N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə1/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   104
N. M. A AB yli



N. M. AĞABƏYLI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
INŞAAT MATERIALLARI VƏ 
MƏMULATLARI KURSUNDAN 
MÜHAZIRƏLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2006 




GIRIŞ 
Insanlar daha yaxşı və rahat yaşaya bilmələri üçün ehtiyacları 
olan əşyaların hazırlanmasında istifadə etdikləri və onları emal edərək 
əmələ gətirdikləri hər şeyə material deyilir. Tikintidə işlədilən hər 
hansı material inşaat materialı adlanır. Inşaat materialları fənninin 
vəzifəsi hər kəsə tikinti ilə əlaqəli istifadə edəcəyi materiallar 
haqqında kifayət dərəcədə biliyə malik olmaları üçün məlumat ver-
məkdir. 
Bir binanın yaxud tikilinin ömrü işlədilən materialların key-
fiyyəti və yerli-yerində istifadəsi ilə artırıla bilər. Əsrlərcə öncə tikil-
miş bina və tarixi abidələrin dövrümüzə qədər çatmasının sirri, onların 
tikintisində işlədilən materialların düzgün seçilməsində axtarılmalıdır. 
Bu gün tikintidə çox çeşidli materiallar işlədilir. Bunların bir 
qismi təbii olaraq təbiətdən alınır, digər qismi isə süni olaraq fabrik və 
zavodlarda istehsal edilir. Bu materialların hansı xammaldan və hansı 
üsulla alındığını, fiziki, kimyəvi və mexaniki xassələrə malik 
olduğunu, tikintidə ən uyğun yerdə və formada istifadə oluna 
bilməsini bilmək lazımdır. 
Tikintiyə sərf olunan vəsaitin orta hesabla 50 %-i inşaat mate-
riallarının payına düşür. Buna görə inşaat materiallarının istehsal 
texnologiyası mütərəqqi üsullardan istifadə edilməklə elə təşkil olun-
malıdır ki, onların maya dəyəri daim aşağı düşsün. 
Inşaat mühəndisi verilən şərtlərə uyğun olan materialı seçmək 
və onların düzgün işləmə tərzini müəyyən etməyi bacarmalıdır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin