İxtisas: Jurnalistika Qrup: Aj101 Kurs



Yüklə 47,05 Kb.
tarix02.01.2022
ölçüsü47,05 Kb.
#40643

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Bakı Slavyan Universiteti



Sərbəst iş

TələbəninA.S.A : Lalə Süleymanova

Fakültə: Beynəlxalq münasibətlər Regionşünaslıq və Jurnalistika

İxtisas:Jurnalistika

Qrup:Aj101

Kurs:I

Fənn:Dünya ədəbiyyatı tarixi

Müəllim:Səlimə Qasımova

D.Didronun yaradıcılıq yolu

Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713-1784) sənətkar ailəsində doğulmuşdur. D.Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi. O, siyasi, fəlsəfi, mədəni və praktik əhəmiyyət daşıyırdı. Hökumət tərəfindən ensiklopediyaya göstərilən təzyiqlərə baxmayaraq, 1780-ci ilə kimi onun 35 cildi nəşr olunmuşdu. Bu, Didronun və onun həmkarı Dalamberin xidmətinin nəticəsi idi.

D.Didronun adı XVIII əsr Rusiyasında da məşhur olmuşdur. O, 1773-cü ildə II Yekaterinanın dəvəti ilə Peterburqa gəlmişdir. Qərb modelinə uyğun yeni tədris sistemi yaratmağa çalışan II Yekaterina ona yeni əsaslar üzrə maarif haqqında plan tərtib etməyi tapşırır. O, "Rusiyanın universitet planı" adlı demokratik ruhlu layihə hazırlayır. Silki məhdudiyyəti aradan qaldıran bu layihəyə görə, bütün ibtidai məktəblər ümumi, pulsuz və icbari olmalı idi. İbtidai məktəbi qurtaranlar bütün tip məktəblərə daxil ola bilərdi. Layihənin demokratik əhvali-ruhiyəsi II Yekaterinanı qorxutduğundan o, bunu nəinki realizə etmədi, hətta müzakirəyə belə qoymadı.

Deni 1747-ci ildən J.D΄Alamberlə birlikdə Maarifçilik dövrü elmi biliklərinin nəhəng toplusu olan çoxcildlik “Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət” (1751-80) üzərində işləməyə başlamış, bu nəşr üçün 6000-ə yaxın məqalə yazmış, bir çox görkəmli elm xadimlərini və yazıçı-ensiklopedistləri (Volter, Ş.L.Monteskyö, J.J.Russo, P.A. Holbax və b.) əməkdaşlığa cəlb etmişdir. “Ensiklopediya” qadağan olunduqdan və “Qadağan olunmuş kitablar indeks”inə salındıqdan (1759) sonra Deni cildləri, gizli çap etdirib abunəçilərə göndərməklə layihəni sona çatdırmışdır.

Deni “Təbiətin izahı haqqında fikirlər” (1754), “D’Alamberin Didro ilə söhbəti” və “D΄Alamberin yuxusu” (hər ikisi 1769, nəşri 1830), “Materiya və hərəkətin fəlsəfi prinsipləri” (1770, nəşri 1798) əsərlərində P.A.Holbax və K.A.Helvetsinin mexanisizmindən fərqli olaraq, universumun üzvi-dinamik izahını inkişaf etdirmişdir.



Deni dramaturgiyaya müraciət edərək, “Qeyri-qanuni oğul” (1757), “Ailə başçısı” (1758) pyeslərində meşşan dramı prinsiplərini reallaşdırmış, ""Qeyri-qanuni oğul" haqqında söhbətlər" (1757), “Dramatik poeziya haqqında mühaki-ə” (1758) estetik əsərlərində də həmin mövqedə dayanmışdır. Deni etikada utilitarizm tərəfdarı idi. Onun fransız estetik fikri tarixində mühüm xidməti olmuşdur (“Gözəllik haqqında traktat”, “Aktyora dair paradoks”, 1773-78, nəşri 1830 və s.). Deni incəsənət tənqidçisi kimi rəsm sərgilərinin illik icmallarını (“Salonlar”, 1759-81) və s.nəşr etmişdir.

Deni 1762-ci ildən ΙΙ Yekaterina ilə məktublaşmağa başlamış, 1765-ci ildə öz kitabxanasını ona satmış, 1773-cü ildə Peterburq EA-nın fəxri üzvü seçilmişdir. Deni Didronun bədii nəsrinin böyük hissəsi sağlığında nəşr edilməmişdir, buna baxmayaraq, müasirləri arasında əlyazmaları ilə tanınırdı. Zorla monastıra salınmış bir qızın dilindən etiraf formasında yazılmış “Rahibə” romanında (1760, nəşri 1796; 1965-ci ildə rej. Y.Rivet tərəfindən ekranlaşdırılmışdır) sentimentalizm poetikasının (ilk növbədə S.Riçardson yaradıcılığının) təsiri hiss olunur. “Ramonun qardaşı oğlu” roman-dialoqunun (1762-1793; 1805-ci ildə İ.V.Götenin tərcüməsində alman dilində nəşr edilmişdir; fransız dilində nəşri 1823) müəllifidir. “Fatalist Jak” fəlsəfi roman-dialoqunda (1773; 1792-ci ildə Götenin tərcüməsində alman dilində nəşr edilmişdir; fransız dilində nəşri 1796) L.Sternin ənənələrini orijinal şəkildə inkişaf etdirmişdir.
Yüklə 47,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin