Gərginlik çeviricilərinin effektivliyinin artırılması üsulları



Yüklə 15,98 Kb.
tarix06.06.2023
ölçüsü15,98 Kb.
#125593
tezis son


Gərginlik çeviricilərinin effektivliyinin artırılması üsulları
rəhbər : Ramazanov K.Ş. ; magistrant: Haqverdiyev N.H. qr.M1131aA, huseynaga1999@gmail.com

Hava gəmilərində (HG) istifadə olunan cihaz və qurğular müxtəlif elektrik parametrləri ilə işləyir. Hər bir işlədicinin işçi gərginliyi müxtəlif ola bilər. Bunun üçün isə sabit cərəyanın dəyişən cərəyana, dəyişən cərəyanın isə sabit cərəyana çevrilməsi tələb olunur.


Bəzi HG - lərdə, hələ də, elektrik maşın çeviriciləri (EMÇ) istifadə olunur. EMÇ tezliyin və gərginliyin stabilləşdirilməsi üçün xüsusi tənzimləyicilər və idarəetmə tələb edir, faydalı iş əmsalı (f.i.ə.) isə 50-60 %-dən çox olmur.
Elektronikanın inşikafı elektron static çeviricilərin yaradılmasına imkan vermişdir. Tranzistor açarları və güc gücləndiricisi əsasında yığılmış impuls generatorlarından ibarət statik invertorlar daha yüksək effektivlik təmin edə bilir. Belə statik çeviricilər 0,95-0,99 f.i.ə. təmin edirlər və tezliyi 0,01Hs dəqiqliklə stabil saxlamağa imkan verirlər. Statik çeviricilər adətən, giriş və çıxış süzgəclərindən, konvertor və invertordan təşkil olunur. Konvertor vasitəsi ilə kiçik gərginliklər böyük gərginliklərə çevrilir. İnvertor sabit gərginliyin 400Hs dəyişən gərginliyə çevrilməsini təmin edir. Müasir, daha kiçik ölçülərə malik static çeviricilərin yaradılması və HG-lərdə, xüsusən də, kiçik uçuş aparatlarında tətbiqi yeni imkanlar yaradır.
Çeviricilərin f.i.ə. artırılmasının ən vacib yollarından biri çıxış impuls qurğularının effektivliyinin artırılmasıdır. Bunun üçün ən vacib məsələlrdən biri əlavə kommutasiya sxemləri daxil etməklə impuls açarlarında yaranan itkiləri azltmaqdır.
Araşdırmalar onu göstərir ki, eninə impuls modulyasiyalı gərginlik tənzimləmə sxemlərinin, yüksəktezlikli verici generatorların və müasir sahə tranzistorlarını istifadə etməklə çeviricinin kütlə-qabarit göstəricilərini xeyli yaxşılaşdırmaq və bu hesaba onun effektivliyini artırmaq olar.
Yüklə 15,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin