Gözəl ana, vəfalı ömür-gün yoldaşı, in-
tellektual keyfiyyətləri özündə birləşdirən
ziyalı, dünya tibb elminə əvəzolunmaz
töhfələr vermiş böyük oftalmoloq alim
Zərifə xanım Əliyevanın həyatı, elmi və
yaradıcılıq fəaliyyəti ilə daha yaxından ta-
nış olduqca, haqqında xatirələri oxuduqca
yaddaşımızda Ulu Tanrının bu ən yüksək
mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük
insanın obrazı canlanır, gözlərimiz önündə
onun portreti yaranır.
Zərifə xanım Əliyeva elə insan idi ki, bir
dəfə ünsiyyətdə olanlar onu ömrü boyu
unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə
ilk andan onunla ünsiyyətdə olanların yad-
daşında yüksək vətəndaşlıq, humanizm və
ürək saflığının mücəssəməsi kimi əbədi qa-
lırdı. Onun insanlara məhəbbəti qeyri-adi
dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib
seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu is-
tedadını tam gerçəkləşdirə bilirdi.
Aprelin 28-də XX əsr Azərbaycan ta-
rixinin görkəmli simalarından biri Zərifə
xanım Əliyevanın anadan olmasının 92-ci
ildönümü tamam olur. Zərifə xanım 1923-
cü il aprelin 28-də qədim Naxçıvanın Şah-
taxtı kəndində görkəmli ictimai və dövlət
xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin
ailəsində dünyaya göz açmışdır. 1947-ci
ildə N. Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunu bitirmişdir. Azərbaycan
Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda
elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına
Azərbaycan Həkimləri Təkmilləşdirmə İns-
titutunda göz xəstəlikləri kafedrasının do-
senti, professor, görmə orqanlarının peşə
patologiyası laboratoriyasının müdiri, oftal-
mologiya kafedrasının müdiri (1982-1985)
vəzifələrində çalışmışdır.
Z. Əliyevanın Azərbaycanda oftalmolo-
giya elminin inkişafında müstəsna xidmətləri
vardır. O, vaxtilə Azərbaycanda geniş ya-
yılmış traxomanın, dünya təcrübəsində
birincilər sırasında peşə, xüsusilə kimya
və elektron sənayelərində peşə fəaliyyəti
ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,
profilaktikası və müalicəsinə, habelə of-
talmologiyanın müasir problemlərinə dair
bir çox sanballı tədqiqatların, o cümlədən
"Terapevtik oftalmologiya", "İridodiaqnos-
tikanın əsasları" kimi nadir elmi əsərlərin
müəlliflərindən biri, 12 monoqrafiya,
dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi
işin, 1 ixtira və 12 səmərələşdirici təklifin
müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə
kadrlarının hazırlanmasına da böyük əmək
sərf etmişdir.
Akademik Zərifə Əliyevanın alim kimi
qazandığı böyük uğurlar Azərbaycan tibb
elminin tarixində ayrıca bir mərhələ təşkil
edir. Onun elmi fəaliyyəti çox zəngin və
əhatəli olub. İstedadlı alim kimi oftalmo-
logiyanın aktual mövzularına həsr edilmiş
çoxprofilli tədqiqatlar aparıb və dəyərli
elmi-tədqiqat işləri yazıb.
Müxtəlif göz xəstəliklərinin müalicə və
profilaktika tədbirlərinin işlənib hazırlan-
ması ilə məşğul olan Zərifə xanım özünün
tədqiqat işlərini traxomanın müalicəsi ilə
bağlı məsələlərə, habelə traxomanın və
onun ağır nəticələrinin müalicəsi zamanı o
dövrdə yeni olan antibiotiklərin imkanların-
dan səmərəli istifadə etməyin öyrənilməsinə
həsr edib.
Bu tədqiqatların nəticələri Zərifə xanım
Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya
metodlarının başqa birləşmələri traxomanın
müalicəsi” mövzusunda müvəffəqiyyətlə
müdafiə etdiyi namizədlik dissertasiyasının
əsasını təşkil edib.
1968-ci ildən başlayaraq Zərifə xa-
nım Əliyeva professional oftalmologiya-
nın problemləri ilə ciddi məşğul olub. Bu
sahənin əhatə dairəsinin çox geniş olma-
sına baxmayaraq, gözün peşə xəstəlikləri
probleminə dərin və çoxsahəli marağını
Zərifə xanım Əliyeva bütün həyatı boyu
itirməmişdir. Alim dünyada ilk dəfə ola-
raq peşə patalogiyasını araşdıran elmi-
tədqiqat laboratoriyası yaratmış və prakti-
ki olaraq elm aləmində yeni bir istiqamətin
- peşə oftalmologiyasının əsasını qoymuş-
dur. Apardığı tədqiqatların gedişində “Göz
yaşının axmasının fiziologiyası”, “Gözün
və görmə sinir yolunun yaşla əlaqədar
dəyişiklikləri”, “Gözün hidrodinamik siste-
minin anatomik fizioloji təbiəti” və s. kimi
onlarla elmi məqalə və monoqrafiyalar çap
etdirmişdir.
Uzunmüddətli
müşahidələrin
və
tədqiqatların nəticələri görkəmli həkimin
“Azərbaycanın kimya sənayesinin bəzi
müəssisələrinin işçilərinin görmə üzvünün
vəziyyəti” mövzusunda doktorluq disser-
tasiyasının əsasını təşkil edib. 1976-cı ildə
Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri
İnstitutunda
həmin
dissertasiyanın
müdafiəsi zamanı Sovet İttifaqının aparıcı
alimləri Zərifə xanımın elmi əsərlərini çox
yüksək qiymətləndiriblər.
Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb
elmləri doktoru elmi dərəcəsi adı verilib.
Görmə orqanının peşə patologiyası
sahəsində apardığı elmi tədqiqat işlərinin
uğurlu nəticələrinə görə akademik Zərifə
Əliyeva keçmiş SSRİ-nin oftalmologiya
sahəsində ən mötəbər mükafatı olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax
adına mükafatına layiq görülüb. Keçmiş
SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi
onun adı oftalmologiya elminin tarixinə dü-
şüb.
Akademik Zərifə Əliyeva həm də
görkəmli ictimai xadim idi. O, keçmiş
SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü,
Azərbaycan Sülhü Müdafiə Komitəsi
sədrinin müavini, Ümumittifaq “Bilik”
Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq
Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət
Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva 1985-ci il aprelin
15-də Moskva şəhərində vəfat edib. Zərifə
xanımın cənazəsi 1994-cü ildə Moskvanın
Novo-Deviçye qəbiristanlığından Bakıya
gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri
yanında dəfn olunmuşdur. Fəxri xiyabanda
məzarı üstündə tuncdan heykəli ucaldılmış-
dır. Bu gün Bakıda Göz xəstəlikləri İnstitutu,
Naxçıvan şəhər poliklinikası onun adını daşı-
yır. Bakının Binəqədi rayonu ərazisində adına
istirahət parkı salınmışdır. Bakı və Naxçıvan-
da Zərifə Əliyevanın adını daşıyan küçə var.
O, həkimlər professor Tamerlan Əliyev,
Akademik Cəmil Əliyev və Əməkdar
incəsənət xadimi, musiqiçi Gülarə Əliyevanın
bacısıdır. Azərbaycanın görkəmli dövlət xa-
dimi Əziz Əliyevin qızı, Ümumilli Liderimiz
Heydər Əliyevin həyat yoldaşı, hazırkı Prezi-
dentimiz cənab İlham Əliyevin anasıdır.
Zərifə xanımın işıqlı obrazı yüksək
vətənpərvərlik və humanizm rəmzi kimi
həmişə bizimlə qalacaq, onun parlaq
xatirəsi daim anılacaq, qədirbilən xalqımızın
qəlbində əbədi yaşayacaq.
“Mərkəzi Klinika” Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA