Türkiyə Kosmik Agentliyi (TUA) Türkiyə Respublikasının milli kosmik agentliyidir. Türkiyənin kosmik elm proqramı və ümumi aviasiya və kosmik tədqiqatlardan məsul dövlət qurumudur.
İcraçı-Serdar Hüseyin Yıldırım
Yaranma tarixi
Prezident tərəfindən müəyyən edilmiş idarəetmə sisteminə uyğun olaraq, hüquqi şəxs, inzibati, maliyyə muxtariyyəti və Türkiyə Respublikası Prezidentinin Fərmanına əsasən müəyyən edilmiş vəzifə və səlahiyyətləri yerinə yetirmək üçün xüsusi büdcə ilə "Milli Kosmik Proqramı"nın hazırlanması və həyata keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi məqsədi ilə 13 dekabr 2018-ci ildə yaradılıb.
Agentlik ilk iclasını 2019-cu ilin sentyabr ayında keçirmişdir.