İradə nuriyeva


Bakı-Tbilisi-Ceyhan kəməri



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   ...   22   23   24   25   26   27   28   29   30

Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi barədə razılıq əldə 
olundu. 2006-cı il iyulun 13-də Bakı-Tiflis-Ceyhan əsas ixrac boru 
kəmərinin tikintisi başa çatmışdır və Azərbaycanın “qara qızılı”nın 
dünya bazarına çıxarılması  təmin olunmuşdur. 2005-ci ilin fevral 
ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından ilkin neft çıxarılmasına 
başlanmışdır. 2003-2006-cı illərdə istehsal edilmiş ümumi sənaye 
məhsulunun 61%-dən çoxu mədən-çıxarma sənaye sahəsinin payına 
düşürdü. 2006-cı ildə Azərbaycanda 32 milyon ton neft, 2007-ci 
ildə 47 milyon ton neft, 2009-cu ilin sonu üçün 50 milyon ton neft 
hasil olunmuşdur.  İnşası 2004-cü ildə başlanmış  və 2006-cı ildə 
başa çatdırılmış Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə 2007-ci 
il iyulun 3-də  Şahdəniz qazı  Cənubi Qafqaz boru kəməri ilə Tür-

 
310
kiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Bakı-Tiflis-Ərzu-
rum  qaz kəməri Azərbaycanın, Gürcüstanın və Türkiyənin qaza 
olan tələbatını ödəməklə yanaşı, Azərbaycan qazının Türkiyə vasi-
təsilə Yunanıstana və digər Avropa ölkələrinə ötürülməsində mü-
hüm pol oynayır. Azərbaycan qazının Avropaya çıxarılmasını  nə-
zərdə tutan Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Ad-
riatik Qaz Kəməri (TAP) layihələri Avropanın enerji təchizatında 
xüsusi rol oynayırlar. Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ilkin 
mərhələdə ildə 10 miyard, sonra isə 20 milyard kub metr qazın 
nəql edilməsi proqnozlaşdırılır. 3 trilyon kub metr qaz ehtiyatına 
malik olan Azərbaycanın iştirakçı olduğu  bu layihəyə 45 milyard 
dollar məbləğində sərmayə qoyulması və kəmərin keçdiyi ölkələrdə 
30 mindən çox iş yerlərinin açılması  nəzərdə tutulur. Dövlət Neft 
Fondunun 2013-cü ildə  maliyyə aktivləri 36 milyardı ötmüşdür 
(14, s. 364). Ümumi Daxili Məhsul istehsalı (UDM) 2003-2013-cü 
ilərdə 3 dəfədən çox artmışdır. Belə ki, 2012-ci ildə UDM-un 
adambaşına düşən həcmi 5800 manatdan (7500 ABŞ dollarina 
yaxın) çox, 2013-cü ildə  UMD-un həcmi  73,5 milyard ABŞ 
dollarına çatmış və adambaşına düşən UDM istehsalı 8392 manata 
(10700 ABŞ dollari) yüksəlmişdi. 
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz  kə-
mərlərinin davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib 
başa çatdırılması 2014-cü ildə  nəzərdə tutulmuşdur. Bu dəmiryolu 
xətti Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük 
iqtisadi  əhəmiyyətə malikdir. Yeni neft strategiyası Azərbaycan 
üçün, onun möhkəmlənməsi və inkişafı üçün çox önəmli  əhəmiy-
yətə malikdir. 

 
311 
 
III BƏND: 
Azərbaycan dünyavi, hüquqi, demokratik vətəndaş 
cəmiyyəti qurmaq yolunda  
(90-cı illərin ikinci yarısı-XXI əsrin əvvəli) 
 
Plan: 
1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul 
edilməsi. 
2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş. 
3. Xarici siyasət. 
4. Azərbaycan XXI əsrin əvvəllərində. 
5.Azərbaycan dünya birliyində. 
 
1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 
qəbul edilməsi 
 
1995-ci ilin ortalarında Azərbaycanda artıq ictimai-siyasi 
sabitlik yaradılmışdır. Respublikada demokratik dövlət, vətəndaş 
cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirildi. Komissiya 
tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyası” layihəsi 
hazırlandı. Layihə ümumxalq müzakirəsindən keçdikdən sonra 
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə 
qəbul edildi. Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət-
dir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və 
onların təminatlarına həsr edilmişdir. Konstitusiyada dövlətin müs-
təqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin 
demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin bərqərar olmasına 
nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət 
qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaş-
masını təmin etmək və s. kimi niyyətlər təsbit olunmuşdu. Konsti-
tusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. 
Azərbaycan xalqını yalnız onun demokratik surətdə seçdiyi səlahiy-
yətli nümayəndələri təmsil edə bilər. Əsas qanunda dilindən, dinin-

 
312
dən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan 
bütün vətəndaşların hüquq və azadlıqları geniş  təsbit olunmuşdur. 
Konstitusiyada  ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgü-
sünün müəyyən edilməsidir. Konstitusiyaya görə dövlət hakimiyyəti 
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Qanun-
vericilik hakimiyyətini Milli Məclis, icra hakimiyyətini Prezident və 
məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. 
Preziden ali icra hakimiyyətinin vəzifəsini yerinə yetirməklə  bəra-
bər, həm də dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahid-
liyinin rəmzidir. Bu, Azərbaycan Respublikasının quruluş etibarı 
iləPrezident respublikası olduğunun göstəricisidir. Azərbaycan Res-
publikasının Konstitusiyası Azərbaycan tarixində ilk dəfə olaraq, 
özündə  məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit 
edir. Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız Azərbay-
can Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və 
səlahiyyətləri müddətində  dəyişməzdirlər. Azərbaycan demokratik 
cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən biri də, yerli 
özünüidarə orqanlarının təsis edilməsidir. Dövlət orqanları bütöv-
lükdə ümumdövlət, ümummilli mənafelərin həyata keçirilməsi ilə 
məşğul olurlarsa, yerli özünüidarə orqanları birinci nəvbədə yerli 
inkişaf mənafelərini təmin edirlər. Onlara yerli əhəmiyyətli məsə-
lələri həll etmək səlahiyyətləri aid edilmişdir. Konstitusiyaya görə 
yerli özünüidarəni seçkilər  əsasında yaradılan bələdiyyələr həyata 
keçirir. Beləliklə, müstəqil Azərbaycan Respublikasının Konstitusi-
yasının qəbul edilməsi ilə ölkədə azad bazar iqtisadiyyatına  əsas-
lanan dünyəvi, hüquqi, demokratik vətəndaş  cəmiyyəti qurmağın 
hüquqi əsası yarandı. H.Əliyev Şərq və müsəlman ölkələri tarixində 
ilk dəfə olaraq Azərbaycan Respublikasında  ölüm cəzasının ləğ-
vinə nail oldu. Amnistiya aktlarının 10 minlərlə insana tətbiq edil-
məsi, ölüm cəzasına məhkum olunmuş insanları bağışlanması sivil, 
humanist cəmiyyət quruculuğunda əhəmiyyətli addımlardır. 
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində 
Müstəqil Azərbaycanın ilk demokratik parlamenti yaradıldı-125 
deputat seçildi. Beynəlxalq hüquq normalarına uyğun qanunlar 

 
313 
hazırlamaq məqsədilə 1996-cı ilin fevralında Prezident yanında 
xüsusi hüquqi islahatlar komissiyası yaradıldı. Dövlət idarəetmə 
sistemində islahatlar üçün proqram hazırlandı. Bununla əlaqədar 
1998-ci ilin dekabrında Prezidentin fərmanı verildi, xüsusi ko-
missiya yaradılda. Azərbaycan Prezidenti 1998-ci ilin fevralında 
“İnsan və  vətəndaş hüquqlarının və azadlıqlarının təmin 
edilməsi haqqında” fərman imzaladı. Prezidentin 1998-ci il 6 
avqust tarixli fərmanı ilə  senzura ləğv edildi. İnsan huquqlarının 
təmin olunma mexanizmi üçün bir sıra qanunlar qəbul edildi. 1998-
ci il fevralda Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cəzası 
ləğv olundu. 1993-2000-ci illərdə amnistiya yolu ilə 40 min nəfər 
məhkumlardan azad edildi. 1998-ci ildə Konstitusiya məhkəməsi 
yaradıldı. 2000-ci ildə hakimlərin xüsusi test imtahandan keçməsi 
təgrübəsi tətbiq olunmağa başlandı. Narkomanlıq və narkobizneslə 
mübarizə üzrə komissiya yaradıldı. 1998-ci il oktyabrın 11-də xalq 
alternativ Demokratik dəyərlərə söykənən vətəndaş  cəmiyyəti 
qurmaq yolu ilə insanların azad siyasi və ictimai fəaliyyəti üçün 
imkanlar yaradan demokratik təsisatların, o cümlədən çoxpartiyalı 
sistemin və ictimai birliklər şəbəkəsinin bərqərar olmasından keçir. 
Müstəqillik dövründə respublikamızda çoxsaylı siyasi partiyaların, 
ictimai təşkilatların, birliklərin təşəkkülü və inkişafı prosesi getmiş-
dir. Onlar Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi parti-
yalar haqqında”, “İctimai birliklər haqqında”, “Həmkarlar ittifaqları 
həqqında” və digər qanunlar əsasında yaradılıb fəaliyyət göstərirlər. 
1990-cı ildə “Azərbaycan Sosial-Demokrat”, “Ana vətən” par-
tiyaları, 1991-ci ildə “Azərbaycan  İslam Partiyası”, “Vahid Azər-
baycan Uğrunda Mübarizə  İttifaqı” kimi siyasi təşkilatlar və 
“Azərbaycanın Qarabağa Nicat Cəmiyyəti” yaradıldı, 1992-ci ilin 
yayında “Azərbaycan Milli İstiqlal Partiyası”, “Türk Dünyası 
Birliyi Partiyası”, “Çağdaş Turan Partiyası”, ‘Müsavat Partiyası”, 
“Yeni Azərbaycan Partiyası”, “Azərbaycan Demokratik Partiyası”, 
1993-cü ildə “Azərbaycan Yeniləşmiş Kommunist Partiyası”, 
“Azərbaycan Vahid Kommunist Partiyası’, “Azərbaycan Liberal 
Partiyası” və s. 1994-cü ildə “Azərbaycan Əmək Partiyası”, “Milli 

 
314
Dövlətçilik Partiyası”, 1995-ci ildə AXC siyasi təşkilatı zəminində 
“Azərbaycan Xalq Cəbhəsi Partiyası”, “Sahibkarların Demokratik 
Partiyası” və s. partiyalar və siyasi birliklər yaradılmışdı. Bundan 
başqa Azərbaycanda “Vətən Cəmiyyəti”, “Heydər  Əliyev Fondu”, 
“Azərbaycan Mədəniyyət Fondu”, “İnkişaf Assosiasiyası”, H.Z.Ta-
ğıyev adına “Xeyriyyə Fondu”, “Bakı  İncəsənət Mərkəzi”, 
respublikada yaşayan azsaylı etnik qrupların mərkəzləri, birlikləri 
və icmaları yaradılaraq, fəaliyyət göstərməkdədirlər. 1992-ci ildə 
“Azad Müəllimlər Birliyi”, 1993-cü ildə 30-dan yuxarı sahə Həm-
karlar  İttifaqlarını özündə birləşdirən Azərbaycan Həmkarlar 
İttifaqları Konfederasiyası  təşkil olunmuşdu. 1999-cu ilin ortala-
rında Azərbaycanda 50-dən çox siyasi partiya və ictimai təşkilat 
mövcud idi. Artıq 2000-ci ildə Respublikada rəsmi qeydə alınmış 
34 siyasi partiya, 1000-dən çox ictimai birlik və  təşkilat, o cüm-
lədən 30-a qədər hüquq-müdafiə  təşkilatı  və 500-dən çox kütləvi-
informasiya vasitəsi fəaliyyət göstərirdi. Siyasi partiyaların sıra-
larında 410 min nəfərdən çox adam birləşmişdi. Ondan 230 min nə-
fəri YAP-ın üzvü idi (12, s. 279). 1999-cu il dekabrın 12-də 
Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. 2000-
ci il noyabrın 5-də tərkibinin əksəriyyətini YAP-çılar təşkil edən 4 
siyasi partiyanın nümayəndələrindən ibarət yeni parlament seçildi. 
1998-ci ilin yanvarında yaradılan Qadın Problemləri üzrə 
Dövlət Komitəsi sonradan “Ailə  və Qadınlar Problemləri Dövlət 
Komitəsi”nə çevrilmiş, 2000-ci ilin martında “Azərbaycan Respub-
likasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 
Prezident fərman vermişdir. Ulu öndərimiz Heydər  Əliyevin fər-
manı ilə 1994-cü il iyulun 26 Gənclər və  İdman Nazirliyi yaradıl-
mışdır. Prezident Heydər Əliyevin imzası ilə 1999-cu il iyulun 29-
da “Dövlət gənclər siyasəti haqqında” fərman verilmişdir.1999-cu 
ildə “Kütləvi informasiya vasitələri haqqında”, 2001-ci ilin de-
kabrnda “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırıl-
ması sahəsində  əlavə  tədbirlər haqqında”, 2002-ci ilin oktyabrnda 
“Milli Televiziya və Radio Şurası” yaradılması haqqında sə-
rəncamlar və s. kütləvi informasiya vasitələrinin inkişafında mühüm 

 
315 
rol oynamışdır (12, s. 280-282). 1992-ci il avqustun 30-da Azərbay-
can Respublikasının Konstitusiyasına rəğmən qəbul edilmiş “Dini 
etiqad azadlığı haqqında” qanun 1996-cı ildə daha da təkmilləş-
dirilərək milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan 
insanların dini dəyərlərini qoruyub inkişaf etdirilməsinə imkan ya-
ratdı. 
Bütün yuxarıda göstərilən  əsaslar respublikamızda dünyəvi, 
hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın uğurla getməsinə 
təminat yaradılmasından xəbər verir. 
 
2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş 
 
SSRİ-də 80-ci illərin ikinci yarısında başlanan siyasi proseslər 
Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır 
zərbələr vurdu. 400 mindən çox neft quyusunda hasilat dayanmışdı. 
Milli gəlirin 1/3 müharibəyə xərclənirdi. Ərazimizin 1/4 hərbi əmə-
liyyat meydanına çevrilmişdi. 1 mln. ha kənd təsərrüfatı sahəsi, 65 
min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 200-dən 
çox faydalı qazıntı yataqları, o cümlədən 4 qızıl, 3 civə, 2 qranit, 2 
mərmər, 10 mineral su mədəni, 250 min ha meşə sahəsi, o cümlədən 
Zəngilanda dünyada II, Avropada isə I olan 107 ha çinar meşəsi 
düşmən əlinə keçmişdi. 
H.Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi 
sabitlik yaratdı  və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi 
tədbirlər görməyə başladı. 1994-cü ilin əvvəllərində milli valyuta-
manat yeganə ödəniş vasitəsi oldu. Beynəlxalq Valyuta Fondu və 
Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa 
Yenidənqurma və  İnkişaf Bankına qoşuldu. Büdcə  kəsirinə ciddi 
nəzarət edildi, onun artmasına yol verilmədi. Nəticədə 1995-ci ildə 
inflyasiya kəskin surətdə azaldı. 1998-ci ildə tam aradan qalxdı. 
Manatın məzənnəsi dollara nisbətən artdı. 1995-1997-ci illərdə 20 
min kiçik dövlət müəssisəsi özəlləşdirildi. Gömrük vergisi azaldıldı. 
1994-cü ilin aprelində xarici ticarətin sərbəstləşdirilməsi haqqında 
fərman verildi. 1994-1995-ci illərdə neftayırma zavodlarında 2 yeni 

 
316
ALOW-2 qurğusu işləməyə başladı. Sumqayıtda, 2000-ci ildə Şəm-
kir-Yenikənd su-elektrik stansiyası istifadəyə verildi. 1995-ci ilin 
martında  “Dövlət aqrar islahatı” Komissiyası yaradıldı. “Torpaq 
islahatı haqqında” Qanun 1996-cı il iyulun 16-da qəbul edildi. Bu 
qanuna görə torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiy-
yətinə pulsuz verildi. Respublikanın vahid torpaq fondu əsasında 3-
dövlət, bələdiyyə  və xüsusi torpaq mülkiyyəti forması müəyyən 
olundu. Kənd təsərrüfatı torpaqlarının 22%-i-1 miln. 911 min ha 
xüsusi, 45%-i dövlət, 33%-i bələdiyyə mülkiyyətinə verildi. “Döv-
lət torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar, 
bunlara uyğun normativ aktlar qəbul olundu. 1996-cı ilin iyulunda 
Aqrar kredit kassaları yaradıldı. Respublikada 3,5 mln. vətəndaşa 
torpaq payı ayrıldı.  Əsrin sonlarında kənd təsərrüfatında sahib-
karlığa  əsaslanan 23 min kəndli (fermer) təsərrüfatı, yüzlərlə 
istehsal kooperativi, kiçik müəssisə fəaliyyət göstərirdi. 2001-ci ilin 
əvvəllərində respublikada 1 milyon 300 min ha torpaq özəlləşdiril-
mişdi  (19, s. 79-83).  1996-cı ilin oktyabrında “Sudan pullu 
istifadə haqqında əsasnamə” qəbul olunması meliorasiya xidməti-
nin yaxşılaşdırılmasına imkan yaratdı. Azərbaycan 100-dən çox 
ölkə ilə ticarət əlaqələri saxlayırdı. Qaçqın və məcburi köçkunlərin 
problemlərini sistemli şəkildə  həll etmək və sosial müdafiəsini 
gücləndirmək məqsədi ilə  1998-ci il sentyabrın 17-də xüsusi 
Dövlət Proqramı  qəbul edilmişdi. Dövlət Proqramına müvafiq 
olaraq, 1998-2001-ci ilərdə bir sıra rayonlarda yaşayış  məntəqə-
lərinin salınması, infrastrukturun yenidən qurulması, kommunika-
siya xətlərinin, məktəblərin, tibb məntəqələrinin bərpası, təsərrüfatla 
məşğul olmaq üçün əkin sahələrinin ayrılması, yeni iş yerlərinin 
yaradılması istiqamətində çoxlu işlər görülmüşdü. Qaçqın və  məc-
buri köçkünlərin mənzil-kommunal  şəraitinin yaxşılaşdırılmaq və 
məşğulluğunu yüksəltmək məqsədi ilə Azərbaycan Respublikasında 
Dünya Bankının, digər beynəlxalq, qeyri-hökumət və kredit təşki-
latlarının maliyyə dəstəyi əsasında 1999-cu ilin dekabrında Sosial 
İnkişaf Fondu yaradılmışdı. Bir qrup ədəbiyyat, incəsənət və elm 
xadiminə, gənc istedadlara fərdi təqaüdlər müəyyən edildi. 2002-ci 

 
317 
ilin iyunundan etibarən xalq qarşısında mühüm xidmətləri olan 
şəxslərə yüksək  Prezident təqaüdü verilməyə başlandı. “Yox-
sulluğun azaldılması və İqtisadi  İnkişaf üzrə dövlət Proqramı” 
hazırlandı. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə 
inkişaf etməyə başladı.  1994-cü ildə  “Əhalinin sağlamlığının 
qorunması haqqında” qanun qəbul edildi. Səhiyyə təşkilatlarının 
özünümaliyyələşdirmə sisteminə keçməsi haqqında xüsusi proqram 
hazırlanıb həyata keçirilməyə başlanmışdı. Demək olar ki, 2003-cü 
ildə respublikada 414 tibb müəssisəsi  əhaliyə pulla xidmət gös-
tərirdi. Azərbaycanın bir dövlət kimi qarşıya qoyduğu məqsədlərdən 
biri də ordunun Vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, 
yüksək hərbi hazırlığa malik milli hərbi kadrların yetişdirilməsində 
müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı  və 
təkmilləşdirilməsidir. Prezident Heydər  Əliyevin 1999-cu il 20 
fevral tarixli fərmanı ilə  Hərbi Akademiya yaradılmışdır. Azər-
baycanın 3,3 milyard dolları keçən illik hərbi büdcəsi Milli ordu-
muzun ən yeni hərbi texnika, silah-sursat və digər döyüş vasitələri 
ilə  təchiz edilməsinə  sərf olunur. Hərbi Dəniz Qüvvələri gəmi-
lərinin, Hərbi Hava Qüvvələri isə Rusiya, Ukrayna və Beloru-
siyadan alınan döyüş  təyyarəsi və helikopterlərin,  İsraildən isə 
alınan yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin 
sayına və  hərbi-texnika imkanlarına görə Azərbaycan regionda ən 
güclü hava qüvvələri və donanmaya malik dövlətə çevrilmişdir. 
Mədəni dirçəliş.  Dövlət müstəqilliyi bərpa edildikdən sonra 
Azərbaycan Respublikasının mədəni, mənəvi həyatında mühüm 
dəyişikliklər baş vermişdi. 1991-ci ilin dekabrında latın qrafikalı 
Azərbaycan  əlifbasının  bərpa olunması haqqında qanun qəbul 
edildi.  1992-ci ilin ortalarında “Türkdilli ölkələrin Mədəniyyət 
Nazirliklərinin daimi Konseyni”, 1993-cü ildə isə onun icra 
qurumu-TÜRKSOY yarandı
1993-cü ildən başlayaraq Respublikada mədəni-maarif inki-
şafı üçün bir sıra tədbirlər həyata keçirildi. 1993-cü ildən ali mək-
təblərdə 2 bakalavr və magistr pilləli təhsilə keçildi. Özəl təhsil 
müəssisələri meydana gəldi. Ümumən, respublikanın  şəhərlərində, 

 
318
hətta qəsəbələrində121 özəl ali məktəb təşkil olunmuşdu. Onlardan 
ancaq 18-nin dövlət lisenziyası var idi. Bakıda ev-muzeyləri yara-
dıldı. 1996-cı ilin payızında Füzulinin 500 illik yubileyinə dünyanın 
hər yerindən qonaqlar-ədəbiyyatşünas alimlər, yazıçılar gəlmişdi. 
1996-cı ilin payızında YUNESKO ilə  əməkdaşlıq haqqında 
memorandum  imzalandı.  1997-ci ilin yazında isə Azərbaycan 
Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. 
1997-ci ilin noyabrında  qəbul olunmuş “Mədəniyyət haq-
qında” qanun xalqın mənəvi aləmini zənginləşdirmək sahəsində 
fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. 2000-ci ilin aprelində 
möhtəşəm ədəbi-tarixi abidənin “Dədə Qorqud dastanı”nın 1300 il-
lik yubileyi Bakıda böyük təntənə ilə keçirildi. M.F.Axundzadə 
adına Respublika kitabxanası 1998-ci ilin aprelindən Milli Kitab-
xana statusu aldı. 
Prezident H.Əliyevin  “Azərbaycan Respublikasında təhsil 
sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 
fərmanı ölkədə ali təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni 
mərhələnin başlanğıcını qoydu. Xüsusən milli tariximizin yenidən, 
obyektiv yazılması  və  tədrisi diqqət mərkəzində idi. Yeni tədris 
proqramlarının və dərsliklərin hazırlanması, orta məktəblərdə bura-
xalış imtahanlarının test üsulu ilə aparılması, tələbə  qə

 
319 
ləri mühüm əhəmiyyətli 100-dən çox kəşflər etmişlər. 7 cildlik 
“Azərbaycan tarixi” yazılıb nəşr olundu. 
1997-ci ilin noyabrında Azərbaycan yazıçılarının X qurultayı 
keçirildi. Dövlət teatrları ilə yanaşı ictimai, özəl teatrlar, müstəqil 
kinostudiyalar təşkil olunmuşdu. 90-cı illırin  əvvəllərində respub-
likanın  şəhər və  qəsəbələrində meydanlar, parklar “Monumental 
kommunist təbliğatı”na xidmət edən heykəl və abidələrdən təmiz-
ləndi. Dağüstü parkda “Şəhidlər Xiyabanı” salındı. 1998-ci ilin ok-
tyabrında  Şəhidlər Xiyabanında  şəhidlərin xatirəsinə 21 metr hün-
dürlüyündə abidənin və  əbədi məşəlin açılışı oldu. 1997-ci ildə 
İlham  Əliyev  İdman Komitəsinə  sədr seçildikdən sonra 2000-ci 
ilin oktyabrında Bakıda Olimpiya İdman Kompleksi istifadəyə 
verildi.  İdmançılarımız 1996-cı ildə XXVI və 2000-ci ildə XXVII 
yay Olimpiya oyunlarında uğurla iştirak etdilər. 
 
3. Xarici siyasət 
 
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi Azər-
baycan dövlət müstəqilliyinin və suverenliyinin möhkəmlən-
dirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması Prezident 
H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyonlü xarici siyasətin 
ana xəttini təşkil edirdi. Təkcə 1993-1998-ci illərdə bu məqsədlə 
Prezident 33 ölkəyə 79 səfər etmiş, xarici ölkələrlə Azərbaycan ara-
sında 431 beynəlxalq sənəd imzalanmışdı. 
Türkiyə ilə hərtərəfli əməkdaşlıq suveren Azərbaycanın xarici 
siyasətində  əsas yer tutmuşdur. H.Əliyevin  İran  İslam respub-
likasına, Səudiyyə  Ərəbistanına, Misirə, Pakistana, Çin Xalq Res-
publikasına, Yaponiyaya rəsmi və işgüzar səfərləri, Asiya və Sakit 
okean regionunun dig

 
320
can həqiqətlərini bütün dünyaya çatdırmışdı. Azərbaycanın xarici 
siyasətində  Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkidatın-
dakı (ATƏT)  fəaliyyəti mühüm rol oynayır. O, hələ  1992-ci il 
iyunun 10-da bu təşkilata daxil olmuşdu. Prezident H.Əliyevin səyi 
nəticəsində  1994-cü il mayın 12-də  ATƏT-in Minsk qrupu və 
Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs 
sazişi imzalanmışdı.  1994-cü ilin dekabrında Macarıstanın pay-
taxtı Budapeştdə keçirilən sammitdə Prezident H.Əliyevin təşəb-
büsü ilə  ATƏT-in Minsk qrupu yaradılmışdı. ATƏT-in 1996-cı 
ilin dekabrında keçirilən Lissabon sammitin nəticələri Azərbaycan 
diplomatiyasının mühüm nailiyyəti olmuşdu. Sammitdə Azərbaycan 
Prezidentinin qətiyyətli mövqeyi sayəsində ATƏT-in üzvü olan 54 
ölkənin 53-ü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  qəbul edilmiş 
Bəyanatda Azərbaycanın  ərazi bütövlüyünü dəstəkləmişdir (58, s. 
368, 377; 32, s. 46-70). 1997-ci ildə iqtisadi artımı sürətləndirmək 
məqsədilə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM 
adlı  təşkilat yaratdılar. 1999-cu ilin noyabrında  İstanbulda nöbəti 
zirvə görüşündə 1990-cı ildə Parisdə imzalanmış xartiyadan sonra 
dünyada baş vermiş döyük dəyişiklikləri  əks edən yeni xartiya 
imzalandı. Azərbaycan bir daha dünyada sülhün, təhlükəsizliyin 
tərəfdarı olduğunu sübut etdi. Sammitdə Bakı-Ceyhan  əsas ixrac 
neft kəməri haqqında sazişin imzalanması Azərbaycanın gələcəyi 
üçün sox böyük əhəmiyətə malikdir. 
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin