GİZLİ TƏHLÜKƏ: QƏFLƏT İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər



Yüklə 391,89 Kb.
səhifə4/7
tarix05.05.2017
ölçüsü391,89 Kb.
1   2   3   4   5   6   7

Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün çağırsa və yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz… (Fatir surəsi, 18)

Heç bir günahkar başqasının günahına yüklənməz! (Nəcm surəsi, 38)

Hər nəfs axirətdə öz etdiklərinin qarşılığını görəcək. Artıq ətrafında dünyada ikən özünə: "Günahını boynuma götürürəm", - deyən kəslər də olmayacaq. Özünə kömək edən nə bir dostu, nə də qohumu olacaq. Hətta dəyər verdiyi bütün yaxınlarına dünyada onu qəflətə sürüdükləri üçün nifrət etməyə başlayar. Allah axirətdəki bu düşmənliyi Quranda belə xəbər verir:



Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! (Zuxruf surəsi, 67)

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Duxan surəsi, 41)

Dünyadakı saxta dostluqlar yox olub gedər, axirətdə yerini düşmənliyə buraxar. Çünki bu dostluqlar Allah`ın rizası qulaq ardı edilərək qurulan mənfəət dostluqlarıdır. Dünyada ikən Allah`ın sevdiyi və Ona yönələn insanlarla deyil, qəflət içində inkar edən, Allah`dan üz çevirən səmimiyyətsiz insanlarla dostluq edilmişdir. Əslində, dünyada belə mənfəətləri zidd olduğunda çox səmimi dostların bir-birinə düşmən olduqlarını tez-tez görmək mümkündür. Bir-birini qəflətə sürüdükləri və zərər verdikləri halda ölənə qədər pozulmayan dostluqlar isə Quranda da bildirildiyi kimi, Allah`ın hüzurunda düşmənliyə çevrilər. Bu düşmənlik qəflət pərdəsi gözlərindən qalxan insanların əzabın fərqində olmaları ilə başlayar. Axirətdə gözlərindən qəflət pərdəsi qaldırılan insanların səmimi etirafları Quranda belə bildirilir:



İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var! (Şüəra surəsi, 100-102)

İnkarçılar hesab günü peşmanlıq içində davamlı şəkildə tək qaldıqlarını dilə gətirərlər. Ətraflarında dünyada ikən istehza etdikləri möminlər olmayacaq. Əhəmiyyət vermədikləri bu gerçəklə qarşılaşınca geri dönüb, həqiqətən, iman edənlərdən olmağı diləyəcəklər. Bu vəziyyət ayədə belə xəbər verilir:



Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər! (Hicr surəsi, 2)

Lakin geri dönüş yoxdur.



QƏFLƏTDƏN XİLAS OLMAQ ÜÇÜN

Quran oxumaq və ayələr üzərində düşünmək

Qəflət təhlükəsinə qarşı ən yaxşı üsul Allah`ın qullarına yol göstərən bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allah`a yaxınlaşıb Rəbbimizin üstün elm və qüdrətini qavramasına kömək edər. Bundan başqa, insanın daha əvvəl bilmədiyi, düşünmədiyi və düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verər. Bu səbəblə, Quranı səmimi niyyətlə oxuyan və anlayan bir insan qəlbi razı halda Allah`a yönələr.

Səmimi şəkildə ayələr üzərində düşünən insan düşüncə və davranışlarındakı səhvləri görər. Bilmədiyi və ya əhəmiyyət vermədiyi üçün edib-etmədiyi şeylərin əhəmiyyətini və ciddiliyini anlayar. Rəbbimizin üstün elm və qüdrətini qavrayar və Allah`a qarşı duyduğu qorxu və sevgi artar. Allah Quranın endirmə məqsədini ayələrində belə xəbər verir:

Bu, insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allah`ın tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 52)

Həqiqətən, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)

Quranı diqqətlə oxuyan və ayələr üzərində düşünən insan səmimiyyəti ölçüsündə zamanla ayələrin təcəllilərini ətrafında görməyə başlayar; bu da hər an Allah`ı xatırlamasına və qəflətdən qorunmasına vəsilə olar. Məsələn, Quranda təsvir edilən inkarçı xarakterini zamanla ətrafındakı bəzi insanlarda görməyə başlayar. Onları gözləyən sonsuz əzabdan xəbərdar olduğu üçün, bu nümunələr özünə önəmli bir ibrət vəsiləsi olar. Bu şəkildə, Allah`ın izni ilə qəflətdən çəkinər və qəflətə qarşı necə tədbir görməli olduğunu bilər. Yenə insan ayələr üzərində düşünüb cəhənnəmdəki acının və peşmanlığın şiddətini öyrənər, sonsuz atəş əzabından Allah`ın diləməsi xaricində qurtuluş olmayacağını düşünüb anlayar. Eyni şəkildə, cənnətdəki sonsuz nemətləri, gözəllikləri və gözəl həyatı təfəkkür edər, Allah`ın rəhmətini və cənnətini qazanmanın şövqünü yaşayar. Quranı oxuyan insan dünyada etdiyi hər şeyin hesabını verəcəyini və gördüyü işlərin nəticəsində cənnət və ya cəhənnəmə girəcəyini bilər. Budur, bu həqiqəti görən insan qafil olmaqdan, haqqı unutmaqdan və ya yerinə gətirməməkdən şiddətlə qaçar.



Allah`ın verdiyi fürsətləri dəyərləndirmək

Allah varlığını xatırlamaları və Özünə yönəlmələri üçün insanlara müxtəlif şərtlər və mühitlər verər. Sıxıntı və çətinliklər də bunlardandır. Quranda bir ayədə "Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar" (Tövbə surəsi, 126) şəklində buyurulur. Bu çətin anlar insanların qəflətdə olduqlarını onlara göstərən böyük bir fürsətdir. Çünki Allah`a üsyankar olan nəfs belə anlarda acizliyini anlayar. Bu vəziyyətdə vicdanı ön plana çıxan insan səhvlərini görər və onlardan çəkinməyin yollarını axtarar. Bu, insana verilən böyük bir fürsətdir. Nəfsin acizlik içində səssiz qaldığı bu anlarda insan özünü Allah`a daha yaxın hiss edər. O anda səmimi yaxınlıqla Allah`a yönələr. Belə vaxtlarda Allah`ın qüdrətinin hər şeyə çatdığını, hər şeyin Allah`dan gəldiyini, bu bəla və çətinliklərin də ancaq Onun diləməsi ilə sona çatacağını başa düşər. Bu durum tövbə edib Allah`a yönəlmək üçün bir fürsətdir. Allah Quranda bu səmimiyyətə qovuşan insanı belə xəbər verir:



Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü başa düşdükdə sidq ürəkdən Allah`ın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)

Qəflət içindəki insan özünə Allah`dan başqa kömək edən bir gücün olmadığını yalnız özünü çox çarəsiz hiss etdiyi zaman görə bilir. Ancaq çətinlik sona çatdıqdan sonra yenə Allah`ı unudub əvvəlki qəflətinə düşər. Bu vəziyyət Quranda belə ifadə edilmişdir:



İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunis surəsi, 12)

Məsələn, bir təbii fəlakət insana özünün nə qədər aciz olduğunu, Allah`ın sonsuz elm və qüdrət sahibi olduğunu, hər şeyi əhatə etdiyini, hər an hər şeydən xəbərdar olduğunu xatırladar. İnsan Allah`dan qorxmalı olduğunu, çünki Onun qüdrətinin hər şeyə çatdığını, hər an Allah`ın əzabı ilə qarşılaşa biləcəyini anlayar. Halbuki, o insan əvvəl Allah`ın əmr və qadağalarını qulaq ardı etmiş və ya davamlı təxirə salmışdır. Qorxu içində olduğu anda adamın şüuru açılır və həqiqətləri görməyə başlayır. Belə fəlakətlər qəflət içindəki insanın həqiqətləri görməsinə vəsilə olur və axirətini qurtaran böyük xatırladıcı vəzifəsini daşıyır. Lakin xəbərdarlıqlardan və bəlalardan lazımi dərsi almayan və səmimi iman etməyən insan bir az rahatlığa çatdığında təkrar qəflətə düşür. İnsan yenə keçici olan dünyaya bağlanıb Allah`ın varlığını, əmr və qadağalarını görməməzliyə vurur və ya unudur. Qəflətdən xilas olmaq üçün insan özünə verilən bu fürsətləri qiymətləndirməlidir. Yaşadığı çətinlikləri, daha sonra Allah`ın ona verdiyi rahatlığı tez-tez düşünüb dərhal Rəbbimizə yönəlməlidir.

Bu cür hadisələrin Allah`dan bir xəbərdarlıq ola biləcəyi və bunun böyük bir nemət olduğu ağıldan çıxarılmamalıdır. Allah bu şəkildə sonsuz qüdrətini göstərib insanın qəflətdən uzaqlaşmasına yol açır. Ancaq insan qəflətdən xilas olmaq üçün çətin duruma düşməsini gözləməməlidir. Çünki Allah insanı hər an ətrafında meydana gələn hadisələrlə xəbərdar edir. Məsələn, yaxınlarının, çevrəsindəkilərinin yaşadığı sıxıntılı bir hadisə ilə, başqa bir şəhərdə və ya ölkədə yaşanan təbii fəlakətlərlə, yaxud da müharibələrlə insanlar xəbərdar edilir. Bu xəbərdarlıqlara diqqət edən insan eyni hadisənin öz başına gələ biləcəyini, Allah`ın üstün gücü qarşısında insanların nə qədər aciz və çarəsiz olduqlarını düşünər. Bu da qəflətdən xilas olub Allah`a yönəlməsinə səbəb olar. Necə ki, Quranda Ad qövmünün həlak edilməsindən bəhs edilərək insanlar belə xəbərdar edilir:

Ad (qövmü) isə uğultulu, çox şiddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. (Haqqə surəsi, 6-7)

Quranda verilən həlak və əzab nümunələri ilə insanların başqalarının başlarına gələn bəlalardan ibrət götürüb Allah`ın sonsuz elm və qüdrəti üzərində düşünmələri istənilir. Allah`ın gücünü insanlara xatırladan bir çox nümunə gündəlik həyatda davamlı insanların qarşısına çıxır. Lakin insanlar çarəsiz duruma düşənlərin vəziyyətlərini yalnız kədərlə qarşılayıb onlara acımaqla kifayətlənirlər. Gördüklərinin, eyni zamanda, özlərinə bir xəbərdarlıq olduğunun fərqində olmazlar. Halbuki, insanların acizliyini və çarəsizliyini göstərən belə vəziyyətlərin hamısı insanlara qəflət pərdələrini götürmələri üçün edilən açıq bir xəbərdarlıq və verilən yeni bir fürsətdir. Bu fürsətləri dəyərləndirib Allah`a yönəlmək insanın qəflətdən xilas olmasına kömək edir.



Allah`ın hər şeydən xəbərdar olduğunu və hər şeyi bütünlüklə əhatə etdiyini bilmək

Allah "Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!" (Qiyamət surəsi, 36) ayəsi ilə insanlara hər an Öz hökmranlığında və nəzarətində olduqlarını açıq şəkildə bildirmişdir. Ancaq qəflət içindəki insan bunu düşünüb anlamaqdan uzaqdır. Halbuki, bunu anlamaq üçün bir neçə dəqiqə səmimi şəkildə həyatını davam etdirməsi üçün lazım olan hər şeyi (ən incə detalına qədər) özünün etmək və yoxlamaq məcburiyyətində qaldığını düşünməsi kafidir.

Məsələn, bu anda vücudumuzda gedən prosesləri bilmirik və bunlarla maraqlanmaq gərəyini duymuruq. Amma bütün orqanlarımız nizamlı halda və bir-biriləri ilə uyğun şəkildə davamlı çalışır. Özbaşına qaldığımıza görə həyatımızı davam etdirə bilməyimiz üçün ilk öncə nizamlı şəkildə oksigen almalı, ürəyimizi döyündürüb qan dövranımızı təmin etməli, mədə turşusunu normada saxlamalı, həzmi reallaşdırmalı və bunun kimi milyonlarla əməliyyatı idarə etməliyik.

Vücudumuzda reallaşan hadisələri idarə etdiyimizi (hər nə qədər qeyri-mümkün olsa da) düşünək. Məsələn, yatanda bu işləri bizim yerimizə kim davam etdirəcək? Necə ki, yatarkən də bütün orqanlarımız işə davam etməlidir. Yalnız ürəyimizin bir neçə dəqiqə idarəmiz xaricində qalıb dayanması belə həyatımızın sona çatması üçün kifayətdir; ancaq, eyni zamanda, yatmağımızın lazım olduğu da digər əhəmiyyətli bir həqiqətdir. Özbaşına qaldıqda özümüzün etməsi lazım olanlar bununla məhdudlaşmır. Çünki həyatımızı təmin edən xarici amilləri də artıq özümüz təmin etməliyik.

Məlum olduğu kimi, öz bədənimiz belə idarəmizdə deyil ikən xaricimizdəki dünyanı və kainatı ehtiva edən sonsuz saydakı incə nizam və tarazlıqla qurulan sistemə müdaxilə etməyimiz yalnız təxəyyülümüzün genişliyini göstərməkdən ibarət olar. Bunları düşünüb öz vücudu daxil olmaqla, heç bir varlığa nəzarət etməsinin mümkün olmadığını qavrayan hər insan özbaşına olmadığını, hər şeyə üstün elm və qüdrət sahibi olan Allah`ın nəzarət etdiyini anlayar. Kainatdakı canlı-cansız hər varlığın Allah`ın yaratması ilə meydana gəldiyini və Onun idarəsində olduğunu qavrayar. Bunları anlamaq insanın içində olduğu qəflətdən xilas olmasına kömək edər və hər an Allah`ın özünü gördüyünü düşünərək hərəkət etməsinə səbəb olar. Allah hər an insanları nəzarətində saxlayır, onları və işlədikləri hərəkətləri an-an yaradır. Allah`ın hər an insanları əhatə etdiyi "...Rəbbin insanları ehtiva etmişdir..." (İsra surəsi, 60) ayəsi ilə xəbər verilmişdir. Allah`ın özünü bütünlüklə əhatə etdiyini düşünən mömin gizli və ya açıq şəkildə etdiyi və ya danışdığı hər şeyi, içində olduğu hər vəziyyəti Allah`ın bildiyini bilər. Hər mühitdə və hər an Onun yanında olduğunu da bilər. Bu vəziyyət Quranda belə təsvir edilir:

Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, yenə də onların yanındadır. Sonra qiyamət günü onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir! (Mübarizə surəsi, 7)

Ayədə açıq şəkildə təsvir edilən bu həqiqət üzərində səmimiyyətlə düşünüldüyündə insanı qəflətdən qurtarmağa kifayət edər. Həqiqətləri dərk etməsinə, həm dünyada və həm də axirətdə gözəl həyat sürməsinə vəsilə olar. Çünki özünün davamlı olaraq Allah`ın hökm və idarəsi altında olduğunu bilərək Allah`ın rizasından çıxmaqdan şiddətlə qorxub çəkinər. Etdiyi bütün gözəl şeyləri və yaxşılıqları da Allah`ın gördüyünü bilər və mükafatlandırılacağı gün üçün sevinc və nəşə duyar. Hər şeyin öz xüsusi imtahanının gərəyi kimi reallaşdığını qavradığı üçün hər şeyin özü üçün xeyir olduğunu bilərək bu anlarda gözəl səbir göstərər. Bu səbri və gözəl davranışları nəticəsində isə Allah`ın izni ilə Onun bütün inananlara vəd etdiyi cənnətə qovuşar.



Allah`ın yaratdıqlarını detalları ilə bilmək

Bilgi qəflətdən xilas olmağı təmin edən ən əhəmiyyətli amillərdən biridir. Kainatı əhatə edən yaradılış dəlillərini araşdırmaq, görmək və anlamaq insanın üzərindən qəfləti götürür və uzaqlaşdırır. Allah`ın üstün elm və qüdrəti ancaq belə ciddi araşdırma və təfəkkür nəticəsində haqqı ilə təqdir edilə bilər. Allah "Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq" (Ənbiya surəsi, 16) ayəsi ilə kainatın və içindəki varlıqların xüsusi hikmətlə yaradıldığını bildirir.

Həqiqətdə, bütün yaradılmışlar Allah`ın varlığının açıq dəlilləridir. Bu dəlillər üzərində ətraflı məlumat əldə etmək xüsusiyyətlərdəki üstün ağılın təcəllilərini görməyə səbəb olar. Allah`ın hər yaratdığının çox mükəmməl sistemlərdən meydana gəldiyi xüsusiyyətlərin araşdırılması ilə asanlıqla görülər. Bu xüsusiyyətlər qarşısında insan Allah`ın varlığını qəti olaraq qavrayıb Onun üstün güc və qüdrətini görər, Onun varlığını hər an hiss edər. Gözlərini kor edən və şüurunu örtən qəflət pərdəsini aralamağı və səmimi şəkildə edəcəyi dərin təfəkkürlərlə də bu pərdəni tamamilə qaldırmağı bacarar.

Məsələn, insan öz vücudu və yaradılışı haqqında ətraflı məlumat əldə edib Allah`ın üstün sənətini və elmini görə bilər. Necə ki, insanın yaradılışı təkbaşına qəfləti götürən möcüzəvi hadisələr zəncirindən meydana gəlir: Tək bir hüceyrənin içindəki genetik şifrdən çoxalaraq mükəmməl sistemlərə sahib bir canlıya çevrilən insan təkbaşına Allah`ın varlığının, üstün ağlının və gücünün böyük bir dəlilidir: bir-birindən ayrı yerlərdə və ayrı canlılar içində çıxarılan yumurta və spermanın tam bir uyğunluq içində birləşərək döllənməsi və tək tip hüceyrənin çoxalıb, fərqliləşib sümükləri, əzələləri, orqanları, gözləri, əl və ayaqları, bunlardakı kompleks sistemləri meydana gətirməsi, daha sonra ana qarnından ayrılan bu orqanizmin görməsi, danışması, getməsi, gülməsi, ağlaması, duyğulara sahib olması...

Günümüzdəki araşdırma texnikaları sayəsində artıq kainatın ən uzaq nöqtələrindən okeanların ən dərin yerlərinə qədər müşahidələr aparılır və buralardakı bütün varlıqlar və hadisələr haqqında ətraflı məlumatlar əldə etmək getdikcə daha da asanlaşır. Budur, bu hadisələr və varlıqlardakı yaradılış möcüzələri haqqında geniş bilgi sahibi olan, düşünən və "… Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" (Ali-İmran surəsi, 191) deyən səmimi və vicdanlı hər insan Allah`ın izni ilə qəflət pərdəsindən xilas olar.

Qəflətdən xilas olan insan Allah`ın bu açıq dəlilləri qarşısında qəti bir bilgi ilə iman edərkən Onun üstün sifətlərini də tanıyar, Allah`a daha çox yaxınlaşar və artıq hər işində Onun rizasını güdməyə başlayar.



Dünyanın qısa və keçici olduğunu bilmək

Dünya həyatı bir gün anidən yox olacaq və insan əbədi olaraq yaşayacağı axirət yurduna keçəcək. Halbuki, dünya həyatının keçici və son dərəcə qısa olduğunu düşünə bilməyən qəflət içindəki insan böyük bir maraq və həvəslə dünyaya bağlanmışdır və yalnız dünya üçün yaşayar. Uşaqlığından etibarən davamlı olaraq gələcəyə yönələn planlar qurar, həyatını istəklərinə uyğun yönləndirməyə çalışar. Ömrü bu əyləncələrlə dünyanın nə qədər qısa və keçici olduğunu düşünmədən anidən sona çatar. Eynilə, gördüyü və uzun sürdüyünü sandığı, əslində, yatdığı vaxtın yalnız bir neçə saniyəsini əhatə edən yuxunun sona çatması kimi... Axirətdə dünya həyatının yalnız yuxu kimi çox qısa sürdüyünü və qəti olaraq yanıldığını anlayar. Axirətdə insanların öz aralarında dünya həyatının qısalığına dair söhbətləri Quranda belə bildirilir:



Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər bilirsinizsə, siz çox az qaldınız! (Muminun surəsi, 112-114)

Ayədə keçən "bir gün, bir gündən az" ifadəsi çox uzun zənn edilən ömürün nə qədər qısa olduğunu açıq şəkildə ifadə edir. Bu, Allah qatından bildirilmiş açıq bir həqiqət olduğu halda, insan nəyi nəyə tərcih edəcəyəni çox yaxşı düşünməlidir. Sonsuz cənnəti düşünüb hərəkət edəcək, yoxsa çox qısa sürən dünyanı? İnsanın arzularını təyin edərkən üzərində düşünməli olduğu ən əhəmiyyətli ünsür qısa və keçici olan dünya həyatının faydasının da yenə qısa və keçici olmasıdır.

Bu səbəblə, dünyanı əsl yurdumuz olan axirətə getmək üçün bir gözləmə salonu olaraq düşünmək lazımdır. Bir gözləmə salonundakı əşyaların və orada yaşanan hadisələrin insanı nə qədər maraqlandıracağı məlumdur. Heç bir yolçu gözləmə salonunda uzun müddət qalacaqmış kimi oraya yerləşib bütün planlarını bu gözləmə salonuna görə qurmaz. Çünki burada çox qısa bir müddət qalacaq. Burada çölü düşünmədən yalnız gözləmə salonuna görə aldığı qərarların və ya etdiyi hərəkətlərin çöldə bir faydası olmaz. Eyni şəkildə, dünya üçün edilən heç bir şeyin də axirətdə bir faydası olmaz. Bu səbəblə, dünya üçün edilən işlərin sonda Quranda bildirildiyi kimi, bir ilğım kimi yox olacağını bilmək lazımdır. Quranda bunun xəbər verildiyi ayə belədir:

Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allah`ın cəzasını tapar. (Allah da) onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Ayədə açıq şəkildə bildirildiyi kimi, dünya üçün edilənlərin hamısı bir gün yox olub gedəcək və insan tək Allah rizası üçün etdikləri ilə Rəbbimizin hüzurunda hesab verəcək. Budur, o an insan yanılmasının fərqində olacaq və cəhənnəm əzabı qarşısında sonsuz bir çarəsizlik və peşmanlıq duymağa başlayacaq. Qəflət halının sona çatdığı, bütün həqiqətləri bir-bir gördüyü o anda dünya həyatına geri dönüb Allah`ın əmr və qadağalarına uyğun həyat yaşamaq istəyəcək. Ancaq bunun üçün çox gecikmişdir. Çünki artıq geri dönüş yoxdur:



Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)

Kaş günahları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! Gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin! (Səcdə surəsi, 12)

İnsan Allah`ın hüzuruna təkbaşına gətiriləcəyi bu günlə qarşılaşmadan əvvəl dünya həyatının nə qədər qısa və keçici olduğunu anlayıb təfəkkür etməlidir. Dünyanın çox qısa bir müddətin sonunda mütləq sona çatacağı düşüncəsi insanın mənasız və faydasız işlərdən üz çevirməsinə, dünya həyatındakı qısa zamanını ən yaxşı şəkildə qiymətləndirib içində olduğu qəflətdən xilas olmasına vəsilə olar.



Ölümü düşünmək

İnsana dünyada müəyyən bir müddət verilmişdir. Bu müddət bitdiyində ölümlə mütləq qarşılaşacaq. Quranda hər insanın bir gün mütləq ölümlə qarşılaşacağı belə xəbər verilir:



De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cümə surəsi, 8)

Ölüm özündən qaçan, qorxan və öləcəyini heç düşünməyən qəflət içindəki insanlar daxil bütün insanlara gələcəkdir. Ancaq qəflət içində Allah`ın hökmlərini qulaq ardı edən insanlarla iman edən insanların ölüm anında yaşayacaqları fərqli olacaq. İnkar edənlər heç gözləmədikləri bir anda ölümlə üz-üzə gəlincə dəhşətə qapılacaq və böyük qorxu yaşayacaqlar. Ayrıca, canları acı ilə alınacaq. İnkar edənlərin canlarının alınması Quranda belə təsvir edilir:



Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Muhəmməd surəsi, 27)

Quranda bildirildiyi kimi, inkar edənlərin canları acı içində alınacaq. Bu anda uğrunda həvəs göstərib Allah`ın əmr və qadağalarını qulaq ardı etdiyi hər şeyin əhəmiyyətini itirdiyini görəcək. Həyatı boyunca ən çox dəyər verdiyi ailəsi, yoldaşları, qohumları, çox sevdiyi işi, avtomobili, evi, malı-mülkü, hamısı tamamilə dəyərini itirəcək. Artıq çarəsiz və tək qalmış və qorxusu daha da artmışdır. Bu vəziyyətdə inkar edən adam bütün həyatını boşa keçirdiyini və Allah`ın rizasına uyğun heç bir şey etmədiyini görüb peşmanlıq duyacaq. Qorxu və peşmanlıq içində əzabdan xilas ola bilmək üçün çarələr axtaracaq və bütün sevdiklərini fəda etmək istəyəcək. Allah Quranda inkar edən insanın qiyamət günündə düşdüyü bu vəziyyəti belə təsvir edir:



Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini; və yer üzündə olanların hamısını – təki özünü qurtarsın! Xeyr. Həqiqətən, o, alovlu atəşdir. (Məaric surəsi, 10-15)

Ayədə açıq şəkildə ifadə edildiyi kimi, insan canını verəcəyi qədər çox sevdiyi yaxınlarını, həvəslə bağlı olduğu bütün dünya nemətlərini cəhənnəm əzabına qarşılıq vermək istər. Ancaq ona dünyada sahib olduğu heç bir şeyin faydası olmayacaq, əbədi qalmaq üzrə cəhənnəmdəkilərin arasına düşməkdən özünü qurtara bilməyəcək.

Qəflət içində inkarda inad edən insanların canı acı içində alınarkən iman edənlərin canı isə asanlıqla alınar. Qəflətdən qorunmağa çalışan iman edən insanların ölüm vaxtı gəldiyində canları mələklər tərəfindən gözəl şəkildə alınaraq cənnətlərə yerləşdiriləcək. Quranda iman edənlərin canının alınması belə təsvir edilir:

O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə cənnətə daxil olun!” – deyərlər. (Nəhl surəsi, 32)

Həmin vaxt mömin Allah`ın ona verdiyi nemətləri dünyadakılara eşitdirib onları xəbərdar etmək istər. Möminlərin bu rəftarı Quranda belə bildirilir:



Ona: “Cənnətə daxil ol!” – deyildi. Dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” (Yasin surəsi, 26-27)

Canının gözəl şəkildə alınmasını və cənnətdə əbədi həyat sürməyi arzulayan hər insan qəflətdən xilas olmadığı təqdirdə ölüm vaxtı yaşayacaqlarını düşünməlidir. Dünyada canı yandığı və acı duyduğu anlarda hiss etdiklərinin qat-qat çoxunu ölüm anından etibarən əbədi olaraq yaşayacağını təfəkkür etməlidir. Bu əzabı düşünüb hər an ölümlə qarşılaşacağını bilən, qorxu ilə və könüldən Allah`a yönələn hər insan içində olduğu qəflətin fərqində olacaq. Dolayısilə, Allah`ın əmr və qadağalarına əməl edib göstərəcəyi ciddi səy ilə qəflətdən xilas olacaq.



Əsl yurdun axirət olduğunu bilmək

Əsl yurdun axirət olduğunu düşünməyən qəflət içindəki insanlar dünyada davamlı olaraq rahatlamaları üçün daha yaxşı yer və imkanlar axtararlar. Məsələn, az gəlirli, evi olmayan birisi həmişə kirayədən xilas olacağı günü düşünər. Bir evinin olması onun ən böyük idealıdır. Bu yolda çətinliyə girər, ömrünün böyük hissəsi ev və digər ehtiyacları üçün kredit ödəyərək keçər. Bir başqası bina evindən həyət evinə köçməyi, digəri isə geniş ərazisi olan bir malikanəyə sahib olmağı düşünər. Amma Allah`ın axirətdə vəd etdiyi cənnət mülklərinin varlığına inanmadığı və ya bu ehtimalı çox uzaq gördüyü üçün bunlara çatmaq üçün ən kiçik cəhdi belə göstərməz. Halbuki, möminlər cənnətə və oradakı nemətlərə qovuşmaq üçün yarışarlar. Allah qəflət içində dünya nemətlərinə sahib olmaq üçün sanki digər insanlarla yarışıb cəhd göstərənləri Quranda belə xəbərdar edir:




Yüklə 391,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə