2
Rəyçi: Azərbaycan SSR Elmlər Akademiyasının
müxbir
üzvü Qaraş Mədətov
Redaktoru: Tahirə Muxtarova
Nəzirli Ş.Ə.
N 50 Azərbaycan generalları. B.; Gənclik, 1991, 208 səh.
Yazıçı-jurnalist Şəmistan Nəzirlinin oxuculara təqdim olunan “Azərbaycan generalları” kitabı
uzun illər aparılan axtarışların və gərgin zəhmətin bəhrəsidir. Tarixi
sənədlərin şahidliyi ilə
yazılan bu əsərdə indiyədək adı heç yerdə çəkilməyən inqilabdan əvvəlki general oğullarımızın
əvəzsiz xidmətləri qələmə alınıb. Kitabda ilk dəfə ötən əsrdə döyüşkənliyi ilə ad-san qazanmış
Kəngərli, Qazax, Gəncə, Qarabağ və Borçalı süvari alaylarının,
həmçinin Sovet dövründə
fəaliyyət göstərən azərbaycanlı generalların qəhrəmanlığından söhbət açılır.
Azərbaycan
Demokratik Hökumətinin hərb tarixinə parlaq səhifələr yazmış S.Mehmandarovun,
Ə.Şıxlinskinin, İ.Vəkilovun, İ.Usubovun misilsiz xidmətlərindən bəhs olunur.