Ibrahimova B.
1
02/02/2002
Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
Hazırki halınızı hamiləlik adlandırmaq olmaz, çünki, növbəti aybaşı qanaxması keçirirsiniz. Lakin orqanizminiz Sizin istəyinizdən
asılı olmayaraq, yenidən hamilə olmağa hazırlaşır.
Birinci həftə.
QADIN
Beləliklə, birinci həftə... Artıq bu həftədən başlayaraq, mərkəzi sinir sisteminiz hormonal fonun aktiv şəkildə yenidən qurulmasına
başlamışdır. Bu yenidən qurmanın məqsədi Sizin orqanizminizdə yetişməkdə olan 300 000 min (!) yumurta hüceyrəsindən birini
mayalanmaya hazırlamaqdır. Bu prosesə 2 həftəyə yaxın vaxt sərf olunur. Ona görə də, bu həftə birinci sayılır: gələcək körpənin obrazı
məhz bu dövrdə formalaşır!
Bu dövrdə orqanizmin yerinə yetirdiyi iş onun üçün adidir. Çünki, o həddibuluq dövründən başlayaraq, hər ay bu işi yerinə yetirir və
ümid etmək olar ki, o, bu dəfə də işinin öhdəsindən gələcək. Yaxşısı budur, orqanizminizə Sizin edə biləcəyiniz yardım haqda söhbət
edək.
Yolunuz açıq olsun!
GƏLƏCƏK UŞAQ
Hələki, Sizin gələcək körpəniz real orqanizm deyil, bir ideya halındadır. Bu ideyanın rüşeyminin bir yarısını isə öz “beşiyində” yerləşən
minlərlə yumurta hüceyrələrindən biri təşkil edir. Ikinci yarısı isə (ata tərəfi), yetkin spermatozoid kimi hələ heç formalaşmamışdır (bu 2
həftədən sonra baş verəcək).
Bu şəklə diqqət yetirin. Sizin gələcək körpənizi təşkil edən 100 trilion huceyrənin “anası” olan yumurta huceyrə bu şəkildədir. Gözəldir,
elə deyilmi?
Ibrahimova B.
2
02/02/2002
Eyni zamanda orqanizmin işi davam edir. Artıq minlərlə yumurta huceyrənin arasında birini “lider” kimi ayırmaq olar. Adətən bu
hüceyrə içərisi maye ilə dolu olan qovuqcuqda yerləşir.
Ikinci həftə.
QADIN
Ikinci həftənin sonuna doğru qovuqcuğuın (onu qraf qovuqcuğu adlandırırlar) ölculəri böyüdüyündən o, yumurtalığın divarından
xaricə doğru qabarmağa başlayacaq. Bütün bunlar ovulyasiyaya - yetişmiş qraf qovuqcuğunun partlaması və yumurta hüceyrənin qarın
boşluğuna çıxması üçün hazırlıq işləridir. Bundan sonra yumurta hüceyrə uşaqlıq borusuna – onun spermatozoidlə görüş - yerinə daxil
olur. Qraf qovuqcuğunun yerində isə sarı cisim əmələ gəlir. Bu sözü yadda saxlayın. Çünki sonradan hamiləlik zamanı məhz bu cisim
orqanizmin tam hormonal dəstəyini təmin edir və onun rolu çox böyükdür. Eyni zamanda sarı cisim hamilə qadınlarda tez-tez rastlanan
erkən toksikozun səbəbi hesab edilir.
Yəqin ki, ovulyasiya gələn həftə baş verəcək. Bəzi qadınlar ovulyasiyanı hiss edirlər, beləki, bu proses onlarda qarnin bir nahiyyasində
ağrı şəklində özünü göstərir. Bundan əlavə ovulyasiya vaxtını bazal temperaturu (düz bağırsaqda) ölçməklə də müəyyən etmək olar. Ən
sadəsi, axırıncı aybaşının başlanma tarixindən saymaqla, ikinci həftənin sonu, üçüncü həftənin əvvəlinə düşən tarixin ovulyasiya günü
olduğunu yadda saxlamaqdır.
Bununla əlaqədar olaraq bir neçə momenti dəqiqləşdirmək lazımdır:
Ibrahimova B.
3
02/02/2002
Yaxşı olarki, bu günə 2-3 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girməyəsiniz. Bu, həyat yoldaşınızın kifayətqədər spermatozoid
toplamasına kömək edə bilər. Halbuki, reallıq göstərir ki, bir çox ailə cütlərinə bu heç də gərək deyil.
Döllənmə “məqsədi daşıyan” cinsi əlaqədən əvvəl qadına cinsi orqanların tualetini, xüsusi ilə şırınqa aparmaq, vacib deyil, çünki, bu
zaman istifadə olunan müxtəlif fasitələr uşaqlığın turşuluğunu dəyişə bilər. Bu isə döllənmə üçün arzuolunmazdır. Sadə gigiyena
qaydalarını gözləmək kifayətdir. Çünki, aparılan təcrübələr göstərir ki, kişi cinsi hüceyrələri müxtəlif kimyəvi maddələrə, hətta ağız
suyuna belə çox həssasdırlar.
Cinsi əlaqə zamanı döllənmə üçün ən yaxşı vəziyyət “missioner”vəziyyəti və gadının dirsək-diz vəziyyətində (kişi arxada) olmasıdır.
Cinsi əlaqədən sonra qadin 20-30 dəq. müddətində arxası üstə uzanarsa, döllənmə şansı daha da artır (yaxşı olar ki, çanağı qaldırmaq
məqsədi ilə bel nahiyyəsinə yastıq qoyulsun).
Birinci həftə həkim – genetikə baş çəkmək üçün münasıb vaxtdır. Sizin irsiyyətinizin və ailə anamnezinizin mükəmməl analizi dölə
dəqiq diaqnozun qoyulmasına və yarana bilən inkişaf problemlərini vaxtı-vaxtında aşkar etməyə imkan verər.
Bu həftə ən əsas məsələ – hamiləliyin “olum və ya ölüm məsələsi” həll olunacaq.
Üçüncü həftə.
QADIN
Sizin orqanizminizdə növbəti ovulyasiya baş vermişdir, yumurta hüceyrə artıq uşaqlıq borusundadır və spermatozoidlə görüşməyin
tam zamanıdır. Əgər belə “görüş” baş veribsə, təbrikləri qəbul edə bilərsiniz, Siz artıq hamiləsiniz. Bu həftənin axırında mayalanmış
yumurtanın uşaqlıq divarına bərkiməsi (implantasiya) baş verəcək. Bəzi qadınlarda bu dövrdə az miqdarda qanaxmlar baş verə bilər.
Lakin bu heç bir problem yaratmamalıdır.
Birinci həftə üçün olan tövsiyyələr qüvvədə qalır.
Ibrahimova B.
4
02/02/2002
Gələcək uşaq
Yumurta hüceyrə və spermatozoid uşaqlıq borusunda görüşdülər. Onların birləşməsi nəticəsində ziqot – gələcək körpənizin birinci və
ən əsas hüceyrəsi əmələ gəldi. Bütün sonrakı 100 trilion huceyrələrin hamısı ziqotun “qızları” hesab edilir. Daha sonra mayalanmış
yumurta hüceyrə bölünməklə yanaşı uşaqlığa doğru hərəkət edir. Mayalanmadan üç sutka sonra rüşeym 32 hüceyrədən ibarət olur və
forma etibari ilə tut meyvəsini xatırladır. Bu həftənin sonuna doğru rüşeymi təşkil edən hüceyrələrin sayı 250-yə çatır, formaca 0,1-0,2
mm diametrli kürrəyə bənzəyir. Alimlər rüşeymin bu dövrünü blastosid adlandırırlar.
Blastosid uşaqlıq divarının selikli qişasını və digər qatlarını “qazımaqla” orada sanki özü üçün “yuva” düzəldir. Bu “qazma” zamanı
“yuva” ətrafında xırda qansızmalar baş verir və yuxarıda göstərdiyimiz az miqdarlı qanaxmaların səbəbi də məhz budur. Uşaqlıq
divarına bərkinmə prosesi implantasiya adlanır. Implantasiya müvəffəqiyyətlə başa çatarsa, dölün inkişafının yeni mərhələsi başlayır.
Indi artıq onun qidalanması Sizin orqan və sistemləriniz tərəfindən yerinə yetirələcək.
Döllənmədən implantasiyaya qədər olan müddətdə müxtəlif zədələnmələr nəticəsində rüşeym tamamilə dağıla bilər və hamiləlik pozula
bilər. Lakin digər hallarda heç bir faktorun təsiri yeni yaranmış hamiləliyi pozmur və sonrakı inkişafda onlar öz təsirini heç cür
göstərmirlər.
1.
Spermatozoidlər yumurta hüceyrə üzərinə hücum edirlər. Olduqca fantastik bir mənzərənin şahidi olursunuz. Spermatozoidlər
nazik quyruqları ilə yumurta hüceyrəyə vurmaqla, onu saat əqrəbinin əksi istiqamətində fırlanmağa məcbur edirlər.
2.
Ziqot: spermatozoid DNT-si artıq yumurtanın daxilindədir. Tezliklə genetik proqramın ata və ana yarımhissələrinin birləşməsi və
hüceyrənin birinci bölünməsi baş verəcək.
3.
Mayalanmadan sonrakı birinci həftə. Yumurta hüceyrənin artıq iki qızı var.
4.
Mayalanmadan sonrakı ikinci həftə. Bölünmə davam edir.
5.
Mayalanmadan sonrakı ikinci həftənin sonu-üçüncü həftənin əvvəli. Artıq səkkiz blastomer var. Süni mayalanma zamanı (“sınaq
şüşəsi” uşağı) qadının uşaqlığına məhz belə ruşeym qoyulur.
Diaqnostika məqsədi daşıyan sidik testləri müsbətdir. Rüşeymdə əsas toxumaların və orqanların təməli qoyulmuşdur.
Dördüncü həftə.
Ibrahimova B.
5
02/02/2002
QADIN
Əgər Sizdə izahı olmayan sinirlilik, tez yorulma, süd vəzilərinin şişməsi və həssaslığının artması yaranıbsa, deməli sarı cisim durmadan
çalışır. Deməli, Siz hamiləsiniz. Lakin yaddan çıxarmayın ki, belə hallar həmçinin növbəti aybaşının başlamasına az qalmış da yarana
bilər. O zaman sual meydana çıxır: bu hamiləlikdir, yoxsa yox? Xoşbəxtlikdən bu sualın cavabını vermək üçün üsul mövcuddur.
Bu həftədə Sizin orqanizminizdə yeni hormon – xorion (cift) qonadotropini əmələ gəlir. Bu hormonu sidikdə aşkar etməyə kömək edən
testlər apteklərdə reseptsiz olaraq satılır. Ev şəraitində belə testləri aparmaq heç bir çətinlik təşkil etmir. Əgər test müsbət nəticə verərsə,
demək olar ki, Siz hamiləsiniz. Amma yaxşı olar ki, bu testi o biri (beşinci) həftədə aparasınız, çünki, o zaman sidikdə xorion
qonadotropininin səviyyəsi daha yüksək olur.
Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır. Yadda saxlayın ki, ilk 12 həftə Sizin gələcək körpənizin inkişafında ən kritik, ən
məsuliyyətli dövrdür. Səhvə yol vermək olmaz – bu olduqca baha başa gələ bilər. Hər hansı bir sual meydana çıxarsa, ixtisaslı həkimə
müraciət edin!
Gələcək uşaq
Bu həftə baş verənlər döl üçün olduqca əhəmiyyətlidir.
Bu dövrdə döldənkənar adlanan orqanlar inkişaf edir. Bu orqanların sayi üçdür: xorion, amnion, yumurta sarısı kisəsi. Bu adlar yəqin ki,
Sizə tanış deyil. Buna baxmayaraq qeyd etməliyik ki, geniş insan kütləsinə çox da məlum olmayan bu orqanlar olmadan rüşeymin
inkişafını təsəvvür etmək mümkün deyil. Ona görədə təbiət bu orqanların yaranmasına tam bir həftə sərf etməyi qərara almış və bu
müddətdə hətta ruşeymin hüceyrələrinin inkişaf sürətini azaltmışdır. Döldənkənar orqanların yerinə yetirdiyi başlıca vəzifələr
qidalanmanın təmin edilməsi, tənəffüs, biokimyəvi dəstək və körpənin hər tərəfli müdafiəsidir. Xorion sonradan plasentaya, amnion isə
döl qovuqcuğuna çevrilir.
Maraqlı burasıdır ki, bu orqanların yaranmasına ata genləri ana genlərinə nisbətən daha çox qüvvə sərf edirlər. Hətta genetik səviyyədə
belə, kişilərin əbədi vəzifəsi – onların məsuliyyəti altında olanların yaşamasını və müdafiəsini təmin etmək - belə özünəməxsus bir
şəkildə yerinə yetirilir.
Ibrahimova B.
6
02/02/2002
Körpəniz isə indiki dövrdə bir neçə qatdan ibarət olan diski xatırladır. Bu qatlardan hər biri sonradan yaranacaq hər bir orqanın əsasını
təşkil edir. Lakin bütün bunlar hələ ki, uzaq gələcəkdədir.
Sol tərəfdəki şəkil ruşeymin həftənin əvvəlindəki halını əks etdirir, sağdakı isə 6-7 sutka ərzində baş vermiş dəyişiklikləri göstərir. Bu
göy rəngli nazik zolağın sonradan körpəyə çevriləcəyinə inanmaq çətindir, elə deyilmi?
Artıq rüşeymin baş və quyruq qütblərini ayırd etmək mümkündür. Tibb işçiləri Sizin körpəni indiki vəziyyətində rüşeym alandırırlar.
Beşinci həftə
QADIN
Sizin səhhətinizdə keçən həftə baş verən dəyişiklərə bu həftə yeniləri – baş ağrıları, tezləşmiş sidik ifrazı, yuxululuq, iştahın azalması,
ürək bulanma və hətta qusma əlavə oluna bilər. Siz özünüzdə əvvəl müşahidə etmədiyiniz istəklər, məsələn, daima duza və sirkəyə
qoyulmuş şorapalara hədsiz hərislik aşkar edə bilərsiniz . Bütün bunlar erkən toksikoz. əlamətləridir. Bunların səbəbi Sizin
orqanizminizdə davam edən hormonal yenidənqurmadır.
Elə qadinlar var ki, yuxarıda təsvir etdiyimiz əlamətlərdən heç biri onları narahat etmir. Belə qadınlar el arasında hamiləliyin ilkin
əlamətləri hesab olunan ürək bulanma və qusmadan əziyyət çəkmədən erkən hamiləlik dövrünü rahat keçirəcəklər. Əgər Siz bu cür
“kiçik sevinclərdən” məhrumsunuzsa, Sizə ancaq paxıllıq etmək olar. Yox əgər, urək bulanma və qusma Sizə əziyyət verirsə, dözümlü
olun. 12-ci həftəyə bu “işgəncə” bitəcək. Erkən toksikoz Sizin üçün dözülməz hala çevrilərsə, o zaman həkimə müraciət edin, amma
özübaşına müalıcə qəti surətdə qadağandır.
Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır.
GƏLƏCƏK UŞAQ
Bu həftə ərzində ruşeym əsaslı dəyişikliklərə məruz qalır. Əvvala, onun forması dəyişir-indi ruşeym daha çox 1,5-2 mm uzunluğunda
silindri xatırladır. Həkimlər Sizin körpəni indiki vəziyyətində rüşeym adlandırırlar.
Bu həftə ərzində qara ciyərin və mədəaltı vəzin təməli yaranır. Eyni zamanda yuxarı tənəffüs yolları - qırtlaq və traxeya, həmçinin, ürək
yaranmağa başlayır. Sinir borusunun hissəvi qapanması baş verir. Sinir borusu mərkəzi sinir sisteminin ruşeym formasıdır və buna görə
Ibrahimova B.
7
02/02/2002
onun vaxtında qapanması böyük əhəmiyyət kəsb edir. Bu prosesdə Sizin vitamin kompleksi şəklində və ya ayrıca olaraq qəbul etdiyiniz
fol turşusu öz müsbət rolunu oynayır.
Daha bir əhəmiyyətli hadisə - rüşeymdə qonoblastların, yəni, gələcək spermatozoid və ya yumurta hüceyrin əsası qoyulur. Demək olar
ki, bu proseslə Sizin gələcək nəvələrinizin dunyaya gəlmə şansı yaranır. Olduqca maraqlı, bəzən də inanılmaz kimi gəlir, deyilmi?
Erkən toksikoz… Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır.
Altıncı həftə
QADIN
Əgər iş elə gətirib ki, Siz erkən toksikozun “gözəlliklərinə” düçar olmusunuz, o zaman bu həftə ərzində ürək bulanma güclənə bilər. Bəzi
qadınlara müəyyən qoxular pis təsir edir, onlarda ağız suyunun ifrazı güclənir. Döş vəzilərində bəzən sancma xarakterli hissiyat əmələ
gələ bilər.
Sizi harahat edən bütün buəlamıtlırin səbəbi orqanizmdə baş verən hormonal dəyişikliklərdir. Bu dəyişikliklərin məqsədi isə Sizin
körpənizin bətindaxili inkişafi üçün mümkün qədər hərtərəfli şərait yaratmaqdır.
Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır. Bu işdə aşağıda verdiyimiz
məsləhətlər Sizin köməyinizə gələ bilər:
Vitaminli preparatların qəbulunu davam edin (və ya başlayın). Çalışın ki, vitaminlərin qəbulu qusmanın Sizi az narahat edən dövrünə
təsadüf etsin. Bu preparatlar Sizi toksikozdan xilas etməyəcək, amma dölü lazımı vitaminlərlə təmin edəcək.
Ibrahimova B.
8
02/02/2002
Az-az, lakin tez-tez (6-7 dəfə) yemək yeyin. Ilk yemək qəbulunu hələ yataqda ikən başlamaq olar. Son yemək qəbulu isə yuxulama
vaxtına yaxın ola bilər. Eksperiment kimi gün boyu müxtəlif qida məhsulları – suxari, kreker, kişmiş və ya çipslər qəbul edə bilərsiniz.
Kim bilir, bəlkə bu məhsullardan biri ürək bulanmanı azaldacaq?
Əhəmiyyət baxımından qida məhsullarından heç də geri qalmayan maye qəbulunu da unutmayın. Mayeni Siz mineral sular, meyvə
şirələri, meyvələr (qarpız, yemiş. xurma, armud) şəklində qəbul edə bilərsiniz. Orqanizmin maye və duz itkisinə səbəb olan qusma
halları varsa, maye qəbuluna xüsusi diqqət yetirməlisiniz.
Günün çox hissəsini dincəlməyə sərf edin. Tes-yatın, gec oyanın. Xüsusi ilə səhərlər gərgin əməklə məşğul olmayın.
Sizi qıcıqlandıran qoxularla (dezodorant, müxtəlif parfümeriya məhsulları, qida qoxuları), dadlarla təmasda olmayın. Sizinlə bərabər
yaşayan ailə üzvləri də bu işdə yardımçı olmalıdırlar. Bəzi qadınların etirafına görə onlara qusmadan xilas olmağa yaxşı diş məcunu və
saqqız kömək etmişdir. Sınayın, bəlkə Sizin də dadınıza çatdı?
Stres gərginliyini mümkün qədər məhdudlaşdırın. Əgər bunu etmək mümkün deyilsə (məsələn, iş yerinizlə əlaqədardırsa), o zaman
psixoterapevtə müraciət edin. Onunla bərabər apardığınız iş nəticəsində psixo-emosional gərginliyinizi azalda, erkən toksikozu daha
asan keçirmək məqsədi daşıyan autotreyninq üsullarına yiyələnə bilərsiniz.
Bəzən Şərq təbabəti metodlarından xidmətlərindən istifadə olunur. Bu halda iynə refleksoterapiyası, barmaq akkapunkturu vasitəsi ilə
qusma, urək bulanma, baş ağrıları kimi əlamətləri aradan qaldırmağa cəhd göstərilir. Lakin bu üsullardan ancaq həmin metodun
keyfiyyəti barəsində 100% əmin olduğunuz məlumatı aldıqdan sonra istifadə etmək olar. Bunun üçün yaxın və tanışlarınızdan
informasiya əldə etməyi, həkiminizlə məsləhətləşməyi tövsiyyə edirik.
Amma heç bir vəchlə, dərmanla özübaşına müalicəyə yol verməyin. Yaxşı olar ki, əvvəl ixtisaslı həkimə müraciət edəsiniz.
Həkim hər zaman Sizin üçün və körpəniz üçün problemin optimal həllini tapa bilər.
Ibrahimova B.
9
02/02/2002
Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz?
Yeddinci həftə.
Ibrahimova B.
10
02/02/2002
Əgər döş giləsi ətrafi nahiyyənin tündləşməsini aşkar edərsəniz, təəccüblənməyin. Bu hamiləlik zamanı yarana bilən əlamətlərdən
biridir.
Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz. Əgər belə gecikmələr Sizin üçün adət şəklindədirsə və
yuxarıda göstərilən hamiləlik əlamətləri yoxdursa, buna baxmayarq birinci həftə üçün verilmiş tövsiyyələri yerinə yetirməkdə davam
edin. Sizi əmin edirik ki, bunların heç bir ziyanı yoxdur. Yox əgər, saydığımız əlamətləri özünüzdə hiss edirsinizsə, qadın
məsləhətxanasına müraciət edin, həm də əvvəl söhbət açdığımız hamiləlik testlərini də yaddan çıxarmayın (4-cü həftəyə bax).
Körpə bir qədər böyümüşdür – onun uzunluğu artıq 7-9 mm-ə çatır.
Qida borusunun, nəfəs borusunun və qarının ön divarının inkişafında irəliləyiş əldə olunmuşdur. Döş sümüyünun və nazik bağırsağın
formalaşması hələ yeni başlayır. Böyrəküstü vəzin qabıq maddəsinin əsası qoyulur – bu, ən çətin vəziyyətlərdə insan orqanizminin
köməyinə çatan endokrin vəzidir.
Kəllə beyin intensiv olaraq, inkişaf edir. Kəllə və çanaq nahiyyələri aydın seçilir.
Bu həftədə bəzi “itkilər” də baş vermişdir – sağ göbək venası itmiş, sol isə hələ qalmışdır. Sizi arxayın etmək üçün deməliyik ki, bu “itki”
heç bir qorxu doğurmamalıdır, bu normal əlamətdir.
Körpə hələ də insandan çox kosmosdan gəlmiş “qonağı” xatırladır. Lakin bu keçici vəziyyətdir. Bunu bilən halda yəqin ki, dölün
“quyruğu” Sizi qorxutmayacaq. Sizi inandırırıq ki, bu dunyada vaxtı ilə belə bir “quyruğu” olmayan insan tapılmaz. Bu, hər birimizin
başına gəlmiş bir haldır.
10-cu həfətədə “quyruq” mütləq itəcək.
Ibrahimova B.
11
02/02/2002
Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşını başlanmasını gözləyirsiniz.; həkimə müraciət etməyin əsil vaxtıdır. Embrion öz-
özünə hərəkət etməyə başlayır.
Səkkizinci həftə.
Beləliklə, Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşının başlanmasını gözləyirsiniz. Əgər indiyə qədər hələ həkimə müraciət
etməmisinizsə, əsil vaxtıdır! Qadın məsləhətxanasına və həkim – genetikin qəbuluna gedin.
Həkim-ginekoloqun ilk məsləhəti zamanı Sizin hamiləliyin fərdi müşahidə planı tərtib olunacaq. Bu plana aşağıdakı laborator
müayinələr daxil olacaq:
•
Sidiyin zülala, leykositlərə ə xroniki qonadotropinə görə analizi;
•
Bazal arterial təzyiqin ölçülməsi;
•
Çəkinin ölçülməsi (ilkin bədən çəkisi)
•
Çanağın ölçülməsi;
•
Qanın ümumi analizi, RV, VİÇ infeksiyalarına, Rh-faktora görə analızı və s.
•
Ifrazat yaxmalarının müayinəsi (bunların bəziləri daha gec müddətdə də aparıla bilər);
•
Ailə və mamalıq anamnezi.
Siz burada hazırki hamiləliyin gözlənilən qanunauyğun nəticəsi olacaq doğuş üçün psixoloci-profilaktik hazirlıq almaq üçün hara
müraciət etməli olduğunuz haqqında ətraflı məlumat ala bilərsiniz.
Sizin sağlamlıq vəziyyətinizin və anamnezinizin xüsusiyyətləri nəzərə alınmaqla, başqa əlavə müayinə metodları da təyin oluna
bilər.
Həkim –genetik tərəfindən Sizin irsiyyətiniz qiymətləndirələcək, əgər lazım olarsa, perinatal diaqnostika üçün tədbirlər planı
hazırlanacaq (bu tibbi müayinələr döldə baş verən və əlilliyə səbəb ola bilən xəstəliklərin hələ doğuşdan əvvəl müəyyən etməyə
imkan verir).
Sizin həkimlə olcaq sonrakı görüşlərinizin sayı və davam etmə müddəti hamiləliyinizin gedişindəm asılıdır.
Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır.
GƏLƏCƏK UŞAQ
Ibrahimova B.
12
02/02/2002
“Ürək” yaranma prosesinin son “naxışları” yerinə yetirilir – ürək şöbələri arsında arakəsmələr tam təkmilləşdirilir. Ürəyin iri qan
damarları ilə əlaqəsi genişlənir. Mədə aşağı doğru yerdəyişmə etməklə, qarın boşluğunda öz yerini tutur. Eyni zamanda, mədə divarının
əzələ qatının sinir elementləri ilə təmin olunması prosesi başlanır, belə ki, bu proses sonralar qidanın mədədən düzgün keçməsi üçün
böyük əhəmiyyət kəsb edir. Ağız suyu vəzlərinin əsası qoyulur.
Sümüklər və hətta oynaqlar aktiv inkişaf edir. Yuxarı dodaq formalaşır. Əgər doğulacaq uşaq oğlandırsa, bu dövrdə onun xayaları
inkişaf etməyə başlayır.
Bu dövrdə aparılan ultrasəs skanlaşdırılması vasitəsi ilə təkcə baş və çanaq hissələrini deyil, həmçinin “kürək” və “qarın” nahiyyələrini,
eyni zamanda “gözlərini” (tibbi dillə desək – göz qədəhlərini) ayırd etmək olar. Sizə elə gəlir ki, bunu etmək asandır? Heç də yanlış
fikirlərə düşməyin. Nəzərə alın ki, bu canlının indiki dövrdə uzunluğu cəmi 8-11 mm-dir!
Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər.
Doqquzuncu həftə
Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər. Sözsüz ki, hamiləlik keçirmək – ağır əməkdir. Döş
nahiyəsinə diqqət yetirin: əgər Sizin dərialtı venalarınız daha nəzərə çarpan şəklə düşübsə (göy rəngli tor şəklində), bu o deməkdir ki,
Sizin damarlarınızın divarları genişlənməyə meyllidir (adətən bu problem daha sonrakı dövrlərdə meydana çıxır). Ruhdan düşməyin -
əksinə, damarların hədsiz genişlənməsinin qarşısını almaq üçün tədbirlər görün:
•
Döş vəzilərinizi yaxşı saxlayan alt paltarı seçin;
•
Ağır əşyaları qaldırmayın və qarin əzələlərini gücə salmayın;
•
Uzun müddət oturmaq və uzanmaq məsləhət deyil, yaxşı olar ki, daha çox piyada gəzəsiniz:
•
Əgər uzun müddət uzanmaq məcburiyyətindəsinizsə, heç olmazsa, ayaqlarınıza hündür vəiyyət verin;
•
Həkiminizlə məsləhətləşdikdən sonra, elastik corablardan istifadə edə bilərsiniz.
Bu tədbirlər aşağı ətraflarda qan dövranını yaxşılaşdırır. Bununla da dərialtı venaların işini asanlaşdırır. Vitamin preparatlarını da
yaddan çıxarmayın – C və P vitaminləri damar divarlarını möhkəmləndirir, onların genişlənməsinin qarşısını alır.
Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır.
GƏLƏCƏK UŞAQ
Ibrahimova B.
13
02/02/2002
Baş beyin intensiv olaraq, inkişaf edir – bu həftədə beyincik formalaşır (bu beynin müvazinət sistemi üzrə cavabdeh şöbəsidir).
Böyrəküstü vəzin beyin maddəsinin əsası qoyulur. Yəqin ki, həyatınızda bir dəfə də olsun, “adrenalin” sözünü eşitmisiniz. Bu hormon
məhz böyrəküstü vəzlərin beyin maddəsi tərəfindən ifraz olunur.
Artıq Sizin körpənin üz hissəsini ayırd etmək olar. Çənə hələ də döşə doğru əyilmişdir. ətraflar aktiv olaraq, formalaşır: sümüklər
möhkəmlənir, oynaqlar, əl və ayaq barmaqları daha da formalaşır.
Bu həfətədə ilk qeyri-iradi hərəkətlər baş verı bilər!
Körpə bir qədər böyümüşdür: onun “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan uzunluğu 13-15 mm-dir. Çəkisi isə cəmi 1 qr – tək bir
qram təşkil edir. Sizi təbrik edirik – bu Sizin varisinizin cəkisinin ilk qramıdır!
Dostları ilə paylaş: |