Mühazirə: Dəyişən cərəyan dövrəsində induktiv müqavimət



Yüklə 204,1 Kb.
tarix25.04.2022
ölçüsü204,1 Kb.
#56307
növüMühazirə
Dəyişən cərəyan dövrəsində induktiv müqavimət


Dövrələr nəzəriyyəsi” fənnindən
Mühazirə:

Dəyişən cərəyan dövrəsində induktiv müqavimət
Təcrübələr göstərir ki, dəyişən cərəyanın qiyməti onun aхdığı naqilin formasından asılıdır. Düz naqil sarğac şəklinə salınsa, cərəyan şiddəti kifayət qədər kiçilər.Həmin sarğaca ferromaqnetik daхil etdikdə isə cərəyan şiddəti daha da azalır. Deməli, naqil dəyişən cərəyan üçün aktiv müqavimətdən başqa daha bir müqavimətə də malikdir ki, bu da naqilin induktivliyindən asılı olduğundan reaktiv induktiv müqavmət adlanır. Bunun yaranma səbəbi naqildə cərəyanın dəyişməsi hesabına e.h.q.-nin induksiyalanması və Lens qaydasına görə bu e.h.q.-nin həmin dəyişmələrin əksinə yönəlməsidir. Nəticədə ImIef azalır ki, bu da müqavimətin artması deməkdir.

Tutaq ki, dəyişən cərəyan dövrəsində L induktiv sarğacı vardır (şəkil 1). Sarğacdan keçən cərəyan şiddəti




(1)

qanunu ilə dəyişirsə, sarğacda induksiya e.h.q. yaranar:




(2)

Birləşdirici naqillərdəki gərginlik düşgüsünü nəzərə almayaq və hesab edək ki, tətbiq olunan e.h.q. induksiya e.h.q.-sini tarazlaşdırır. Yəni



(1)-i (2)-də nəzərə alsaq,



olar.



reaktiv induktiv müqavimətdir. (2.17)-dən görünür ki, L nə qədər böyük olsa, özü-özünə induksiya e.h.q. də bir o qədər böyük, cərəyan şiddəti isə bir o qədər kiçik olar. ω nə qədər böyük olsa, dt/di bir o qədər böyük və deməli cərəyan da bir o qədər kiçik olar. Əgər (2.17) düsturunda L hn-lərlə, ω san-1–lə ölçülsə, onda X L om-larla ölçülər.

Məsələn, L=1hn, ν=50hs deməli ω=100 π san-1 olsa,

XL=Lω =1hn·100 π san-1=314 Om olar. (1)-lə (2.16)-nin müqayisəsindən görünür ki, induktiv sarğac daхil edilmiş dəyişən cərəyan dövrəsində rəyan şiddəti fazaca sarğacda gərginliyin rəqslərindən π/2 qədər geri qalır (şəkil 2).
Cərəyan şiddəti sıfırdan artmağa başlayanda gərginlik maksimum olur və sonra azalır. Bunun səbəbini belə izah etmək olar: Irəlidə qeyd etdiyimiz kimi birləşdirici naqillərin müqavimətini nəzərə almasaq, tətbiq olunan gərginlik tamamilə özü-özünə induksiya e.h.q.-ni tarazlaşdırır və

e = -eind şərti ödənir. Lakin induksiya e.h.q. cərəyan şiddətinin ani qiymətilə deyil, onun dəyişmə sürətilə mütənasibdir. Cərəyanın dəyişmə sürəti də cərəyan şiddətinin sıfırdan keçdiyi momentlərdə ən böyük qiymətə malik olur.
Induktiv müqavimətdən drossellerdə istifadə olunur. Bu dəmir içlikli və ya içliksiz naqil sarğac olub cərəyan şiddətini tənzimləmək üçün dəyişən cərəyan dövrəsinə qoşulur. Dəyişən cərəyana kifayət qədər müqavimət göstərən drossel praktik olaraq qızmır və onda enerji itkisi olmur. Bundan başqa induktiv müqavimət yalnız dəyişən cərəyan üçün mövcüd

olduğundan onun köməyilə dəyişən və sabit cərəyanları fərqləndirmək olur.



Drosseller



В электронике дроссель - это катушка индуктивности, используемая для блокировки более высокой частоты при пропускании постоянного тока и более низких частот переменного тока в электрической цепи.
Yüklə 204,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin