Sel axınlarının yaranması olduqca mürəkkəb proses olub demək olar ki, bütün təbii amillərin və insan fəaliyyətinin qarşılıqlı təsiri ilə əlaqədardır. Onun sülb və maye fazalarının əmələ gəlməsində geoloji-geomorfoloji, hidrometeoroloji elementlər, ərazinin torpaq-bitki örtüyü və insanın plansız təsərrüfat fəaliyyəti mühüm rol oynayır.
Selin təhlükəli axın parametrləri dedikdə əsasən son nəticəni bilmək lazımdır. Ümumiyyətlə bu tip parametrləri bir neçə cür təsnifatlaşdırmaq mümkündür, yəni ərazinin təbii şəraitinə görə, əraziyə edilən antropogen müdaxiləyə görə, həmin ərazinin fərqli fiziki-coğrafi xüsusiyyətlərini müxtəlif aspektlərdə təhlil etmə imkanına görə və s.
Ümumiyyətlə isə selin təhlükəli axın parametrləri dedikdə selin davam etmə müddəti, sel dalğalarının sayı, dalğaların hündürlüyü, çox vacib bir parametr olan selin gücü və bunların birgə fəaliyyətini əks etdirən selin dağıdıcı qabiliyyəti nəzərdə tutulur.
Bu parametrlərin hər birini şərtləndirən təbii amillər var. Məlumdur ki, sel hansı ərazilərdə aktiv olur? ərazinin mailliyi çox olduqda, səthi təşkil edən süxurlar yuyulmaya meylli olduqda, əraziyə düşən yağıntıların davam etmə müddəti və intensivliyi, ərazinin ekspozisiyası və s.
Bunların hər biri təhlükəli axın parametrlərini şərtləndirən əsas xarakteristikalardır ki, bu xarakteristikarlın özünü formalaşdıran alt parametrlər var.
Ayrı-ayrı məntəqələrdə illik yağıntıların miqdarı 812-1130 mm arasında dəyişir ki, bunun da 60-70 faizi yaz dövrünə təsadüf edir.
1772-ci ildən bu günə qədər baş vermiş sellərin kataloqu.
Sel axınları su hövzələrinin dağılmasından, zəlzələ və vulkanlardan sonra da yarana bilər. Gətirmələrinin tərkibinə görə sellər sulu, sulu-daşlı, sulu-daşlı-palçıqlı, palçıqlı növlərinə ayrılır. O qəflətən yaranır, yüksək sürətlə hərəkət edir (10m/s və daha çox) və 10 dəqiqədən bir neçə saata qədər müddətdə bir neçə dalğa ilə müşayiət olunur. Sel axının ilk dalğasının hündürlüyü 15 m və daha çox ola bilər. Sellər bir dəfəyə gətirmə materiallarının həcminə və ya yuyub aparma həcminə görə də növlərə ayrılır. Selin bir dəfəyə gətirmə materiallarının həcmi 10 m3/km2-dən milyonlarla m3/km2-ə qədər ola bilər. Hərəkət edən sel axınının səsi bir neçə km məsafədən eşidilə bilər.
Selin sürəti 2-6 m/ san. Bəzən isə 4-6 m/san-ə çata bilir.
Dostları ilə paylaş: |