Generalizə olunmuş təşviş pozuntusu
“Anama nəsə olacaq”, “atamın başına bir iş gələcək”, “yoldaşım avtomobil qəzası keçirəcək”, “evimiz yana bilər”, “pulumuz əldə çıxacaq” və s. tipli düşüncələr. Pasientlər dərk edirlər ki, bu fikirlər boş, əsassız və mənasızdır. Amma bunlardan “qurtula bilmirlər”. Əsasında neqativ düşüncələr dayanan əsassız fikir və qayğılanmalar. Bunun adı — Generalizə olunmuş təşviş pozuntusudur. Elmi ədəbiyyatda qısaca GTP adlanır.
Yaş irələdikcə buna yoluxma ehtimalı artır. Hər yüz nəfərdən 4-5-də rast gəlinir. Əksər insanlar həyatının hansısa dönəmində bir şəkildə bu psixoloji pozuntunun simptomlarını yaşayırlar. Adi həyəcan nəyəsə — imtahana, işimizə, gələcəyimizə, gözlədiyimiz birinə görə baş verir. Amma GTP-də belə deyil. Tamamilə əsassız, gün boyu davam edən, qeyri-adekvat təşvişlər olur. Somatik əlamətlər ürəkdöyünmə, boğulma, halsızlıq və psixoloji əlamətləri olan qərar tuta bilməmək, ümumi narahatlıq müşahidə edilir.
Faros Psixoloji və Nitq İnkişaf Mərkəzin GTP-nin müalicəsində uğurlu nəticələr əldə edib. Pasiyentlərimiz müvafiq ənənəvi metodların və müasir koqnitiv davranış terapiyasının təsiri ilə iki həftə sonra yaxşılaşma hiss edirlər. Bu psixoloji pozuntunun dərəcəsindən asılı olaraq bəzən tamamilə normallaşmaya baxmayaraq müalicəni bir ilədək davam etdiririk.