AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbə: Həsənova Nuray
Fakültə: İqtisadiyyat və Biznes məktəbi
İxtisas: Biznesin idarə edilməsi
Qrup: 532Bİ MRK
Fənn: Menecment
Müəllim: Kəmalə Hüseynova
BAKI-2023
1. Prinsip anlayışı və idarəetmə prinsipləri
2. Müasir idarəetmə prinsipləri
3. Menecmentin əsas prinsiplərinin tətbiqi xüsusiyyətləri
Prinsip anlayışının izahı haqqında müxtəlif fikirlər mövcuddur. Lakin, bütün bu fikirlər bir-birlərinə yaxındırlar və mahiyyət baxımından eyni anlama gəlirlər. Onların hamısını belə ümumiləşdirmək olar: Prinsip - konkret hazırlanmış idarəçilik qaydaları və davranış normalarıdır.
Lakin, prinsip anlayışının bu cür izahından əhəmiyyətli dərəcədə fərqlənən izahlar da mövcuddur. Məsələn, bəzi alimlər prinsipin qanunauyğunluqla ümumiləşdirilməsinin əleyhinə çıxaraq belə fikir söyləyirlər ki, prinsipi qanunauyğunluqla heç cür eyniləşdirmək olmaz. Prinsiplər idarəetmə subyekti tərəfindən konkret vəzifələrin həlli üçün işlənib hazırlanır. Onlar baş verən hadisələrin obyektiv və subyektiv cəhətdən başa düşülməsinə əsaslana bilər və onların yalnız idarəetmə subyekti vasitəsilə fəaliyyət göstərirlər.
Menecmentin prinsipləri - idarəetmə prosesinin və strukturunun tələblərini möəyyən edir. Daha doğrusu, təşkilatın idarə edilməsi, bütün səviyyələrdən olan menecerlərin rəhbər tutduqları belə ilkin əsas müddəalar və qaydalar vasitəsilə həyata keçirilir. Bu qaydalar menecerlərin davranışının ana xəttini təşkil edir.
Beləliklə, menecmentin prinsipi dedikdə, idarəetmə orqanlarının fəaliyyətində zəruri qanunauyğunluqları müəyyən bir çərçivəyə salan qaydalar və davranış sistemini başa düşmək olar.
İdarəetmə prinsipləri - cəmiyyətdə obyektiv fəaliyyət göstərən qanun və qanunauyğunluqların onlara xas olan ümumi cəhətlərinin, xarakterik xüsusiyyətlərinin və əlamətlərinin ümumiləşdirimiş nəticəsi hesab edilir ki, bu da insanların istehsal fəaliyyətlərində əsas götürülür.
İstehsalın idarə edilməsinin prinsipləri – istehsalın məqsədinə nail olması üçün təşkilati məsələlərin həlli zamanı idarəetmə orqanlarının əldə rəhbər tutduğu əsas qaydalar sisteminin məcmusudur.
Bu prinsiplər bazar və qeyri-bazar şəraitində mövcud olan iqtisadi qanunların elmi dərk edilməsinin sintezi və təsərrüfat praktikasının ümumiləşdirilməsi əsasında istehsalın sosial-iqtisadi şərtlərini əks etdirirlər.
Istehsalın idarə edilməsi prinsipləri bütövlükdə iqtisadi kompleksin idarə edilməsinə elmi yanaşmanı təmin edir, həm də iqtisadi qanunların dərk edilməsi və istehsalın inkişafı ilə tam uyğun münasibətdə olur.
Menecmentin prinsipləri – idarəetmənin ümumi praktiki məsələlərinin həlli zamanı, idarəetmə sisteminin müxtəlif strukturları arasındakı əlaqələrin həyata keçirilməsinin ümumi qanunauyğunluqlarının təyin edilməsindən ibarətdir.
Firmanın idarə edilməsi prinsipləri çoxlu sayda faktorlardan asılıdır. Buraya istehsalın miqyasi, təmayülü, istehsal texnologiyası, buraxılan məhsulun çeşidi və xarakteri, məlumatların işlədilməsində müasir hesablama texnikasından istifadə, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi, idarəetmənin müasir üsul və vasitələrindən istifadə, xarici iqtisadi əlaqələrin səviyyəsi və s. daxildir.
Menecmentin prinsipləri sistemə, idarəetmə prosesinin təşkilinə və strukturuna tələbləri müəyyən edir. Daha doğrusu, təşkilatın idarə edilməsi bütün səviyyələrdən olan menecerlərin rəhbər tutduqları ilkin əsas müddəalar və qaydalar vasitəsilə həyata keçirilir. Bu qaydalar menecerlərin davranışının ana xəttini təşkil edir.
Beləliklə, menecmentin prinsiplərini onun funksiyalarının həyata keçirilməsi üçün rəhbərlərin davranışının əsas ideyaları, qanunauyğunluqları və qaydaları kimi təsvir etmək olar.
Menecmentin prinsiplərinin təsnifatına müxtəlif yanaşmalar mövcuddur. Bu prinsiplərin ən dolğun izahını Q.Kuns və S.O.Donnel “İdarəetmə: idarəetmə funksiyalarının sistemli, situaliyalı təhlili” kitabında vermişlər. Müəlliflər planlaşdırmanın on, təşkilin on beş, motuvasiyanın on və nəzarətin on dörd prinsipini göstərirlər.
Lakin əməyin elmi təşkilinin banilərinin biri və “inzibatçılıq” nəzəriyyəsinin yaradıcısı A. Fayol göstərirdi ki, idarəetmə prinsiplərinin sayı qeyri-məhduddur, çünki bu və ya başqa ideyanın, qanunauyğunluğun və qaydanın prinsip kimi qəbul edilməsi konkret məqsəddən, şəraitdən və tədqiqatçının mövqeyindən asılıdır. Ona görə də, menecmentin prinsiplərini 2 qrupa bölmək məqsədəuyğundur: ümumi və xüsusi prinsiplər.
Menecmentin ümumi prinsiplərinə tətbiqolunanlıq, sistemlilik, çoxfunksiyalılıq, inteqrasiya və dəyərlərə istiqamətlənmə daxildir.
Tətbiqolunanlıq prinsipinə görə menecment xarici və daxili qarşılıqlı əlaqələri, asılılıqları və sistemin, yaxud onun strukturunun açıqlığı nəzərə alınmaqla bütün sistemi əhatə edir.
Çoxfunksiyalılıq prinsipinə görə menecment fəaliyyətin müxtəlif tərəflərini – maddi (resurslar, xidmətlər), funksional (əmyin təşkili), məzmun (son məqsədin əldə edilməsi) əhatə edir.
Inteqrasiya prinsipinə görə sistemin daxilində münasibətlərin müxtəlif üsulları və əmkdaşların baxışları inteqrallaşdırılmalıdır.
Dəyərlərə istiqamətlənmə prinsipinə görə menecment qonaqpərvərlik, halal xidmətlər, qiymətlərin və xidmətlərin əlverişli nisbəti və s. kimi dəyərlər haqqında müəyyən təsəvvürlərlə birlikdə ictimai mühitə daxil edilmişdir.
Hər bir menecer öz fəaliyyətində bütün bunları təkcə nəzərə almaqla deyil, həm də öz işini bu ümumi prinsiplər əsasında qurmaqla uğur qazana bilər. Qanunauyğunluqlar isə obyektiv xarakter daşıyır.
Menecmentin prinsipi dedikdə, idarəetmə orqanlarının fəaliyyətində zəruri qanunauyğunluqları müəyyən bir çərçivəyə salan qaydalar və davranış sistemini başa düşmək olar. İdarəetmə prinsipləri – cəmiyyətdə obyektiv fəaliyyət göstərən qanun və qanunauyğunluqların onlara xas olan ümumi cəhətlərinin, xarakterik xüsusiyyətlərinin və əlamətlərinin ümumiləşdirilmiş nəticəsi hesab edili rki, bu da insanların istehsal fəaliyyətlərində əsas götürülür. «Menecmentin atası» hesab olunan Anri Fayol, böyük biznesdə rəhbərliyin yüksək səviyyəsində çalışmaq təcrübəsi olan adam idi. Anri Fayol ilk dəfə menecmentə sistemli baxmış, onun funksional əlamətlərinə, operativ planlaşdırma, təqvimi tənzimləmə, əlaqələndirmə (koordinasiya), təşkiletmə və nəzarətə əsasən başlıca prinsiplərini müəyyən etmişdir.
XX əsrin əvvəllərində dünya avtomobil sənayesinin banisi Henri Ford istehsalın və kommersiyanın elmi təşkilinin əsasını qoymuş və özünün 72 prinsipini formalaşdırmışdır. Onlardan bəziləri bu gün də aktualdır. Məsələn:
• keçmişdən yapışıb durmaq və gələcəkdən qorxmaq lazım deyil;
• keçmiş ona görə gərəklidir ki, o bizə gələcək inkişaf üçün yol və vasitələr göstərir;
• kim ki, cəsarətli deyil və uğursuzluqdan qorxursa, o öz fəaliyyətini məhdudlaşdırır;
• xeyir götürdükdə borcu da yaddan çıxarma;
• işgüzar fəaliyyətdə inzibati üsluba az, təşəbbüskarlığa çox yer verməli;
• mənim məqsədim-sadəlikdir;
• əgər istehlakçının gəliri əmtəənin qiymətindən aşağıdırsa, qiymətləri gəlirlərə uyğunlaşdırmaq lazımdır;
• dövlət miqyasında əmək haqlarının azaldılması səfeh siyasətdir, çünki o, əmtəələrə olan tələbi aşağı salır.
Həmin dövrlərdə “idarəetmə elminin yaradıcısı” sayılan F.U.Teylor (1856-1915) öz tədqiqatları və ekspermentləri əsasında bir sıra ümumi prinsiplər müəyyən etmişdir.
F.U.Teylorun müəyyən etdiyi prinsiplər aşağıdakılardır:
Əməyin bölgüsü – F.Teylor bu prinsipi, konkret istehsal tapşırıqlarının bölgüsü kimi tövsiyyə edərək təklif edirdi ki, hər bir işçi, hər bir menecer ancaq bir funksiyaya görə məsuliyyət daşısın.
Əməyin ölçülməsi– F.Teylor iş vaxtının öyrənilməsinə xüsusi üstünlük verirdi. Çünki, bu istehsal tapşırığının icrası üçün çox vacib amil idi. Bu prinsip iş vaxtının xüsusi “zaman vahidləri” vasitəsi ilə ölçülməsinə imkan verir.
Təlimatlar- bu prinsipə əsasən, istehsal tapşırıqları təkcə dəqiqələrlə bölünməli deyil, eyni zamanda hansı metodlarla reallaşacağı da qeyd olunmalıdır. Müəssisənin məqsədləri planlaşdırılmalı və hər bir işçiyə tapşırıq üçün yazılı təlimatlar olmalıdır.
Stimullaşdırma - işçi üçün aydın olmalıdır ki, hər bir əmək elementi qiymətə malikdir və onun əmək haqqı hazırladığı məhsulun kəmiyyətindən aslıdır; böyük məhsuldarlıq əldə olunduqda isə mükafat alacaqdır.
Əmək fərdi fəaliyyət kimi - qrupun təsiri, işçini daha az məhsuldar edir. Fərd isə daha inadkar və daha məhsuldar olur.
Motivasiya - bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxsi maraq bir çox insanlar üçün hərəkətverici qüvvədir.
Fərdi qabiliyyətlərin rolu - işçilər, indiki zamanda mükafat almaq üçün işləyirlər; menecerlər isə, gələcəkdə mükafatlandırılmaq üçün işləyirlər.
Menecmentin rolu - Menecerlər nadir və üstün biliklərə malik olan “müdrik ” rolunu qəbul etməlidirlər ki, yeri gəldikdə, işçilər üçün lazımi biliklər verə bilsinlər.
Həmkarlar ittifaqlarının rolu – F.Teylorun fikrincə yaranan əmək münasibətlərində həmkarlar ittifaqlarının roluna skeptik yanaşmaq faydalıdır. Ancaq, elmi menecmentin prinsiplərinin geniş qavranılması, işçilər və inzibatçılar arasında münaqişəni tam həll etməsə də, azalda bilər.
İdarəetmə təfəkkürünün inkişafı - idarəetmə təcrübəsi əssında müəyyən qanunlar çıxarılmalıdır, idarəetmə özü isə, mühəndis işi kimi, elmi status almalıdır.
Qeyd etmək lazımdır ki, ilk dəfə səmərəli idarəetmənin prinsiplərini Amerikalı menecer Harrinqton Emerson (1853-1931) hələ 1912-ci ildə özünün “Məhsuldarlığın on iki prinsipi” kitabında şərh etmişdir. Əvvəlcə bu prinsipləri nəzərdən keçirək.
1. Dəqiq ideyanın və ya məqsədin irəli sürülməsi;
2. Sağlam düşüncə və qətiyyət.
3. Səriştəli məsləhət və bacarıq;
4. Nizam-intizam;
5. İşçilərə ədalətli münasibət;
6. Cəld, etibarlı, tam, dəqiq və müntəzəm uçot;
7. Əlaqələndirmə (dispetçerləşdirmə);
8. Normalar və cədvəllər hazırlanması;
9. İş şəraitinin normallaşdırılması;
10. Əməliyyatların normalarla ifadəsi;
11. Standart təlimatların hazırlanması;
12. Məhsuldarlığa görə mükafatlandırma.
Anri Fayol XX əsrin əvvəllərində menecmentin 14 prinsipini sistemləşdirib formalaşdırmışdır. Müasirdövrdəisəmenecmentdətətbiq edilən prinsiplərin sayı bir qədər də artmışdır. Anri Fayola görə menecmentin aşağıdakı prinsipləri vardır:
1. Əmək bölgüsü.
2. Səlahiyyət və məsuliyyət (cavabdehlik).
3. İntizam.
4. Vahid rəhbərlik.
5. Vahid istiqamət.
6. Şəxsi marağın ümumi marağa tabe olması.
7. Mükafatlandırma.
8. Mərkəzləşdirmə.
9. Pilləvari (skalyar) zəncir.
10. Rejim.
11. Ədalət.
12. İşyerininsabitliyi.
13. Təşəbbüskarlıq.
14. Birlik (korporativruh, ittifaq).
Qeyd olunan bu prinsipləri ən qısa şəkildə aşağıdakı kimi şərh etmək olar.
1.Əmək bölgüsü – istehsalın ixtisaslaşmasına əsaslanır.Əmək bölgüsü prinsipi, mahiyyətcə, peşə yönümünün müəyyən olunması və ixtisaslaşmanın tətbiq edilməsidir. Yəni, hər bir iş yerində bütün vəzifələr görüləcək işə uyğun olaraq bölünməlidir. Bu prinsipə əməl etmədən müəssisədə ayrı-ayrı bölmələri, şöbələri və vəzifələri müəyyənetməkolmaz.
2. Səlahiyyət və məsuliyyət (cavabdehlik).
Səlahiyyət və məsuliyyət dedikdə, rəhbər işçiyə verilən ixtiyar və onun daşıdığı cavabdehlik başa düşülür. Səlahiyyətin verilməsi hər bir işçiyə ixtiyar verirki, o, müəssisədə mövcudolan xammaldan, avadanlıqlardan və işçi qüvvəsindən istifadə edəbilsin. Adətən, səlahiyyət hər hansı bir fərdə yox, müəyyən bir vəzifəyə verilir və həmin vəzifəni tutan şəxs səlahiyyət sahibi olur. Səlahiyyət, elə bir ixtiyardırki, o, adi işçini rəhbər işçiyə çevirir. Cavabdehlik –hər hansı bir işin icrasını öz boynuna götürən bütün işçilərə aiddir: fəhlə gördüyü işə, rəhbər daşıdığı vəzifəyə görə cavabdehdir.
3.İntizam –istehsalın ümumi məqsədlərinə tabeedilən davranış normasıdır.
İntizam, qayda-qanunlara və etikaya əməl edilməsidir.İntizamı iki qrupa bölmək lazımdır: a) təsərrüfatçılıq intizamı; b) inzibati (idarəçilik, rəsmiyyət) intizam. Verilmiş hər bir tapşırıq, hər bir səlahiyyətsahibi və ya cavabdeh tərəfindən düzgün və vaxtında yerinə yetirilməlidir. Əkshalda, bu, intizamsızlıq kimi qiymətləndirilib cəzalandırılabilər. Həm təsərrüfatçılıq intizamına, həmdə inzibati intizama əməl etməklə müəssisənin uğurlu fəaliyyət göstərməsini təmin etmək olar.
4.Vahid rəhbərlik.İşçi əmrləri ancaq bir nəfərdən - bilavasitə onun rəhbəri olan şəxsdən almalıdır.Vahid rəhbərlik prinsipində başlıca məqsəd işçi və rəhbər arasında məqbul əlaqələrin qurulmasında vahid tabeçiliyə əməl olunmasıdır, yəni hər bir işçinin yalnız bir rəhbəri ola bilər, həmin işçi yalnız həmin rəhbər qarşısında cavabdehdir. Hər bir rəhbərişçidə bilməlidirki, kimlər ona tabedir və o, tapşırılan vəzifə üçün şəxsən özü məsuliyyət daşıyır. Vahid rəhbərlik, həmdə müəssisə rəhbərinə şamil olunurki, müəssisənin fəaliyyətinə görə yalnız bir nəfər məsuliyyət daşısın.5.Vahid istiqamət. Bir məqsəd çərçivəsində fəaliyyət göstərməyin üstünlüyü. Vahid istiqamət təsərrüfatçılığın ixtisaslaşması və texnologiya ilə bağlıdır, yəni hər bir müəssisə konkret bir sahə üzrə ixtisaslaşarsa daha yaxşı olar. Avadanlıqlar, texnologiya və kadrlar bir sahə üzrə seçilərsə və işlədilərsə, əldə edilmiş təcrübə və səriştə sayəsində daha səmərəli işləmək mümkün olar.
6.Şəxsi marağın ümumi maraqa tabe olması.Hər bir işçinin və ya bir qrupun maraqları təşkilatın marağından üstün olmamalıdır.
Şəxsi marağın ümumi maraqa tabe olması prinsipi müəssisənin istehsal gücünə təkan verən amildir. Əksər müəssisələrdə əmlak və kapital onların üzvlərinə pay (səhm) şəklində bölünmüş olur və bu paydan gələn gəlir hər bir üzv üçün yaşayış təminatı olur. Bu baxımdan şəxsi marağın ümumi marağa tabe olması hər bir şəxs üçün daha önəmlidir. Çünki məhsuldarlıq və gəlir artdıqca hər bir fərdə düşən gəlir payıda (divident) artır.
7.Mükafatlandırma.İşçilərin sədaqətlə xidmətlərini təmin etmək və məhsuldar fəaliyyətə yönəltmək üçün motivləşdirmə tədbirlərinin həyata keçirilməsi.İşçilərin stimullaşdırılması işçiləri yaxşı işləməyə sövq etmə amilidir. Mükafatın daxili və xarici formaları vardırki, bunlarda mənəvi və maddi cəhətdən ödənilə bilərlər. Maddi mükafatlandırma, sərf olunan əməyə görə pul və ya əşya verilməsi hesab oluna bilər. Mənəvi mükafatlandırma isə, yaxşı işə görə tərifləmək, ayrıca iş kabineti vermək və yaxud daxidmətmaşını ayırmaq vəs. Hesab oluna bilər.
8.Mərkəzləşdirmə.İdarəçilikdə mərkəzləşdirmə və qeyri – mərkəz- ləşdirmə arasındakı nisbət düzgün müəyyən olunmalıdır.
Mərkəzləşdirmə dedikdə səlahiyyətin mərkəzdə cəmlənməsi və yaxudda, rəhbərliyin əsas səlahiyyətləri öz əlində saxlaması kimi başa düşülə bilər. Əslində bu, vahid rəhbərlik prinsipindən irəli gəlir. Çünki informasiyanın toplanması və qərar qəbul edilməsi üçün, eləcədə, nəzarəti təmin etmək üçün mərkəzləşdirmə vahid rəhbərə lazım olur. Bundan başqa, qeyri-mərkəzləşdirmədə vardırki, burada xətti səlahiyyət bölgüsünə daha çox üstünlük verilir, yəni səlahiyyət, iyerarxiya səviyyələrindəki rəhbər işçilər arasında bölüşdürülmüş olur.
9.Pilləvari(skalyar)zəncir- aşağıların yuxarılara tabeçiliyi.Səlahiyyət və qarşılıqlı məsuliyyətin – skalyar zəncirin qurulması bu tabeçiliyi rəsmiləşdirir.
Pilləvari zəncirdə,ilk növbədə səlahiyyət və cavabdehlik münasibətləri qurulur və əlaqələndirilir. İdarəetmənin texniki səviyyəsindən ali səviyyəyə qədər olan pillələr (vətərsinə) biri-birilə zəncirvari bağlı olur. Bu halda səlahiyyət, tabeçilik, cavabdehlik, işlərin icrasına nəzarət münasibətləri qarşılıqlı surətdə əlaqələndirilir. Pilləvarizəncir yalnız şaquli əlaqələrdə yarana bilər. İdarəetmənin aşağı səviyyəsindən ali səviyyəsinə qədər olan və əksinə qurulan rəhbərlik və asılılıq əlaqələri bu pillələri təşkil edir. İdarəetmənin üfiqi əlaqələrində tabeçilik münasibətləri olmadığına görə belə asılılıqda yoxdur, yəni onlar bərabər hüquqludurlar. Bu halda isə, asılılıq və tabeçilik əlaqələri deyil, təsərrüfatçılıq və işgüzarlıq əlaqələri qurulmuş olur.
10. Rejim – hər bir işçini öz iş yerinə bağlayan qaydalarınməcmusu olmaqla, onların vaxta görə və normalara görə icrasının zəruriliyidir.
Rejim dedikdə işin icrasını tənzimləyən vaxt bölgüsü, norma və normativlərə əməl olunması başa düşülür. Daha doğrusu, rejimnizam-intizamı və iş qaydalarını tənzimləməyə yönəlmiş inzibati tələblərə əməl edilməsidir.
11.Ədalət- işlərin işçilər arasında bölünməsində və onun nəticələrinin qiymətləndirilməsində obyektivliyin gözlənilməsidir.
Ədalət prinsipi, rəhbər və işçilərarasında normal münasibətləri saxlamaq üçün, qanunlara, norma, normativ və hüquqlara obyekti və əməl olunmasının təmin olunub saxlanmasıdır. Əslində, ədalət prinsipi, hər bir işçinin əməyinin düzgün qiymətləndirilməsi və layiqincə mükafatlandırılmasıdır.
12. İş yerinin sabitliyi–kadrların sabaha inamlarının artırılması, daha inamla və cəhdlə işləmələri üçün vacibdir. Həmdə işçilərin və onların iş yerlərinin tez-tez dəyişməsi təşkilatın fəaliyyətinin səmərəsin iaşağı salır.
İş yerinin sabitliyi müqavilə şərtləri ilə təmin olunur və hər iki tərəf müqavilə şərtlərinə əməl etməyə borcludurlar. Yəni müqavilədə göstərilən müddət qurtarmadan üzürsüz səbəbdən işçini işdən azad etmək olmaz (Qərb və Şərq modellərində bu yanaşma müxtəlifdir). Bu prinsip, ilk növbədə, hər bir işçi də sabaha inam yaratmaqla gündəlik işdə nizam-intizama riayət olunmasını təmin edir, ikincisi isə onu həvəslə və təşəbbüskarlıqla işləməyə sövq edir.
13. Təşəbbüskarlıq.Tapşırıqların icrası üçün əla və təkliflərin irəli sürülməsi və onun müvəffəqiyyətlə həyata keçirilməsinə yönələn fərdi səydir. Təşəbbüskarlıq hər bir təşkilata əla və imkan, qüvvəvə səmərə gətirir.
Təşəbbüskarlıq dedikdə, hər hansı bir işin icrasında, yeni ideyalar əsasında işin keyfiyyətini və səmərəliliyini artırmaq üçün göstərilən cəhdləri başa düşmək olar. Təşəbbüskalıq hər hansı bir tapşırığa fərdi yanaşma üsuludurki, bu da yalnız müsbət nəticə əldə etməyə yönəlmişolur.
14. Birlik(korporativruh, ittifaq).Birlik - ictimai qüvvədir və kollektivin harmoniyasının təminatıdır. Birlik dedikdə hər bir qrupun (kollektivin), həm işbirliyi, həmdə ideya (məqsəd) birliyi başa düşülməlidir. Birliyin olması, işçilərin ahəngdar işləmələrini və istənilən son nəticənin alınmasını təmin edir.
Bu prinsiplərlə yanaşı XXəsr ərzində daha bir sıra prinsiplər yaranmışlarki, bunlardan aşağıdakıları xüsusilə fərqləndirmək lazımdır:
- elmilik;
- planauyğunluqvədinamiklik;
- demokratikləşdirmə;
- standartlaşdırma;
- keyfiyyətlilik;
- səmərililik;
- mərkəzləşdirmə və qeyrimərkəzləşdirmənin vəhdəti;
- şəxsi, kollektiv və dövlət maraqlarının vəhdəti;
- hüquq, səlahiyyət və cavabdehliyin vəhdəti;
- ekologiyanın qorunması vəs.
Yuxarıda qeyd olunan prinsiplərən başlıca prinsiplərdir və bunlardan başqa çox müxtəlif, həmdə spesifik xüsusiyyətli digər prinsiplərdə vardır ki, bunların öyrənilməsi və idarəetmə proseslərində nəzərə alınmasıda vacibdir. Bu prinsiplərin hər birinin fərdi təsir xüsusiyyətləri, fərdi tətbiq edilmə qaydaları olduğundan, onların yeni-yeni texnologiyalarda,yeni-yeni idarəçilik komplekslərində təzahürləridə qaçılmazdır.Bu baxımdan, menecmentin prinsiplərinin öyrənilməsi və tətbiqi ilə yanaşı, onların səmərəli istifadə olunmalarınada xüsusi diqqət yetirilməlidir.
İstifadə olunmuş ədəbiyyat siyahısı Axundov Ş. Ə., Axundov M. Ə. Bazar iqtisadiyyatının əsasları. – Bakı.
“Əbilov, Zeynalov və oğulları”. 2001.
2. Quliyev T.Ə.Menecmentin (idarəetmənin) əsasları. –Bakı. Nağıl evi. 2001.
3. Qerçikova İ.N. Menedjment.– Moskva. ÖNİTİ, 2005q.
4..Daft Riçard. Menedjment. 8-e izd. Per s anq. –SPb.:Piter,2009q.
5.