Geoloji quruluşu,palçıq vulkanlar



Yüklə 449,57 Kb.
səhifə1/3
tarix28.03.2023
ölçüsü449,57 Kb.
#90557
  1   2   3
Qobustan- Abşeron


Fərəcli Sona, Baki Dövlət Üniversiteti ,Bakalavr sonaferecli7@gmail.com
Qobustan- Abşeron fiziki coğrafi rayonunun ümumi səciyyəsi

Şəkil 1. Qobustan-Abşeron fiziki coğrafi rayonun xəritəsi

Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alçaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır.




Geoloji quruluşu,palçıq vulkanları.
Bölgə paleogenin, neogenin və dördüncü dövrün əhəngdaşlarından, qum və gillərindən təşkil olunmuşdur. Alçaq dağlıqdan və dağətəklərindən ibarət olan bu ərazidə dağ tirələri, yastanlar, dağarası çökəkliklər, düzəlmə səthləri, dəniz terrası düzənlikləri əsas yer tutur. Burada əsasən ariddenudasiya, eroziya-denudasiya, abraziya və akkumulyasiya relyefəmələgətirici proseslər üstünlük təşkil edir. Azərbacanın ərazisində inkişaf etmiş palçıq vulkanlarının iri, sıx və aktiv olanları bu rayon daxilindədir. (Torağay, Axtarma Paşalı, Otman Bozdağ və s)

Şəkil 2. Qobustan-Abşeron fiziki coğrafi rayonunda yerleşən palçıq vulkanları

İqlimi
Qobustan-Abşeron fiziki-coğrafi rayonunun ərazisi yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi zonasına daxildir. Burada bir ildə günəşli saatların miqdarı 2400-2500-ə bərabərdir. Ümumi günəş radiasiyasının illik miqdarı 135 - 140 kkal/sm²-ə bərabərdir. İyul ayında torpaq səthi ilə hava temperaturu arasındakı orta aylıq fərq 6 - 7°C - dir. Qobustan - Abşeron rayonunun cənubunda və cənub-şərqində il ərzində müşahidə edilən buxarlanma defisiti (900 -1000 mm) respublikada ən yüksək olub, Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində olduğu qədərdir.Havanın orta illik temperaturu Qobustanın cənub-şərqində 14-14,5°C- dir. Deməli, bura respublikada ən isti sahədir. Rayonun qalan ərazisində isə havanın orta illik temperaturu 10-12°C-dir. Əgər yanvarda havanın orta aylıq temperaturu 0°C ilə müsbət 3°C arasındadırsa, iyulun orta aylıq temperaturu 25 -27°C -dir. Qobustanın cənubi-şərqində bu temperaturu 27°C -dən də artıqdır. Qeyd olunan temeratur göstəricilərindən yayın isti, qışın isə mülayim keçdiyi aydın görünür. 
İl ərzində havanın mütləq minimal (18 - 22°C) və mütləq maksimal (40-43°C) temeraturunun amplitudu 65°C-yə qədərdir. 10°C-dən yuxarı orta sutkalıq temperaturun illik cəmi cənub-şərqi Qobustanda 4400°C-dən çoxdur, ondan şimalda və şərqdə isə bu temperatur 3800°C-yə qədərdir. 10°C-dən yuxarı orta sutkalıq temeraturun cəmi gəstərir ki, Qobustan - Abşeron rayonu ərazisində olan yüksək istilik ehtiyatından kənd təsərrüfatı bitkiləri becərilməsində istifadə edilərsə, ondan yüksək məhsul götürmək mümkündür. Lakin buranın illik təbii yağıntısının azlığı (300 mm) və rayonun cənub-şərq hissəsində onun respublika ərazisi daxilində minimuma (200 mm-dən az) çatması burada təsərrüfatın genişləndirilməsinə ciddi maneə yaradır. İsti yarımildə (aprel-sentyabr) 100 mm-dən az, soyuq yarım ildə isə 150 mm-ə qədər yağıntı düşür.
Qobustan-Abşeron rayonunda il ərzində qar örtüyü olan günlərin sayı cənub-şərqdə minimal olub, 10 gündən az, şimal-qərbdə isə 20 gündən artıqdır. Bu, Qobustan-Abşeron ərazisindən qış otlaqları kimi istifadə etməyə geniş imkanlar yaradır. Odur ki, bu ərazi respublikamızın ən iri qış otaqlarından biridir. İl ərzində cənub-şərqdə nisbi nəmlik cüzi (20%), şimal-qərbdə isə zəifdir. (30-40%). İl ərzində (aprel-sentyabr) Qobustan-Abşeronda 50-yə qədər ağ yelli günlər olur. Bu isə təsərrüfata ciddi ziyanlar vurur. Əgər Qobustanda hakim küləklər qərbdən və şərqdən əsirsə, Abşeronda əksinə, şimaldan (xəzri) və cənubdan (gilavar) əsir. 
Qobustan-Abşeron rayonunun ərazisi respublikamıza daxil olan (yerli hava şəraitindən başqa) 8 hava tipindən ən azı beşinin bilavasitə təsiri altındadır. Odur ki, Qobustan və Abşeron ərazilərində hava əsasən dəyişkən olur. 


Yüklə 449,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin