Gənc nəslə erməni vandalizmi haqqında
Bədiyev Sədrəddin Rəhim oğlu
Pedaqoqika üzrə fəlsəfə doktoru, AMİ-nin Şəki filialında kafedra
müdiri
“Böyük Ermənistan” xülyasında olan Daşnaqsütun partiyasının “liderləri”nin
avantürüst siyasəti nəticəsində Azərbaycan torpaqları zaman-zaman işğal edilmiş,
Azərbaycan xalqı vandalizmə məruz qalmışdır. 1918-ci ilin 31 martında ermənilər
tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibət- soyqırımı ilə əlaqədar
dahi bəstəkar Ü.Həcıbəyov yazırdı: “Bu günki vəzifəmiz o qara günləri yaddan
çıxarmamaqdır və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq.
Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq, məmləkətimizi şərəflə
yaşatmağa çalışmaqdır” (5, səh 72).
Müasir zaman, dövlətimizin gələcək taleyi, varlığı U.Hacıbəyovun söylədiyi
bu fikri gənc nəslə aşlamağı, onların əqidəsinə çevirməyi, kimliyindən asılı
olmayaraq hər bir ziyalıdan, vətən təəssübkeşindən tələb edir. İnformasiya əsrinin
imkanlarından istifadə edərək gənc nəsli soy- qrımının mahiyyəti, bu problemin
tarixi kökləri ilə tanış etmək mümkündür. Bu zəmində onlarda dövlətçilik, milli
mənlik hissinin, milli mənəvi dəyərləri daha da formalaşdırmaq, inkişaf etdirmək
olar.
Gənc nəsli soy qırımının tarixi kökləri ilə tanış etmək məqsədi demək olar
ki, Azərbaycan torpaqlarını işğal etmək, orada ermənilərin yerləşdirilməsi öndə
olan rus siyasəti idisə, arxa planda müsəlmanlara qarşı mübarizə aparmaqla
Azərbaycan torpaqlarında xristianlığı yaymaq idi. Bu fikri təsdiqləmək üçün I
Pyotrun vəsiyyətinə diqqət yetirmək kifayətdir. Vəsiyyətdə göstərilir: “Ermənilərin
Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və başqa yerlərdə yerləşdirilməsinə
çalışın, bu ölkələrdəki yerli əhalini isə imkan düşüncə sıxışdırıb çıxarın” (1, səh
128).
Göstərilən vəsiyyətə uyğun olaraq Rusiya 1828-ci il Türkmənçay
müqaviləsindən sonra Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən 84 min
erməni köçürür. Köçürülənlərin əksəriyyəti Dağlıq Qarabağda yerləşdirilirdi.
Ermənilər köçürülmənin 150 illiyi münasibəti ilə 1978-ci ildə Xan kəndində abidə
ucaltmış, 90-cı il hadisələrində bu faktı itirmək üçün abidəni dağıtmışlar.
Böyük Ermənistan yaratmaq xülyasından əl çəkməyən və 1828-1830-cu
illərdə “dişi qana dəymiş” ermənilər 1905-1908, 1918, 1947-1952, 1988-1993-cü
illərdə qanlı terror əməliyyatını davam etdirmiş, Azərbaycan torpaqlarının işğal
edilməsindən əl çəkmək istəməmişlər (3, səh 7).
Erməni təcavüzü nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min
kvadrat kilometr, 1991-1993-cü illərdə isə daha 20% ərazisini itirmişdir. 2,5
milyon azərbaycanlı ya soy qırımının qurmabı olmuş və ya deportasiya yolu ilə öz
ata-baba yurdundan didərgin düşmüşdür. (5, səh 74).
Azərbaycan xalqının tarixinə qara hərflərlə daxil olan, Ümummilli lider
H.Əliyevin 26 mart 1998-ci ildə imzalatdığı “Azərbaycanlıların soy qırımı
haqqında” fərmanı ilə təsdiqini tapan 31 mart 1918-ci ildə ermənilər Bakı, Şamaxı,
Quba qəzalarında, Qarabağda, Naxçıvanda, Zəngəzurda, Lənkəranda və digər
bölgələrdə kütləvi qırğınlar həyata keçirdilər. Tarixdə analoqu olmayan belə
qırğınlar ermənilər tərəfindən bir dəfə yox, bir neçə dəfə həyata keçirilmişdir.
Azərbaycanlılara qarşı həyata keçirilən belə qırğınlar xalq arasında “erməni
xəstəliyi” kimi ifadəsini tapmışdır. Bu qırğınların baş verdiyi illərə və bunlar
arasındakı fasilələrə diqqət yetirsək müəyyən “qanunauyğunluğun” olmasını və
hansı nəticəyə gəlməyin mümkünlüyünü göstərmək olar.
1.
1905-1907-ci illərdəki qırğın
2.
1918-31 mart-soyqırımı.
3.
1947-1952-ci illərdəki deportasiya və soyqırımı.
4.
1990-1993-ci illərdəki deportasiya və soyqırımı.
Soy qırımları arasındakı intervallara diqqət yetirək.
1905-1918-14 il (təxminən)
1918-1947-29 il.
1947-1990-43 il.
İntervalların müqayisəsinə fikir verək:
İkinci soyqırımı 14.2+1 ildən sonra baş vermişdir.
Axırıncı soyqırımı 14.3+1 ildən sonra baş vermişdir.
İntervalların müqayisəsindən belə nəticəyə gəlmək olar ki, növbəti “erməni
xəstəliyi”
14.4+1=57 il (təxminən) sonra, yəni 2047-ci ildə ola
bilər.
“Erməni xəstəliyi” nin təzahür etdiyi intervalların müqayisəsi daha bir nəticə
çıxarmağa imkan verir. İntervalların uzanması o deməkdir ki, “erməni xəstəliyi”
getdikcə tənəzüllə uğrayır. Bunun səbəblərini aşağıdakı kimi əsaslandırmaq olar:
1.
“Məzlum erməni millətinə” beynəlxalq inamsızlıq.
2.
Ermənistan dövlətinin iqtisadi tənəzzülü.
3.
Ermənistandan yerli ermənilərin xarici ölkələrə axını.
4.
“Azərbaycan güclü dövlətdir, güclü ordusu var” (Azərbaycan
Respublikasının prezidenti İ.Əliyev).
5.
Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin artması.
Beləliklə, ermənilərin “Böyük Ermənistan” yaratmaq ideyasının puç
olduğunu görürük.
İstifadə edilmiş ədəbiyyat
1.
Qarabağ-real tarix-faktlar-sənədlər. Bakı, Təhsil, 2009.
2.
Nazim Məmmədov. Dağlıq Qarabağ gercəkliklər. Soy qırımı, terror,
deportasiya, işğal. Bakı, Təhsil, 2009.
3.
“31 mart soy qırımı xalqımıza qarşı erməni vəhşiliyinin bariz nümunəsidir”.
“Səs” qəzeti, 31 mart 2009-cu il. № 57.
4.
“31 mart soyqrımından 31 il keçir” Azərbaycan qəzeti, 31 mart, 2009,
№041.
5.
Fəzail İbrahimli “Mart soyqrımının tarixi kökləri”. Milli Məclis, №2,2008.
6.
Biz öz yurdumuza qayıdacağıq. Bakı, “Azərbaycan ensiklopediyası”, 1997.`
Dostları ilə paylaş: |