-M.Y.Cəfərov; Dövlət 
nəzarəti naziri-C.Hacınski. 1918-ci il mayın 30-da böyük dünya 
dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycan istiqlaliyyətinin 
elan olunması haqqında F.X.Xoyskinin imzası ilə teleqram 
göndərildi.  İyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı 
imperiyası arasında Batumda Sülh və dostluq müqaviləsi imzalandı. 
Müqavilənin 4-cü bəndinə görə Türkiyə hökuməti Azərbaycana 
hərbi yardım göstərməyi öz öhdəsinə götürdü. İyunun ortalarında 
Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti ciddi daxili və 
xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın hərbi di-
viziyası  Gəncədə idi. Gəncədə Milli Şura güclü müxalifətlə rast-
laşdı. “İlhaq”-Azərbaycanın Türkiyəyə birləşdirilməsini istəyən bu 
dairələr Nuru paşanı öz tərəflərinə çəkərək onun nüfuzundan Milli 
Şuraya qarşı mübarizədə istifadə edirdilər. Məhz onların təkidi ilə 
Nuru paşa Milli Şura üzvlərini qəbul etmədi. Həmin günlərdə 
Azərbaycanın istiqlaliyyətinin müqəddəratı  həll olunurdu, çünki 
“ilhaqçı”lar ictimaiyyət arasında nüfuza malik idilər. Yalnız 
M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın qətiyyətli mövqeyi 
kompromis əldə etməyə imkan verdi. 1918-ci il iyunun 17-də top-
lanmış Milli Şura 2 qətnamə  qəbul etdi: 1.“Müvəqqəti hökumətin 
hüquq və  vəzifələri haqqında”; 2.“Milli Şuranın buraxılması 
haqqında” (9, s. 247). M.Ə.Rəsulzadə  Şuranın buraxılmasını 
demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi qiy-

 
246
mətləndirdi.  İyun hadisələri Azərbaycanın siyasi həyatında sağa 
dönüşün başlanğıcı demək idi. Bu hadisələrdən sonra sol partiyalar, 
“Müsavat” da öz fəaliyyətlərini faktiki olaraq dayandırmalı oldular. 
M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. siyasi fə-
aliyyətdən uzaqlaşdırılaraq danışıqlar bəhanəsi ilə  İstanbula gön-
dərildilər. Lakin irtica Milli Şuranın buraxılmasına nail olsa da, 
demokratik qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qoruyub 
saxlaya bildilər. 1918-ci il iyunun 12-də S.Q.Şaumyanın  əmri ilə 
Bakı Soveti hərbi qüvvələri Gəncə üzərinə hücuma başladı. Yalnız 
1918 il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə 
əsasən birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında 
iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük döyüşdə Bakı 
Sovetinin qoşunlarını  ağır məğlubiyyətə  uğradaraq, onların Gəncə 
üzərinə yürüşünün qarşısını almaq mümkün oldu. Lakin Bakını 
azad etmək üçün ordunun yaradılmasında hərbi səriştəli adamların 
və zabitlərin çox az olması  çətinlik törətsə  də, hökumət müəyyən 
tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu “Əla-
hiddə Azərbaycan korpus”una çevrildi, avqustun 11-də ümumi 
hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün 
Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də 
hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir 
F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun 
müavini təyin olundu. İyulun 31-də Bakı XKS-nin istefasından 
sonra şəhərdə hakimiyyəti “Sentrokaspi diktaturası” ələ keçirmişdi. 
Azərbaycan-türk qoşunları sentyabrın 15-də Bakını azad etdilər. 
Sentyabrın 17-də Milli hökumət Gəncədən Bakıya köçdü. 
1919-cu ildə  Cənub bölgəsində  də separatçı qüvvələrin mü-
qaviməti qırıldı. Hələ, 1918-ci ilin aprelindən etibarən burada rus 
zabitləri və bolşevik-daşnak qüvvələri ağalıq edirdilər. Hətta, 1919-
cu ilin mayında bölgədə mərkəzi Lənkəran şəhəri olmaqla “Muğan 
Sovet Respublikası” yaradılmışdı. 1919-cu ilin avqustunda general 
H.Səlimovun başçılığı ilə keçirilən hərbi  əməliyyatlar nəticəsində 
bu qondarma respublika da ləğv olundu və  nəzarət AXC-nin əlinə 
keçdi. 

 
247 
Şimal bölgəsində də mübahisəli ərazi məsələləri həll olundu. 
Gürcüstan Respublikası ilə razılıq (1919-cu il 16 iyun müqaviləsi) 
91,9 % müsəlmanlardan ibarət olan Zaqatala-Balakən  ərazisi Xalq 
Cümhuriyyətinin tərkibinə daxil edildi. Zaqatala, Qax və Balakən 
ərazisini əhatə edən Zaqatala quberniyası təsis olundu. Məmmədağa 
Şahmalıyev qubernator təyin edildi. Quba-Xaçmaz bolgəsində sepa-
ratçiliq meyllərinə son qoyuldu. Bununla da Azərbaycan Cümhu-
riyyəti öz hakimiyyətini bütün respublika ərazisində  bərqərar etdi. 
Demək olar ki, Azərbaycan ərazisinin azad olunmasında Qafqaz və 
İslam ordusunun 2 min əsgəri və zabiti şəhid olmuşdu. 
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin