Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə1/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   17
Riskin qiymətləndirilməsi mühazirə


Mühazirə №1.
Giriş mühazirəsi.

Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir. Buraya əsasən stasionar platformalar, üzən qazıma qurğuları, sualtı kəmərlər, estakadalar, dambalar, gəmilərin yanalma meydançaları, neft terminalları və digər qurğular aiddir.


Hidrotexniki qurğuların tikintisi üçün Azərbaycanda geniş quraşdırma bazası yaradılmışdır. Tikinti-quraşdırma işləri əsasən SOCAR-ın “Neftqaztikinti” Trestinin istehsalat meydançalarında aparılır, o cümlədən “Dərin Özüllər Zavodunun” stapelləri üzərində stasionar platformalar üçün müxtəlif tipli dayaq blokları quraşdırılır.
Hasil olunan quyu məhsulunun sahil yığım məntəqələrinə qədər nəqli üçün sualtı kəmərlər çəkilir ki, bunların da tikintisi üçün tikinti-quraşdırma bazası mövcuddur. Sualtı kəmərlərin çəkilməsi böyük zəhmət və resurs tələb edən prosesdir və onun həyata keçirilməsində borudüzən barjalardan istifadə olunur. Hal-hazırda istismarda olan “Süleyman Vəzirov” Borudüzən gəmisi Xəzər dənizində sualtı kəmərlərin çəkilməsində geniş istifadə olunur.
Magistral estakadalara gəldikdə, bu hidrotexniki qurğular körpüvari tipə aid olaraq, “Neft Daşları”nda, Pirallahıda və digər yerlərdə geniş istifadə olunmaqdadır.
Ayrıca olaraq, neft terminalları da, hidrotexniki qurğuların tikintisini nəzərdə tutur. Bu qurğular neft daşıyan tankerlərin sahilə yanalmasını və boşaldılma-doldurulma texnoloji əməliyyatlarının aparılmasını təmin edir. Azərbaycandakı terminallardan Dübəndi və Sənqəçal terminallarını göstərmək olar.
Liman və liman tikililərini də kompleks dəniz hidrotexniki qurğulara aid etmək olar və burada Bakı Dəniz Limanını, Ələt Beynəlxalq Ticarət Limanını göstərmək olar.
Yuxarıda sadalanan dəniz hidrotexniki qurğuların tikintisi və gələcək istismarı müxtəlif risklərlə bağlı olur ki, hal-hazırda onların təhlili və qiymətləndirilməsi mütləq şəkildə aparılır. Burada məqsəd potensial təhlükələri təyin etmək, onların baş verməsi ehtimalına, dərəcələrinə və digər parametrlərinə görə yekun riski qiymətləndirməkdən ibarətdir.
Müsir dövrdə sənaye obyektlərinin, o cümlədən dəniz hidrotexniki qurğularının tikintisi və istismarında potensial risklərin minimuma endirilməsinə böyük diqqət yetirilir. Bu ona görədir ki, texnoloji pozuntular böyük potensial təhlükə yaradan hallara gətirir və nəticədə işdə dayanmalar, qəza hadisələri baş verir. Bunun isə neqativ fəsadları insanların sağlamlığına, avadanlıqların sıradan çıxmasına, ətraf mühitin çirklənməsinə və böyük itkilərə səbəb olur.
Risklərin təhlili və qiymətləndirilməsi neft və qaz sənayesində ixtiyari iri layihənin tərkib hissələrindən biridir və həm milli, həm də beynəlxalq standartlara əsasən aparılır. Tətbiq olunan qiymətləndirmə üsullarının metodiki baxımdan universal olmasına baxmayaraq, dəniz şəraitində hidrotexniki qurğuların tikintisi spesifikasına uyğun risklərin qiymətləndirilməsinin öz xüsusiyyətləri vardır. Dənizdə aparılan texnoloji əməliyyatlarda risklərin qiymətləndirilməsinə dair qəbul olunmuş standartlardan biri Offshore Safety Directive (OSD) standartıdır (2013-cü ildə Avropa Şurası tərəfindən qəbul olunmuşdur).
Fənnin tədrisində təhlükə və risklər anlayışına aydınlıq gətirələcək, risklərin təhlili və qiymətləndirilməsinin mövcud üsulları ətraflı izah olunacaq və bu üsulların tətbiqinə dair praktiki nümunələr veriləcəkdir.
Tədrisdə istifadə olunan materiallar əsasən ABŞ, Böyük Britaniya və Norveçin dəniz hidrotexniki qurğularının tikintisi və istismarı ilə uzun illər məşğul olan şirkətlər tərəfindən tətbiq olunan metodikalara əsaslanır. Tədris materialının verilməsi müəyyən məntiqi ardıcıllıqla aparılmışdır. Əvvəlcə “təhlükə”, “təhlükəni yaradan halın yaranması” və bilavasitə “risklər” anlayışına aydınlıq gətirilmişdir. Sonra riskin qiymətləndirilməsinə yanaşma üsulları və istifadə olunan metodikalar ətraflı izah olunmuşdur. Sonda ayrı-ayrı hidrotexniki qurğuların spesifikasına aid praktiki qiymətləndirilmə nümunələri verilmişdir.



Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin