Ixtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi azerbaycan texniki universiteti fakulte: Nəqliyyat və logistika



Yüklə 0,9 Mb.
səhifə2/3
tarix30.04.2023
ölçüsü0,9 Mb.
#104963
1   2   3
ABDULLAYEV SURXAY AZ DİLİ

Torpaqların kirlənməsi
  • Antropogen təsiri altında torpaqlarda kimyavi maddələrin miqdarının o yer üçün normal həddinin aşması ilə müşaiyət olunan torpaqların çirklənib sıradan çıxmasıdır. Çeşidli maddələrlə kirlənmənin başlıca göstəricisi bu maddələrin çevrədəki canlılara mənfi təsiridir. Çünki ayrı ayrı canlıların kimyavi təsirə dayanıqlılığa bir-birindən fərqlənir. Təbii mühitlə müqayisədə, insanı bürüyən mühitdə, onun fəaliyyətinin sonu olaraq, çeşidli kimyavi maddələrin miqdarı görsənən qədər çoxdur. Bu təhlükə hətta bu maddələrə yüksək dayanıqlı canlılar üçün də təhlükəli ola bilər. Torpaqların kirlənməsi ekosistemin və yerin tükənməsinin ən təhlükəli növüdür.
  • Litosferin çirklənməsi sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş verir. Bu zaman əsas çirkləndiricilər — metallar və onların tullantıları, gübrələr, kimyəvi zəhərli və radioaktiv maddələr, məişət tullantılarıdır. ABŞ-da hər bir sakinə il ərzində 730 kq məişət tullantısı düşür. Litosferə ən böyük mənfi təsir göstərən amillərdən biri dag-mədən sənayesi sahələridir. Dünyada dağ-mədən sənaye müəssisələrinin fəaliyyəti nəticəsində pozulmuş torpaqların ümumi sahəsi 12–15 mln təşkil edir.[3]
  • Suların kirlənməsi
  • Suların kirlənməsi çeşidli çirkləndiricilərin dənizlərə, çaylara, göllərə, yeraltı sulara düşməsidir. Bu da ziyanlı maddələrin sulara düşməsinin qarşısını alan qurğuların olmaması ya yararsız olması və bu yöndə başqa tətbirlərin görülməməsi üzündən baş verir. Çox vaxt suların kirlənməsi gözə görsənməyərək qalmaqda olur, çünki çirkləndiricilər suda həll olunmuşolurlar. Ancaq burada istisnalar da vardır: örnək kimi köpüklənən vasitələri, sular özərində üzən neft ləkələrini, şirkli axınları göstərmək olar. Bir neçə təbii çirkləndiricilər vardır. Onlardan biri yerdə olan alyuminiumdur.. Kimyavi reaksiyaların sonu o suların tərkibinə girərək onları çirkləndirir.Başqa təbii çirkləndirici magniumdur. O da balıqlara ziyan yetirir.
  • Ancaq təbii çirkləndiricilərin həcmi, insanın iatehsal etdiyi çirkləndiricilərlə müqayisədə çox azdır. Hər il su hövzələrinə minlərlə çirkləndirici maddələr axıdılır. Onların təsirinin nə ilə sonuclanacağı çox vaxt bilinmir. Bu maddələrin çoxu yeni kimyavi maddələrdir. Sularda insan fəaliyyəti sonu ağır metallar (kalsium, kadmium, civə, qurquşun, xrom kimi), pestisidlər, nitratlar, fosfatlar, neft məhsulları axıdılır. Hər il 12 million ton ntftin sulara axıdılması bilinməkdədir. Atom elektrik stansiyalardan sulara radioaktiv maddılır də düşməkdədir.
  • Təmizlənməmiş suların hövzələrə axıdılması sonu suyun mikobioloji kirlənməsi baş verir. Beynalxalq Səhiyyə Nazirliyinin göstəricilərinə görə dünyada xəstəliklərin 80%-i elə suların aşağı keyfiyyətindən və antisanitar durumundan baş verir. Kəndlərdə isə suyun keyfiyyəti problemi daha kəskindir. Dünyanın kənd əhalisinin 90%-i içmək və çimmək üçün təmizlənməmiş sulardan istifadə edirlər.
  • Hidrosferin çirklənməsi çaylara, göllərə və dənizlərə sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn, Dunay, Sena və Temza çaylarının, ABŞda Misisipi və Ohayo çaylarının, Rusiyada Volqa çayının və MDBdə olan bir çox iri çayların (Dnepr,Kür,Amudərya, Sırdərya) həddən artıq çirklənməsinə səbəb olmuşdur. Bu tullantılar çay suları ilə birlikdə dənizlərə axaraq onları çirkləndirir.
  • Dünya Okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə mənbəyidir. Hesablamalara görə hər il 3 mln. tondan 10 mln. tona qədər neft və neft məhsulları tökülür. Materiklərin daxilində və sahilləri boyu yerləşən kənar dənizlər tullantılar və çirkab suları ilə yüksək dərəcədə çirklənmişdir. Onlara Aralıq, Şimal dənizi, Baltik, Qara dənizi, Yapon dənizi, Karib dənizini, Qvineya,İran, Meksika, Biskay körfəzlərini aid etmək olar. Atom energetikası və atom gəmilərinin tullantılarının dünya okeanının dərin sulu çökəkliklərinə basdırılması nəticəsində baş verən radioaktiv çirklənmə bu su hövzələri üçün böyük təhlükə törədir.[3]

  • SUYUN KIRLENMESI
  • Havanın kirlənməsi


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin