Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan
qiyamçıların iqamətgahına çevrilmişdi. Onlar Təbrizə, oradan da
Sultaniyyəyə getdilər. Qiyamçılarla Əbu Səidin qüvvələri arasında
döyüş oldu. Əbu Səid qiyamçıları darmadağın etdi, bu igidliyinə
görə ona Bahadır ləqəbi verildi. Əmir Çobanın rəhbərliyi ilə 1319-
cu 1325-ci illərdə Qızıl Ordu dövlətinə yürüşlər təşkil olundu və
müvəffəqiyyət əldə edildi. Çoban Elxanilər dövlətinin idarəsini
bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə
hakim təyin etmişdi. Əbu Səid nəinki siyasi, həm də iqtisadi
cəhətdən çobanlardan asılı idi. 20 yaşlı Əbu Səid Çobana qarşı
mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı və onun oğullarından
ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan
çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl orduluların hücumlarına
məruz qaldı (8, s. 327). Əbu Səid 60 minlik qoşunla Arrana gəldi.
Qızıl Ordu xanı geri çəkilməyə məcbur oldu. Bu zaman Əbu Səid
arvadı tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına
kimi irəlilədi. Yeni hökmdar Arpa xan rəqibi ölkədən qovdu.
Sultan Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə tənəzzülə
uğradı. Bu zaman “Hülakülər səltənətinin mühafizəsi” adı altında
Çobanilər, Cəlairilər, Xorasan əmirləri və Şirvanşahların mübarizəsi
başladı.
88
3. XIII-XIV əsrlərdə Azərbaycanın
sosial-iqtisadi həyatı və mədəniyyət
Azərbaycanın sosial-iqtisiadi həyatı. Monqol yürüşləri
Azərbaycanın ictimai-siyasi və mədəni həyatına ağır zərbə vurdu.
Monqolların keçdikləri ərazilərdə mədəniyyət abidələri, ticarət
yolları dağıdıldı, əkin sahələri tapdalandı, xırmanlar yandırıldı.
Muğanda çağırılmış qurultayda Cənubi Qafqaz ərazisi 110 monqol
noyonu arasında bölündü. Düşmən əhalini qırdı, sağ qalanlar isə
qula çevrilirdi. Sənətkarlar Qaraqoruma və digər yerlərə göndə-
rilirdi. Cavan əsirlərdən ehtiyat hərbi hissələr təşkil olunur və ön
cəbhəyə göndərilirdi. Bu, məhsuldar qüvvələrə zərbə vururdu. XIII
əsrin ortalarında Hülakü dövlətinin yaradılması, mərkəzi hakimiy-
yətin qüvvətlənməsi təsərrüfatda müəyyən canlanmaya səbəb oldu.
Hülakü və Abaqa xanın zamanında torpaq və vergi siyasəti
müəyyənləşdi və mərkəzi idarə sistemi yarandı. 1254-cü ildə Azər-
baycanda 10 yaşından 60 yaşınadək bütün kişi qismi siyahıya alındı.
Elxanilərin iqtisadi siyasətinin əsasını yerli feodalları torpaq sahib-
liyindən məhrum etmək və bütün gəlirlərin mənimsənilməsi təşkil
edirdi. İşğal olunmuş torpaqlar incu (hökmdar və xan nəslinə məx-
sus) və divan (dövlət) torpaqlarına çevrildi və köçmə feodalların
ixtiyarına verildi. Yeni vergilər də ( qopçur-otlaq vergisi-tədricən
can vergisi, tamğa-sənətkar və tacirlərdən alınan vergi, kalan və s.)
toplanırdı. Vergilərin toplanması icarəyə (müqatiəyə) verilirdi.
İcarədarlar qanunsuzluqlara və sui-istifadəyə əl atırdılar. XIII əsrin
son rübündə Elxanilər dövlətində iqtisadi və siyasi böhran baş verdi.
Keyxatu xan pul islahatı keçirdi, ölkədə kağız pullar- çao tədavülə
buraxıldı. Lakin bu, xəzinənin boşalmasının qarşısını ala bilmədi.
Monqol yürüşləri şəhər həyatına da ziyan vurdu. Qazan xanın
islahatları, xüsusilə vergi və ticarət sahəsindəki tədbirlər şəhər həya-
tında canlanmaya səbəb oldu. Lakin XIV əsrin 2-ci yarısında siya-
si vəziyyət şəhər həyatını daha acınacaqlı hala gətirdi. Şəhər əhali-
sinin sosial tərkibində sənətkarlar və tacirlər üstünlük təşkil edirdi.
89
Toxuculuq, xalçaçılıq, metalişləmə, dulusçuluq, dəri istehsalı, ağac
emalı, bədii sənətkarlıq növləri daha da inkişaf etmişdir. Şirvan
ipəyi dünyada məşhurlaşmışdı. Beyləqan öz qənnadı məmulatı ilə,
Kağızkonan şəhəri kağız istehsalı ilə tanınırdı. Metalişləmə sahə-
sində soyuq silah istehsalına xüsusi diqqət yetirilirdi. Hülakü döv-
lətinin Asiya, Avropa və Afrikanın bir çox ölkələri ilə ikitərəfli
intensiv ticarət əlaqələri var idi. Azərbaycan karvan yollarının kəsiş-
diyi məkana çevrilmişdi. Azərbaycanın daxilindən keçən karvan
yollarının uzunluğu təxminən 2000 km-dən artıq idi. Ticarət yolları
üzərində karvansaralar tikildi, karvanların təhlükəsizliyi təmin
edildi, karvansalar dəstələri yaradıldı. Bakı nefti, Şirvan ipəyi,
Təbriz və Şirvan xalçaları, Şəmkirin yun parçaları, Şəkinin dəri
məmulatı, Naxçıvanın duzu və s mallar xarici ölkə bazarlarında
yüksək qiymətləndirilirdi. Zərbxanalarda tümən, qızıl və gümüş
balış, dinar, danq, fils, dirhəm və s. pul vahidi tədavülə bura-
xılırdı.
Qazan xanın islahatları. Hülakü dövlətini iqtisadi və siyasi
böhrandan xilas etmək üçün Qazan xan bir sıra islahatlar- torpaq,
vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi.
Torpaq islahatının əsasını monqol qoşun hissələrində qulluq edən-
lərə torpaq sahələrinin verilməsi- iqta təşkil edir. İqta inci və divan
torpaqları, həmçinin bayrat adlanan istifadəsiz torpaqlardan
verilirdi. Torpaqla birlikdə suvarma şəbəkələri və s. iqta sahiblərinə
verilir. Qazan xanın 1303-cü ildə verdiyi fərmanla kəndlilərin
yerini dəyişməsi qadağan edilir (3, s. 68). İqta torpaqları satıla,
bağışlana bilməz. İqta sahiblərinin ölümündən sonra onun hərbi
işini davam etdirən şəxsə verilir. Qazan xan bayrat torpaqların
becərilməsi üçün tədbirlər gördü: sahələr qeydə alındı, sahibkarlığı
müəyyənləşdirildi, sahibsiz torpaqlar divanın sərəncamına verildi,
becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı. Həmin torpaqlar
yeni sahibkarlara paylandı, bunların hüquqları divan sənədləri ilə
qanuniləşdirildi. Qazan xanın vergi islahatı vergilərin növləri,
həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qa-
nun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, vergi məbləği lövhə-
90
lərə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni
vergilərin toplanması qadağan olundu. Vergi toplanması divana
həvalə olundu. Məhkəmə sahəsində islahat keçirildi-qazı vəzifəsinə
layiqli din xadimləri təyin olundu. 30 illik tarixi keçmiş iddia
sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu. Qazi vəzifəsinə
təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam
alınması tətbiq olundu. Qazan xanın rabitə sahəsində tədbirləri
vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Əsas yollarda hər 3
fərsəxdən (20 km.) bir rabitə dayanacaqları- yamlar yaradıldı.
Yamlara əmirlər təyin olundu. Yollarda karvansaralar tikildi. Qazan
xan ticarətin inkişafını təmin etmək üçün vahid pul sistemi yaratdı,
çəki və ölçü vahidlərini sabitləşdirdi, ticarət yollarında və bazar-
larda gömrük toplanması, karvanların, ticarət mərkəzlərinin qorun-
ması üçün əsaslı tədbirlər gördü. Qazan xanın islahatları ilk vaxtlar
təsirli nəticələr verdi, lakin XIV əsrin 30-cu illərində ölkənin
iqtisadi vəziyyəti yenidən pisləşməyə başladı. Əbu Səidin dövründə
mərkəzi hakimiyyətin zəifləməsi, Xorasanda, Gürcüstanda və başqa
vilayətlərdə baş vermiş iğtişaşlar, Qzıl Ordu xanlarının Azərbay-
cana yürüşləri ölkənin təsərrüfatına, iqtisadiyyatına güclü zərbə
vurdu. Çobani əmiri Əşrəfin zülm və çapqınlıqla topladığı vəsait və
mal-dövlət 17 xəzinədə saxlanılırdı. Sonralar, Əşrəf Təbrizdən
qaçmağa cəhd göstərərkən, onun əmlakını daşımaq üçün 10.000
dəvə və 4000 qatır lazım olmuşdur. Azərbaycan əhalisi Çobani
feodallarının zülmündən təngə gəlib vətəni tərk edirdi. XIV əsrin
80-cı illərində ölkədə başlanan feodal çəkişmələri yenidən iqtisadi
böhrana gətirib çıxardı. Toxtamış və Teymurun ara verməyən
hücumları, daxili ara müharibələri şəhərlərin, kəndlərin dağılma-
sına, təsərrüfatın daha da geriləməsinə səbəb oldu.
Maarif. Monqol-türk qəbilələrinin Azərbaycana gəlişi ölkədə
elm və mədəniyyətin inkişafına təsir etdi. Təhsil sisteminin əsasını
məktəb və mədrəsə təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verən
elm ocağı idi. Əsas dərslər şəriət dərsləri, dini ehkamların təlimi,
Quran oxunması idi. Yetim uşaqların təhsil alması üçün “Dar ül-
itam” (Yetimlər evi), “Beyt ül-təlim” (Təlim evi) adlanan məktəblər
91
fəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi-atabəy təhkim
olunurdu. Təhsilin Məzhər formasında şagirdlər elmin müxtəlif
sahələri ilə müstəqil məşğul olur, vaxtaşırı öz ustadının yanına
gedib məsləhət alır və onun mühazirələrini dinləyirdilər. Mədrəsələr
əsasən orta təhsil verirdi. Dini təlimlə yanaşı, dünyəvi elmlər,
ictimai və texniki fənlər keçilirdi. Tədrislə 2 müdərris məşğul
olurdu-biri şəriət dərslərini, digəri dünyəvi fənləri tədris edirdi.
Mədrəsə xərcləri şəxsi hesabdan və ya vəqf əmlakının gəlirlərindən
ödənilirdi. Təbrizdə xüsusi elm ocağı-ali mədrəsə Rəbi Rəşidi
məhəlləsində yerləşir, Şərqdə ilk ali təhsil ocağı idi. Onun təsisçisi
alim, həkim Fəzlüllah Rəşidəddin olmuşdur. Təbriz ali mədrəsə-
sində 500-ə qədər alim dərs demiş, 7000 tələbə təhsil almışdır.
Onlardan 6000 nəfəri başqa ölkələrdən və şəhərlərdən gəlmişlər.
Müdavimlər təqaüd alır, yataqxana ilə təmin olunurdular. Ali məd-
rəsə müasir dövrün tanınmış universitetlərinin göstəriciləri səviyyə-
sindədir. Bu faktlar hələ 700 il bundan əvvəl Təbrizdə Universitetin
(Darülfünun) mövcud olduğunu bildirir. Rəbi Rəşidi məhəlləsində
60000 nüsxə kitaba malik kitabxana var idi. Şam-Qazanda fəaliyyət
göstərən 2 kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu.
1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə tikilmiş
rəsədxana, həmçinin, XIV əsrin əvvəllərində Şam-Qazanda
(Təbriz) tikilmiş rəsədxana Şərqdə nücum elminin (astronomiya)
mərkəzinə çevrildi. Marağa rəsədxanasında 100-dən artıq alim, 400
min əlyazmaya malik kitabxanası var idi. Marağa rəsədxanasının
banisi Nəsrəddin Tusinin (1201-1274) təhsil aldığı Tus şəhərinin adı
ilə Tusi ləqəbi qəbul etmiş, bir müddət Ələmut qalasında həbs də
qalan Tusi Hülakü xanın əmri ilə azad edildi, əvvəl onun məsləhət-
çisi, sonra isə Abaqa xanın vəziri oldu. Tibb sahəsində Fəzlullah
Rəşiddədinin böyük rolu olmuşdur. Ölkədə əhalinin xəstəliklərdən
mühafizə və müalicəsi məqsədi ilə xüsusi müəssisələr- dar üşşə-
falar (şəfa evləri) fəaliyyət göstərirdilər. Təbrizin Rəbi Rəşidi
məhəlləsində fəaliyyət göstərən şəfa evində Hindistan, Çin, Misir,
Şam və s. vilayətlərdən gəlmiş 50 tanınmış həkim çalışırdı. Ölkədə
darüxanalar (aptek) mövcud idi. Gəncəli Kirakos Qafqaz Albaniya-
92
sında XIII əsrdə baş vermiş hadisələri, albanların başına gələn müsi-
bətləri qələmə almışdı. Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin,
Həmdullah Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin
əsərləri meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hin-
duşah Naxçıvani və oğlu Məhəmməd Naxçıvani daha çox tanın-
dılar. Bu dövrdə ikidilli, üçdilli lüğətlər meydana gəldi. “Azər-
baycan dili” ifadəsi işlənməyə başladı. Azərbaycanda fəlsəfə, hüquq
və s. elmlər də inkişaf etdi. Azərbaycan mütəfəkkiri Mahmud
Şəbustəri (1287-1320) ərəb və fars dillərinin kamil bilicisi, fəlsəfə,
məntiq, etika, psixologiya, anatomiya, mineralogiya elmləri sahə-
sində tanınmış şəxsiyyət idi. Azərbaycan dilində klassik poeziyanın
ilk məlum nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) “Pur
Həsən” təxəllüsü ilə Azərbaycan və fars dillərində divanlar yaratdı.
Nizami ədəbi mühitinə mənsub Əssar Təbrizi (1325-1390) dövrü-
nün tanınmış şairi, alimi olmuşdu. XIV əsr ədəbiyyatında hürufilik
xüsusi yer tuturdu. Hürufilik “hərf”sözündən olub, ərəb hərflərinin
ilahiliyini, Allahın 2 təzahür yolundan birinin məhz səsdə, nitqdə,
hərflərdə olduğunu bəyan edirdi. Hürufilərə görə Allah söz-kəlam
şəklində görünür. Odur ki, ərəb əlifbasındakı 28 hərf müqəddəsdir,
məhəbbət və gözəlliyin əsasını təşkil edir. Hürufiliyin əsasını Nəimi
Fəzlullah (1340-1394) qoymuş, digər nümayəndəsi İmadəddin
Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. İlk şeirlərini
“Hüseyni” təxəllüsü ilə yazan müəllif hürufilərə qoşulduqdan sonra
Nəiminin şərəfinə “Nəsimi” təxəllüsü qəbul etdi. XIII-XIV əsrlərdə
Azərbaycanda memarlıq daha da inkişaf etdi. Təbriz memarlıq
məktəbi Beyləqandan Həmədana, Qəzvindən Şərqi Anadoluya kimi
olan böyük bir ərazidə şəhərsalma işinin geniş inkişaf etməsində
mühüm rol oynadı. Monqolların 2-ci yürüşündən dağıdılan Gəncə
1239-cu ildən bərpa olunmağa başladı. XIII əsrin sonu-XIV əsrin
əvvəllərində Sultaniyyə şəhəri tikildi. Qazan xan Xəzər dənizi
yaxınlığında Mahmudabad şəhərini inşa etdirdi. Mərdəkandakı
dairəvi qala və dördkünc qala, Nardaran və Ramana qalaları
XIII-XIV əsrlərdə inşa olundu. XIII-XIV əsrlərdə Azərbaycanın
müxtəlif yerlərində Şərq memarlığına məxsus kubşəkilli, səkkiz-
93
bucaqlı, qülləvari türbələr meydana gəldi. Naxçıvanın Cuğa kən-
di yaxınlığında tikilmiş Gülüstan türbəsi Möminə xatın türbəsi
üslubunda inşa olundu. 1305-1313-cü illərdə Sultaniyyədə Şərq
türbələrinin qiymətli incilərindən sayılan Olcaytu Xudabəndə
türbəsi, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, Qarabağlar
kəndində memarlıq kompleksindəki türbə ( Baştağ) özünəməxsus
yer tuturdu. Qoşaminarəni birləşdirən Baştağ XIV əsrin əvvəl-
lərində Hülakü xanın arvadı Qutuy xatının şərəfinə inşa olunmuşdu.
Azərbaycan xalçaçılıq sənətində öz dəsti-xətti ilə seçilən Təbriz,
Qarabağ, Quba-Şirvan və Gəncə-Qazax xalçaçılıq məktəbləri
orta əsrlərdə dünyəvi sənət inciləri yaratdı. Azərbaycanda dulus-
çuluq, misgərlik, ipəkçilik, toxuculuq və s. sənət növləri inkişaf
etdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə hazır-
ladığı və indi Londonda Viktoriya və Albert muzeyində saxlanılan
bədii kasa və usta Əbdüləziz ibn Şərafəddinin 1399-cu ildə
düzəltdiyi tiyan nadir sənət nümunələri idi. Ağırlığı 2 ton, diametri
2,5 m. olan tiyan hazırda Sankt-Peterburqun Ermitaj Muzeyindədir.
Tiyan Teymurun sifarişi ilə Təbrizdə hazılanmışdır. Təbriz kitab
sənəti miniatür boyakarlığın qüdrətli mərkəzinə çevrilmişdi. Azər-
baycanda xəttatlıq da inkişaf etmişdi. Bu dövrün görkəmli musiqi-
şünasları Səfiəddin Urməvi və Əbrülqadir Marağai olmuşlar. Onlar
musiqiyə dair bir sıra qiymətli əsərlər yazmışlar.
94
VII FƏSİL
AZƏRBAYCAN
XIV ƏSRİN İKİNCİ YARISI-XV ƏSR DÖVLƏTLƏRİ
Plan:
1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun və Qızıl Orda
xanı Toxtamışın Azərbaycana hücumları.
2.Qaraqoyunlu dövləti.
3. Ağqoyunlu dövləti.
4. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət.
1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun
və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
Canı bəy, oğlu Bərdi bəyi Təbrizə səltənətə qoyub, Qızıl Or-
duya qayıtdı. Bərdi bəy atasının ölüm xəbərini aldıqda Təbrizdən
getməli oldu. Daxili və xarici vəziyyətin gərginliliyindən istifadə
edən Cəlairi Şeyx Üveys (1354-1374) 1358-ci və 1359-cu illərdə
Azərbaycana yürüşlər etdi və Təbrizə daxil oldu. Azərbaycan Cə-
lairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Cəlairilər
monqol qəbiləsidir. Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cı
ildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367-
ci ildə Şirvan ərazisini tutdu. Şeyx Üveysdən sonra oğlu Sultan
Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı
çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü
qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək
taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı. Teymur
1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş
vermiş hadisələrlə əlaqədar geri qayıtdı. Sultan Əhməd Bağdada
çəkilmişdi. Bu zaman Toxtamış 1385-ci ilin sonunda 90 minlik
qoşunla Dərbənddən Şirvana daxil oldu və Təbrizə çatdı (3, s. 41).
Təbrizlilər müdafiəyə qalxdılar, şəhər ətrafında xəndəklər qazıldı,
küçə səngərləri yaradıldı. Düşmən 8 gün Təbrizin ətrafında dövrə
95
vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur
oldu, tərəflər arasında razılıq əldə olundu. Təbriz hakimi Əmir Vəli
və şəhər əyanları xərac toplayarkən, əhali sülhə inanıb silahı yerə
qoydu. Toxtamış bundan istifadə edib 1382-ci ildə hiylə işlədib
şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış
sonra Marağanı tutdu, yenidən Təbrizə qayıtdı. Bir dəstəsi
Mərənd və Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəli-
lədi, sonra Qarabağa gəldilər. Ölkədən çoxlu qənimət və 200 min
əsir aparıldı. Azərbaycan 1386-cı ilin baharında Teymurun
hücumlarına məruz qaldı. “Üçillik yürüş” kimi tanınan səfərdə
Təbriz tutuldu (8, s. 330). Cəlairi əmirlərinin əsas hissəsi Bağdada,
bir qismi isə Əlincə qalasına getdi. Teymur payızda Naxçıvana
gəldi. Xalq Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxdı. Teymur
Əlincə qalasını mühasirəyə aldı. 1387-ci ilin əvvəllərində Toxta-
mışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın
Kürün şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri
çəkildilər. Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə
hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini
oğlu Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar
şahı kimi tanınırdı). Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə
qalasındakı əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular,
Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar.
1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi (8, s. 346 ) və
nəticədə şəhər bir feodal qrupundan digərinə keçirdi. 1392-ci ildə
Teymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Cəlairi
əmirləri Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar.
Qala Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun
tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi.
Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı zəbt etdi, Şəki
hakimini itaətə gətirdi. 1392-ci ildə Toxtamış Azərbaycana hücum
etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Orduya
yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı.
Əlincə qalası mühasirədə qalırdı. Teymur 1387, 1393, 1397-ci
illərdə Əlincə qalasına yürüş etmiş və heç birində qələbə qazan-
96
mamışdı. İlk yürüş dövründə qalada su qıtlığı baş verir və qalanı
təslim etmək qərarına gəlirlər. Teymur qoşunu qalanın ətəklərinə
endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır. Əlincə
Teymura tabe edilmir. 1393-cü ildə Teymur qalaya hücum edir, bu
zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə,
qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə
olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat
verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna
olmaqla, bütün Azərbaycanı Teymurilər zəbt etmişdilər.
Qalanın müdafiəçiləri ilə birləşən Şəki və gürcü feodalları Tey-
murilərə qarşı vuruşur, hətta qalib gəlirdilər. Bu hadisələrdən nara-
hat olan Teymur 1399-cu ildə 3-cü dəfə yürüş etdi və Qarabağa
gəldi. Bir sıra feodal hakimlər, Şəki hakimi Seydi Əhməd,
Şirvanşah İbrahimin himayədarlığı ilə Teymurla ittifaqa girərək, 12
ildən sonra daxili çəkişmələr nəticəsində Əlincə qalası Teymura
tabe oldu (8, s. 352). Tarixçi İbn Ərəb şahın yazdığına görə, Teymur
Azərbaycanda olmadığı vaxtda Əlincədə Sultan Tahir ilə Əmir
Altun arasında ciddi münaqişə baş verir. Tahir ərzaq gətirmək üçün
getmiş Altunu qalaya buraxmır. Əlincəlilər Tahirdən üz döndərir.
Tahir öz acizliyini hiss edir və xəzinəni götürüb Bağdada qaçır.
Əlincə müdafiəsiz qalır. Teymur 1400-cü ildə başsız qalmış qalaya
girir. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtmış və 1405-ci
ildə vəfat etmişdir. Azərbaycanın Şirvana qədər olan əraziləri
Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu.
Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan
vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi
olan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində Şirvanşahlar
dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəri-
bürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası
Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi
Şirvanı idarə etdi. Fəribürz Cəlaləddinə xərac versə də, Şirvanın
müstəqilliyini qoruya bildi. 1231-ci ildə monqollar Şirvana daxil
oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi. Şirvanı idarə
edən II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul
97
etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini
itirdi. Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu,
XIV əsrin 2-ci rübünə qədər davam etdi. Şirvanşah Kavusun
(1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə
Cəlairilərdən asılı vəziyyətə düşdülər. 1364-cü ildə Şirvanda
Cəlairilərə qarşı üsyan qalxdı. 1367-ci ildə Şeyx Üveys Şirvana
yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdi-
lər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra
azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən
sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi. 1382-ci
Dostları ilə paylaş: |